Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə440/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   437   438   439   440   441   442   443   444   445

MARK 11:11

984


MARK 12:8

11

İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər



Bet-Anyaya getdi, çünki artıq gec idi.

Barsız əncir ağacı

(Mat. 21:18-19; Luka 13:6-9)

12

Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı.



13

Uzaqda yarpaqlı bir əncir ağacı

gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan

başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi.

14

Onda İsa ağaca dedi: «Qoy səndən bir



daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi.

İsa satıcıları məbəddən qovur

(Mat. 21:12-17; Luka 19:45-48; Yəh. 2:13-22)

15

Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların



masalarını və göyərçin satanların kürsülərini çevirdi,

16

heç kimi yük daşıyaraq məbəd həyətlərindən



keçməyə qoymadı.

17

*Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki,



“Mənim evim bütün xalqlar üçün

Dua evi adlandırılacaq”?

Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»

18

Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar



İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan

qorxurdular.

19

Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı.



İmanın gücü

(Mat. 21:20-22)

20

Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub.



21

Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub».

22

İsa cavab



verib onlara dedi: «Allaha imanınız olsun.

23

*Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə



atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək.

24

Buna



görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız† və istədiyiniz sizin üçün

ediləcək.

25

*Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da



təqsirlərinizi bağışlasın».

26



İsanın səlahiyyəti

(Mat. 21:23-27; Luka 20:1-8)

27

Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və



ağsaqqallar Ona yaxınlaşıb

28

dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün



Sənə bu səlahiyyəti kim verib?»

29

İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona



cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.

30

Yəhyanın vəftizi göydən



idimi, yoxsa insanlardan? Mənə cavab verin».

31

Onlarsa aralarında müzakirə edərək belə dedilər:



«Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.

32

Amma desək “insanlardan”?»



O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı.

33

Cavabında İsaya



dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».

12

Pis bağbanlar məsəli



(Mat. 21:33-46; Luka 20:9-19)

1

*İsaməsəllərsöyləyibonlarladanışmağabaşladı: «Biradamüzüm bağısaldı, oranınətrafınaçəpər



çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə

verərək başqa ölkəyə getdi.

2

Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm



bağının məhsulundan bir qədərini onlardan alsın.

3

Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri



qaytardılar.

4

Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar



və biabır etdilər.

5

Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini



döydülər, bəzisini isə öldürdülər.

6

Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi.



“Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.

7

Bağbanlarsa bir-birlərinə



dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”.

8

Beləcə onu tutub öldürdülər



*

11:17 Yeş. 56:7; Yer. 7:11

*

11:23 Mat. 17:20-21; 1Kor. 13:2



11:24 Artıq almısınız – b

ə

zi əlyazmalarda alırsınız.



*

11:25 Mat. 6:14-15; 18:35

11:26 Bağışlasın – b



ə

zi əlyazmalarda bağışlasın. 26 Əgər siz bağışlamasanız,

göylərdə olan Atanız da sizin təqsirlərinizi bağışlamaz (Mat. 6:15). *

12:1 Yeş. 5:1-7




MARK 12:9

985


MARK 12:36

və bağdan kənara atdılar.

9

Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı



başqalarına verəcək.

10

*Məgər siz bu Müqəddəs Yazını oxumamısınız?



“Bənnaların rədd etdiyi daş

Guşədaşı olub.

11

Bu, Rəbbin işi idi,



Gözümüzdə xariqəli bir işdir”».

12

Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq



üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.

Hər kəsin öz haqqı

(Mat. 22:15-22; Luka 20:20-26)

13

Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun



yanına göndərdilər.

14

Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç



kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə

öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?»

15

Onların


ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım».

16

Onlar



da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin».

17

İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın



sözlərinə heyrətləndilər.

Dirilmə haqqında sual

(Mat. 22:23-33; Luka 20:27-40)

18

*Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:



19

«Müəllim,

Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı

olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.

20

Yeddi qardaş var idi.



Birincisi bir arvad aldı, amma övladı olmadan öldü.

21

Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra



övlad qoymadan öldü, üçüncüsü də,

22

hətta yeddincisinə qədər belə etdi,* amma övladı olmadan



öldü. Hamısından sonra bu qadın da öldü.

23

Qiyamət günündə,† ölülər diriləndə bu qadın onlardan



hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».

24

İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza



səbəb bu deyilmi?

25

İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq



səmadakı mələklər kimi olurlar.

26

*Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı



ə

hvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini

oxumamısınızmı?

27

Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».



Əmrlərin ən əsası

(Mat. 22:34-40; Luka 10:25-28)

28

İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab



verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?»

29

*İsa cavab verdi: «Əmrlərin ən



ə

sası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.

30

Allahın Rəbbi bütün qəlbinlə,



bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.‡

31

*İkincisi də budur: “Qonşunu



özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».

32

*İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı



dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.

33

Onu bütün qəlbinlə, bütün



ağlınla§ və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa

qurbanların hamısından daha vacibdir».

34

Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın



Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.

Məsih kimin Oğludur?

(Mat. 22:41-46; Luka 20:41-44)

35

İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur



deyirlər?

36

*Davud özü Müqəddəs Ruh vasitəsilə



“Rəbb mənim Ağama dedi:

‹Mən düşmənlərini ayaqlarının altına salanadək

*

12:10 Z


ə

b. 118:22-23 *

12:18 Qanun. 25:5; H

ə

v. 23:8 *



12:22 Bel

ə

etdi – bəzi əlyazmalarda bu arvadla



evləndi. †

12:23 Qiyam

ə

t günündə – hərfi tərcümədə Dirilmədə. *



12:26 Çıx. 3:6

*

12:29 Qanun. 6:4-5



12:30 Sev – b

ə

zi əlyazmalarda sev”. Bu, əsas əmrdir. *



12:31 Lev. 19:18

*

12:32 Qanun. 4:35



§

12:33 Bütün

ağlınla – b

ə

zi əlyazmalarda bütün ağlınla, bütün varlığınla. *



12:36 Z

ə

b. 110:1




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə