Редактор: Филолокија елмләри доктору, профессор тејмур әҺМӘдов



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix06.02.2018
ölçüsü0,54 Mb.
#26450
1   2   3   4   5   6   7   8   9   ...   26

bunların əməli və tarixi əhəmiyyətini nəzərə alıb Dünya azərbaycanlılarının 

birinci qurultayının keçirilməsi vacibdir. 

 

*      *      * 



 

Azərbaycan Respublikası Elmlər Akademiyası Milli Münasibətlər 

İnstitutu fəaliyyətə başladığı ilk günlərdən xarici ölkələrdə yaşayan 

soydaşlarımız ilə  əlaqə yaratmağa cəhd göstərmiş xarici ölkələrdə 

yaradılmış Azərbaycan mədəniyyət mərkəzləri və  cəmiyyətlərinin işi ilə 

maraqlanmışdır. 

Bu bir tərəfdən həmin mərkəz və  cəmiyyətlərə müəyyən kömək  əli 

uzatmaq məqsədi ilə bağlıdırsa, digər tərəfdən istəyirik ki, yaxın gələcəkdə 

respublikamızdan kənarda fəaliyyət göstərən milli mədəniyyət ocaqlarımız, 

onların fəalları  vətənpərvər oğullarımız haqqında ayrıca kitab hazırlayıb 

nəşr etdirmək olmuşdur. Bu məqsədlə dünyanın bir çox ölkələrinə, o 

cümlədən, keçmiş Sovetlər ittifaqının ayrı-ayrı respublika və  şəhərlərinə 

göndərdiyimiz məktublara cavablar almışıq. Belə  məktubların içərisində 

sevindirici xəbərlərlə yanaşı, təəssüf doğuran, ürək ağrıdıcı sətirlərə də tez-

tez rast gəlirik. Və məlum olur ki, Vətənimizin böyük bir ərazisi düşmən 

təcavüzünə  məruz qaldığı bir dövrdə doğma Azərbaycanımızdan min 

kilometrlərlə uzaqlarda hər bir imkandan istifadə edərək, respublikamızın, 

xalqımızın başını uca edən oğullarımızla yanaşı, yalnız öz cibini və 

mənafeyini güdüb hər cür əmələ qoşularaq, millətimizə, torpağımıza ləkə 

gətirən üzdəniraq “oğullarımız” da az deyil. Sonuncuların əməlləri barədə 

eşidərkən xəcalət təri tökürsən. 

İstər-istəməz fikirləşirsən ki, məhz belələridir Moskvada, Sankt-

Peterburqda, Riqada, Tallində, Samarada, Tümendə, Xabarovskda və neçə-

neçə başqa  şəhərlərdə antiazərbaycanlı (alverçi-azərbaycanlı, ruşvətxor-

Azərbaycanlı, cinayətkar azərbaycanlı) obrazı yaratmaq üçün canfəşanlıq 

edən düşmənlərimizin  əlinə  əsas verənlər. Onsuz da xalqımızın 

demokratiya və müstəqillik yollarında qazandığı  uğurların, suveren 

Azərbaycanımızın dünya miqyasında atdığı addımlarının paxıllığını 

çəkənlər az deyildir. Hətta iş o yerə çatıb ki, bu gün istər yaxın, istərsə də 

uzaq xarici ölkələrdə Qafqazdan olan hər hansı bir millətin nümayəndəsi 

cinayət törədirsə, yöndəmsiz iş tütursa, kobudluq edirsə, onu mütləq 

azərbaycanlı kimi qələmə vermək üçün, azərbaycanlının ayağına yazmaq 




üçün dəridən-qabıqdan çıxırlar. Belə olduğu halda biz azərbaycanlılar 

harada olursa-olsun istər Şimali Qafqazda, istər Rusiyada, istər Baltikyanı 

ölkələrdə, istər Orta Asiyada, istər Avropanın və Amerikanın bu və ya 

başqa ölkələrində daha həssas, daha ehtiyatlı, daha tədbirli davranmalı, öz 

hərəkətlərimizə diqqət yetirməliyik. 

 

*    *    * 



 

Oxuculara təqdim olunan bu kitab xarici ölkələrdə fəaliyyət  göstərən 

Azərbaycan cəmiyyətlərinin, mədəniyyət mərkəzlərinin və 

assosiasiyalarının fəaliyyətini əks etdirən ilk təşəbbüsdür. 

Xaricdə yaşayan soydaşlarımızla  əlaqələrin hələ istənilən səviyyədə 

öyrənilməməsi, indiyə kimi bu sahədə aparılan araşdırmaların zəifliyi 

kitabın tam əhatəli olmasına imkan verməmişdir. Xatırladaq ki, hazırki 

kitabın rus və ingilis dillərində  də  nəşri nəzərdə tutulmuşdur. Bu kitabın 

həmin dillərdə çap olunmasına qədər hörmətli oxucularımızın təklif və 

qeydlərini nəzərə alacaq, kitabın mövzu dairəsini daha da genişləndirməyə 

çalışacağıq. Müəlliflər gələcəkdə bu istiqamətdə öz tədqiqatlarını davam 

etdirəcək, soydaşlarımızın xaricdəki cəmiyyətləri, mədəniyyət mərkəzləri 

və digər təşkilatları haqqında məlumatları  zənginləşdirməyə, onun daha 

əhatəli olmasına cəhd göstərəcəklər. Və, nəhayət, bu kitab üzərində 

işlərkən bizə öz köməyini  əsirgəməyən “Vətən” və “Yurddaş!” 

cəmiyyətlərinin, habelə Milli Münasibətlər İnstitutunun bəzi əməkdaşlarına 

öz minnətdarlığımızı bildiririk. 

Bizdə belə bir inam var ki, xarici soydaşlarımızın  ədəbi, mədəni və 

ictimai fəalliyyətinə həsr olunmuş bu kitab həm geniş oxucu kütləsi, həm 

də  ədəbi və elmi ictimaiyyətimiz tərəfindən Azərbaycan Elmlər 

Akademiyası Milli Münasibətlər  İnstitutunun kiçik tövhəsi kimi qəbul 

ediləcəkdir. 

  

 



AVSTRALİYA 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ” 

(Sidney) 

 

Avstraliyanın Sidney şəhərində yaradılmış “Azərbaycan Mədəniyyət 

mərkəzi”nin məqsədi respublikamızda baş verən ictimai siyasi, 

 

 



demokratik prosesləri açıqlamaq, geniş ictimaiyyəti onların mahiyyəti ilə 

tanış etməkdir. Mərkəz Azərbaycanla  əlaqələri möhkəmlətməklə, 

respublikanın mürəkkəb ictimai  siyasi  vəziyyətini,  xüsusən erməni  

təcavüzü nəticəsində baş vermiş müharibə haqqında həqiqəti Avstraliyada  

yaşayan həmvətənlərimizə çatdırmaqda xeyli iş görür. Mərkəzin sədri  

Cəmşid Qızılbaş ötən ilin payızında həyat yoldaşı Əfsanə xanımla Bakıda 

qonaq olduğu dövrdə Avstraliya televiziyasının sifarişi ilə bir saatlıq 

“Azərbaycan bu gün” filmi üçün material toplamış,  Azərbaycanla milli 

demokratik hərəkatın gedişi ilə, demokratik qüvvələrin hakimiyyətə gəldiyi 

dövrdən həyata keçirilən dəyişikliklərlə dövlət quruculuğu  məsələləri  ilə 

yaxından tanış olmuşdur. Mərkəz Azərbaycandan Avstraliyaya musiqiçilər 

dəstəsinin, alimlərin, yazıçıların və dövlət xadimlərinin dəvət olunması 

sahəsində  də

 

səmərəli fəaliyyət göstərir. Avstraliya ilə iqtisadi əlaqalərin 



yaradılmasında, Sidneydə Azərbaycan mədəniyyəti sərgilərinin təşkili 

işində yaxından köməklik göstərir. 

C.Qızılbaş doğma vətəni Azərbaycanla müntəzəm olaraq maraqlanır, 

onun hazırkı dövrdə ictimai-siyasi həyatı barədə geniş  təbliğat aparır. 

Xüsusən, bir telejurnalist kimi. Son altı ay ərzində C.Qızılbaş  ağır 

cərrahiyyə  əməliyyatı keçirməsinə baxmayaraq. Azərbaycan haqqında 

düzgün və obyektiv məlumatlar yaymaq məqsədilə İsveçdə, Hollandiyada, 

Almaniyada, Fransada, İngiltərədə, Kanadada və ABŞ-da səfərlərdə olub. 

Bu ölkələrdəki həmkarları, dostları vasitəsilə xeyli iş görüb. İstər sənədli 

lentlərin, istərsə də əyani vəsaitlərin - kitab, jurnal, qəzet və s. köməyi ilə 

C.Qızılbaş Azərbaycanın bugünkü həyatı, Qarabağ  həqiqətləri haqqında 

qiymətli telereportac və  məqalələri ilə tez-tez dünyanın müxtəlif 

telekanallarına, mətbuat səhifələrinə  çıxır. Sidney şəhərindəki Siyasi 

Elmlər Universitetinin məzunu olan C.Qızılbaşın peşəkar siyasətci kimi 

dünya miqyasında Azərbaycanın təbliği ilə bağlı geniş yaradıcılıq planları 

vardır. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə