Almaniyada fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərindən biri
də Hamburq şəhərindəki “Azərbaycan-Alman kültür ocağı”dır. Bu mərkəz
bir neçə ildir ki təşkil olunub.
Cəmiyyətin nəzdində “Azərbaycan folkloru” adlı rəqs qrupu vardır.
1990-cı ildən etibarən “Azərbaycan-Alman kültür ocağı” xüsusi teatr
qruppası da yaratmışdır. Qısa müddət ərzində bu qruppa klassik
Azərbaycan dramaturqlarının bəzi əsərlərinin tamaşalarını hazırlamışlar.
Hamburqdakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri
Nərimandır.
“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ”
(Köln)
Almaniyanın Köln şəhərindəki “Azərbaycan Kültür Cəmiyyəti”
Bakıda 1990-cı il faciəli yanvar hadisələrindən sonra yaranmışdır.
Mərkəzin sədri İbrahim Alovdur. Mərkəz öz fəaliyyətinə Bakı hadisələrinə
etiraz əlaməti olaraq keçirdikləri mitinq və yürüşlərlə başlamışdır. Bir sıra
mədəni kütləvi tədbirlərin hazırlanıb keçirilməsində cəmiyyət fəal iştirak
edir. Azərbaycan mədəniyyəti, onun keçmişi və bu günü ilə Almaniya
ictimaiyyətinin yaxından tanış olması üçün səmərəli işlər görməyə çalışır.
Cəmiyyətin fəal üzvləri vaxtaşırı Azərbaycanda olur, respublikada baş
verən demokratik proseslərlə tanış olur, alimlərlə mədəniyyət xadimləri
ilə görüşürlər. Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatı ilə
yaxından tanışlıq cəmiyyətin fəaliyyətinin daha təsirli olmasına kömək
edir.
“ÜFÜQ MƏDƏNİYYƏT OCAĞI”
(Maynts)
Maynts şəhərində yaradılan “Üfüq Mədəniyyət Ocağı” 1988 -ci ilin
fevralından fəaliyyətə başlamışlar. Ocağın üzvləri
əsasən
azərbaycanlılardır. Bu ocağın təşkilatçıları öz əsas məqsədlərini mədəni
tədbirlərin keçirilməsində, alman və türk dillərinin qısa müddətdə tədrisi
kurslarını təşkil etməkdə görürlər.
Maynts şəhəri ilə bakı və Sumqayıt şəhərləri arasında əlaqələrin
möhkəmlənməsində də “Üfüq Mədəniyyət Ocağı” yaxından iştirak edir.
“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ”
(Nürnberq)
“Azərbaycan Kültür Dərnəyi” 1990-cı ilin fevralında yaranmışdır.
Dərnəyin təsisindən bir qədər əvvəl Azərbaycanla həmrəylik komitəsi
təşkil edilmiş, Bakıda 1990-cı il yanvar faciəsinə həsr olunmuş izdihamlı
mitinq keçirilmişdir. Mitinqin iştirakçıları Bakıda törədilən qanlı faciənin
günahkarlarını lənətləmişlər. Dərnək fəaliyyatində Nürnberqdə və onun
ətrafında yaşayan 18 min azərbaycanlını əhatə etməyə çalışır. Dərnək
əsasən təəssübkeş həmvətənlərin maddi yardımı ilə fəaliyyət göstərir.
Dərnəyin sədri Gündüz Varol bütün varlığı ilə Azərbaycana bağlıdır,
onun müstəqilliyini, azadlığını düşünən həmvətənimizdir. İstambulda nəşr
olunmuş “Lal Başlar” kitabında onun 1985 və 1986-cı illərdə Azərbaycana
səfərləri də öz əksini tapmışdır. Kitabda sosialist gerçəkliyi bütün çılpaqlığı
ilə göstərilmişdir. 1990-cı il noyabrın əvvələrində İstambulda keçirilmiş
Azərbaycan dərnəklərinin Birinci Beynəlxalq konqresində Gündüz Varol
Avropa ölkələri üzrə koordinator seçilmişdir.
“Azərbaycan Kültür Cəmiyyəti” Almaniyaya gedən mədəniyyət
xadimlərimiz ilə əlaqə yaratmağa çalışır. Azərbaycan incəsənət ustalarının
çıxışlarının təşkilində fəallıq göstərir.
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
“AZƏRBAYCAN CƏMİYYƏTİ”
(Los-Anceles)
Kaliforniyada rəsmi qeydiyyatdan keçmiş “Azərbaycan Cəmiyyəti”
yarandığı ilk vaxtlardan öz fəallığı ilə fərqlənir. Cəmiyyətə fars dilində
“Radio Sədayi İran” radiostansiyasının əsasını qoymuş, təhsilinə görə vəkil
və “Daad Liqal Meqezin” hüquqi xəbərlərin redaksiya heyətinin üzvü,
elmlər doktoru Hüseyn Həqiqi rəhbərlik edir. Cəmiyyətin son vaxtlar
gördüyü əməli işlərdən biri Los-Ancelesdə konqresmen Cim Mudi ilə
görüşün təşkili və maliyyət yardımıdır. Cəmiyyətin və onun sədrinin son
tədbirlərindən biri də “Radio Sədayi İran” radiostansiyasının ABŞ-da
yaşayan soydaşlarımız üçün Azərbaycanda geniş ictimai siyasi hadisələri
işıqlandırmaqdan ötrü bir saatlıq efir vaxtı təşkil etməsidir.
“AZƏRBAYCAN CƏMİYYƏTİ”
(Los-Anceles)
“Azərbaycan Cəmiyyəti” öz ətrafına əsasən Cənubi Azərbaycandan
olan soydaşlarımızı birləşdirir. Onun sədri A.Kamanardır. Cəmiyyət
ictimai siyasi hadisələrə sirayət etməsi ilə bir o qədər də fərqlənmir.
Cəmiyyətin ayrı-ayrı nümayəndələri müxtəlif ümumi ictimai mədəni
tədbirlərin həyata keçirilməsində iştirak edirlər.
“AZƏRBAYCAN EVİ”
(Los-Anceles)
Los-Anceles şəhərində “Azərbaycan Evi”nin yaradılması məsələsi
hələ 1987-ci ilin iyun ayınla irəli sürülmüş, bu münasibətlə şəhərdə
yaşayan azərbaycanlıların nümayəndələrinin bir qrupu yığıncaq keçirmişdir
həmin iclasda idarə heyəti seçilmişdir. Lakin “Azərbaycan Evi” rəsmi
olaraq 1988-ci ilin yanvarından fəaliyyətə başlamışlır. Onun prezidenti
doktor Mahmud Zaregeyvanidir. “Azərbaycan Evi”nin təxminən 5 minə
yaxın üzvü vardır. Onun üzvləri əsasən həkim, mühəndis, tacir, müəllim,
vəkil və başqa peşə sahibləridir. Onların bir çoxlu Cənubi
Azərbaycandandırlar. Təşkilatda İrandan, Türkiyədən, Almaniyadan,
Çindən, İtaliyadan, Küveytdən, Yunanıstandan da üzvlər vardır.
İctimai təşkilat kimi fəaliyyət göstərən “Azərbaycan Evi”
dilimimizin, mədəniyyətimizin, tariximizin oyrənilməsində böyük səy
göstərir, vaxtaşırı Los-Ancelesdə Azərbaycan mədəniyyəti gecələri təşkil
Dostları ilə paylaş: |