Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   2   3   4   5   6   7   8   9   ...   26

müharibələrindən sonra mühacirət ediblər. Müxtəlif cəmiyyətlər yaradıblar, 

qəzetlər, jurnallar buraxıblar. Hansı ki, həmin adamların taleləri barədə 

indiyə qədər heç kim maraqlanmır. 

Onların çoxu artıq qocalıb ölüb. Ancaq heç kim bilmir ki bunlar 

kimdir, nəçidir, harada yaşayıblar, nə işlərlə məşğul olublar.  

70-ci illərdən sonra Cənubi Azərbaycandan gedən tələbələr  əsasən 

İspaniyada, Almaniyada, İngiltərədə çoxluq təşkil edirlər. Onlar 

Azərbaycan kültür dərnəkləri, siyasi, mədəni cəmiyyətlər yaradıb, qəzet və 

jurnallar   buraxırlar. Almaniyada və  İngiltərədə yaşayan tələbələr birgə  

“21 Azər” və “12 Şəhrivar” jurnalını nəşr edirlər. 1985 – 1986 –cı illərdən 

etibarən bu cəmiyyətlərin sayı sürətlə artıb. Hazırda Avropada təxminən 36 

müxtəlif Azərbaycan kültür cəmiyyəti var. Onların da başlıca məqsədi 

xaricdə yaşayan Azərbaycanlılar arasında dilimizi, mədəniyyətimizi, 

incəsənətimizi qoruyub saxlamaq və bunları başqa millətlərə da 

tanıtmaqdır. 

 

“QARABAĞ TƏŞƏBBÜSÜ” TƏŞKİLATI 



(Berlin) 

 

Son illərdə Azərbaycan torpaqlarına edilən erməni təcavüzü  ilə  



əlaqədar Almaniyada yaradılan ictimai siyasi və milli mədəni 

təşkilatlardandır. 

Bu təşkilatın ən ümdə vəzifəsi Almaniyada, eləcə də Avropanın digər 

ölkələrində erməni azərbaycanlı münaqişəsi ilə bağlı hadisələr barədə 

həqiqətləri yaymaq və təbliğ etməkdir. Bunun üçün təşkilatın üzvləri bütün 

imkanlardan istifadə edir. Almaniyada yaşayan soydaşlarımızın mənəvi və 

maddi yardımlarına arxalanırlar. 

Tədbirlər keçirir, əyani təbliğ vasitələrindən istifadə edirlər. 

İyun ayının  əvvəllərində Berlində  fəaliyyət göstərən erməni 

cəmiyyətləri Yuxarı Qarabağ erməniləri ilə  həmrəylik tədbiri keçirmişlər. 

Həmin tədbir zamanı “Qarabağ təşəbbüsü” təşkilatının üzvləri Azərbaycan 

Respublikasının Almaniyadakı  səfirliyin köməyi ilə hal-hazırda 

Azərbaycanda gedən müharibə haqqında Berlinin sakinlərinə obyektiv 

məlumat verəcək sənədlər yaymışlar. Bunlar əsasən erməni 

təcavüzkarlarının Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri təsdiq 



edən broşura və kitablardır. Alman dilində hazırlanmış bu materiallar 

ermənilərin tədbir keçirdikləri binada və digər yerlərdə paylanmışdır. 

 

 

“AZƏRBAYCAN KÜLTÜR OCAĞI” 



(Bonn) 

 

Avropa   ölkələrində geniş  və ardıcıl fəaliyyət göstərən milli 

mədəniyyət mərkəzlərimizdən biri Almaniyanın paytaxtı Bonn şəhərindəki 

“Azərbaycan Kültür Ocağı”dır.  

Uzun illərdi ki, bu cəmiyyətə istedadlı jurnalist, şair, rəssam və naşir

doktor Nürrəddin Qərəvi rəhbərlik edir. Cəmiyyət 1984-cü “Ana dili” adlı 

qəzet nəşr edir (redaktoru İ.Qərəvidir). 

“Azərbaycan Kültür Ocağı”nın çoxsahəli fəaliyyəti bizim 

mədəniyyətimizin, adəbiyyatımızın təkcə Almaniyada deyil, Avropanın bir 

sıra digər ölkələrində  də yayılmasına, təbliğinə köməklik göstərmişdir. 

Artıq bir neçə ildir ki, bilavasitə  N.Qərəvinin təşəbbüsü ilə Bonn şəhərində 

Azərbaycan dilində xüsusi məktəb açılmışdır. Bu məktəbdə ilk növbədə 

N.Qərəvinin hazırladığı  “Əlifba” kitabı    əsasında  dərs keçilir. Bütün  

xərclər Cəmiyyətin  və bilavasitə N.Qərəvinin  şəxsi  vəsaitləri hesabına 

ödənilir. 

“Azərbaycan Kültür Ocağı” xeyli milli ədəbiyyat nümunələri nəşr 

etdirmiş, Azərbaycan musiqisinin ən yaxşı nümunələrinin Almaniyada 

yaşayan soydaşlarımız arasında kasetlər, vallar şəklində çoxaldılıb 

yayılmasına nail olmuşdur. 

N.Qərəvi dəfələrlə Azərbaycanda “Azərbaycan Kültür Ocağı” ilə 

Azərbaycanın müxtəlif elm və mədəniyyət idarələri ilə əməkdaşlıq barədə 

söhbətlər aparmış, konkret tədbirlər həyata keçirilmişdir.  

“Azərbaycan Kültür Ocağı”nın üzvləri tez-tez Avropanın müxtəlif 

ölkələrində yaşamış soydaşlarımızla görüşüb, birgə mədəni tədbirlər həyata 

keçirməyə səy edirlər. 

1989-cu ildə bu cəmiyyət tanınmış  rəqs mütəxəssisi, Azərbaycan 

İncəsənət Universitetinin professoru Hüseynağa Hüseynovu Bakıdan 

Bonna dəvət etmiş, təkcə özlərinin deyil, ümumiyyətlə o vaxtkı Almaniya 

Federativ Respublikasında yayılan Azərbaycan milli rəqs qruplarının 

ifaçılıq sənətinin məharətini daha da artırmağa nail olmuşlar. Professor 




H.Hüseynovun AFR-ə  səfəri bir neçə ay davam etmişdir. Bu müddət 

ərzində görkəmli rəqs mütəxəssisi Bonndan başqa Qərbi Berlində

Hamburqda, Düsseldorfda və başqa  şəhərlərdəki Azərbaycan milli rəqs 

qrupları ilə də yaradıcılıq işi aparmışdır. 

 

 

“QARABAĞ” KOMİTƏSİ 

(Bonn) 

 

Azərbaycandakı  həmvətənləri ilə yaxından  əlaqə saxlamaq məqsədi 

ilə doğma Vətəndən uzaqlarda yaradılmış Xeyriyyə  təşkilatlarında biri 

Almaniyada 1992-ci ilin əvvəllərində  fəaliyyətə başlamış “Qarabağ” 

komitəsidir. Onu yaradanlar əsasən Cənubi Azərbaycandan olan 

mühacirlərdir. 

“Qarabağ”a Məsud Pənahi başcılıq edir. 

Xocalı faciəsindən sonra “Qarabağ” komitəsini üzvləri Bonndakı 

Rusiya səfirliyi qarşısında piketlər düzəltmiş, ona etiraz məktubu təqdim 

etmişdilər. Onlar həmçinin vərəqələr də buraxmışlar. 

“Qarabağ” komitəsi dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinə maddi 

yardım və  dərman, tibb ləvazimatı göndərmişdir. Komitə  əsasən 

Almaniyada Azərbaycan haqqında həqiqətləri yaymaq, Qarabağ hadisələri 

barəda düzgün, obyektiv məlumatları alman ictimaiyyətinə çatdırmaq, 

disskusiyalar keçirmək, milli mədəniyyətimizi təbliğ etmək məqsədi güdür. 

Komitə ötən ilin  yazından etibarən Almaniya televiziyasında “Fray” 

(“Azad”) adlı kanal açıb. Bu kanal vasitəsilə soydaşlarımız Azərbaycan 

Respublikasının həyatına, Qarabağ hadisələrinə dair məlumatları yaymaqa 

cəhd göstərirlər. 

“Qarabağ” komitəsinin başcısı ötən il Bakıda qonaq olmuşdur. 

 

 

“ALMAN - AZƏRBAYCAN” CƏMİYYƏTİ 



(Düsseldorf) 

 

“Alman-Azərbaycan Cəmiyyəti” Azərbaycan diasporunun Düsseldorf 



şəhərində yaşayan bir sıra tanınmış nümayəndələrinin təşəbbüsü ilə 1991- 

ci ilin sentyabr ayında  yaradılmışdır. Cəmiyyətin sədri dünya miqyasında 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə