əsas vəzifələrindən birini də xarici ölkələrdə yaranan azəbaycanlılarla əlaqə
yaratmaq da görür.
“NATƏVAN” AZƏRBAYCAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ
(Uralsk)
“Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1992-ci ilin mayın 19-
da yaradılmışdır.Cəmiyyətin təsis konfransında onun nizamnəməsi qəbul
olunmuşdur. Cəmiyyətin yaranması elan edilmişdir. Cəmiyyətin sədri
Vəlixan Məmmədəliyevdir. Qazaxstanın Uralsk şəhərində Uralsk
vilayətində 1700 nəfərə yaxın azərbaycanlı yaşayır. Cəmiyyətin məqsədi
həmvətənlərimizi bir mərkəz ətrafında birləşdirmək və onun vasitəsilə
qazaxları, rusları və başqa millətləri Azərbaycanın tarixi, incəsənəti,
mədəniyyəti ilə tanış etmək, respublikamız haqqında bütün həqiqəti orada
baş verən ictimai siyasi hadisələri mahiyyətini başa salmaqdır. Cəmiyyətin
nəzdində Ağsaqqalar şurası yaradılmışdır. Cəmiyyətin Uralskda fəaliyyət
göstərən digər xalqların milli mərkəzləri ilə sıx əlaqədə işləməyə çalışır.
QIRĞIZISTAN
“AZƏRBAYCANÇILAR”ASSOSİASİYASI
(Bişkek)
Qırğızıstanın payxtaxtı Bişkek şəhərində yaradılmış və rəsmi
qeydiyyatdan keçmiş “Azərbaycançılar”Assosiasiyası öz fəaliyyətinə
1992-ci ilin payızından başlamışdır. Qırğızıstanda 20 min azərbaycanlı
yaşayır. Assosiasiyanın rəhbərliyinə daxil olan soydaşlarımız ölkənin
ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar. Assosiasiya
Qırğızıstanda yaşayan azərbaycanlıların fəallığın artırılması, Azərbaycanla
Qırğızıstan arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsi və
möhkəmlənməsi sahəsində fəaliyyətini təkmilləşdirir.
“AZƏRİ”MƏDƏNİYYƏT MƏRKƏZİ
(Bişkek)
“Azəri” Mədəni Mərkəzi 1992-ci ilin axırlarından fəaliyyətə
başlamışdır. Mərkəzin sədri A.Xəlilovdur. Mərkəz öz əsas vəzifəsini
Qırğızıstanda, xüsusən Bişkekdə yaşayan soydaşlarımıza kömək etməkdə,
Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatı barədə müntəzəm
məlumat verməkdə, azərbaycan və qırğız xalqları arasında dostluq
əlaqələrini və əməkdaşlığı möhkəmləndirməkdə görür.
DANİMARKA
“DANİMARKA-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİ”
(Kopenhagen)
Kopenhagen
şəhərindəki “Danimarka-Azərbaycan Dostluq
Cəmmiyyəti“ Danimarkada yaşayan azərbaycanlılar arasında geniş ictimai
siyasi və mədəni tədbirlərin keçirilməsində səmərəli fəaliyyət göstərir.
Bakıda 1990-cı il yanvar faciəsi ilə əlaqədar Kopenhagendə
azərbaycanlıların etiraz mitinqlərinin, nümayişlərin və yürüşlərin təşkilində
Cəmiyyətin üzvləri fəal iştirak etmişlər. Cəmiyyətin fəaliyyətində mədəni
tədbirlər əsas yer tutur. Cəmiyyətin nəzdində yaradılmış “Dədə Qorqud”
ansamblının üzvləri Azərbaycan musiqisinin, xalq yaradıcılığının
təbliğində xüsusi fəallıq göstərir. Ansamblın üzvü aşıq Abbas Eloğlu öz
geniş fəaliyyəti ilə nəinki Danimarkada, hətta digər Avropa ölkələrində
yaşayan soydaşlarımız arasında da sazla-sözlə Azərbaycan musiqisini
təbliğ edir. Abbas Eloğlu Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul
edilmişdir.
“Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti”nin ən fəal üzvlərindən
olan Ağayi Kərim Cəmili bu yaxınlarda Bakıda qonaq olmuş, özü şəxsən
100 min ədəd birdəfəlik şpris gətirmiş, Kəlbəcər qaçqınları üçün 50 min
manat pul köçürmüşdür.
Cəmiyyət Kopenhagendə ana dili kursları açmışdır.
ESTONİYA
“ESTONİYA-AZƏRBAYCAN CƏMİYYƏTİ”
(Tallin)
“Estoniya-Azərbaycan Cəmiyyəti” Azərbaycandan xaricdə yaşayan
həmvətənlərimizin yaratdıqları ilk cəmiyyətlərdən biridir. Cəmiyyət
yarandığı ilk günlərdən Azərbaycan və Estoniya xalqlarının tarixi dostluq
əlaqələrinin davamçısı kimi fəaliyyətə başlamışdır. Cəmiyyət Estoniya
xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin nəzdində
yaranmışdır. Cəmiyyətə Ağsaqqallar şurası rəhbərlik edir. Cəmiyyətin
sədri Fərhad Heydərli Tallində “Ocaq” Azərbaycan Mədəniyyət
Cəmiyyətinin
əsasını qoyanlardan biridir. Estoniya İncəsənət
universitetinin ilk azərbaycanlı məzunudur. 1988-1992-ci illərdə siyasi
xidmətlərinə görə Estoniya siyasi ensiklopediyasına düşən ilk
azərbaycanlıdır. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin rəsmi
nümayəndəsi, 1992-ci ilin mayından isə Azərbaycan Respublikasının
Estoniyada səlahiyyətli nümayəndəsidir. 1990-cı ilin noyabrında
azərbaycanşünasların İstambulda keçirilən ümumdünya konqresində iştirak
etmişdir.
“Estoniya-Azərbaycan Cəmiyyəti” respublikamızda baş verən
ictimai-siyasi hadisələrin mahiyyətini, demokratik proseslərin
xüsusiyyətlərini istər Estoniyada yaşayan soydaşlarımız, istərsə də
Estoniya ictimaiyyəti arasında geniş təbliğ etməyə çalışır, Cəmiyyətin
üzvləri Estoniyada çıxan mətbuat səhifələrində, televiziya və radio
vasitəsilə Azərbaycan haqqında informasiya blokadasının yarılmasına
xüsusi diqqət yetirirlər. Xocalı faciəsinin baş verdiyi günlərdə Cəmiyyət
yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirməyə nail
olmuşdur. Konfransın gedişi böyük imkanlara malik olan, bütün
Skandinaviya ölkələrinə translyasiya olunan Estoniya televiziyasında
göstərilmişdir. Estoniya Respublikasının paytaxtında Türkiyənin yardımı
ilə məscidin tikilməsi kimi xeyirxah işin görülməsində, Estoniya-
Azərbaycan Cəmiyyəti" də geniş təşkilatçılıq fəaliyyəti göstərir. Tikiləcəg
məscid milli ənənələrimizin qorunub saxlanmasında və soydaşlarımızın
ünsiyyətində mühüm rol oynayaçaqdır. Cəmiyyət öz fəaliyyətində
Azərbaycan və Estoniya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin