LATVİYA
“AZƏRİ” CƏMİYYƏTİ
(Riqa)
“Azəri” Cəmiyyəti Latviya Milli Mədəniyyət Cəmiyyətləri Birliyində
təmsil olunmuşdur. Cəmiyyətin sədri hüquqşünas Əlipaşa Nəsirlidir.
Cəmiyyət Latviyada daimi yaşayan 3700-dən çox azərbaycanlılar arasında
fəaliyyət göstərir. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr,
ermənilərin hərbi təcavüzünə qarşı gedən qanlı müharibə haqqında
həqiqətlərin Latviyada yayılmasında Cəmiyyət təqdirəlayiq iş aparır
Cəmiyyətin üzvləri Riqa şəhərində keçirilən ictimai-siyasi tədbirlərdə,
görüşlərdə fəal iştirak edir, televiziya ekranında, mətbuat səhifələrində
Azərbaycandakı demokratik proseslərin izah olunması, erməni
işğalçılarının sərsəm xülyalarının ifşa edilməsi ilə əlaqədar müntəzəm
olaraq çıxışlar təşkil edirlər.
Cəmiyyətin yaxından iştirakı ilə bir sıra mədəni tədbirlər hazırlanıb
keçirilir. Cəmiyyətin təşəbbüsü ilə yaradılan bazar günü məktəbi 1992-ci
ilin fevralından fəaliyyət göstərir. Müdafiə arasında təkcə azərbaycanlılar
deyil, latışlar, ruslar da vardır. Hər bazar günü onlarca şagird latın qrafikalı
türk dilini öyrənmək üçün toplaşırlar. Beş saat türk dili və ədəbiyyatı tədris
edilir. Bundan başqa bir saat estetik tərbiyəyə, bir saat da İslam dininin
mahiyyətinin öyrənilməsinə sərf olunur. Hər ay Latviya radiosunda ayrılan
35-40 dəqiqəlik vaxt ərzində musiqimiz, dilimiz, tariximiz təbliğ olunur.
“LATVİYA-AZƏRBAYCAN MƏDƏNİYYƏT
ASSOSİASİYASI”
(Riqa)
“Latviya-Azərbaycan mədəniyyət assosiasiyası” 1992-ci il mayın 28-
də Riqada yaradılmışdır. Onun prezidenti Faiq Səfərovdur. Assosiasiyanın
ətrafında əsasən ziyalılar toplaşmışlar. Assosiasiya nəinki Azərbaycanda,
eyni zamanda keçmiş Sovet İttifaqının, Amerikanın, İsveçin, Avstraliyanın
və digər ölkələrin azərbaycanlı icmaları ilə əlaqələr yaratmışdır. Onun
üzvləri içərisində müxtəlif millətlərin nümayəndələri də təmsil
olunmuşdur. Assosiasiya ilə məşhur latış şairi - türkoloqu Uldis Berzinş
əməkdaşlıq edir. O, “Dədə Qorqud”u latış dilində tərcümə etmişdir.
Assosiasiya öz qüvvəsilə əsəri çap etdirmək fikrindədir. Latviya
televiziyası və radiosu, bir çox latış yazıçıları, incəsənət ustaları
Assosiasiya ilə yaxından əməkdaşlıq edirlər. Assosiasiyanın fəaliyyətində
Azərbaycanda gedən demokratik proseslər, ictimai-siyasi hadisələr, erməni
təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri vəhşiliklər barədə
həqiqətin yayılması əsas yer tutur. Assosiasiyanın yaxından iştirakı ilə
Latviya Xalq Cəbhəsinin “Baltiyskoye vremya” qəzeti 1992-ci ilin
noyabrında bütövlükdə xüsusi buraxılışını Azərbaycana həsr etmişdir.
“Latviya-Azərbaycan mədəniyyət assosiasiyası” Qarabağ
hadisələrinin əsl mahiyyətini açmaqla Latviya kütləvi informasiya
vasitələrində fəal təbliğat işləri aparır. Onun təşəbbüsü ilə indiyə qədər
yeddi latış jurnalisti Qarabağın müharibə gedən bölgələrində olmuş, bu
barədə Latviya mətbuatında, radio və televiziyasında xeyli qiymətli
materiallar verilmişdir.
Assosiasiyanın köməyi ilə Latviyanın bir neçə jurnalistinin
Azərbaycan Respublikasının vasitəsilə Bosniyaya göndərilməsi
planlaşdırılmışdır.
“TƏBRİZ” CƏMİYYƏTİ
(Riqa)
Latviyanın paytaxtında soydaşlarımızın yaratdıqları üçüncü milli
mədəniyyət mərkəzidir. Ötən il mərkəzin idarə heyəti təşkil olunmuşdur.
Cəmiyyətin rəhbəri Həsənzadədir.
Hazırda Azərbaycan torpaqlarına erməni təcavüzü ilə bağlı
həqiqətlərin Latviyada, eləcə də digər Baltik respublikalarında yayılması
sahəsində xeyli iş görmüş cəmiyyət üzvləri öz həmvətənlərinə - cəbhə
xətlərində döyüşən əsgərlərimizə bir neçə dəfə ərzaq və dərman ləvazimatı
yardımı göstərmişlər.
“Təbriz” cəmiyyəti respublikamızdakı “Qarabağa Xalq Yardımı
komitəsi” ilə yaxından əməkdaşlıq edir.
“Təbriz” cəmiyyəti Riqada, eləcə də Latviyanın digər şəhərlərində bir
sıra maraqlı mədəniyyət və xeyriyyə tədbirləri keçirmişdir.
LİTVA
“ODLAR YURDU” CƏMİYYƏTİ
(Vilnüs)
“Odlar Yurdu” Cəmiyyəti keçmiş sovet respublikalarının ərazisində
azərbaycanlıların yaratdıqları ilk cəmiyyətlərdən biridir. Litva ilə
Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin tarixi qədimdir. Litvalıların
Azərbaycan ərazisində görünməsi əsrimizin ikinci yarısına təsadüf edir.
Çarizmin milli zülmündən, iqtisadi çətinliklər ucbatından bir çox litvalı
Bakıya pənah gətirmişlər. Əsrin əvvəllərində Bakıda təqribən səkkiz min
litvalı yaşayırdı. Onların burada müxtəlif ictimai-mədəni cəmiyyətləri
fəaliyyət göstərirdi. 1918-ci ildə Azərbaycan və Litva öz müstəqilliyini
elan etdilər.1919-cu ildə isə iki dövlət arasında konsulluq səviyyəsində
diplomatik əlaqələr yaradılmışdı. Xalqlarımızın arasında əlaqələrin yeni
mərhələsi Litvada “Sayudis” hərəkatının və respublikamızda Azərbaycan
Xalq Cəbhəsinin meydana atılmasından başlanır. Elə bu zamanlar
fəaliyyətə başlayan “Odlar Yurdu” Cəmiyyəti Azərbaycan və Litva
arasında əlaqələrin möhkəmlənməsinə, hər iki respublikada baş verən
demokratik hərəkatın bütün çətinlikləri şəraitində öz işini qurmağa
çalışırdı. Qarabağ böhranının başlanması, Azərbaycana qarşı erməni
təcavüzünün müxtəlif informasiya vasitələri tərəfindən saxtalaşdırılması
Litvada Cəmiyyətin fəaliyyətini xeyli dərəcədə çətinləşdirirdi. Cəmiyyətin
üzvləri bu zaman olduqca səmərəli iş aparırdılar. Onlar Azərbaycanda baş
verən hadisələr barədə informasiya blokadasını yarmağa, bütün
vasitələrdən istifadə edərək Litva ictimaiyyətinə həqiqət çatdırmağa
çalışırdılar. Bakıda Qanlı yanvar hadisələri ilə əlaqədar 1990-cı il fevralın
1-də Litva, Estoniya və Latviya azərbaycanlıları Vilnüs şəhərinin
mərkəzində Gediminas kostyolunda toplaşaraq matəm ayinlərin icra
etdilər.
Azərbaycan və Litva respublikalarının müstəqillik əldə etməsi, onlar
arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yeni məcraya düşməsi “Odlar
Yurdu” Cəmiyyətinin fəaliyyətini xeyli canlandırdı. Cəmiyyətin sədri
Dostları ilə paylaş: |