Məntiq ____________________________________________________________
əlaqədə oLmasma yönəlir. Bütün mümkün variantlar verilir və
hansı daha münasibdirsə, hansmm uyğunluğu daha çoxdursa,
həmin sahəni araşdırırlar. Dediyimiz kimi, zehnin yönəlməsi
uyğunluğun dərəcəsindən və ruhun halmdan asılıdır. Yəni bu
qanunun nəzəriyyəsinə əsasən, deyə bilərik ki, bəzi vaxtlar cinayət
axtarış işçilərinin müvəffəqiyyətsizliyi nəzəriyyəni lazımmca
dəyərləndirməməkdən irəH gəlir.
Dəlalət və topikanın "Qızıl qayda"sı
Bu mövzu dəlalətlə bağlı olsa da, daha çox III hissədə
gələcək topika (mübahisə nəzəriyyəsi) ilə əlaqəlidir.
Dəlaləti də iki - şüurlu və şüursuz şəkildəki formalarına
ayırmaq olar. Yəni bəzən zehin, uyğunluğa əsasən birbaşa bir
ünsür üzərindən başqa bir ünsürə yönəlir və bəzən isə
dediyimiz kimi, nəzəriyyəni lazımınca dəyərləndirmək gərək
olur. Bu da insandan ağıl və şüur tələb edir. Filmlərdə
gördüyümüz kimi; biri evi tərk edir və istədiyi şəxsə nəsə işarə
etmək üçün əşyaları xüsusi şəkildə yerləşdirir. Məlumdur ki,
həmin şəxs onun nə demək istədiyini başa düşmək üçün
seçilən əşyalara və onların ardıcıllığına şüurlu şəkildə
yanaşmalı, diqqət etməlidir. Yoxsa onun nə demək istədiyini
başa düşmək çətin olar. Buna görə də dəlalətin şüurlu şəkildə
olan bu formasına da təfəkkürün "beşinci" forması kimi
baxmaq olar. Dəlalətin belə şüurlu forması "topika" (mübahisə
nəzərİ
5
^əsi) və "ritorika" (natiqlik nəzəriyyəsi) ilə də sıx
bağlıdır. Bu bağlılığa həmin başlıqlarda işarə olunacaq.
Bu mövzu "məfhum" bəhsi ilə bağlı olduğundan, biz
burada "Qızıl qayda" adlandıraraq, ona sadəcə olaraq işarə
edib, izahını isə IV fəslin IV dərsinə saxlayırıq:
Qızıl qayda:
Hər bir məfhumun "məzmun"unu açaraq, zehni
həmin məfhum üzərindən, məzmunda yerləşən məfhuma tərəf
yönəltmək olar.
126
Zehin və Məntiq
Dəlalətin növləri
Dəlalət ya
həqiqi,
ya da
şərtidir.
Həqiqi dəlalət zamanı zehnin
yönəlməsi insan tərəfindən öncədən şərti olaraq qəbul edilmədən
asılı deyil. Bu cür dəlalət ya ağıldan qaynaqlanan
əqli
dəlalətdir
(məsələn, tüstünün oda dəlalət etməsi kimi), ya da insan
psixologiyası (və ya heyvan təbiətindən) qaynaqlanan
təbii
dəlalətdir (məsələn, mimikalarm qəzəbə və sevincə dəlalət etməsi).
Şərti
dəlalət iki şey arasmdakı bağlılığm insan tərəfindən şərti
qəbul edilməsinə deyilir. Əqli dəlalət isə bımun əksinədir. Belə ki,
əqli dəlalət bütün zehinləri əhatə etdiyi halda, ümumi xarakter
daşıdığı halda, şərti dəlalət bir qrup insan arasmdakı şərti qəbul
etməkdən asılıdır və xüsusi xarakter daşıyır.
Şərti dəlalət ya söz, ya da qeyri-sözdür. Qeyri-sözə misal
olaraq, müəyyən sahənin işarələrini; məsələn, yol hərəkət
işarələrini, riyazi işarələri və s. göstərmək olar.“ Məntiqdə isə bu
dəlalətlərin yalnız söz növündən bəhs edilir.
Həqiqi
I
Dəlalət
X
Əqli
Təbii
Tam uyğun
Söz
Məna
daxili
Şərti
Qeyri-
söz
Əlaqəli
“ Əqli dəlalət fəlsəfənin, təbii dəlalət psixologiyanın, qeyri-söz dəlaləti isə məxsus sahənin
mövzularından hesab edilir.
127
Məntiq ____________________________________________________________
SUALLAR:
1.
Qapının zəngi başqa nəyə dəlalət edir?
2.
"Dərsdən çıxan müəllim yorğundur". Burada dəlalətin üç əsas
sütununu göstərin.
3.
İkinci sualda dəlalətin "birind əsas sütun"u daha nəyə dəlalət
edir?
4.
Dəlalətə əvvəlcə öz ifadənizlə tərif verib sonra verilən təriflə
müqayisə edin.
5.
Yaradan, aləmi elə yarada bilərdi ki, "su köpüyü" oda, "tüstü"
isə suya dəlalət edərdi. Elə isə şərti olduğu halda, niyə biz tüstünün
oda dəlalətini əqli hesab edirik?
6.
Tamaınilə əqli olan dəlalətə nümunə göstərin.
7.
Kitabın yazara dəlaləti hansı növdür?
8.
Elə misal çəkin ki, dəlalət həm əqli, həm də şərti olsun.
9.
Qarın yağmasının havanın soyuqluğuna dəlalət etməsi hansı
növdür?
10.
Filmlərdə göstərilən mələk, mələyə dəlalət edir. Bu hansı növ
dəlalətdir?
11.
Saat əqrəblərinin müəyyən vaxta dəlaləti hansı növdür?
12.
Azanın namaz vaxtına dəlaləti hansı dəlalətdir?
128
2-
CI DƏRS
SÖZÜN DƏLALƏTİ VƏ
ONUN NÖVLƏRİ
Sözün dəlaləti
Sözün dəlaləti dedikdə, bütün dillərdə olan sözlərin müəyyən
mənaya dəlalət etməsi nəzərdə tutulur. Belə dəlalətin əqli və zati
olmadığı, kimlərsə tərəfindən "şərti" qəbul edilmiş olduğu
aydmdır. Yərd, məsələn, təqribən yüz il bundan qabaq avtomobil
ixtira edildikdən sonra şərti qəbul olunmuşdur ki, benzinlə hərəkət
edən bu cihazm adı "avtomobil" olsun. Beləcə, bütün əşyalara bu
şəkildə "ad" qoyulmuşdur. Yəni zehnimiz bu şərti qərardan sonra
sözün üzərindən zehində qərarlaşan müəyyən mənaya yönəlir.
Onda sözün dəlalətinə aşağıdakı kimi tərif vermək olar:
Sözü eşidərkən, şərti qəbul etməyə əsasən, zehnin zehində
yer alan müəyyən mənaya yönəlməsinə sözün dəlalət etməsi
deyilir.
Keçən əsrdə İslam dünyasmm fövqəladə filosofları yeni bir
nəzərlə sözün dəlalətini daha aşkar surətdə izah etmişlər.
Tutaq ki, "ulduz" sözü gecə vaxtı səmaya səpələnmiş sonsuz
sayda göy cisimlərinə dəlalət edir. Məlumdur ki, "ulduz" sözünün
göy cisimlərinə ad seçilməsi, səmam müşahidə etdik-
129
Dostları ilə paylaş: |