Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə431/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   427   428   429   430   431   432   433   434   ...   445

MATTA 25:28

965


MATTA 26:18

pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.

28

İndi əlindəki talantı ondan alın



və on talantı olana verin!

29

*Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq,



kimin yoxudursa, əlində olan da ondan alınacaq.

30

*Yaramaz qulu isə qaranlıq çölə atın. Orada



ağlaşma və diş qıcırtısı olacaq”.

Qoyunlar və keçilər

31

*Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.



32

Bütün


millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən

ayıracaq.

33

Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.



34

O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin,

dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.

35

Çünki ac idim, Mənə



yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz;

36

çılpaq idim, Məni



geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.

37

Onda salehlər Ona



cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su

verdik?


38

Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?

39

Nə vaxt Səni xəstə və



ya zindanda görüb yanına gəldik?”

40

Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm:



siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.

41

O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə



hazırlanmış olan əbədi oda yollanın!

42

Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə



su vermədiniz;

43

qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və



zindanda idim, qayğımı çəkmədiniz”.

44

Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə



vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?”

45

O zaman



onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə

etməmiş oldunuz”.

46

*Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».



26

İsanı öldürmək üçün sui-qəsd hazırlanır

(Mark 14:1-2; Luka 22:1-2; Yəh. 11:45-53)

1

*İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi:



2

«İki gün sonra Pasxa bayramı olacağını

bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».

3

O zaman başçı kahinlər* və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar.



4

İsanı


hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar.

5

Amma deyirdilər: «Bunu bayramda etməyək,



yoxsa xalq arasında qarışıqlıq düşər».

İsa Bet-Anyada

(Mark 14:3-9; Yəh. 12:1-8)

6

*İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən



7

bir qadın Onun yanına gəldi və qadının əlində

içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun

başına tökdü.

8

Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür?



9

Axı bu ətiri

baha qiymətə satıb pulunu yoxsullara vermək olardı».

10

Lakin İsa bunu bilərək dedi: «Niyə qadını



incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.

11

*Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə



yanınızda olmayacağam.

12

Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı.



13

Sizə


doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq

ki, o yada salınsın».



Yəhudanın xəyanəti

(Mark 14:10-11; Luka 22:3-6; Yəh. 13:18-30)

14

O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi:



15

«Onu


sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.

16

O vaxtdan



Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi

(Mark 14:12-26; Luka 22:7-23; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

17

Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin



üçün harada hazırlıq görməyimizi istəyirsən?»

18

O da cavab verdi: «Şəhərə girib filankəsin yanına



*

25:29 Mat. 13:12; Mark 4:25; Luka 8:18

*

25:30 Mat. 8:12; 22:13; Luka 13:28



*

25:31 Mat. 16:27; 19:28

*

25:46 Dan. 12:2



*

26:1 Çıx. 12:1-27

*

26:3 Kahinl



ə

r – bəzi əlyazmalarda kahinlər, ilahiyyatçılar. *

26:6 Luka 7:37-38

*

26:11



Qanun. 15:11


MATTA 26:19

966


MATTA 26:55

gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində

keçirəcəyəm›”».

19

Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər.



20

Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu.

21

Onlar yemək yeyərkən İsa dedi:



«Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».

22

Onlar çox kədərlənib bir-bir Ondan



soruşdular: «Ya Rəbb, mən deyiləm ki?»

23

*O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran



Mənə xəyanət edəcək.

24

Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki,



Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».

25

Ona xəyanət



edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.

26

Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın,



yeyin! Bu Mənim bədənimdir».

27

Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək



dedi: «Bundan hamınız için!

28

*Çünki bu, Əhdin† bağlanması və günahların bağışlanması üçün



çoxları uğrunda axıdılan Mənim qanımdır.

29

Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə



təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm».

30

Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.



Peterin inkarı əvvəlcədən bildirilir

(Mark 14:27-31; Luka 22:31-34; Yəh. 13:36-38)

31

*Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz,‡ çünki belə yazılıb:



“Çobanı vuracağam,

Sürünün qoyunları pərən-pərən olacaq”.

32

*Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».



33

Peter Ona cavab verib dedi:

«Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm».

34

İsa ona dedi: «Sənə doğrusunu deyirəm:



bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».

35

Peter Ona dedi: «Əgər Səninlə



birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

Getsemani bağında

(Mark 14:32-42; Luka 22:39-46)

36

Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib



dua edərkən siz burada oturub-qalın».

37

O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir



kədər və narahatlıq hiss etməyə başladı.

38

Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az



qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun».

39

İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa§



Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun».

40

İsa şagirdlərin yanına qayıdıb gördü



ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi?

41

Oyaq



durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür».

42

İsa yenə ikinci dəfə



uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın yan keçməsi mümkün deyilsə, qoy

Sənin iradən olsun».

43

İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu.



44

Onları tərk edib

təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi.

45

Sonra İsa şagirdlərin yanına qayıdıb



onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə

təslim olunur.

46

Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»



İsa həbs olunur

(Mark 14:43-50; Luka 22:47-53; Yəh. 18:3-12)

47

İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin



və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi.

48

İsaya



xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun».

49

O anda



İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü.

50

İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi.



Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular.

51

Onda İsa ilə birlikdə olanlardan biri əl atıb



qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.

52

İsa ona dedi: «Qılıncını yerinə qoy,



çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq.

53

Yoxsa elə düşünürsən ki, Atamdan yardım



istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan** artıq mələk göndərər.

54

“Bunların olması



gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?»

55

*Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni



*

26:23 Z


ə

b. 41:9 *

26:28 Çıx. 24:8; Yer. 31:31-34

26:28 Əhdin – b



ə

zi əlyazmalarda Yeni Əhdin (Luka 22:20).

*

26:31 Z


ə

k. 13:7 ‡

26:31 M

ə

ni atıb gedəcəksiniz – hərfi tərcümədə Məndə büdrəyəcəksiniz. *



26:32

Mat. 28:16

§

26:39 Kasa – İsanın çarmıxdakı ölümünün r



ə

mzi. **


26:53 Legion – t

ə

qribən 6000 əsgər. *



26:55 Luka

19:47; 21:37




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə