müharibələrindən sonra mühacirət ediblər. Müxtəlif cəmiyyətlər yaradıblar,
qəzetlər, jurnallar buraxıblar. Hansı ki, həmin adamların taleləri barədə
indiyə qədər heç kim maraqlanmır.
Onların çoxu artıq qocalıb ölüb. Ancaq heç kim bilmir ki bunlar
kimdir, nəçidir, harada yaşayıblar, nə işlərlə məşğul olublar.
70-ci illərdən sonra Cənubi Azərbaycandan gedən tələbələr əsasən
İspaniyada, Almaniyada, İngiltərədə çoxluq təşkil edirlər. Onlar
Azərbaycan kültür dərnəkləri, siyasi, mədəni cəmiyyətlər yaradıb, qəzet və
jurnallar buraxırlar. Almaniyada və İngiltərədə yaşayan tələbələr birgə
“21 Azər” və “12 Şəhrivar” jurnalını nəşr edirlər. 1985 – 1986 –cı illərdən
etibarən bu cəmiyyətlərin sayı sürətlə artıb. Hazırda Avropada təxminən 36
müxtəlif Azərbaycan kültür cəmiyyəti var. Onların da başlıca məqsədi
xaricdə yaşayan Azərbaycanlılar arasında dilimizi, mədəniyyətimizi,
incəsənətimizi qoruyub saxlamaq və bunları başqa millətlərə da
tanıtmaqdır.
“QARABAĞ TƏŞƏBBÜSÜ” TƏŞKİLATI
(Berlin)
Son illərdə Azərbaycan torpaqlarına edilən erməni təcavüzü ilə
əlaqədar Almaniyada yaradılan ictimai siyasi və milli mədəni
təşkilatlardandır.
Bu təşkilatın ən ümdə vəzifəsi Almaniyada, eləcə də Avropanın digər
ölkələrində erməni azərbaycanlı münaqişəsi ilə bağlı hadisələr barədə
həqiqətləri yaymaq və təbliğ etməkdir. Bunun üçün təşkilatın üzvləri bütün
imkanlardan istifadə edir. Almaniyada yaşayan soydaşlarımızın mənəvi və
maddi yardımlarına arxalanırlar.
Tədbirlər keçirir, əyani təbliğ vasitələrindən istifadə edirlər.
İyun ayının əvvəllərində Berlində fəaliyyət göstərən erməni
cəmiyyətləri Yuxarı Qarabağ erməniləri ilə həmrəylik tədbiri keçirmişlər.
Həmin tədbir zamanı “Qarabağ təşəbbüsü” təşkilatının üzvləri Azərbaycan
Respublikasının Almaniyadakı səfirliyin köməyi ilə hal-hazırda
Azərbaycanda gedən müharibə haqqında Berlinin sakinlərinə obyektiv
məlumat verəcək sənədlər yaymışlar. Bunlar əsasən erməni
təcavüzkarlarının Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri təsdiq
edən broşura və kitablardır. Alman dilində hazırlanmış bu materiallar
ermənilərin tədbir keçirdikləri binada və digər yerlərdə paylanmışdır.
“AZƏRBAYCAN KÜLTÜR OCAĞI”
(Bonn)
Avropa ölkələrində geniş və ardıcıl fəaliyyət göstərən milli
mədəniyyət mərkəzlərimizdən biri Almaniyanın paytaxtı Bonn şəhərindəki
“Azərbaycan Kültür Ocağı”dır.
Uzun illərdi ki, bu cəmiyyətə istedadlı jurnalist, şair, rəssam və naşir,
doktor Nürrəddin Qərəvi rəhbərlik edir. Cəmiyyət 1984-cü “Ana dili” adlı
qəzet nəşr edir (redaktoru İ.Qərəvidir).
“Azərbaycan Kültür Ocağı”nın çoxsahəli fəaliyyəti bizim
mədəniyyətimizin, adəbiyyatımızın təkcə Almaniyada deyil, Avropanın bir
sıra digər ölkələrində də yayılmasına, təbliğinə köməklik göstərmişdir.
Artıq bir neçə ildir ki, bilavasitə N.Qərəvinin təşəbbüsü ilə Bonn şəhərində
Azərbaycan dilində xüsusi məktəb açılmışdır. Bu məktəbdə ilk növbədə
N.Qərəvinin hazırladığı “Əlifba” kitabı əsasında dərs keçilir. Bütün
xərclər Cəmiyyətin və bilavasitə N.Qərəvinin şəxsi vəsaitləri hesabına
ödənilir.
“Azərbaycan Kültür Ocağı” xeyli milli ədəbiyyat nümunələri nəşr
etdirmiş, Azərbaycan musiqisinin ən yaxşı nümunələrinin Almaniyada
yaşayan soydaşlarımız arasında kasetlər, vallar şəklində çoxaldılıb
yayılmasına nail olmuşdur.
N.Qərəvi dəfələrlə Azərbaycanda “Azərbaycan Kültür Ocağı” ilə
Azərbaycanın müxtəlif elm və mədəniyyət idarələri ilə əməkdaşlıq barədə
söhbətlər aparmış, konkret tədbirlər həyata keçirilmişdir.
“Azərbaycan Kültür Ocağı”nın üzvləri tez-tez Avropanın müxtəlif
ölkələrində yaşamış soydaşlarımızla görüşüb, birgə mədəni tədbirlər həyata
keçirməyə səy edirlər.
1989-cu ildə bu cəmiyyət tanınmış rəqs mütəxəssisi, Azərbaycan
İncəsənət Universitetinin professoru Hüseynağa Hüseynovu Bakıdan
Bonna dəvət etmiş, təkcə özlərinin deyil, ümumiyyətlə o vaxtkı Almaniya
Federativ Respublikasında yayılan Azərbaycan milli rəqs qruplarının
ifaçılıq sənətinin məharətini daha da artırmağa nail olmuşlar. Professor
H.Hüseynovun AFR-ə səfəri bir neçə ay davam etmişdir. Bu müddət
ərzində görkəmli rəqs mütəxəssisi Bonndan başqa Qərbi Berlində,
Hamburqda, Düsseldorfda və başqa şəhərlərdəki Azərbaycan milli rəqs
qrupları ilə də yaradıcılıq işi aparmışdır.
“QARABAĞ” KOMİTƏSİ
(Bonn)
Azərbaycandakı həmvətənləri ilə yaxından əlaqə saxlamaq məqsədi
ilə doğma Vətəndən uzaqlarda yaradılmış Xeyriyyə təşkilatlarında biri
Almaniyada 1992-ci ilin əvvəllərində fəaliyyətə başlamış “Qarabağ”
komitəsidir. Onu yaradanlar əsasən Cənubi Azərbaycandan olan
mühacirlərdir.
“Qarabağ”a Məsud Pənahi başcılıq edir.
Xocalı faciəsindən sonra “Qarabağ” komitəsini üzvləri Bonndakı
Rusiya səfirliyi qarşısında piketlər düzəltmiş, ona etiraz məktubu təqdim
etmişdilər. Onlar həmçinin vərəqələr də buraxmışlar.
“Qarabağ” komitəsi dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinə maddi
yardım və dərman, tibb ləvazimatı göndərmişdir. Komitə əsasən
Almaniyada Azərbaycan haqqında həqiqətləri yaymaq, Qarabağ hadisələri
barəda düzgün, obyektiv məlumatları alman ictimaiyyətinə çatdırmaq,
disskusiyalar keçirmək, milli mədəniyyətimizi təbliğ etmək məqsədi güdür.
Komitə ötən ilin yazından etibarən Almaniya televiziyasında “Fray”
(“Azad”) adlı kanal açıb. Bu kanal vasitəsilə soydaşlarımız Azərbaycan
Respublikasının həyatına, Qarabağ hadisələrinə dair məlumatları yaymaqa
cəhd göstərirlər.
“Qarabağ” komitəsinin başcısı ötən il Bakıda qonaq olmuşdur.
“ALMAN - AZƏRBAYCAN” CƏMİYYƏTİ
(Düsseldorf)
“Alman-Azərbaycan Cəmiyyəti” Azərbaycan diasporunun Düsseldorf
şəhərində yaşayan bir sıra tanınmış nümayəndələrinin təşəbbüsü ilə 1991-
ci ilin sentyabr ayında yaradılmışdır. Cəmiyyətin sədri dünya miqyasında
Dostları ilə paylaş: |