“AZƏRBAYCAN TARİXİ VƏ MƏDƏNİYYƏTİ
CƏMİYYƏTİ”
(Kalininqrad)
“Azərbaycan Tarixi və Mədəniyyəti Cəmiyyəti”nin yaranmasına
1989-cu ildə təşəbbüs göstərilsə də, əsasən 1990-cı ilin may ayından
fəaliyyətə başlamışdır. Cəmiyyətin sədri Zaur Məmmədovdur. Kalininqrad
vilayətindən iki mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti
mühəndislər, həkimlər, tələbələr, milis işçiləri və fəhlələrdir. Cəmiyyətin
əsas məqsədi Azərbaycanın zəngin tarixini və mədəniyyətini başqa xalqlar
arasında təbliğ etmək, tanımaqdır. Lakin Cəmiyyətin fəaliyyət dairəsi
bununla məhdudlaşmır. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr,
demokratik proseslər Cəmiyyətin diqqət mərkəzindədir. Cəmiyyətin
üzvləri Qarabağın dağlıq hissəsində və sərhəd bölgələrindəki hadisələri
həyəcanla izləyir, mümkün olan maddi və mənəvi köməyi əsirgəmirlər.
Azərbaycana qarşı erməni təcəvüzü haqqında informasiya blokadasının
yarılmasında, Qarabağa dair təhrif olunmuş məlumatların təkzib
olunmasında Cəmiyyət vilayət zəhmətkeşləri arasında müntəzəm iş aparır.
Cəmiyyət Azərbaycanın tarixinin və mədəniyyətinin təbliğ
olunmasında xeyli iş görür. Şəhər kitabxanasında Azərbaycan kitabı
bölməsi fəaliyyət göstərir. Azərbaycanlı uşaqlara doğma dildə dərslər
keçirilməsi təşkil edilmişdir. Azərbaycanın həyatındakı əlamətdar hadisələr
qeyd olunur. Nizaminin 850 illiyi təntənə ilə bayram edilmişdir. Cəmiyyət
Berlindəki Alman Azərbaycan, Varşavadakı Türk Cəmiyyəti və başqa
təşkilatlarla əlaqə yaratmışdır.
“AZƏRİ” CƏMİYYƏTİ
(Dərbənd)
1991-ci ilin əvvəllərində Dərbənddə yaşayan azərbaycanlı ziyalılar
arasında Dağıstanda azərbaycanlıların problemlərini həll etmək haqqında
müəyyən bir təşkilatın yaradılması barədə fikirlər söylənilməyə başlandı.
1991-ci ilin oktyabr ayında Dərbənddə “Azəri” Cəmiyyəti yarandı və
fəaliyyətə başladı. Cəmiyyətin sədri Klim Sultanovdur. Cəmiyyət
Dağıstanda yaşayan 100 mindən artıq azərbaycanlının bu vaxta kimi yığılıb
qalmış və həll olunmasını gözləyən problemlərinin həlli sahəsində tədbirlər
silsiləsi işləyib hazırlamışdır. İlk növbədə ana dilinin öyrənilməsi,
mədəniyyət ocaqlarının yaradılması, dövlət strukturlarında
azərbaycanlıların iştirakı və digər məsələlər Cəmiyyətin fəaliyyət dairəsinə
daxildir. Cəmiyyət Dağıstan xalqlarının birliyi və həmrəyliyi şüarı altında
çıxış edir. “Azəri” Cəmiyyəti “Sadval” Cəmiyyətinin liderləri ilə bir neçə
dəfə dialoq aparmışdır. Onların ləzgi xalqını “birləşdirmək” ideyasının
xalqların həyatında oynayacağı faciəni dönə-dönə başa salmağa
çalışmışdır. Cəmiyyətin üzvləri erməni millətçilərinin liderlərinin
Azərbaycanda ikinci cəbhə açmaq niyyətinin ifşa olunması üçün gündəlik
iş aparırlar.
“Azəri” Cəmiyyətinin təşəbbüsü ilə 1992-ci il oktyabrın 31-də
Dərbənddə Dağıstanda yaşayan azərbaycanlıların birinci qurultayı
keçirilmişdir. Açılışda qurultay iştirakçılarına Azərbaycan Respublikasının
prezidentinin, Azərbaycan Parlamentinin və şeyxülislam Hacı Allahşükür
Paşazadənin təbrik teleqramları oxunmuşdur. Qurultayın işində
Azərbaycan Respublikasının və Dağıstan hökumətinin, ictimai təşkilatların
nümayəndələri iştirak etmişlər. Qurultayın qəbul etdiyi qətnamədə
Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qarşılıqlı yardım
haqqında saziş bağlanması, Dağıstan Ali orqanlarında azərbaycanlıların
təmsil olunması və onların hüquqlarının qorunması, Dərbənd şəhərində
demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsinin qarşısının alınması və
digər məsələlər öz əksini tapmışdır.
“AZƏRİ” CƏMİYYƏTİ
(Vladiqafqaz)
“Azəri” Cəmiyyəti Şimali Osetiya Muxtar Respublikasının
Vladiqafqaz şəhərində yaradılmışdır. Cəmiyyətin sədri Q.Məmiyevdir.
Vladiqafqazda azərbaycanlılar əsrimizin əvvəllərindən məskunlaşmağa
başlamışlar. İndi Vladiqafqazın özündə 1500 nəfər, Şimali Osetiyada isə
iki minə yaxın azərbaycanlı yaşayır. Cəmiyyətin ətrafında şəhərin adlı-
sanlı azərbaycanlı sakinləri birləşmişlər. Cəmiyyətin əsas məqsədi milli
adət ənənələri, ana dilini yaşatmaq, milli şüurun inkişafına kömək
etməkdir. Azərbaycanda baş verən demokratik prosesləri təbliğ etmək,
yerli əhalidə Azərbaycana olan marağı artırmaqdır. Cəmiyyətin bir
məqsədi də Şimali Osetiyada azərbaycanlılarla bağlı abidələrin, tarixi
əlaqələrin öyrənilməsinə Azərbaycan alimlərinin, tədqiqatçılarının
diqqətini cəlb etməkdir.
“AZƏRİ” CƏMİYYƏTİ
(Tolyatti)
Tolyattidəki “Azəri” Cəmiyyəti şəhərdə yaşayan azərbaycanlıları bir
ictimai təşkilat ətrafında birləşdirmək məqsədilə yaradılmışdır. Cəmiyyət
həmvətənlərimizə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr,
xüsusən erməni təcavüzkarlarına qarşı xalqımızın apardığı müharibə
haqqında operativ, doğru düzgün məlumat çatdırmaq üçün öz fəaliyyətini
durmadan genişləndirir. Cəmiyyətin üzvləri şəhər əhalisi içərisində
Azərbaycandakı demokratik proseslər barədə, erməni millətçilərinin
xalqımıza qarşı yaydıqları böhtanların ifşa olunmasına xüsusi diqqət
yetirirlər. Cəmiyyət Azərbaycanla iqtisadi və mədəni əlaqələrin
möhkəmlənməsi sahəsində əməli tədbirlərin həyata keçirilməsində
yaxından iştirak etməyə çalışır.
“AZƏRİ” MİLLİ MƏDƏNİ CƏMİYYƏTİ
(Krasnoyarsk)
Krasnoyarskda azərbaycanlıların milli-mədəni cəmiyyət yaratmaq
təşəbbüsləri xeyli müddət nəticəsiz qalmışdır. Nəhayət, 1990-cı ildə
“Azəri” Milli-Mədəni Cəmiyyəti yerli inzibati orqanlar tərəfindən
qeydiyyatdan keçmiş və fəaliyyətə başlamışdır. Lakin yerli erməni
diasporunun səyi nəticəsində bəzi yerli millətçi qüvvələrin təzyiqi ilə
yenicə təşkil olunmuş Cəmiyyətin fəaliyyəti üçün uzun müddət imkan
olmamışdır. Yalnız 1992-ci ilin əvvəllərindən Cəmiyyət ciddi iş aparmağa
başlamışdır. Cəmiyyətin sədri Süleyman Süleymanovdur. Cəmiyyət
Krasnoyarskda yaşayan azərbaycanlılar və qeyri millətlər arasında
təbliğat işini gücləndirmişdir. Cəmiyyət bütün vasitələrdən istifadə
edərək Qarabağda ermənilərin vəhşilikləri, rus imperiya ordusunun köməyi
Dostları ilə paylaş: |