Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   138   139   140   141   142   143   144   145   ...   161

 
294
...İlyas Əfəndiyevin yaxın dostlarından biri də Adil Isgəndərov idi.  
«Intizar»dan sonra İlyas Əfəndiyev ilk müstəqil pyesini – «Işıqlı yollar»ı 
yazmışdı və 1947-ci ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş bu 
tamaşanın quruluşçu rejissoru Adil Isgəndərov idi, bir il sonra, 1948-ci ildə Adil 
Isgəndərov həmin teatrda «Bahar suları»na quruluş verdi və ümumiyyətlə, İlyas 
Əfəndiyev həmişə deyirdi ki, məni teatra Adil gətirdi. İlyas Əfəndiyev yazırdı: 
«Mən neftçilərin həyatından yazacağım pyesin  (söhbət «Işıqlı yollar»dan 
gedir.– E.) süjetini təxmini olaraq Adilə nağıl elədim. O diqqətlə qulaq asıb, öz 
qeydlərini, arzularını da dedi. Mən birinci dəfəydi ki, Adil Isgəndərovla müstəqil 
yaradıcılıq işinə başlayırdım. Mənim düşündüyüm, qısa ştrixlərlə təsvir elədiyim 
surətləri onun dərhal necə aydın duyduğunu, hətta bəzən onun necə vəcdə gəldiyini 
hiss edirdim. Və bu cəhət, yaradıcılıqda təbiətən vasvası olan məni ruhlandırdı. Mən 
onun necə gözəl tamaşalar verdiyini görmüşdüm. Buna görə də, indi fikirlərimin onu 
necə maraqlandırdığını hiss etməyim mənim dramaturgiya sahəsində özümə 
inamımı artırırdı». 
Görünür, onların gələcək dostluğunun da bünövrəsində bir-birilərini beləcə 
«dərhal» anlamaq dayanırdı və bu dostluq zamanın sınağından çıxmış bir dostluq 
idi.  
Iş belə gətirmişdi ki, Adil Isgəndərov «Bahar suları»ndan sonra İlyas 
Əfəndiyevin başqa bir əsərinə quruluş verməmişdi. 1948-ci ildən sonra «Atayevlər 
ailəsi» pyesini 1954-cü ildə Adil Isgəndərovun razılığı ilə o zaman yeni fəaliyyətə 
başlamış Tofiq Kazımov tamaşaya qoymuşdu, onillik fasilədən sonra «Sən həmişə 
mənimləsən» yazılanda isə, Adil Isgəndərov artıq çox haqsız bir surətdə teatrdan 
uzaqlaşdırılmışdı.  
Ancaq Adil Isgəndərov teatrda olanda da, olmayanda da, İlyas Əfəndiyevin 
Sona xanımın makinasından çıxmış yeni əsərlərinin əlyazmalarının ilk 
oxucularından biri olurdu. Və vacib deyildi ki, pyes olsun,– İlyas Əfəndiyev yeni 
hekayələrini, povest və romanlarını da hələ çapdan əvvəl oxuyub fikir deməsi üçün 
Adil Isgəndərova verirdi və Adil müəllim də o əlyazmalarını həmişə maraqla 
qarşılayırdı, onları çox ciddi oxuyurdu, axşam bizdə çay içə-içə fikrini deyirdi, 
qeydlərini bildirirdi və belə bir ənənə yaranmışdı ki, sonra da köhnə «Inturist»in 
restoranına gedirdilər. İlyas Əfəndiyev evdən çıxanda deyirdi: 
– Bax, Adil, bu dəfə hesabı mən verəcəyəm! 
Adil Isgəndərov: 
Hələ bir gedək, qadam...– deyirdi. 
Mən də maraqlanırdım ki, görəsən, restoranda hesabı kim verəcək və gecə, ya 
səhəri gün atamdan soruşanda, gülümsəyə-gülümsəyə başını bulayırdı: 
– Adil...  
Adil Isgəndərov İlyas Əfəndiyevin 60-70-ci illərdə yazdığı yeni pyeslərini 
oxuyurdu, amma həmin əsərlərin tamaşalarına getmirdi, çünki uzun illər boyu, necə 
deyərlər, canını qoyduğu teatra daha ayaq basmırdı və onun teatrdan beləcə 
uzaqlaşdırılmasını, teatra getməməyini, xüsusən, ilk vaxtlarda, atam çox ürəyinə 
salırdı.  
Bir çox illərdən sonra İlyas Əfəndiyev «Sənətkarın taleyi» adlı essesində 
yazırdı: 
«Bir dəfə ona dedim: 


 
295
– Adil, bəlkə, bir neçə yazıçı, yuxarı təşkilatlardan xahiş eləyək, səni 
qaytarsınlar teatra?.. 
Dərindən nəfəs alıb: 
– Yox,– dedi.– Işləyə bilmərəm, ürəyim sınıb... 
Mən də kədərlə hiss elədim ki, Adil haqlıdır... Işləyə bilməz. 
Taleyin qəribə işləri olur... 
Bəzən bizlərdən birimiz ürəyimizdən şikayət eləyəndə Adil zarafatyana 
deyərdi ki: 
– Qadam, ürək adamın harasında olur?.. 
Özü isə heç gözlənilmədən ürəyindən öldü...». 
Mən indi bu sətirləri oxuyuram, bu sözlərin deyildiyi, bu ovqatın yaşandığı 
günlər, illər gözlərimin qabağına gəlir və elə bil, İlyas Əfəndiyevlə bir yerdə 
fikirləşirəm ki, əlbəttə, ürək neyləsin?.. 
İlyas Əfəndiyevin Tofiq Kazımovla da hələ 50-ci illərin əvvəllərindən etibarən 
yaxın dostluqları var idi və bu dostluq da bir tərəfdən, təbii ki, şəxsi hisslərin ifadəsi 
idi, digər tərəfdən isə bədii-estetik əqidə, ədəbi məfkurə dostluğu idi.  
Tofiq Kazımov «Atayevlər ailəsi»nə verdiyi quruluşdan düz on il sonra, 1964-
cü ildə «Sən həmişə mənimləsən» pyesini tamaşaya qoydu və o tamaşa Azərbaycan 
teatrının tarixində prinsipial əhəmiyyətli mühüm hadisəyə çevrildi.  
Bundan sonra Tofiq Kazımov 1968-ci ildə «Unuda bilmirəm»i, 1969-cu ildə 
«Məhv olmuş gündəliklər»i, 1975-ci ildə isə «Bağlardan gələn səs»i Akademik Milli 
Dram Teatrının səhnəsində tamaşaya qoydu. 
Bu tamaşalar haqqında, onların Azərbaycan teatr sənətinin inkişafındakı rolu 
barədə müxtəlif teatrşünaslar nəslinin Cəfər Cəfərov və Yaşar Qarayevdən tutmuş 
Məryəm Əlizadə və İlham Rəhimliyə qədər, demək olar ki, bütün səriştəli 
nümayəndələri çox yazıblar və indiki kontekstdə mənim üçün vacib cəhət odur ki, 
təkrar edirəm, İlyas Əfəndiyev ilə Tofiq Kazımovun dostluğu şəxsi dostluq ilə sənət 
dostluğunun birliyi idi. 
Sultan Hacıbəyovla dost idilər və bu dostluğun isə bünövrəsi uzaq keçmişlərə 
gedib çıxırdı: Sultan Hacıbəyovun anası Zəhra xanımla İlyas Əfəndiyevin anası 
Bilqeyis xanım gənclik rəfiqələri idi və mənim onların söhbətinə qulaq asmağa 
xüsusi azarım var idi: tez-tez xatırlayırdılar ki, yayda Şuşada Üzeyir Hacıbəyovun 
anası Şirin xanıma necə gedib baş çəkirdilər, Cıdır düzündə, Ərimgəldidə necə 
gəzməyə çıxırdılar, Şuşadan kəsə Molla Nəsrəddin yolu ilə faytonla Qaryaginə 
(indiki Füzuliyə) necə gedirdilər və o rəhmətliklər o söhbəti elə canlı aparırdılar, elə 
şövqlə danışırdılar ki, elə bil, o faytonda elə mən özüm də o kəsə Molla Nəsrəddin 
yolu ilə üzüaşağı Füzuliyə tərəf düşürdüm, mən özüm də onlarla bir yerdə gedib 
Üzeyir bəyin qoca anası Şirin xanımı yoluxurdum, Cıdır düzündə, Ərimgəldidə 
onlarla bir yerdə gəzirdim.  
Sonralar İlyas Əfəndiyev Şuşanın o səfalı və unudulmaz yerləri barədə yazırdı:  
«Yay zamanı aran Qarabağın – Yevlağın, Bərdənin, Tərtərin, Ağdamın, 
Ağcəbədinin, Füzulinin, Cəbrayılın, Beyləqanın camaatı Şuşaya yaylağa gedərdilər. 
Bu əhalinin Şuşada iki məşhur gəzmək yeri var idi. Biri cənub hündürlüyündəki 
məşhur Cıdır düzü, digəri Ağdama gedən yolun üstündəki Ərimgəldi idi. Axşamçağı 
camaatın yarısı Cıdır düzünə, yarısı da Ərimgəldiyə gəzintiyə çıxardı. Arvadlar 
Şuşadan Ağdama gedən yola baxıb, Arandan gələcək ərlərinin yolunu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə