“AZƏRBAYCANIN AMERİKALI DOSTLARI” CƏMİYYƏTİ
( Vircinya)
Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında 1993-cü ilin
yanvarından fəaliyyətə başlayan “Azərbaycannın Amerikalı Dostları
Cəmiyyəti” öz ətrafında əsasən Amerika Birləşmiş Ştatlarının
vətandaşlarını birləşdirir. Cəmiyyət Azərbaycan Respublikası haqqında
əsil həqiqəti söyləmək, erməni millətçilərinin respublikamızda törətdikləri
vəhşilikləri, Azərbaycan torpaqlarını işğal etməsi barədə bütün həqiqətləri
amerikalılara çatdırmağı öz qarşısına məqsəd qoymuşdur.
“AZƏRBAYCAN CƏMİYYƏTİ”
(Nevarq)
Nevarq şəhərində fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti”nin
üzvləri sayca az olsa da, öz imkanları daxilində xeyli iş görürlər.
Cəmiyyətin yaranmasında əsas məqsəd milli adət-ənənələri yaşatmaqdır.
Cəmiyyətin nəzdində türk dili məktəbi təşkil edilmişdir. Məktədə təkcə
azərbaycanlı uşaqları deyil, digər türk xalqları numayəndələri də oxuyurlar.
Məktəb öz fəaliyyətində yalnız türk dilinin öyrənilməsini deyil, həmçinin
digər xalqlarla mədəni əlaqələri möhkəmlətmək, milli ənənələri yaşatmaq
və inkişaf etdirməyi də nəzərdə tutur.
Cəmiyyətin şəhərdə öz məscidi və böyük torpaq sahələri vardır.
Cəmiyyət bütün müsəlman xalqlarının yaratdıqları cəmiyyətlərdə də
sıx əlaqə saxlamağa çalışır.
Nevarq şəhərindəki bu cəmiyyət bütünlüklə ABŞ-da yaradılan ilk
Azərbaycan mədəniyyət ocağıdır.
“VƏTƏN” AMERİKA-AZƏRBAYCAN MƏDƏNİ MƏRKƏZİ
(Nyu-York)
“Vətən” Amerika Azərbaycan Mədəni Mərkəzi 1988-ci ilin
sentyabrında Nyu-York şəhərində yaradılmışdır. Mərkəzin təsis
yığıncağında 300 nəfər həmvətənimiz müxtəlif ölkələrin səfirliklərinin
əməkdaşları şəhər bələdiyyə idarəsinin nümayəndələri iştirak etmişlər.
Məşhur Azərbaycan neft sahibkarı Şəmsi Əsədullayevin qızı Züleyxa
Əsədullayeva Veber bu mərkəzin məsul katibidir. Mərkəzin təsis
olunmmasında əsas məqsəd Azərbaycanla sıx əlaqələr yaratmaq, milli
tariximizi, mədəniyyətimizi, musiqimizi, ədəbiyatımızı amerikalılara
tanıtmaqdır. “Vətən” Mərkəzin ilk sədri mərhum Rufa Əzizova Odyurdlu
olmuşdur.
BELORUS
"QOBUSTAN" AZƏRBAYCAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ
(Minsk)
Belorus torpağında yaşayan ən təşəbbüskar soydaşlarımız “Qobustan”
adlı milli mədəniyyət mərkəzin yaradaraq, bu şərqi slavyan ölkəsində həm
xeyriyyəçilik, həm də mədəniyyətimizin təbliği sahəsində geniş fəaliyyət
göstərirlər.
Cəmiyyətin sədri Elxan Kərimovdur. Müxtəlif peşə və sənət
sahiblərini birləşdirən “Qobustan” cəmiyyəti bir neçə ildir ki, yaradılıbdır.
Cəmiyyətin üzvləri 1990-cı ilin qanlı yanvar hadisələri, Xocalı faciəsi
zamanı Minsk şəhərində piket düzəltmiş, Belorusun paytaxt sakinlərinə
Azərbaycan torpağına edilən təcavüzün iç üzünü aşkarlayan fotoşəkillər və
sənədli lentlər göstərmişlər.
“Qobustan” cəmiyyəti Belorus Respublikasında Azərbaycanla bağlı
keçirilən mədəni və ictimai tədbirlərdə həmişə yaxından iştirak edir,
köməklik göstərir.
BELÇİKA
“AZƏRBAYCAN KÜLTÜR EVİ”
(Brüssel)
“Azərbaycan Kültür Evi”nin məqsədi Azərbaycan tarixini,
mədəniyyətini, iqtisadiyyatını təbliğ etməkdən, iş adamlarının, alimlərin,
elm, mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin Belçikaya
qarşılıqlı səfərini təşkil etməkdən, Belçikaya gələn həmvətənlərimizə
köməklik göstərməkdən ibarətdir. Cəmiyyətin sədri Bülənd Qurcam 1990-
cı ilin faciəli yanvar günlərində Bakıda olmuş və həmin hadisələr haqqında
foto şəkilləri bütün dünya qəzetlərinə çatdırmış və Fransa televiziyasında
nümayiş etdirmişdir. Xüsusən həmin hadisələr barədə həqiqətin Belçika
ictimaiyyətinə çatdırılmasında Cəmiyyət xeyli səmərəli iş aparmışdır.
Azərbaycanı dünyaya tanıtdırmaq sahəsində Cəmiyyət səmərəli fəaliyyət
göstərməkdədir.
QAZAXISTAN
“TURAN” MƏDƏNİYYƏT MƏRKƏZİ
(Alma-Ata)
“Turan” Mədəniyyət Mərkəzi 1992-ci ilin iyun ayından fəaliyyətə
başlamışdır. Prezidenti Müseyib Novruzovdur. Qazaxıstanda 100 mindən
çox soydaşlarımız yaşayır. Onların 30 mindən çoxu Alma-Ata şəhərində
məskunlaşmışdır. Mərkəz öz fəaliyyətini əsasən soydaşlarımızın milli-
mədəni dəyərlərimizin qorunub saxlanılmasına, Azərbaycan
Respublikasının ictimai-siyasi və mədəni həyatı ilə əlaqələrin
möhkəmlənməsinə yönəltmişdir.
Xüsusən Azərbaycanın erməni təcavüzünə qarşı apardığı ağır
müharibə şəraitində Mərkəzin yaxından iştirakı və rəhbərliyi ilə
Qazaxıstanda yaşayan soydaşlarımız respublikaya maddi kömək
göstərirlər. Alma-Ata, Çu və Cambul şəhərlərindən Qarabağa xeyli maddi
yardım göndərilmişdir.
“Turan” Mədəniyyət Mərkəzi öz əsas vəzifələrindən birini
soydaşlarımızın öz ana dilini unutmamasına kömək etməkdə görür. Bu
məqsədlə iki orta məktəbdə Azərbaycan şöbəsi açılmışdır. Qazaxstan
pedaqoci İnstitutunda Qazax Azərbaycan şöbəsi yaradılmışdır. Mərkəz öz