Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə34/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   30   31   32   33   34   35   36   37   ...   119

Zehin və Məntiq 

du.  Buna görə  də  Molla Sədranm  "varlıq"  haqqında  verdiyi təfsiri 

İbn Sinanm təfsirindən daha kamildir. 

Onu da qeyd edək ki, bu qanun çox ümumi xarakter daşıyır. Bir 

çox insanlar Aristotel məntiqini klassik məntiq deyə qələmə verərək 

yeni məntiqlər qurulduğunu iddia edirlər. Amma isbat etmək olar 

ki,  hər  qurulan  yeni  fəlsəfə,  hətta  yeni  qurulan  məntiqlərin  özləri 

belə,  Aristotel  məntiqi  sayəsində-  dir.  Çünki  Aristotel  məntiqi, 

təfəkkürün ümumi qaydasıdır. Nəzərimizcə, Aristotel yeni qurulan 

məntiqlərin  hər  birinə  dahiyanə  şəkildə  işarə  etmişdir.  Amma 

bunun  izahı  lazımdır.  Onu  da  "keyfiyyət-kəmiyyət"  qanunu 

açıqlayır.  Bunu,  deyilənlərə  əsasən  izah  edək.  Əgər  fərz  etsək  ki, 

yuxarıdakı  düsturlarda 

"M

2

müqəddiməsi  zamandan  asılıdır, 

onda 

"N

2

nəticəsinin  də  zamandan  asılı  oknası  məlumdur. 

Bımunla  da  "vaxtlar  məntiqi"  yaramr.  Yaxud  "dinamik  məntiq" 

nəzəriyyəsi meydana çıxır. 

Aristotel  öz  məntiq  əsərində  həm  "maddi",  həm  də  "formal" 

məntiqdən  damşmışdır.  Doğrudur,  o,  maddi  məntiq  bölməsini, 

müqəddimələri sabit qəbul edərək öyrənmişdir. Amma ağIm hökm 

olaraq  qəti  qəbul  etdiyi 



"Müqəddimələrin  keyfiyyəti  dəyişsə, 

nəticə  də  dəyişməlidir" 

zəruri,  aksiomatik  qanun  nəzərə  almsa, 

qalan məntiqi nəticələri də almaq olar. Buna da Aristotel, zamanma 

uyğun  olaraq  qısa  şəkildə  maddi  məntiq  hissəsində  araşdırılan 

"sübut",  "topika"  və  s.  ilə  işarə  etmişdir.  Yəni  hər  dəfə 

müqəddimələri  dəyişməklə  aldığı  dəlillərin  növləri  buna 

işarədir.®^  Dahi  Aristotelin  "birinci  müəllim"  adlanmasmm  bir 

səbəbi də budur. 

Hətta "Həqiqət nisbidir" iddiası ilə yaranan müasir məntiqi və 

fəlsəfi  nəzəriyyələr  belə,  Aristotel  məntiqində  üstüörtülü  şəkildə 

göstərilmişdir. 

^ Bax: III hissə 

117 



Məntiq ____________________________________________________________  

Beləliklə,  Aristotel  məntiqində  müqəddimələrin  zamandan  və 

yaxud  hər  hansı  bir  ünsürdən  asılı  olduğunu  nəzərə  alsaq,  bütün 

məntiqi  və  fəlsəfi  nəzəriyyələri  əhatə  edən,  "keyfiyyət-  kəmiyyət" 

qanununun  yarada  biləcək  məntiqlərə  ümumi  şəkildə  aşağıdakı 

kimi izah vermək olar; dediyimiz kimi, buna, Aristotel özü dolayısı 

ilə "maddi məntiq" hissəsində işarə etmişdir, yəni Aristotelin maddi 

məntiq hissəsində 



"Müqəddimələrdən asılı olaraq, beş növ dəlil 

var" 

(sübut,  topika  və  s.)  sözü  əsasmda  aldığı  növlər  buna  bir 

işarədir, beləliklə: 

Nm= I|Mi(ə, 



n, m, t, k)

 

Burada, "N"- nəticə, "M"- müqəddimə məlumat, "ə" - əqli, "n" - 



nəqli, "m" - kəmiyyət, "t" - zaman və "k" isə yeni məntiq növü, yeni 

nəzəriyyə  aknaq  üçün  müqəddimənin  (M)  asılı  ola  biləcəyi  hər 

hansı bir ünsürdür. 

SUALLAR: 

1.

 

Kafi şərtləri öz ifadənizlə izah edin. 



2.

 

Kafi  şərtlərdən  hər  birinin  ödənməməsi  ilə  yaranan  yanlış  nəti- 



cəli misal gətirin. 

3.

 



Hər 

hansı 


bir 

şeyin 


varlığı 

isbat 


edildikdən 

sonra 


"keyfiyyət-kəmiyyət" 

qanununa 

əsasən, 

nəticəni 

daha 

da 


kamilləşdirmək olarmı? 

4.

 



"Riyazi məkan" və "keyfiyyət-kəmiyyət" qanununu dostlan- nızla 

müzakirə edərək nəticələndirin. 

5.

 

Zəruri və kafi şərtlərə aid tam misal gətirin. 



6.

 

Yoldaşınızdan  nəticəsi  yanlış  olan  misal  gətirməyini  istəyin  və 



bu nəticədə hansı şərtin hansı növünün ödənmədiyini göstərin. 

118 



119 

 



Müqəddimə 

Allah-taala  Quranda  əl-Maidə  surəsinin  13-cü  və  41-ci 

ayələrində bu fəsli əhatə edən "söz" bəhsinə işarə etmişdir: 

"Onlar 

sözlərin  yerlərini  dəyişib  təhrif  edir",  "Onlar  sözlərin  yerini 

sonradan dəyişib təhrif edir".

 

Bu  fəsillə  tamş  olduqdan  və  yuxarıdakı  ayələri  diqqətlə 



oxuduqdan  sonra  söz  bəhsinin  nə  qədər  əhəmiyyətli  olduğu 

açıq-aşkar görünür. Əvvəldə qeyd etdiyimiz kimi, insan təfəkkürə 

malik  olan  varlıqdır  və  onun  bu  təfəkkürü  məfhum  və  mənalar 

üzərində  qurulmuşdur.  İstər  bu  təfəkkür  daxildə,  istərsə  də 

zahirdə, dildə olsun. Məlumdur ki, təfəkkür (batini nitq) və danışıq 

(zahiri  nitq)  zamanı  səhvlərə  yol  verməmək  üçün,  mütləq  hər  bir 

sözün öz yerinə uyğun mənası zehində formalaşmalıdır. 

Sözün  bütün  bölgülərini  tamdıqdan  sonra  Allah-taalanm  bu 

növlərə  ümumi  şəkildə  Quranda  necə  işarə  etdiyinə  şahid 

olacaqsmız.  Ümumi  şəkildə  işarə  edilməsi  isə  insaran,  diqqət 

etməsə də, bu bölgüləri tanımasmdan irəli gəlir. Yəni hər bir insan 

təhsil sayəsində bu bölgüləri öyrənə bilər. Buna görə də Allah-taala 

ümumi şəkildə işarə etmişdir və bunun araşdırılması da insanm öz 

öhdəsinə  düşür. Çünki söz və onun bölgülərini öyrənmək insanm 

zehni xaricində olan mövzu deyil. 

121 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə