Redaks ġya heyəTĠ



Yüklə 7,09 Mb.
Pdf görüntüsü
səhifə37/318
tarix15.03.2018
ölçüsü7,09 Mb.
#32623
1   ...   33   34   35   36   37   38   39   40   ...   318

65 

 

ildən Azərbaycan Ġnqilab Ko mitəsi və Azərbaycan K(b)P Mərkə zi Ko mitəsinin tərkibinə da xil  idi. Azərbaycan SSR 



Xalq  Hərbi-Dəniz  ĠĢləri  Ko missarlığı  Siyasi  Ġdarəsinin  rəisi  iĢləmiĢdir.  Nəriman  Nərimanovun  yaxın  silahdaĢı  olmuĢ, 

partiyadaxili  ixtilaflarda onun mövqeyini dəstəkləmiĢdir. 1921-22 illərdə Azərbaycan SSR  Xalq Ġctimai Təminat Ko missarı, 

1922-34  illərdə  Xa lq  Səhiyyə  Ko missarı  iĢlə miĢ,  1934-37  illərdə  Azə rbaycan  SSR  Xa lq  Ko mis sarları  Soveti  yanında 

ma lyariya və s. tropik xəstəliklərə qarĢı mübarizə ko mitəsinin sədri vəzifəsində çalıĢmıĢdır. 

Azərbaycanda  ma lyariya,  tra xo ma  və   s.  xəstəliklərin  ləğv  edilməsində  Ġsrafılbəyəvun  böyük  xid məti  olmuĢdur. 

Repressiyaya məru z qalmıĢ, ö lü mündən sonra bəraət verilmiĢdir. 

Əsəri: Проблемы борьбы с малярией в Азербаиджанской ССР, Б., 1937. 

Əd.: Кадырлы А., М. Н. Кадырлы (Исрвфилбеков), Б., 1970.  

 

ĠSRAFĠLOV Ġsrafıl (? -?) - Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti. 1918 ildən Cümhuriyyət ordusu sıralarında 

xidmət etmiĢdir. Azərbaycan Hökumətinin 11 yanvar 1919 il tarixli qəran ilə ona podpolkovnik hərbi rütbəsi verilmiĢdir. Hərbi 

nazirin  14 yanvar 1919  il tarixli əmri ilə 1-c i  CavanĢir piyada alayının komandiri,  19 fevral  1919  il tarixli  ə mri  ilə isə hərbi 

nazirin  yanında tapĢırıq  zabiti  vəzifəsinə  təyin edilmiĢdi.  1919  il  iyunun  25-də  imzalanmıĢ  baĢqa  bir  əmrlə  Ġsrafıl  Ġsrafiləv 

yenicə formalaĢdırılmağa baĢlayan 5-ci Bakı piyada alayına komandir təyin olunmuĢdu. Lənkəran əməliyyatında və Qarabağda 

erməni qiyamının yatırılmasında alayı ilə birlikdə fəal iĢtirak etmiĢdi. Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət 

etmiĢdir. 

 ĠSTANB UL  KONFRANSI (1918)  - Mərkə zi Avropa Ġttifaqı ölkə ləri (Almaniya, Avstriya-Macanstan, Türkiyə və 

Bolqarıstan) ilə Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənis-tan və Dağlılar  Ġttifaqı) dövlətləri arasında Ġstanbulda ke-çirilməsi 

nəzərdə  tutulan  beynəlxa lq  konfrans.  Batum  müqaviləsi  imza landıqdan  (1918,  4  iyun)  iki  gün  sonra  Gürcüstan  hökuməti 

Almaniyanın  Xarici  ĠĢlər  Nazirliyinə  verdiyi  notada  Brest-Litovsk  sülhü  əsasında  Dördlər  Ġttifaqı  ilə  Gü rcüstan  arasında 

əlaqələr  yaratmaq  məqsədilə  konfrans  keçirməyi  təklif  etdi.  1918  il  iyunun  9-da  Almaniya  cavab  notasında  konfrans 

çağırılmasına  tərəfdar  olduğunu  bildirdi,  lakin   onun  təkcə  Gü rcüstanla  deyil,  Qafqazdakı  yeni  respublikalarla  birlikdə 

Ġstanbulda keçirilməsini təklif etdi. Almaniya öz müttəfıqlərini və Qafqaz respublikalarını Tü rkiyə vasitəsilə konfransa dəvət 

etdi.  Ġyunun  17-də  Fətəli  xan  Xoyskinin  Gəncədə  təĢkil  etdiyi  2-ci  höku mət  kabinəsinin  iyunun  18-də  qəbul  etdiyi  ilk 

qərarlarından  biri  Mərkəzi  Avropa  Ġttifaqı  ölkələrinin  Ġstanbul  konfransına  göndəriləcək  Azə rbaycan hökumət  nümayəndə 

heyətini müəyyənləĢdirmək oldu. Nü mayəndə heyətinə Məhəmməd  Əmin  Rəsulzadə (sədr),  Xəlil bəy  Xasmə mmədov və 

Aslan bəy Səfıkürdski da xil edildi. 

Azərbaycan nümayəndələri iyunun 24-də  Ġstanbula gəldi.  Ġyulun əvvəllərində konfransa gəlmiĢ nü mayəndələr bir 

sıra ikitərəfli gizli görüĢlər keçirmiĢ və danıĢıqlar aparmıĢdılar.  Ġkitərəfli danıĢıqların  gediĢində Qafqaz respublikaların ö z 

nüfuz  dairələrinə  daxil  et mək  uğrunda  Alman iya  ilə  Türkiyə  arasında  gərgin  mübarizə  gedirdi.  Bu  mübarizədə  gürcülər 

almanların,  azərbaycanlılar  isə  türklərin  tərəfdan  o lduqların ı  nü mayiĢ  etdirirdilər.  Ermənilər  tərəddüd  keçirirdilər. 

DanıĢıqların  gediĢində  Almaniya  nü mayəndələri  belə  b ir  qənaətə  gəldilər  ki,  Bakı  probleminin  həllinin   açarı  Cənubi 

Qafqaz  respublikalarmda  deyil,  məhz  Moskvadadır.  Ona  görə  də  Almaniya  Sovet  Rusiyası  nümayəndələrinin  Ġstanbul 

konfransına  dəvət  olunmasını  təklif  etdi.  Türkiyə  bu  təklifı  qəti  surətdə  rədd  etdi.  Bundan  sonra  almanlar  Bakı  və 

Azərbaycan  barəsində  Sovet  Rusiyası  ilə  g izli  danıĢıqlara  g irdilər.  Berlində  üç  aya  qədər  davam  edən  Alman iya-Rusiya 

damĢıqlan,  nəhayət,  Brest  müqaviləsinə  əlavə  olaraq,  Türkiyədən  gizli  Almaniya  ilə  Sovet  Rusiyası  arasında  27  avqust 

saziĢinin imzalanması ilə nəticələndi. 8 fəsil və 17 maddədən ibarət olan  saziĢin 6-cı fəsli bilavasitə Qafqaza, 14-cü maddəsi 

isə  Azərbaycana  aid  idi.  Burada  göstərilirdi  ki,  Almaniya  Qafqazdä  Gürcüstan  hüdudlarından  kənarda  gedən  hərbi 

əməliyyatlarda  hər  hansı  üçüncü  dövlətə  heç  bir  əməli  yardım  etməyəcək.  Rusiya  Bakı  vilayətində  neft  hasilatını  bütün 

imkanları  da xilində  art ıracağın ı,  çıxarılan  neft in  dörddə  bir  hissəsini  isə  hər  ay  Almaniyaya  verəcəyini  vəd  edirdi  (ba x 



Brest-Litovsk  sülh müqaviləsinə əlavə məxfi saziş). SaziĢin Qafqa za aid  hiss əsi, ilk növbədə, Azərbaycan Cümhuriyyətinin 

ərazi  bütövlüyünə  qarĢı  yönəlmiĢdi.  Bu  məsələ  ilə  əlaqədar  M.Ə.Rəsulzadə  Ġstanbuldan  Azərbaycan  Cümhuriyyəti 

Höku mətinə yazırdı: "Siz Bakını tutmalısınız ki, hamı baş vermiş fakt qarşısında qalsın". 

1918  il sentyabrın 15-də  Qafqaz Ġslam  Ordusu və Azərbaycan hərbi qüvvələri  Bakını azad etdi.  Bu, Tələt paĢanın 

Berlində alman larla apard ığı danıĢıqlara , həqiqətən, c iddi təsir göstərdi. Sentyabrın  23-də  imza lan mıĢ A lmaniya-Os manh 

protokolu  ilə  A lmaniya   Rusiya  ilə  bağlad ığı  27  avqust  saziĢindən  rəsmən  imt ina  etdiyin i  b ild ird i  və  A zərbaycanı 

diplo matik  cəhətdən  tanıyacağını  və  ilk  addım  kimi,  Ba kıda   tezliklə  konsulluq  açacağını  vəd  etdi.  1918  ilin  payızında 

Almaniya-Türkiyə  blokunun  dünya  müharibəsində  məğ lubiyyəti  nəticəsində  oktyabrın  30-da  Türkiyə  Ġngiltərə  ilə  ağır 

Ģərtlərlə Mudros ba rışığını {1918) imzalamağa  məcbur o ldu. Mudros barıĢığının  11-ci  maddəsinə gorə, Türkiyə orduları 

Cənubi Azə rbaycanı və Cənubi Qafqa zı tərk et mə li id i. 

1918  il  oktyabrın  axırlarında  Ġstanbul  konfransında  iĢtirak  etmək  üçün  Türkiyəyə  getmiĢ  Azərbaycan  nümayəndə 

heyəti  Mərkə zi  Avropa  ö lkə lərinin   Cü mhuriyyətin  istiqlaliyyətini  tanıyacaqlarına  ü mid lərini  itirdi  və  yaranmıĢ  böhranlı 

vəziyyətdə konfransın artıq baĢ tutmayacağına ə min olaraq Ba kıya qayıtdı. 

Əd.:  Həsənov  C,  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;  Азербаиджанская 

Демократическая Республика (1918-1920). Закондательные акты, Б., 1998; Внешняя политика.ю Б., 1998; Топчибашев А.А., 

Дипломатические беседы в Стамбуле (1918-1920), B., 1994. 

 

 



 

 

 



 


Yüklə 7,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə