tanınmış cərrah professor Doktor Harmen van Lssendir.
Bu cəmiyyətin
həm də Bakıda nümayəndəliyi vardır. Nümayəndəliyin başcısı Çingiz
Abdullayevdir.
“Alman-Azərbaycan cəmiyyəti”nin yaradılmasında Düsseldorfda
yaşayan azərbaycanlı həkim Ağabəy Azərbaycani və onun həyat yoldaşı
Kristina Azərbaycaninin boyük rolu olub.
“Alman-Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə Düsseldorflu
həkimlər dəfələrlə Azərbaycana gəlmiş, humanitar yardımlar gətirmişlər.
Bunların içərisində çoxlu tibbi ləvazimat, kompüter rentgen apparatı, tibbi
preparatlar olmuşdur.
Dəfələrlə Düsseldorfdan təcrübəli həkimlər Azərbaycana gəlmiş,
Qarabağda yaralanmış Milli Ordu əsgərlərinə isə praktik yardım
göstərmişlər.
“Alman-Azərbaycan cəmiyyəti” xalqlarımız və ölkələrimiz
arasındakı əlaqələrin, münasibətlərin möhkəmlənməsində böyük rol
oynayır.
1992-ci ilin sentyabrında Bakıda (28 may küçəsi “Alman-Azərbaycan
cəmiyyəti”nin yaradılmasının ildönümü münasibətilə dostluq gecəsi
keçirilmişdir. Görüşü cəmiyyətin Düsseldorfdakı
və Bakıdakı
nümayəndəlikləri təşkil etmişdi. “Alman-Azərbaycan cəmiyyəti”nin
ünvanına respublikamızın elm və ictimai təşkilatlarının, müxtəlif birliklərin
təbriknamələri oxunmuş və təqdim edilmiş, “Alman-Azərbaycan
cəmiyyəti”nin yeni üzvləri seçilmişlər. Cəmiyyətin yeni üzvlərinə
Azərbaycan Respublikasının keçmiş prezidenti Ə.Elçibəyə, tanınmış
cərrah, professor N.Rzaeva, milli qəhrəman S.Məmmədova, Azərbaycan
EA Milli Münasibətlər İnstitutunun direktoru V.Arzumanlıya və
başqalarına diplomlar təqdim olunmuşdur.
“Alman-Azərbaycan cəmiyyəti”nin prezidenti H.Fon Lessen, həmin
cəmiyyətin vitse-prezidenti A.Azərbaycani ABŞ-ın Azərbaycandakı səfiri
R.Mayls, AFR-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Ç.Xunqci də
gecəsində iştirak etmişlər.
Almaniyadan gəlmiş qonaqlar respublikamıza “Mersedes” markalı
təcili yardım maşını da bağışlamışlar.
Bu ilin aprel ayında “Alman-Azərbaycan cəmiyyəti”nin vitse-
prezidenti doktor Ağabəy Azərbaycani Kəlbəcər faciəsi ilə əlaqədar
Gəncəyə gəlmiş, özü ilə xeyli miqdarda dava-dərman gətirmiş və
qaçqınlara 1 milyon rubl nəğd pulla yardım göstərmişdir.
“Alman-Azərbaycan cəmiyyəti” Bakıda qadınlar üçün kosmetika
salonu yaratmaq, dərman preparatları hazırlayan xüsusi laboratoriya
açmağı planlaşdırır.
“AVROPA-TÜRK İSPANİYA KÜLTÜR FEDERASİONU”
(Frankfurt)
“Avropa-Türk İslam Kültür Federasionu”nun əsas məqsədi türk
xalqlarının dilini, məişətini, ədəbiyyatını, folklorunu
qoruyub saxlamaq və
yetişməkdə olan nəslə çatdırmaqdır. Cəmiyyətin struktur quruluşunda
bölmələr yaradılmışdır. Onlardan birində cəmiyyətin “İnter-akademiya”sı
fəaliyyət göstərir ki, burada bütün sahələr üzrə ən bacarıqlı mütəxəssislər
toplanmışlar. Onların məqsədi dünyanın nümunəvi xasiyyətlərindən,
nailiyyətlərindən bacarıqla istifadə etməkdir. Federasionun əlaqələri
olduqca genişdir. Onun Azərbaycanda da nümayəndələri vardır. Onlara
rəssam Şahlar Abdullayev rəhbərlik edir. 1992-ci ilin martından o, eyni
zamanda “Avropa-Türk İslam Kültür Federasionu“nun türk və müsəlman
dövlətləri üzrə baş nümayəndəsi təyin olunmuşdur. Federasionun
Azərbaycan nümayəndələri öz fəaliyyətlərinə əsasən respublikamız
haqqında Almaniyaya informasiya göndərməklə başlamışlar. Bütün
xəbərlər ilk əvvəl Frankfurta, oradan isə dünya ölkələrinin xəbərlər
birliyinin mərkəzi olan Bonn şəhərinə verilir. Ən vacib xəbərlər isə
Almaniyada, eləcə də Belçikada Qarabağda gedən ədalətsiz müharibə ilə
bağlı etiraz mitinqləri keçirilmişdir. Cəmiyyət öz hesabına müxtəlif alman
qəzetlərində səhifələr alıb Qarabağda baş verən hadisələri bütün açıqlığı ilə
işıqlanmışdır.
“AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏR CƏMİYYƏTİ”
(Frankfurt)
“Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti” Almaniyanın Frankfurt
şəhərində yaradılmışdır. Cəmiyyətin əsasını onun sədri Firudin Pərvizniya
qoymuşdur. Uzun illər Almaniyada yaşayan F.Pərvizniya çoxsahəli
fəaliyyəti ilə geniş şöhrət tapan “Bao konsent” şirkətinin prezidentidir.
Şirkət əsasən müxtəlif tikinti-quraşdırma işləri, köhnə, tarixi binaların
bərpası və təmiri ilə məşğuldur. Şirkət həm də dünya rəssamlarının
əsərlərinin sərgisinin təşkili ilə məşğul olur. “Azərbaycan Mədəni Əlaqələr
Cəmiyyəti” bir sıra mədəni tədbirlərin keçirilməsini təşkil etmişdir.
Cəmiyyətin sədri Bakıda olmuş, burada başçılıq etdiyi şirkətin
nümayəndəliyinin açılması ilə əlaqədar danışıqlar aparmışdır. Cəmiyyət
soydaşlarımızın Azərbaycanla əlaqələrin genişlənməsinə çalışır.
“TÜRKDİLLİ XALQLARIN ƏDƏBİYYATI VƏ
KÜLTÜRÜNÜ TANIMA MƏRKƏZİ”
(Frankfurt)
Almaniya Türk xalqlarının o cümlədən azərbaycanlıların çox yaşadığı
şəhərlərdən biri Frankfurtdur. Bu şəhərdə yaradılmış ən böyük milli
mədəniyyət cəmiyyətlərindən biri “Türkdilli xalqların ədəbiyyatı və
kültürünü tanıma mərkəzi” adlanır. Mərkəz türk və Azərbaycan milli
bölmələrinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir.
1991-ci ildən etibarən Mərkəz “Dağyeli Ferlaq” nəşriyyatının sahibi
İldırım Dağyeli ilə birlikdə Azərbaycan ədəbiyyatının ən maraqlı
nümunələrinin alman dilinə tərcümə olunub nəşr edilməsində xeyli iş
görmüşdür. Xüsusilə “Azərbaycan Ədəbiyyatı” seriyası adı altında nəşr
olunan kitabların müasir Azərbaycan nəsrinin Almaniyada yayılması və
təbliği işində əhəmiyyəti böyükdür.
“Türkdilli xalqların ədəbiyyatı və kültürünü tanıma mərkəzi”
müxtəlif türk ölkələrinin, o cümlədən Azərbaycanın tanınmış ədəbiyyat
xadimlərini Almaniyaya dəvət edir, onların əsərlərinin oradakı
soydaşlarımız və alman oxucuları arasında tanınmasına köməklik göstərir.
“AZƏRBAYCAN-ALMAN KÜLTÜR OCAĞI”
(Hamburq)