Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

edir. Azərbaycandakı demokratik hərəkat, ictimai siyasi dəyişikliklər 

təşkilatın üzvlərinin diqqət mərkəzindədir.  

1990-cı ilin  yanvarında Bakıda baş verən qanlı faciə “Azərbaycan 

Evi”nin fəallarının da etirazına səbəb olmuşdur. Təşkilatın prezidenti 

Mahmud Zaregeyvaninin həmin günlərdə “Amerikanının səsi”radiosuna 

verdiyi mühasibə 64 dildə bütün dünyaya yayılmışdır. 1992-ci il dekabrın 

31-də “Azərbaycan Evi”ndə dünya azərbaycanlılarının   həmrəylik günü 

münasibətilə  yığıncaq keçirildi. Yığıncaq Azərbaycan Respublikasının 

rəhbərliyinə təbrik teleqramları göndərdi. 1993 cü ilin əvvəllərində Bakıda, 

“Azərbaycan Evi”nin filialı yaradılmışdır. Bakı filialının prezidenti Müdir 

bəydir. 

“Azərbaycan Evi”nin təşəbbüsü ilə 1993 -cü ilin yazından Los-

Ancelesin Yüeyels universitetində “Azərbaycan dili” fakültəlsi açılmışdır. 

 

 



“TÜRK-AZƏRBAYCAN QRUPU” 

(Los-Anceles) 

 

“Türk-Azərbaycan Qrupu” sayca çox və  fəallığı ilə  fərqlənən 



cəmiyyətlərindən biri sayılır. Siyasi hadisələrə  fəal münasibət bəsləyən, 

təşkilatca möhkəm olan “Türk-Azərbaycan Qrupu” türk xalqları arasında 

sıx birlik, həmrəylik və aməkdaşlıq yaradılmasına çalışır. Qrup Azərbaycan 

Respublikasına çox səmimi və loyal münasibət bəsləyir, Türkiyə 

konsulluğunun, Amerika Türk Assosiasiyisanın və digər təşkilatların 

Azərbaycana köməyinin təşkilində  fəallıq göstərir. Qrupun yaxından 

iştirakı ilə bir sıra türk qəzet və jurnalları, o cümlədən məşhur “Tarkiş 

tayms” ös səhifələrində Azərbaycanın xarici siyasətinə, ictimai-siyasi 

həyatına müntəzəm yer verir. 

 

 



“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ” 

(Los-Anceles) 

 

“Azərbaycan Kültür Cəmiyyəti” Kaliforniyada öz fəallığı ilə 



fərqlənən, azərbaycanlıları daha çox öz ətrafında birləşdirən cəmiyyətdir. 

1991-1992-ci illərdə  Cəmiyyətin fəaliyyəti daha mahsuldar və  səmərəli 




olmuşdur. Azərbaycanda baş verən demokratik proseslər, erməni 

təcavüzünə qarşı aparılan müharibə  məsələləri Cəmiyyətin diqqət 

mərkəzindədir. Elmlər doktoru, Kaliforniya universitetinin professoru 

Nairin Tohidi Cəmiyyətlə  fəal  əməkdaşlıq edir. O, tez-tez Azərbaycan 

Elmlər Akademiyasının qonağı olur, azərbaycanlı qadınlar haqqında kitab 

yazır. Onun siyasi fəallığın nəzərə çarpan cəhətlərindən biri də Kaliforniya 

universitetində keçirilmiş konfransda professor Ovanesyanın çıxışına 

(Ermənistan Respublikasının sabiq xarici işlər nazirinin atası) cavab çıxışı 

olmuşdur. Cəmiyyətin fəal iştirakçılarından biri də memar, “Relyif 

interneşl” təşkilatının üzvü Piruz Xanlıdır. 1993-cü ilin yanvarında o, 

Bakıya növbəti dava-dərman və cərrahiyyə avadanlığı gətirmişdir. 

“Azərbaycan Kültür Cəmiyyəti” Amerikada ilk dəfə olaraq 1993-cü 

ildən “Azərbaycan” adlı beynəlxalq jurnalın nəşrinə başlamışdır. Jurnalın 

birinci nömrəsində yazıldığı kimi, onu buraxmaqda əsas məqsəd bütün 

dünya azərbaycanlıları ilə  mədəni, siyasi, ədəbi, təhsil va digər sahələrdə 

əlaqələr yaratmaqdır. Jurnal latın qrafikalı Azərbaycan  əlifbası  və  ərəb 

qrafikası ilə ildə dörd dəfə Azərbaycan və ingilis dillərində  nəşr 

olunacaqdır. Jurnalın ilk nömrəsində Azərbaycan Respublikasının ABŞ-

dakı səfiri Hafiz Paşayevlə müsahibə, xalqımızın tarixinə, mədəni həyatına 

dair materiallar, Cənubi Azərbaycanla bağlı  məqalələr, habelə 

səfirliyimizin müşaviri Ceyhun Mollazadənin 1992-ci ilin aprelində 

Kopenhagen şəhərində beynəlxalq seminardakı çıxışının mətni verilmişdir. 

Jurnal ABŞ-da aparıcı inzibati siyasi və tədris müəssisələrinə və oxuculara 

pulsuz göndərilir. 

 

 

“AZƏRBAYCAN  MƏDƏNİYYƏTİ  MƏRKƏZİ” 



(San-Fransisko) 

 

San-Fransiskoda fəaliyyət göstərən, “Azərbaycan Mədəniyyət 



Mərkəzi” 1989-cu ilin ortalarında yaradılmışdı. Mərkəzin sədri  Əkbər 

Bayramlıdır. San-Fransisko şəhərində 20 mindən çox azərbaycanlı yaşayır. 

Mərkəzin iki yüz nəfər daimi üzvi, mindən yuxarı isə Mərkəzlə qeyri-sabit 

də olsa, əlaqə saxlayanı vardır. Mərkəz təkcə azərbaycanlılara deyil, həm 

də amerikalı dostlarına xidmət edir. Yerli radio ilə  həftədə bir dəfə 

“Azərbaycanın səsi” adlı musiqili, şerli, nəğməli proqram səslənir. Həmin 




proqram vasitəsilə Azərbaycanın mədəniyyəti,  ədəbiyyatı da geniş  təbliğ 

olunur. Erməni təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri qanlı 

müharibə, onun əsas səbəbləri, erməni fitnəkarları, onların havadarları 

barədə  Mərgəz həqiqəti yaymaq üçün səy göstərir, Azərbaycan barədə 

xaricdə yayılan uydurmaları, yanlış informasiyaları ifşa etmək sahəsində 

mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışır. 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT   OCAĞI” 

(Vaşinqton) 

 

“Azərbaycan Mədəniyyət Ocağı”1989-cu ilin fevralında Vaşinqtonda 



təsis olunmuşdur. Ocağın 7 nəfərdən ibarət idarə heyəti vardır. Üzvlərinin 

sayı 500 nəfərdən çoxdur. Ocaq özünün təşkil etdiyi tədbirlərdən və üzvlük 

haqqı kimi toplanılan pulla maliyyələşdirilir. Ocağın  əsas məqsədi 

Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini öyrənmək və 

həmvətənlərimiz, həm də amerikalılar arasında təbliğ etməkdir. Ocağın 

təşəbbüsü və yaxından iştirakı ilə milli bayramlarımız qeyd olunur, şer 

gecələri, digər mədəni-kütləvi tədbirlər keçirilir. Ocaq Azərbaycan və fars 

dillərində “Dirilik” adlı qazet nəşr edir. 1000 ədəd tirajla 16 səhifəlik bu 

qəzet ayda bir dəfə buraxılır. Qəzetin  əsas mövzusu Şimali və  Cənubi 

Azərbaycanın mədəniyyətinə, dilinə, adət-ənənələrinə,  ədəbiyyatına və 

incəsənətinə həsr olunur. Ocağın həvəskarlardan təşkil olunmuş “Savalan” 

adlı mahnı və rəqs ansamblı vardır. 

 

 

“BAKILI ASSOSİASİYASI” 

(Nyu-York) 

 

“Bakılı Assosiasiyası” Bakıda fəaliyyət göstərən “Bakılı” Beynəlxalq 



Mədəniyyət Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq öz sıralarına 

Bakını sevən və onun tərəqqisi üçün nə isə bir iş görməyə hazır olan hər bir 

kəsi milliyətindən, dini etiqadından asılı olmayaraq qəbul edir. Öz 

fəaliyyətinə yeni başlayan Assosiasiya Nyu-Yorkda “Bakı evi” Bakı  və 

Azərbaycan haqqında mühazirələr təşkil etməyi, dostluq görüşləri 

keçirməyi, Bakıdan gələn ictimai xadimlərin, mədəniyyətimizin 

nümayəndələrinin çıxışlarını təşkil etməyi nəzərdə tutur. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə