Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə33/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   29   30   31   32   33   34   35   36   ...   119

Məntiq ____________________________________________________________  

Bu  düstur  bizə  nəticənin  -  keyfiyyəti  əqli  və  nəqli 

müqəddimələrdən  (M(ə,n))  asılı  olan  məlumatlardan  və  bu 

məlumatla- rm kəmiyyətindən (m) asılı olduğunu deyir. 

Müqəddimə  məlumatlarm  keyfiyyətilə  bərabər,  sayı  ilə 

kifayətlənmək  iddia  sahibinin  iddiasmdan  əl  çəkməməsinə  səbəb 

olur.  Doğrudur,  iddia  edənin  nəticəsi  tamamilə  düzgün  ola  bilər, 

amma mükəmməlliyi və dəqiqliyi isə müqəddimələrin keyfiyyət və 

sayınm kafiliyini isbat etməmiş, naqis qalır. 

Riyazi  məsələlərin  həllinin  mükəmməlliyi  bu  qanunun 

ödənilməsi  nəticəsindədir.  Çünki  belə  məsələlərdə  nəticəni  verən 

müqəddimələrin  sayma  yeni  bir  müqəddimə  artırıldıqda  nəticə 

kamilləşmir,  əksinə,  sabit  qalır.  Buna  görə  də  riyazi  məsələlərdə 

nəticəni  verən  hər  hansı  müqəddimələrin  sayı  nəticə  üçün  kamil 

olur. Riyazi olaraq başqa cəhətdən yanaşsaq, bu qanunu aşağıdakı 

kimi izah edə bilərik; 

Tutaq ki, hər  hansı bir  tənliyin həlli tələb olunur. Bəzi vaxtlar 

"məchullu  bərabərliy"in  (tənliyin)  ödənməsi  üçün  məchulun 

müəyyən  qiyməti  mümkün  olmur.  Yəni,  ümumiyyətlə,  tənliyin 

ödənməsi  üçün  müəyyən  bir  ədəd  mövcud  olmur.  Deməli,  həll 

üçün  əvvəlcə  tənliyi  ödəyəcək  bir  ədədin  varlığı  isbat  edilməli, 

bundan sonra həllə başlanmalıdır. 

Bir riyaziyyatçı müəyyən müqəddimələr əsasmda isbat edir ki, 

bu  tənliyin  həlli  həqiqi  ədədlər  çoxluğundadır.  Başqa  bir 

riyaziyyatçı  isə  bu  tənliyin  həllinin  müsbət  ədədlər,  üçüncü 

riyaziyyatçı  isə,  həllin,  məsələn  5  ilə  8  ədədi  arasmda  olduğu 

nəticəsinə  gəlir.  Məlumdur  ki,  burada  hər  bir  riyaziyyatçmın 

tənliyin  həlli  üçün  aldığı  nəticə  ayrı-ayrı  müqəddimələr  əsa- 

smdadır. 

Birinci 


riyaziyyatçmm 

aldığı 


nəticəni 

verən 


müqəddimələr  əsasmda  ikinci  riyaziyyatçı  da  ikinci  nəticəni  ala 

bilməz. Göründüyü kimi, məchulun qiyməti üçün hər dəfə verilən 

nəzər yeni müqəddimələr əsasmdadır və məchul haqqmda hər bir 

riyaziyyatçmm  aldığı  nəticə  həmin  müqəddimələr  daxilində 

düzgündür. 

114 



Zehin və Məntiq 

İndi  də  başqa  bir  sahədə  bu  qanunun  ödənmədiyi  bir  misala 

baxaq: Qurani-kərimm aşağıdakı ayəsinin təfsirinə diqqət yetirək: 

"Ey  insanlar!  Siz  Allaha  möhtacsınız.  Allah  isə  (heç  nəyə,  o 

cümlədən sizin ibadətinizə) möhtac deyildir".Bu ayənin mə- nasmı 

hər kəs öz düşüncəsinə uyğun olaraq dərk edir. Qədim təfsirçilər də 

bu  ayəyə  elə  hamımızm  zahiri  mənada  dərk  etdiyi  "Hamı  Allaha 

ehtiyaclıdır,  amma  Allahm  heç  nəyə  ehtiyacı  yoxdur",  yaxud  da 

"İnsanlar yeməyə, övlada və bu kimi şeylərə ehtiyaclıdır" mənasmı 

vermişlər.  Qədim  təfsirçilərin  belə  nəticəyə  gəknələrinin  səbəbi, 

onlarm  əsas  götürdüyü  müqəddimələrin  "Quran",  "Həzrət 

Peyğəmbərin (s) hədisi" və "tarixi mənbələr" olmasıdır. Doğrudur, 

bu  təfsir  düzgün  təfsirdir,  amma  yalmz  müqəddimələrinin 

çərçivəsində öz kamilliyini qoruyub saxlaya bilir. İndi bir sualla bu 

təfsirin  kamilliyinin  zəiflədiyini  və  bu  sualm  müqabilində  daha 

kamil  təfsir  üçün  yeni  bir  müqəddiməyə  ehtiyac  olduğunu 

göstərək:  Yuxarıdakı  təfsirdən  sonra  əgər  -  "Elə  insanlar  var  ki, 

yeməksiz  yaşaya  bildiyi  halda,  ya  da  müasir  insan  özü  hər  bir 

ehtiyacım təmin edə bildiyi halda Allaha ehtiyac harada görünür?" 

kimi sual olunsa, bu zaman ayənin 

3

aıxarıdakı təfsiri öz kamilliyini 



itirü.  Bu  suala  uyğun  təfsir  vermək  üçün  yeni  bir  müqəddiməyə 

ehtiyac duyulur. Amma "Bu zaman bu ayənin təfsiri, məsələn, filan 



cür  olacaqdır"  deyilsə,  onda  sual  olunur  ki,  filan  cür  olan  nəticə 

hansı  əsasa  görədir?  Cavab  olaraq  deyüə  bilər:  "Əlbəttə  ki,  belə 



olan halda "M" məlumatına əsasən, ayənin mənası filan cür olur". 

Elə  həmin  "M"  məlumatınm  özü  dediyimiz  yeni  müqəddimə 

sayılır. Çünki "M" məlumatı nəzərə alınmasa, heç cür yeni nəticəni 

ala  bilmirik.  Əgər  hər  dəfə  bu  ayəyə  verilən  yeni  təfsirin 

müqabilində  hər  hansı  bir  sualla  qarşılaşsaq,  yeni  müqəddiməyə 

ehtiyac duyulur və müqəddimələrin keyfiyyət və kəmiy- 



^

 Fatir, 15 

115 



Məntiq ____________________________________________________________  

yətinin  yetərliliyi  sabit  oknadıqca,  təfsirin  kamilliyi  zəif  hesab 

olunur.  Ümumiyyətlə,  bütün  mövzularda  nəticənin  kamilliyi 

müqəddimələrin keyfiyyət və kəmiyyətindən asılıdır. 



Beldlikb,  yuxarıdakı  düsturda  limiti  nəzərə  alaq.  Obyekt 

haqqında yeni məlumat əldə etmək üçün hansısa müqəddimələrdən 

istifadə  edilir.  Bu  yeni  məlumat,  obyekt  haqqında  bilikdir  və 

biliyin  növlərindən  olan  hüsuli  idrak  sayəsində  yaranan  bilik 

hesab  edilir.  Əgər  hüsuli  idrak  sayəsində  yaranan  bilik  "hüzııri 

idrakla  yaranan  biliyin  zehin-  dəki  inikası"na  (Vicdani  hökm  - 

bax: III hissə, I fəsil, I dərs) bərabər olsa və ya hüzuri idrakı ifadə 

etsə, bu zaman kamil bilik sayılır. Hüsuli idrakla yaranan biliyin 

"hüzuri  idrakla  yaranan  biliyin  zehni  şəkW'nə  (Vicdani  hökm) 

yaxınlaşması  üçün  mütləq  yeni  müqəddimələr  artırılmalıdır. 

Həmçinin bu müqəddimələr etibarlı olmalıdır. Deməli, yuxarıdakı 

düsturdan limitə keçsək, bu limitin "hüzuri idrakla yaranan biliyin 

zehindəki 

inikası"na 

bərabər 

olması 

üçün, 

müqəddimə 

məlumatların  keyfiyyəti  və  kəmiyyəti  yetərli  həddə  çatmalıdır. 

Yəni  kəmiyyətin  limiti  müəyyən  həddə  və  keyfiyyətin  limiti  isə 

kamil  dəlilə  bərabər  olmalıdır.  Deməli,  hüsuli  idrakla  yaranan 

biliyin  "hüzuri  idrakla  yaranan  biliyin  zehindəki  inikası"na 

bərabər  olması,  başqa  sözlə,  nəticənin  kamilliyi  müqəddimələrin 

keyfiyyət və kəmiyyətinin kamilliyindən asılıdır. 

Bu  qanun  əsasmda,  İslam  dünyasınm  dahi  şəxsiyyəti,  "Hik- 

məti-mütəaliyyə"  fəlsəfəsinin  yaradıcısı  Sədrül-mütəəllihin  Şirazi 

(Molla  Sədra),  İbn  Sinarun  "varlıqlar  arasındakı  fərq" 

nəzəriyyəsinə verdiyi izahı daha da ətraflı araşdırmış və İbn Sina- 

mn irəli sürdüyü sübutu kamil hesab etməmişdir. Belə ki, İbn Sma 

varlıqlar  arasmdakı  mümkün  fərqlərin  sayım  isbat  etməmiş  üç 

olaraq  qəbul  edib,  ikisinin  yanlış  olduğunu  isbat  edərək  üçüncü 

variantm doğruluğu qənaətinə gəlmişdir. İbn Sina bu yolla "varhğ"ı 

başqalarma nisbətən daha dolğun təfsir edə bilmişdir. Amma Molla 

Sədra bu sayı dördə çatdıraraq üçünün yanlış olduğunu isbat edib 

dördüncü  variantm  doğruluğu  nəticəsini  aldı  və  öz  fəlsəfəsini  də 

tamamilə bımun üzərində qur- 

116


 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə