Redaksiya heyəti: Editorial staff



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə15/116
tarix01.02.2018
ölçüsü3 Mb.
#23258
1   ...   11   12   13   14   15   16   17   18   ...   116

42

SE

BA

Qəbələ şəhərİnİn 

tarİxİndən səhİfələr 

VI V

Qəbələ şəhərinin 

tarixindən səhifələr 

Pages from the history 

of Gabala city

Paleolit dövrü, eramızdan 

600 min il əvvəl

İbtidai insanların məskunlaşması (Soltannuxa, Böyük 

Əmili,  Hacıalılı,  Çarxana,  Qaradeyin  və  Savalan 

kəndləri  ərazisində,  Qaraçay  və  Sarısu  çayları 

arasındakı düzənlikdə). Sadalanan ərazilərin ümumi 

sahəsi təqribən 500 hektara bərabərdir. 



Eneolit dövrü, e.ə. VI-IV 

minilliklər 

Dağətəyi zonada, çay vadilərində, göllərin 

kənarlarında (hal-hazırda bu ərazilər indiki Qəbələ 

rayonunun tərkibinə daxildir və ərazisi 1550 kv. km-

dir)  məskunlaşan əhalinin məşğuliyyəti taxılçılıq və 

maldarlıq idi.



E.ə. IV minilliyin ortaları

Qala yeri - Qaş (Qəbələ Beynəlxalq Hava Limanının 

ərazisində) adlanan ərazidə yaşayış mövcud 

olmuşdur.  



E.ə. IV minilliyin ortaları – 

I minilliyin sonu

Əkinçilik təsərrüfatının intensiv inkişafı.



E.ə. III minilliyin əvvəlləri

“Antik şəhər ərazisi” və ya “Güllütala” (50 ha) 

adlanan ərazidə  yaşayış mövcud olmuşdur (Çuxur 

Qəbələ kəndi yaxınlığında).



E.ə. II minilliyin ortaları

İlkin dövlətlərin əsası olan böyük yerli tayfa 

birləşmələrinin mövcudluğu

E.ə. II minilliyin sonu- I 

minilliyin əvvəlləri

Şəhər tipli yaşayış məntəqəsi kimi formalaşmağa 

başlamışdır (Çuxur Qəbələ kəndi yaxınlığında “Antik 

şəhər ərazisi” və ya “Güllütala” (50 ha) adlanan 

ərazidə).



43

SE

BA

Reports of the Gabala 

Archaeological Expedition

2005-2010

Qəbələ Arxeoloji 

Ekspedisiyasının Hesabatları 

2005-2010

E.ə. IV əsr

Şəhər siyasi, iqtisadi, mədəni, sənətkarlıq və ticarət 

mərkəzinə çevrilmişdir.

E.ə. IV əsr – b.e. I əsrinin 

sonu

Şəhər əsasən 50 ha sahədə yerləşirdi  (Çuxur 

Qəbələ kəndinin yaxınlığındakı Antik şəhər – 

Güllütala ərazisi).



E.ə. IV əsr – b.e. V əsri

Albaniyanın paytaxtı olmuşdur (900 il).



E.ə. I əsr (60-cı illər)

Albaniyada çar Oroysun hökmranlığı.



E.ə. I əsr (30-cu illər)

Albaniyada çar Zoberin hökmranlığı.



I əsrin ikinci yarısı

Qafqaz  Albaniyasının  paytaxt  şəhərinin  adı  yazılı 

mənbələrdə ilk dəfə Roma alimi Böyük Plininin “Təbii 

tarix” əsərində “Kabalaka” kimi göstərilmişdir.



I əsr (70-ci illər)

Albaniyaya alanların hücumu.



I əsrin sonu

Şəhər  şimala  doğru  25  ha  əraziyə  köçürülmüşdür 

(Çuxur Qəbələ: Antik ərazidən - Səlbirə  (12 ha) və 

Qalaya (13 ha)).



ХI əsrə qədər    

Səlbirdə


XVIII əsrə qədər  

Qalada intensiv həyat davam etmişdir. 



E.ə. I əsrin sonu – b.e. I 

əsrinin əvvəli

Roma imperatoru Oktavian Avqustun (e.ə. 30-cu il – b.e. 

14-cü ili) “İlahi Avqustun Əməlləri” adlı memuarlarında 

qeyd etdiyi kimi, albanların (Albaniyanın) hökmdarı 

Romaya  səfirlər  göndərmişdir.  Bu  fakt  Albaniyanın 

paytaxtının - Qəbələnin də beynəlxalq əlaqələrdə rolu 

olduğundan xəbər verir. 

III əsr (260-cı ildən sonra) Albaniya Sasani dövlətinin tabeliyinə keçdi.  

IV əsrin birinci yarısı

Xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə 

çevrildi.



44

SE

BA

Qəbələ şəhərinin 

tarixindən səhifələr 

Pages from the history 

of Gabala city

V əsr (463-cü il)

Albaniya dövlətinin paytaxtı Partava (Bərdəyə) 

köçürülür və Qəbələ Sasani mərzbanlığının 

(canişinliyinin) mərkəzinə çevrilir (Qəbələ şəhəri ilə 

Bərdə şəhəri arasındakı məsafə təqribən 117 km-ə 

bərabərdir).



VI əsrin əvvəlləri

Sasani hökmdarı I Qubadın (I Kavad) (488-531) 

əmri ilə Qəbələnin Səlbir-Qala və ətrafdakı müdafiə 

istehkamları (25 ha) möhkəmləndirildi.



VI əsr (552-ci il)

I Xosrov Ənuşirəvan 10 min sabir türkünü (xəzəri) 

Qəbələyə köçürdü (Səlbir, Qala və ətraf ərazilərə), 

eyni zamanda Qəbələ şəhəri Xəzər adlandırıldı (Əl-

Bəlazurinin məlumatına əsasən).

VII əsrin əvvəli

Sasanilər mərzbanlığın (canişinliyin) mərkəzini 

Qəbələdən Bərdəyə köçürdü.

VII əsr (629-cu il)

Albaniyada Sasani ağalığı sona çatdı.



VII əsrdə (642-681-ci 

illər)

Girdiman vilayətinin hakimi Cavanşir Albaniyaya 

hökmdarlıq etmişdir. 

VII  əsrin  ortaları

Ərəb  sərkərdəsi  Salman  ibn  Rəbiə  Albaniya  hakimi 

Cavanşir ilə müqavilə bağladı (vergi və s.). 

VII əsr (681-ci il)

Şimaldan xəzərlərin hücumu



VIII əsr (721-ci il)

Ərəb sərkərdəsi əl-Çərrah ibn Abdullah xəzərləri bu 

ərazidə (Qəbələdə) məskunlaşdırdı.

VIII əsrin əvvələrindən

Albaniya Ərəb Xilafətinin tərkibinə daxil edilmiş və 

burada islam dini yayılmağa başlamışdır.

IX əsrin sonu-X əsrin 

əvvəlləri

Qəbələdə feodal hakimliyi meydana gəldi. İlk hakim  

Kor Ənbas və ya Təkgöz Şir ləqəbli Ənbasat əl-Əvar 

oldu.



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə