Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə443/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   437   438   439   440   441   442   443   444   445

MARK 15:12

990


MARK 15:46

12

Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama



nə edim?»

13

«Onu çarmıxa çək!» deyə yenə bağırdılar.



14

Pilat «Axı O nə pislik edib?» deyə soruşdu.

Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar.

15

Xalqı razı salmaq istəyən Pilat onlar üçün



Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

Əsgərlər İsanı təhqir edir

(Mat. 27:27-31; Yəh. 19:2-3)

16

Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar.



17

Ona tünd


qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular.

18

«Yəhudilərin Padşahı



sağ olsun!» deyərək İsanı salamlamağa başladılar.

19

Sonra qamışla Onun başına vurub Ona tüpürdülər



və önündə diz çökərək səcdə qıldılar.

20

Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb



Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.

İsa çarmıxa çəkilir

(Mat. 27:32-44; Luka 23:26-43; Yəh. 19:17-25)

21

*O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun



atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.

22

İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir.



23

Ona mirra† ilə qarışıq

şərab vermək istədilər, amma O imtina etdi.

24

*İsanıçarmıxaçəkdilər. Paltarlarınıisə«kimənədüşdü-



düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər.

25

Üçüncü saat‡ idi ki, İsanı çarmıxa çəkdilər.



26

Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı».

27

Onunla birlikdə biri



sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər.

28

§



29

*Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə

tikən!

30

İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.



31

Başçı kahinlər də ilahiyyatçılarla birgə

eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə

bilmir!


32

İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə

çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.

İsanın ölümü

(Mat. 27:45-56; Luka 23:44-49; Yəh. 19:25-30)

33

Altıncı saatdan** doqquzuncu saata qədər†† bütün yer üzünə qaranlıq çökdü.



34

*Doqquzuncu

saatda İsa uca səslə nida edərək dedi:

«Elohi, Elohi, lema şabaqtani?»

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.

35

Orada dayananların bəzisi bunu



eşidərkən dedi: «Baxın, İlyası çağırır».

36

*Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və



bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu

çarmıxdan düşürəcəkmi?»

37

İsa uca səslə qışqırıb son nəfəsini verdi.



38

*O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.

39

İsanın qarşısında duran



yüzbaşı Onun son nəfəsini‡‡ belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi.

40

*Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin



anası Məryəmlə Şalomit də onların arasında idi.

41

İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca



getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.

İsanın dəfni

(Mat. 27:57-61; Luka 23:50-56; Yəh. 19:38-42)

42

O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə



43

Ali Şuranın hörmətli

üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın

yanına getdi və İsanın cəsədini istədi.

44

Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına



çağırıb soruşdu: «O çoxdanmı ölüb?»

45

Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi.



46

Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O,

*

15:21 Rom. 16:13



15:23 Mirra – y

ə

ni ağrı kəsən dərman. *



15:24 Z

ə

b. 22:18 ‡



15:25 Üçüncü saat – hazırkı

vaxtla s


ə

hər saat doqquz. §

15:28 Çarmıxa ç

ə

kdilər – bəzi əlyazmalarda çarmıxa çəkdilər. 28 Müqəddəs



Yazılarda yazılan yerinə yetdi: «Üsyankarlara tay tutuldu» (Luka 22:37). *

15:29 Z


ə

b. 22:7; 109:25;

Mark 14:57-58; Yəh. 2:19 **

15:33 Altıncı saat – hazırkı vaxtla günorta saat on iki.

††

15:33 Doqquzuncu saat – hazırkı



vaxtla günortadan sonra saat üç.

*

15:34 Z



ə

b. 22:1 *

15:36 Z

ə

b. 69:21 *



15:38 Çıx. 26:31-33

‡‡

15:39 Son n



ə

fəsini


– bəzi əlyazmalarda nida edib son nəfəsini. *

15:40 Luka 8:2-3




MARK 15:47

991


MARK 16:20

qəbirin ağzına bir daş yuvarladı.

47

Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara



qoyulduğunu gördülər.

16

İsanın dirilməsi



(Mat. 28:1-8; Luka 24:1-9; Yəh. 20:1-10)

1

Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki,



gedib İsanın cəsədinə çəksinlər.

2

Həftənin ilk günü* səhər tezdən, günəş doğanda onlar qəbirin yanına



gəldilər.

3

Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara



yuvarlayacaq?»

4

Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.



5

Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.

6

Bu

şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir!



Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.

7

*İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə



söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».

8

Qadınlar



qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz

demirdilər.



İsa şagirdlərə görünür

(Mat. 28:9-10; Luka 24:13-35; Yəh. 20:11-18)

9

İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli



Məryəmə göründü.

10

Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.



11

Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.

12

Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.



13

Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.



İsa şagirdlərinə tapşırıq verir

(Mat. 28:16-20; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)

14

Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin



inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.

15

İsa



şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.

16

İman edib



vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.

17

İman edənləri isə bu əlamətlər



müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,

18

ilanları əlləri ilə



götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq

və onlar şəfa tapacaq».



İsanın göyə qaldırılması

(Luka 24:50-53; Həv. 1:9-11)

19

Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.



20

Şagirdlərsə

gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə

kəlamı təsdiqləyirdi.†

*

16:2 H


ə

ftənin ilk günü – yəni bazar günü.

*

16:7 Mat. 26:32; Mark 14:28



16:20 Ən q

ə

dim yunan



ə

lyazmalarında bu ayələr yoxdur.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə