Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə30/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   26   27   28   29   30   31   32   33   ...   119

Məntiq ____________________________________________________________  

4.

 



Öz-özlüyündə insandan asılı olmayan qanunlara və əksinə

insanların yaratdığı qanunlara misallar gətirin. 

5.

 

Məntiqin yuxarıdakı tərifindən daha hansı nəticələri ala 



bilərsiniz? 

6.

 



Zehnin daha hansı qabiliyyətləri var? 

7.

 



Formalaşmanı necə izah edə bilərsiniz? 

8.

 



Əgər riyaziyyat bütün elmlərin açarıdırsa, bəs niyə məntiqlə 

yanaşı öyrənilməlidir? 

9.

 

Məntiqin gələcək bəhslərinə qədəm qoyduqca ryaziyyata 



ehtiyac olub olmadığını müəyyənləşdirməyə çalışın. 

10.


 

Nəfsi istəklərin təfəkkürə təsirindən alman yanlış əqli nəticəyə 

misal göstərin. 

102 



3-

 

CU DƏRS 


• • 

MƏNTİQİN


 SƏHVI

?! 


Batini  nitqin  səhvlərini,  yəni  əvvəlki  dərslərdə  qeyd  edildiyi 

kimi,  təfəkkürün  səhvlərini  gördükdə  aşağıdakı  suallar  yaranır: 

"Görəsən,  zehin  təfəkkürdəki  bu  səhvlərin  qarşısmı  ala  bilərmi?", 

"Düşüncənin  hərəkət  prosesinin  bir  qayda-qanunu  varmı?",  "Bu 

prosesi 

öyrənmək 

mümkündürmü?", 

"Düzgün 


təfəkkürü 

qeyri-düzgünündən ayıran amilləri müəyyən etmək yolları varmı?" 

və s. 

Bu  kimi  suallar  alimləri,  xüsusən  də  Aristoteli  ciddi  surətdə 



düşündürərək, bunun üçün müəyyən ölçülər təyin etməsinə səbəb 

oldu. İlk dəfə o bu qanunları öz müəllimlərindən öyrəndi. Sonradan 

ümumi  şəkil  verərək  hazırladı  və  nəticədə,  bu  qanunlar  toplusu 

elmlər ailəsində yeni elm kimi tanınaraq "Məntiq" adlandırıldı. 

Bəzən  belə  bir  sual  qarşıya  çıxır  ki,  nə  üçün  məntiq  zehni 

yanlışlıqdan  saxlayan  bir  elm  olmasma  baxmayaraq,  məntiqi 

bilənlər  belə,  təfəkkür  zamanı  səhvə  yol  verirlər?  Bu  suala  iki 

şəkildə cavab vermək olar. 

1. Əks cavab: 

Bu  sualı  başqa  elmlər  barəsində  də  vermək  olar.  Məsələn: 

"Qrammatikanı bilən bir çox şəxslər, nə  üçün danışıqda  səhvə yol 

verirlər?" Bu sualm bir neçə cavabı ola bilər: ya həmin şəxs 

103 



Məntiq ____________________________________________________________  

diqqətsizlik  edir,  ya  qaydalara  önəm  vermir,  ya  da  tələskənli-  yə 

yol verir və s. 

2. Həlledici cavab: 

Məntiqin  tərifində  deyilən  "yanlışlıqdan  qorunur"  ifadəsi 

mütləq  şəkildə  deyil.  Yəni  məntiqin  zehni  yanlışlıqdan  saxlaması 

şərtlərə  bağlıdır.  Hər  hansı  bir  məchulun  məluma  çevrilərək 

düzgün  nəticə  alınması  üçün  iki  şərt  lazımdır:  "Zəruri"  və  "kafi" 

şərtlər. 

Zəruri şərtlər 

Zəruri şərt dedikdə, nəticənin düzgün alınması üçün vacib olan 

şərtlər nəzərdə tutulur. Qısa şəkildə, "Məntiqi bilən nə üçün səhvə 

yol verir?" sualma belə cavab vermək olar: Təfəkkür zamanı zehnin 

səhvə  yol  verməsinin  səbəbi  məntiq  yox,  şəxsin  zəruri  şərtlərlə 

yanaşı,  kafi  şərtlərə  riayət  etməməsidir.  Yəni  düzgün  nəticənin 

şərti,  zəruri və  kafi  şərtlərə  birlikdə  əməl etməkdir.  Yəni  bir  şəxs, 

əvvəl də qeyd etdiyimiz kimi, təfəkkürün dörd formasmdan, istər 

"tərif",  istər  "bölgü"/  istərsə  də  "əqli  nəticə"  məqammda  düzgün 

nəticə almaq üçün mütləq aşağıda verəcəyimiz zəruri şərtlərə əməl 

etməlidir.  Çünki  "Nəzəri  təsəvvür"ü  düzgün  tərif  etmək  üçün 

məlumdur  ki,  məchul  olmayan  "təsəvvür'Tərdən  istifadə 

edilməlidir.  Deməli,  la-  zım  olan  zəruri  təsəvvürlər  seçilməli  və 

eyni zamanda tərif vermənin  qaydası ödənməlidir.  Həmçinin  əqli 

nəticə zamanı düzgün dəhlgətirməklə "nəzəri təsdiq"i almaq üçün, 

düzgün  "təsdiq'Tərdən  istifadə  edilməli  və  onlar  əqli  nəticə 

qaydalarına  əsasən  düzgün  qruplaşdırıbnalıdır.  Təfəkkürün  bu 

istiqamətlərdə düzgün irəliləməsi üçün onlarm hər ikisi üçün lazım 

olan şərtlər aşağıdakı zəruri şərtlərdir: 

1.

 

"Nəzəri  təsəvvür"ə  düzgün  "tərif"  verilməsi,  "nəzəri  təs- 



diq"lərin də düzgün "əqli nəticə"yə əsasən, yekun nəticə kimi 

104 



Zehin və Məntiq 

alınması  üçün,  uyğun  olaraq,  lazım  olan  "təsəvvür"lər  və  düzgün 

"təsdiq"lər seçilməli; 

2.

 



Həm  "tərif'in,  həm  "bölgü"nün,  həm  də  "əqli  nəticə"nin 

ümumi  şərtləri  ödənməlidir,  yəni  hər  iki  sahədə  qruplaşdırma 

düzgün verilməlidir. 

Bu  iki zəruri  şərtin olmaması  səhv nəticəyə  səbəb  olur.  Çünki 

zehin  aləmində  təfəkkür  bir  bina  kimidir.  Binarun  möhkəmliyi 

münasib  materiallarm  seçilməsi  ilə  bərabər,  mühəndisin  bu 

materialları düzgün qruplaşdırmasmdan asıhdır. Bu iki şərtdən biri 

olmadıqda  binarun  möhkəmliyinə  etimad  etmək  olmaz.  Ya 

münasib materiallar  seçilib, lakin lazımmca  qruplaş-  dırılmasa,  ya 

da materialm keyfiyyətinə diqqət edilmədən düzgün qruplaşdırılsa, 

mütləq belə qurulan bina öz zəifliyini göstərəcək. Yanlış təfəkkürə 

misal olaraq, aşağıdakı iki zəruri şərtin ödənmədiyi hala baxaq; 

Misal 1: 

1 müqəddimə: Sokrat insandır. 

II müqəddimə: İnsan zülmkardır. 

Nəticə: Elə isə, Sokrat zülmkardır. 

Bu  nəticə  müqəddimələri  qruplaşdırma  cəhətindən  düzgün 

olsa da, 2-ci müqəddimə səhvdir. Yəni "İnsan zülmkardır" hökmü 

yanlışdır.  Bu  da  zəruri  şərtin  birincisinin  ödənməməsidir.  Buna 

görə də "Sokrat zülmkardır" nəticəsi yanlışdır. 

Misal 2: 

I müqəddimə: Üzüm şirindir. 

II müqəddimə: Şirin Fərhadm sevgüisidir. 

Nəticə: Üzüm Fərhadm sevgilisidir. 

Bu  misalda  isə  zəruri  şərtin  ikincisi  ödənməyib.  Yəni  düzgün 

qruplaşdırma aparılmamışdır. Baxmayaraq ki, hər iki müqəddimə 

doğrudur,  amma  birinci  müqəddimədəki  "şirin"  sifətdir,  ikinci 

müqəddimədəki "Şirin" isə isimdir. Buna görə də nəticə yanlışdır. 

105 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə