Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə36/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   32   33   34   35   36   37   38   39   ...   119

Məntiq ____________________________________________________________  

əlaqədə  oLmasma  yönəlir.  Bütün  mümkün  variantlar  verilir  və 

hansı  daha  münasibdirsə,  hansmm  uyğunluğu  daha  çoxdursa, 

həmin  sahəni  araşdırırlar.  Dediyimiz  kimi,  zehnin  yönəlməsi 

uyğunluğun  dərəcəsindən  və  ruhun  halmdan  asılıdır.  Yəni  bu 

qanunun nəzəriyyəsinə əsasən, deyə bilərik ki, bəzi vaxtlar cinayət 

axtarış  işçilərinin  müvəffəqiyyətsizliyi  nəzəriyyəni  lazımmca 

dəyərləndirməməkdən irəH gəlir. 



Dəlalət və topikanın "Qızıl qayda"sı 

Bu  mövzu  dəlalətlə  bağlı  olsa  da,  daha  çox  III  hissədə 

gələcək topika (mübahisə nəzəriyyəsi) ilə əlaqəlidir. 

Dəlaləti  də  iki  -  şüurlu  və  şüursuz  şəkildəki  formalarına 

ayırmaq olar. Yəni bəzən zehin, uyğunluğa əsasən birbaşa bir 

ünsür  üzərindən  başqa  bir  ünsürə  yönəlir  və  bəzən  isə 

dediyimiz kimi, nəzəriyyəni lazımınca dəyərləndirmək gərək 

olur.  Bu  da  insandan  ağıl  və  şüur  tələb  edir.  Filmlərdə 

gördüyümüz kimi; biri evi tərk edir və istədiyi şəxsə nəsə işarə 

etmək üçün əşyaları xüsusi şəkildə yerləşdirir. Məlumdur ki, 

həmin  şəxs  onun  nə  demək  istədiyini  başa  düşmək  üçün 

seçilən  əşyalara  və  onların  ardıcıllığına  şüurlu  şəkildə 

yanaşmalı,  diqqət  etməlidir.  Yoxsa  onun  nə  demək istədiyini 

başa düşmək çətin olar. Buna görə də dəlalətin şüurlu şəkildə 

olan  bu  formasına  da  təfəkkürün  "beşinci"  forması  kimi 

baxmaq olar. Dəlalətin belə şüurlu forması "topika" (mübahisə 

nəzərİ

5

^əsi)  və  "ritorika"  (natiqlik  nəzəriyyəsi)  ilə  də  sıx 

bağlıdır. Bu bağlılığa həmin başlıqlarda işarə olunacaq. 

Bu  mövzu  "məfhum"  bəhsi  ilə  bağlı  olduğundan,  biz 

burada  "Qızıl  qayda"  adlandıraraq,  ona  sadəcə  olaraq  işarə 

edib, izahını isə IV fəslin IV dərsinə saxlayırıq: 

Qızıl  qayda: 

Hər  bir  məfhumun  "məzmun"unu  açaraq,  zehni 

həmin  məfhum  üzərindən,  məzmunda  yerləşən  məfhuma  tərəf 

yönəltmək olar. 

126 



 

Zehin və Məntiq 



Dəlalətin növləri 

Dəlalət ya 



həqiqi, 

ya da 


şərtidir. 

Həqiqi dəlalət zamanı zehnin 

yönəlməsi  insan  tərəfindən  öncədən  şərti  olaraq  qəbul  edilmədən 

asılı  deyil.  Bu  cür  dəlalət  ya  ağıldan  qaynaqlanan 



əqli 

dəlalətdir 

(məsələn,  tüstünün  oda  dəlalət  etməsi  kimi),  ya  da  insan 

psixologiyası  (və  ya  heyvan  təbiətindən)  qaynaqlanan 



təbii 

dəlalətdir (məsələn, mimikalarm qəzəbə və sevincə dəlalət etməsi). 



Şərti 

dəlalət iki şey arasmdakı bağlılığm insan tərəfindən şərti 

qəbul edilməsinə deyilir. Əqli dəlalət isə bımun əksinədir. Belə ki, 

əqli  dəlalət  bütün  zehinləri  əhatə  etdiyi  halda,  ümumi  xarakter 

daşıdığı  halda,  şərti  dəlalət  bir  qrup  insan  arasmdakı  şərti  qəbul 

etməkdən asılıdır və xüsusi xarakter daşıyır. 

Şərti  dəlalət  ya  söz,  ya  da  qeyri-sözdür.  Qeyri-sözə  misal 

olaraq,  müəyyən  sahənin  işarələrini;  məsələn,  yol  hərəkət 

işarələrini,  riyazi  işarələri  və  s.  göstərmək  olar.“  Məntiqdə  isə  bu 

dəlalətlərin yalnız söz növündən bəhs edilir. 



Həqiqi 



Dəlalət 



Əqli 

Təbii 

Tam uyğun 



Söz 

Məna 


daxili 

Şərti 

Qeyri- 

söz 

Əlaqəli 


“ Əqli dəlalət fəlsəfənin, təbii dəlalət psixologiyanın, qeyri-söz dəlaləti isə məxsus sahənin 

mövzularından hesab edilir. 

127 



Məntiq ____________________________________________________________  

SUALLAR: 

1.

 

Qapının zəngi başqa nəyə dəlalət edir? 



2.

 

"Dərsdən  çıxan  müəllim  yorğundur".  Burada  dəlalətin  üç  əsas 



sütununu göstərin. 

3.

 



İkinci  sualda  dəlalətin  "birind  əsas  sütun"u  daha  nəyə  dəlalət 

edir? 


4.

 

Dəlalətə  əvvəlcə  öz  ifadənizlə  tərif  verib  sonra  verilən  təriflə 



müqayisə edin. 

5.

 



Yaradan,  aləmi  elə  yarada  bilərdi  ki,  "su  köpüyü"  oda,  "tüstü" 

isə  suya  dəlalət  edərdi.  Elə  isə  şərti  olduğu  halda,  niyə  biz  tüstünün 

oda dəlalətini əqli hesab edirik? 

6.

 



Tamaınilə əqli olan dəlalətə nümunə göstərin. 

7.

 



Kitabın yazara dəlaləti hansı növdür? 

8.

 



Elə misal çəkin ki, dəlalət həm əqli, həm də şərti olsun. 

9.

 



Qarın  yağmasının  havanın  soyuqluğuna  dəlalət  etməsi  hansı 

növdür? 


10.

 

Filmlərdə göstərilən mələk, mələyə dəlalət edir. Bu hansı növ 



dəlalətdir? 

11.


 

Saat əqrəblərinin müəyyən vaxta dəlaləti hansı növdür? 

12.

 

Azanın namaz vaxtına dəlaləti hansı dəlalətdir? 



128 


2-

 

CI DƏRS 



SÖZÜN DƏLALƏTİ VƏ 

ONUN NÖVLƏRİ 

Sözün dəlaləti 

Sözün dəlaləti dedikdə, bütün dillərdə olan sözlərin müəyyən 

mənaya  dəlalət  etməsi  nəzərdə  tutulur.  Belə  dəlalətin  əqli  və  zati 

olmadığı,  kimlərsə  tərəfindən  "şərti"  qəbul  edilmiş  olduğu 

aydmdır.  Yərd,  məsələn,  təqribən  yüz  il  bundan  qabaq  avtomobil 

ixtira edildikdən sonra şərti qəbul olunmuşdur ki, benzinlə hərəkət 

edən  bu  cihazm  adı  "avtomobil"  olsun.  Beləcə,  bütün  əşyalara  bu 

şəkildə  "ad"  qoyulmuşdur.  Yəni  zehnimiz bu  şərti qərardan  sonra 

sözün  üzərindən  zehində  qərarlaşan  müəyyən  mənaya  yönəlir. 

Onda sözün dəlalətinə aşağıdakı kimi tərif vermək olar: 



Sözü eşidərkən, şərti qəbul etməyə əsasən, zehnin zehində 

yer  alan  müəyyən  mənaya  yönəlməsinə  sözün  dəlalət  etməsi 

deyilir. 

Keçən  əsrdə  İslam  dünyasmm  fövqəladə  filosofları  yeni  bir 

nəzərlə sözün dəlalətini daha aşkar surətdə izah etmişlər. 

Tutaq  ki,  "ulduz"  sözü  gecə  vaxtı  səmaya  səpələnmiş  sonsuz 

sayda göy cisimlərinə dəlalət edir. Məlumdur ki, "ulduz" sözünün 

göy cisimlərinə ad seçilməsi, səmam müşahidə etdik- 

129 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə