edir. Azərbaycandakı demokratik hərəkat, ictimai siyasi dəyişikliklər
təşkilatın üzvlərinin diqqət mərkəzindədir.
1990-cı ilin yanvarında Bakıda baş verən qanlı faciə “Azərbaycan
Evi”nin fəallarının da etirazına səbəb olmuşdur. Təşkilatın prezidenti
Mahmud Zaregeyvaninin həmin günlərdə “Amerikanının səsi”radiosuna
verdiyi mühasibə 64 dildə bütün dünyaya yayılmışdır. 1992-ci il dekabrın
31-də “Azərbaycan Evi”ndə dünya azərbaycanlılarının həmrəylik günü
münasibətilə yığıncaq keçirildi. Yığıncaq Azərbaycan Respublikasının
rəhbərliyinə təbrik teleqramları göndərdi. 1993 cü ilin əvvəllərində Bakıda,
“Azərbaycan Evi”nin filialı yaradılmışdır. Bakı filialının prezidenti Müdir
bəydir.
“Azərbaycan Evi”nin təşəbbüsü ilə 1993 -cü ilin yazından Los-
Ancelesin Yüeyels universitetində “Azərbaycan dili” fakültəlsi açılmışdır.
“TÜRK-AZƏRBAYCAN QRUPU”
(Los-Anceles)
“Türk-Azərbaycan Qrupu” sayca çox və fəallığı ilə fərqlənən
cəmiyyətlərindən biri sayılır. Siyasi hadisələrə fəal münasibət bəsləyən,
təşkilatca möhkəm olan “Türk-Azərbaycan Qrupu” türk xalqları arasında
sıx birlik, həmrəylik və aməkdaşlıq yaradılmasına çalışır. Qrup Azərbaycan
Respublikasına çox səmimi və loyal münasibət bəsləyir, Türkiyə
konsulluğunun, Amerika Türk Assosiasiyisanın və digər təşkilatların
Azərbaycana köməyinin təşkilində fəallıq göstərir. Qrupun yaxından
iştirakı ilə bir sıra türk qəzet və jurnalları, o cümlədən məşhur “Tarkiş
tayms” ös səhifələrində Azərbaycanın xarici siyasətinə, ictimai-siyasi
həyatına müntəzəm yer verir.
“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ”
(Los-Anceles)
“Azərbaycan Kültür Cəmiyyəti” Kaliforniyada öz fəallığı ilə
fərqlənən, azərbaycanlıları daha çox öz ətrafında birləşdirən cəmiyyətdir.
1991-1992-ci illərdə Cəmiyyətin fəaliyyəti daha mahsuldar və səmərəli
olmuşdur. Azərbaycanda baş verən demokratik proseslər, erməni
təcavüzünə qarşı aparılan müharibə məsələləri Cəmiyyətin diqqət
mərkəzindədir. Elmlər doktoru, Kaliforniya universitetinin professoru
Nairin Tohidi Cəmiyyətlə fəal əməkdaşlıq edir. O, tez-tez Azərbaycan
Elmlər Akademiyasının qonağı olur, azərbaycanlı qadınlar haqqında kitab
yazır. Onun siyasi fəallığın nəzərə çarpan cəhətlərindən biri də Kaliforniya
universitetində keçirilmiş konfransda professor Ovanesyanın çıxışına
(Ermənistan Respublikasının sabiq xarici işlər nazirinin atası) cavab çıxışı
olmuşdur. Cəmiyyətin fəal iştirakçılarından biri də memar, “Relyif
interneşl” təşkilatının üzvü Piruz Xanlıdır. 1993-cü ilin yanvarında o,
Bakıya növbəti dava-dərman və cərrahiyyə avadanlığı gətirmişdir.
“Azərbaycan Kültür Cəmiyyəti” Amerikada ilk dəfə olaraq 1993-cü
ildən “Azərbaycan” adlı beynəlxalq jurnalın nəşrinə başlamışdır. Jurnalın
birinci nömrəsində yazıldığı kimi, onu buraxmaqda əsas məqsəd bütün
dünya azərbaycanlıları ilə mədəni, siyasi, ədəbi, təhsil va digər sahələrdə
əlaqələr yaratmaqdır. Jurnal latın qrafikalı Azərbaycan əlifbası və ərəb
qrafikası ilə ildə dörd dəfə Azərbaycan və ingilis dillərində nəşr
olunacaqdır. Jurnalın ilk nömrəsində Azərbaycan Respublikasının ABŞ-
dakı səfiri Hafiz Paşayevlə müsahibə, xalqımızın tarixinə, mədəni həyatına
dair materiallar, Cənubi Azərbaycanla bağlı məqalələr, habelə
səfirliyimizin müşaviri Ceyhun Mollazadənin 1992-ci ilin aprelində
Kopenhagen şəhərində beynəlxalq seminardakı çıxışının mətni verilmişdir.
Jurnal ABŞ-da aparıcı inzibati siyasi və tədris müəssisələrinə və oxuculara
pulsuz göndərilir.
“AZƏRBAYCAN MƏDƏNİYYƏTİ MƏRKƏZİ”
(San-Fransisko)
San-Fransiskoda fəaliyyət göstərən, “Azərbaycan Mədəniyyət
Mərkəzi” 1989-cu ilin ortalarında yaradılmışdı. Mərkəzin sədri Əkbər
Bayramlıdır. San-Fransisko şəhərində 20 mindən çox azərbaycanlı yaşayır.
Mərkəzin iki yüz nəfər daimi üzvi, mindən yuxarı isə Mərkəzlə qeyri-sabit
də olsa, əlaqə saxlayanı vardır. Mərkəz təkcə azərbaycanlılara deyil, həm
də amerikalı dostlarına xidmət edir. Yerli radio ilə həftədə bir dəfə
“Azərbaycanın səsi” adlı musiqili, şerli, nəğməli proqram səslənir. Həmin
proqram vasitəsilə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı da geniş təbliğ
olunur. Erməni təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri qanlı
müharibə, onun əsas səbəbləri, erməni fitnəkarları, onların havadarları
barədə Mərgəz həqiqəti yaymaq üçün səy göstərir, Azərbaycan barədə
xaricdə yayılan uydurmaları, yanlış informasiyaları ifşa etmək sahəsində
mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışır.
“AZƏRBAYCAN MƏDƏNİYYƏT OCAĞI”
(Vaşinqton)
“Azərbaycan Mədəniyyət Ocağı”1989-cu ilin fevralında Vaşinqtonda
təsis olunmuşdur. Ocağın 7 nəfərdən ibarət idarə heyəti vardır. Üzvlərinin
sayı 500 nəfərdən çoxdur. Ocaq özünün təşkil etdiyi tədbirlərdən və üzvlük
haqqı kimi toplanılan pulla maliyyələşdirilir. Ocağın əsas məqsədi
Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini öyrənmək və
həmvətənlərimiz, həm də amerikalılar arasında təbliğ etməkdir. Ocağın
təşəbbüsü və yaxından iştirakı ilə milli bayramlarımız qeyd olunur, şer
gecələri, digər mədəni-kütləvi tədbirlər keçirilir. Ocaq Azərbaycan və fars
dillərində “Dirilik” adlı qazet nəşr edir. 1000 ədəd tirajla 16 səhifəlik bu
qəzet ayda bir dəfə buraxılır. Qəzetin əsas mövzusu Şimali və Cənubi
Azərbaycanın mədəniyyətinə, dilinə, adət-ənənələrinə, ədəbiyyatına və
incəsənətinə həsr olunur. Ocağın həvəskarlardan təşkil olunmuş “Savalan”
adlı mahnı və rəqs ansamblı vardır.
“BAKILI ASSOSİASİYASI”
(Nyu-York)
“Bakılı Assosiasiyası” Bakıda fəaliyyət göstərən “Bakılı” Beynəlxalq
Mədəniyyət Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq öz sıralarına
Bakını sevən və onun tərəqqisi üçün nə isə bir iş görməyə hazır olan hər bir
kəsi milliyətindən, dini etiqadından asılı olmayaraq qəbul edir. Öz
fəaliyyətinə yeni başlayan Assosiasiya Nyu-Yorkda “Bakı evi” Bakı və
Azərbaycan haqqında mühazirələr təşkil etməyi, dostluq görüşləri
keçirməyi, Bakıdan gələn ictimai xadimlərin, mədəniyyətimizin
nümayəndələrinin çıxışlarını təşkil etməyi nəzərdə tutur.
Dostları ilə paylaş: |