Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə32/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   28   29   30   31   32   33   34   35   ...   119

Zehin və Məntiq 

SUALLAR: 

1.

 

Məntiqi bilənlər nə üçün səhv edirlər? Əks və həlledid cavabı 



izah edin. 

2.

 



Sizcə, səhvin qarşısını alanın özü səhv edə bilərmi? 

3.

 



Zəruri şərtlər hansılardır? 

4.

 



Sizcə, zəruri şərtlərin hər ikisi ödənsə, nəticə düzgündürmü? 

5.

 



Maddə, forma, maddi və formal məntiq nədir? 

6.

 



Həm maddi, həm də formal məntiqi yanlış olan misal gətirin. 

7.

 



İnsanın düşünən varlıq olduğunu nəzərə alaraq, məntiqi 

dəyərsiz hesab edənlərə necə cavab verərdiniz? 

109 



4-

 

CU DƏRS 

KAFİ ŞƏRTLƏR 

Kafi şərtlər 

1.

 

Tam əhatə 

(məntiqi qaydalar tam bilinməlidir). 



2.

 

Tətbiq 

(bu qaydaları tətbiq etmə bacarığı olmalıdır). 



3.

 

Sahə 

(tətbiq sahəsinin qayda-qanunu bilinməlidir). 



4.

 

Riyazi  məkan 

(ağıl riyazi məkanda və ideoloji təfəkkürdən 

uzaq olmalıdır). 

5.

 

Keyfiyyət-kəmiyyət 

(Keyfiyyət  və  kəmiyyət  qanunu 

ödənməlidir). 

Birinci və ikinci şərtlər aydmdır. Üçüncü şərt demək istəyir ki, 

məsələn: əgər fəlsəfədə müəyyən nəticə almaq istəyiriksə, məntiqin 

zehni  səhv  etməkdən  qorumasma  baxmayaraq,  fəlsəfənin 

aksiomları,  terminləri  və  qanunları  düzgün  öyrənilməlidir.  Əks 

halda, təbiidir ki, səhvə yol verəcəyik. 

Dördüncü  şərt  isə  mübahisə  və  müzakirələr  zamam,  qarşı 

tərəfin  öz  məqsədinin  düzgün  olduğunu  çatdırmaq  üçün  məntiqi 

qaydaları öz mənafeyinə uyğun istifadə etməsindən danışır. Bu şərt 

yanlış  dəlilgətirmənin  səbəblərindən  sayılır.  Bu  haqda  "sofizm" 

bəhsində  geniş  danışılacaq. 

"Riyazi  məkan"  dedikdə,  riyazi 

təfəkkür  zamanı  zehnin  riyazi  simvollardan  başqa  heç  nəyi 

qəbul  etmədiyi  və  ona  kənardan  heç  bir  şeyin  təsir  göstərə 

bilmədiyi kimi, məntiqi təfəkkür zamanı da ağ-

 

111 




Məntiq ____________________________________________________________  

İm heç bir təsirə məruz qalmaması üçün onun məcazi mənada 

riyazi məkana daxil olmasının zəruriliyi nəzərdə tutulur. 

Kitabm  birinci  dərsində  ideoloji  təfəkkür  haqqmda  danışdıq. 

Burada  ideoloji  təfəkkür  dedikdə,  xüsusi  ideologiya,  nəzəriyyə, 

inanc, şüuraltı biliklər və s. ilə bərabər olan təfəkkür başa düşülür. 

Bu  da  elə  təfəkkür  dərsində  dediyimiz  ideoloji  təfəkkürün  geniş 

mənasıdır. 

Belə təfəkkür zamam zehnin səhvə yol verməsi aydmdır. Çünki 

insan  hər  nə  qədər  məntiqi  fikirləşsə  də,  zehrıini  öz  ideo- 

logiyasmdan,  şüuraltı  biliklərindən,  düşündüyü  həmin  sahə  ilə 

bağh mövzuya olan inancmdan uzaq tutmadıqda, onun bu inancı, 

ideologiyası,  şüuraltı  bilikləri  təfəkkür  zamam  öz  təsirini 

göstərməlidir. Bıma görə də təfəkkür zamam düzgün nəticə ahnaq 

üçün  şəxsi  yanaşmaları  kənara  atıb  müstəqil  prizmadan  baxmaq 

lazımdır. 

Altmcı  şərt: 

Keyfiyyət-kəmiyyət  qanunu: 

Nəzərimizcə, 

təfəkkürün düzgün nəticə verməsi üçün yuxarıdakılardan başqa bir 

şərt də vardır və demək olar ki, digər şərtlərin hər biri ona bağlıdır. 

Bu,  "keyfiyyət-kəmiyyət"  qanunudur  və  ən  əsas  şərt  sayılır.  Bu 

qanun məntiqi təfəkkürün ən mühüm tərəflərindən biridir. Belə ki, 

o  bütün  mübahisələrin  açarı  sayılır.  Keyfiyyət  dedikdə, 

məlumatlarm  hansı  növdən  olduğu,  kəmiyyət  dedikdə  isə 

məlumatlarm kəmiyyəti başa düşülür. 

İllərlə  müxtəlif  təbəqədən  olan  insanlarla  müzakirələr 

etdikdən,  mübahisələr  apardıqdan,  bu  müzakirə  və  mübahisələri 

araşdırıb təhlil etdikdən sonra belə nəticəyə gəldik ki, insan- larm 

bir-birini  qəbul  etməməsinin,  fikir  müxtəlifliyinin  səbəbi  bu 

qanunla  bağlıdır.  Yəni  ümumi  olaraq  hər  bir  kəs  özü  tərəfindən 

qəbul edilmiş ya dərk edərək, ya da müəyyən şüuraltı məlumatlara 

əsaslanaraq fikir yürüdür. Bu da başqasınm eti- razma səbəb olur. 

Beləliklə, həmin qanunun izahma diqqət yetirək: 

112 



Zehin və Məntiq 

Məchul  obyekt  (x)  üçün  müxtəlif  mənbələrdən  ilkin 

məlumatlar, biliklər əldə edilir. Bu müqəddimələr əsasmda obyekt 

(x)  haqqmda  yeni  bir  nəticə  məlumat  yararur.  Əgər  iki 

müqəddimədən  istifadə  etsək,  onda  iki  müqəddimə  məlumatdan 

törəyən nəticənin riyazi şəkli belə olar: 

Mı+Ma=N2 

Alman bu nəticə məlumat həmin müqəddimə məlumatlar (Mı, 

M

2

)  çərçivəsində  düzgün  məlumat  hesab  edilir.  Yəni  nəticə  onu 



törədən  müqəddimələr  baxımmdan  dolğun  məlumatdır.  Amma 

başqa bir mənbəni də əlavə etsək, artıq alman məlumatımız əvvəlki 

məlumatdan fərqli olacaq. 

Mı+Mı+M3=N3 

Riyazi  formuldan  da  göründüyü  kimi,  nəticə,  verilən 

müqəddimə  məlumatlarm  etibarlılığmdan,  keyfiyyətindən  və 

kəmiyyətindən asılıdır. Yəni bərabərliyin sol tərəfinə yeni məlumat 

əlavə  edilsə, bu zamam nəticənin dəyişməsi mümkündür. Burada, 

keyfiyyət  dedikdə,  verilən  müqəddimə  məlumatlarm  hansı  növ 

məlumat  - "nəqli" və ya "əqli" və  s. olması nəzərdə  tutulur.  Çünki 

aydmdır ki, hər bir məlumat ümumi olaraq ya əqli, ya da nəqlidir. 

Elə isə verilən müqəddimələrin də keyfiyyəti əqli və nəqli olmadan 

asılıdır. Onda bu asılılığı da ümumi şəkildə belə göstərmək olar: 

M=M(ə,n) 

Beləliklə,  nəticə-'N",  müqəddimə  məlumat="M",  əqli  məlu- 

mat="ə", nəqli məlumat="n" və kəmİ

3

ryət="m" əvəzləməsi aparsaq, 



bu qanunu riyazi şəkildə aşağıdakı kimi göstərə büərik: 

Nm 

= N(M(ə,n),m) = Mı+M2+M3+...+Mm= JMi 



(Burada

 "E " 


işarəsi cəm deməkdir.) 

113 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə