Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

göstərir,  ürək-damar  xəstəliklərinin  səviyyəsilə  suda  xromun, 
vanadiumun, marqansm, kobalt, sink və litiumun olması arasında 
mənfi,  mis,  kadmium  və  nitratlarm,  eləcə  də  xloridlərin  olması 
arasında  isə  müsbət  qarşılıqlı  əlaqə  mövcuddur.  Tərkibində  1 
mq/l-dən  az  konsentrasiyada  ftorun  olması  kütləvi  surətdə  əhali 
arasında  kariyesin  yayılmasına  səbəb  olur.  Bu  xəstəlikdən  ilk 
növbədə  uşaqlar  əziyyət  çəkir.  Ətraf  mühitdə,  xüsusilə  içməli 
ftorun artıq olması flyuroz xəstəliyi üçün şərait yaradır. 
Suyun 
çirklənməsi 
intensiv 
öyrənilmə 
predmetinə 
çevrilmişdir,  çünki  çirklənmiş  su  vasitəsilə  keçən  xəstəliklərdən 
əzab çəkənlərin sayı milyonlarladır. 
Lakin ətraf mühit mürəkkəb sistemdir. Bu anlayış özünə təkcə 
havanı,  torpağı  və  suyu  daxil  etmir.  Səs-küy  də  insan  həyatında 
xüsusilə  böyük  şəhərlərdə  əhəmiyyətli  rol  oynayu*.  Səs-küyün 
mərkəzi  əsəb  sisteminə,  vegetativ  reaksiyalara,  qan  təzyiqinə, 
daxili  orqanların  fəaliyyətinə  mənfi  təsiri  sübut  edilmişdir. 
Səs-küyün  yüksək  səviyyəsi  hipertenziya  və  hiko-  menziyamn, 
qəstritlərin,  mədə  xora  xəstəliklərinin,  daxili  sek-  ressiya 
vəzilərinin  və  maddələr  mübadiləsinin  pozulmasına,  qan  dövranı 
orqanlarının  yüksəlməsinə  səbəb  olur.  Səs-küylü  şəhərlərdə 
yaşayan  əhalidə  serebral  ateroskleroz,  qanda  xo-  lestrinin  artımı, 
astetik sindrom tez-tez baş verir. Azçəkili doğulan uşaqların payı 
səs-küyün səviyyəsinin artması ilə əlaqədar yüksəlir. 
İntensiv səs-küy şəraitində böyük beyin qabığında aydın ifadə 
olunmuş müdafiəedici ləngimə inkişaf edir, ali sinir fəaliyyətində 
ciddi dönüş baş verir. 
Yüksək  fizioloji  fəallığın  orqanı  olan  baş  beyində  oksigen 
çatışmazlığı nəticəsində çox hallarda səs-küyün təsiri altında beyin 
yorğunluğu  inkişaf  edir,  belə  ki,  səs-küy  beyin  damarlarının 
tonusunu  artırır,  onun  toxumalannın  qanla  dolmasım  aşağı  sahr, 
səs-küyün  65-95  db  olması  şəraitində  ürəyin  fəaliyyəti  pozulur, 
müxtəlif  orqanlannm  qan  dövram  pisləşir,  60  db  olan  səs-küy 
bəzən şəhər nəqliyyat magistrallannda qeydə alınaraq, immunitet 
göstəricilərinə təsiri müəyyən edil 
108 


mişdir. 
Beləliklə, səs-küy böyük baş beyin yarımkürələri qabığına və 
vegetativ əsəb sistemləri mərkəzlərinə, insanın müxtəlif orqan və 
sistemlərinə mənfi təsir göstərir. 
Ətraf  mühitin  fiziki  amilləri  içərisində  şəhər  sakinlərinin 
sağlamhğma mənfi təsir göstərən qısadalğah, ultra qısadalğalı və 
yüksək tezlikli diapozonlannda elektromaqnit sahəsi (EMS) böyük 
rol  oynayır.  Onların  əsas  mənbələri  qısadalğalı  ötürücülər, 
telemərkəzlər,  radiolokatorlar,  yüksəktezlikli  və  orta  dalğalı 
ötürücülərdir. Hesab olunur ki, EMS təsiri altında insan əhvahnın 
pisləşməsi  onun  elektromaqnit  proseslərinə  həs-  sashğının 
nəticəsidir,  bu  proseslər  də  fizioloji  reaksiyaların  tənzimlənməsi 
ilə əlaqədardır. 
Əsəb  sistemi  bu  təsirlərə  daha  həssasdır.  Güman  edilir  ki, 
EMS-nin  təsiri  mexanizmində  əsas  rol  böyük  beynin  listerior 
strukturlarına  və  pinotalamusa  aiddir.  Ola  bilər  ki,  elektro  və 
interoreseptop  orqanizmlərinə  elektromaqnitin  təsiri  əsəb  im- 
pulslarma  səbəb  olmaqla  böyük  beyin  qabığını,  hipotalamus  və 
onurğa  beyninə  daxil  olsun.  Hipofizlə  funksional  əlaqədə  olan 
hipotalamus hormonları qanın tərkibinə, daxili orqanların işinə və 
əsəb  sisteminə  təsir  edən  böyrəküstü  vəziləri  prosesə  daxil  edir. 
Onurğa beyni və vegetativ əsəb sistemindən keçən impulslar daxili 
orqanlara çatır və onların funksional vəziyyətinə təsir göstərir. 
Elektromaqnit sahələrinin təsiri cinsi sferada da özünü büruzə 
verir. Əmələ gələn dəyişiklik özünü həm düzünə, həm də bilavasitə 
göstərir. Birinci halda, cinsi vəzilər bilavasitə zəifləyir, ikincidə isə 
onların  pozuntusu  sahələrin  əsəb  və  endokrin  sistemlərinə 
əlverişsiz təsirilə əlaqədardır. 
Sahələrin  anaların  orqanizminə  təsiri  cansız  nəslin  doğul- 
masını  şərtləndirir.  Digər  tərəfdən,  elektromaqnit  sahələrin 
təsirinin  sonrakı  nəticəsi  özünü  gələcək  nəsildə  generativ 
funksiyanm  pozulmasında  göstərir.  QD  və  UQD  diapazonların 
elektromaqnit sahəsi ürək-damar sisteminə təsir göstərərək, pulsun 
qısalmasına,  ürək  sərhədinin  müəyyən  dərəcədə  genişlənməsinə, 
ürək tonlarının karlığına, ürək və damar hipoto- 
109 


niyasının keçiriciliyinin pisləşməsinə gətirib çıxarır. 
EMS-nin  ürək-damar  sisteminin  reaksiyasma  təsiri  iki  yolla 
ola  bilər:  birinci,  bilavasitə  ürəyin  avtomat  düyünlərinə,  ikinci, 
mərkəzi sinir sistemi vasitəsilə. 
Müəyyən  edilmişdir  ki,  mühüm  amillərinin  insan 
sağlamlığına təsiri müxtəlif effektlər verə bilər. Belə ki, uşaqların 
ümumi  xəstələnmə  səviyyəsi  həm  atmosfer  havasımn  karbon 
oksidi  ilə  çikrlənməsindən,  həm  də  şəhər  səs-küyündən  asılıdır. 
Eyni zamanda, iki amilin təsirinin uyğunluğu şəraitində xəstəliyin 
artması  yüksəlir  (qarşılıqlı  güclü  effekt).  Atmosferin  çikrlənməsi 
və  əlverişsiz  mənzil  şəraiti  allergiya  xəstəliyinin  genişlənməsinə 
əhəmiyyətli dərəcədə təsir göstərir. Bu amillər birlikdə xəstəliyin 
daha intensiv kütləsinə səbəb olur. 
Bir  istiqamətdə  təsir  edən  bir  neçə  amillərin  uyğunluğu 
sağlamlıq göstəricisində həmin dəyişikliklərə gətirib çıxara bilər. 
Ürəyin  işemiya  xəstəliyinin  genişlənməsinin  səbəbi  atmosfer 
havasımn  çirklənməsi,  səs-küyün 
5
mksək  səviyyəsi  və  qida 
məhsulları  ilə  pestisidlərin  daxil  olmasıdır.  Atmosfer  havasının 
çirklənməsi bu xəstəliyi  44%,  güclü akustik  təsirdə 20% artması 
baş  verə  bilər.  DDT-nin  qida  məhsullarında  (süd,  ət,  yağ)  qahq 
miqdarı xəstəliyin 26% artmasına gətirib çıxanr. Bu amillərin birgə 
təsiri isə bu xəstəliyə malik adamların sayını 2 dəfə artırır. 
Antropogen  amillərin  insan  sağlamhğına  təsirinin  təzahürü 
nəinld  onların  intensivliyi,  eyni  zamanda,  hava-iqlim  fonundan 
asıhdır. Yağışh günlərin sayı mötədil olan «yumşaq» iqlim əlverişli 
təsir  göstərir,  daha  «quru»  və  daha  «yağışlı»  iqlim  xəstəliklərin 
artmasına  səbəb  olur.  Digər  tərəfdən,  havanın  dəyişmə  sürəti  də 
insan orqanizminə təsir göstərir. Tam məsuliyyətlə demək olar ki, 
əlverişli təbii iqlim şəraiti antropogen zərərli təsiri yumşalda bilər, 
ancaq kəskin, tez-tez dəyişən hava isə onu dərinləşdirir. 
Şəhər mühitinin əlverişsiz amilləri orqanizmin müqavimətini 
azaldır,  insanın  həssas  olduğu  xəstəliklərin  tez-tez  təzahürünə 
səbəb olur, mövcud xəstəliklərin gedişini isə pisləşdirir. 
Beləliklə, urbanlaşma insan cəmiyyətinə birmənalı təsir 
110 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə