Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə438/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   434   435   436   437   438   439   440   441   ...   445

MARK 8:19

980


MARK 9:12

görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb?

19

Mən beş çörəyi beş



min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər:

«On iki».

20

«Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət



doldurdunuz?» Onlar dedilər: «Yeddi».

21

İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»



Bet-Saydada olan korun şəfa tapması

22

Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama



toxunsun deyə Ona yalvardılar.

23

İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun



gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»

24

Kor yuxarı baxıb



dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».

25

Onda İsa əllərini yenidən bu adamın



gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə

başladı.


26

İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».*



Peterin Məsihi tanıması

(Mat. 16:13-20; Luka 9:18-21)

27

İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən



soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»

28

*Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri



Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».

29

*İsa onlardan



soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».

30

İsa



şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

(Mat. 16:21-28; Luka 9:22-27)

31

İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və



ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».

32

İsa bu sözləri



aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.

33

Amma İsa dönüb şagirdlərinə



baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri

barəsində fikirləşirsən».

34

*İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək



istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.

35

*Kim canını xilas etmək



istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.

36

İnsana



bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?

37

İnsan öz canının əvəzinə nə verə bilər?



38

Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da

Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».

9

1



İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının

qüdrətli gəlişini görmədən ölməyəcək».



İsanın görünüşü dəyişir

(Mat. 17:1-13; Luka 9:28-36)

2

*Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı.



Onların qarşısında görünüşü dəyişdi.

3

Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir



paltar təmizləyən onu belə ağ edə bilməzdi.

4

O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət



edirdi.

5

Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri



Sənin, biri Musa, biri də İlyas üçün».

6

O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü.



7

*Bu


zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur,

Ona qulaq asın!»

8

Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.



9

Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər

orada gördüklərini heç kimə deməsinlər.

10

Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-



birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.

11

*Ondan soruşdular: «Elə isə



niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»

12

İsa onlara belə dedi: «Düzdür, əvvəlcə



İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib

*

8:26 Girm



ə

– bəzi əlyazmalarda girmə və orada heç kimə bir söz demə. *

8:28 Mark 6:14-15; Luka 9:7-8

*

8:29 Y



ə

h. 6:68-69 *

8:34 Mat. 10:38; Luka 14:27

*

8:35 Mat. 10:39; Luka 17:33; Y



ə

h. 12:25 *

9:2 2Pet. 1:17-18

*

9:7 Mat. 3:17; Mark 1:11; Luka 3:21-22



*

9:11 Mal. 4:5; Mat. 11:14




MARK 9:13

981


MARK 9:45

alçaldılmalıdır?

13

Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun



başına gətirdilər».

Oğlandan cin çıxarılır

(Mat. 17:14-20; Luka 9:37-43)

14

Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının



şagirdlərlə mübahisə etdiyini gördülər.

15

İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına



qaçıb Onu salamladılar.

16

İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»



17

Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu

gətirmişəm.

18

Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc



olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».

19

İsa da cavabında



onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm?

Uşağı yanıma gətirin!»

20

Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı.



Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.

21

İsa onun atasından soruşdu: «Bu uşaq



nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.

22

Bu ruh onu həlak etmək üçün



dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»

23

İsa ona dedi:



«“Bacarırsansa” nə sözdür?* İman edən üçün hər şey mümkündür!»

24

Uşağın atası dərhal fəryad



qopararaq dedi: «İman edirəm,† kömək et ki, imansızlığım yox olsun!»

25

İsa camaatın qaçıb gəldiyini



görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın

içindən çıx və bir daha ora girmə!»

26

Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları



dedi: «O öldü!»

27

Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.



28

İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova

bilmədik?»

29

İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə‡ çıxa bilər».



İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir

(Mat. 17:22-23; Luka 9:43-45)

30

Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun.



31

Çünki


şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu

öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək».

32

Lakin şagirdlər bu sözü başa düşmədilər və



Ondan soruşmaqdan da qorxurdular.

Ən böyük kimdir?

(Mat. 18:1-9; Luka 9:46-50; 17:1-2)

33

Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə



mübahisə edirdiniz?»

34

*Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması



barədə mübahisə etmişdilər.

35

*İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci



olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».

36

*O, balaca bir uşağı götürüb



şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi:

37

«Kim Mənim adımla belə



uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni

qəbul edər».

38

Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla§ cinləri qovan bir nəfəri gördük, amma bizim



ardımızca gəlmədiyinə görə ona mane olduq».

39

İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam



yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin.

40

*Çünki əleyhimizə olmayan



bizim tərəfimizdədir.

41

*Məsihəməxsusolduğunuzüçünkimsizəbirkasasuiçirdərsə, sizədoğrusunu



deyirəm: mükafatsız qalmayacaq.

42

Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı



asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.

43

*Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin



ə

bədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır.

44

**

45



Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla

*

9:23 “Bacarırsansa” n



ə

sözdür? – bəzi əlyazmalarda İman edə bilirsənsə. †

9:24 Dedi: «İman edir

ə

m – bəzi



ə

lyazmalarda göz yaşları içində dedi: «Ya Rəbb, iman edirəm. ‡

9:29 Dua il

ə

– bəzi əlyazmalarda dua



və orucla. *

9:34 Luka 22:24

*

9:35 Mat. 20:26-27; 23:11; Mark 10:43-44; Luka 22:25-26



*

9:36 Mat. 10:40; Luka 10:16;

Y

ə

h. 13:20 §



9:38 S

ə

nin adınla – bəzi əlyazmalarda ardımızca gəlmədən Sənin adınla. *



9:40 Mat. 12:30;

Luka 11:23

*

9:41 Mat. 10:42



*

9:43 Mat. 5:30

**

9:44 Yaxşıdır – b



ə

zi əlyazmalarda yaxşıdır. 44 Oradakıları

gəmirən qurd ölmür və oranın yanar odu sönmür (Mark 9:48).



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   434   435   436   437   438   439   440   441   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə