Redaktor: Korrektor: Cildin


Formal və maddi (məzmunlu) məntiq



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə31/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   27   28   29   30   31   32   33   34   ...   119

Məntiq. 

Formal və maddi (məzmunlu) məntiq 

Zəruri  şərtin  birincisi,  yəni  lazım  olan  təsəvvür  və  təsdiqlər  - 

"maddə"  (məzmun),  ikincisi  isə,  yəni  onlarm  düzgün  qrup- 

laşdırılması  -  "forma"  (surət)  adlanır.  Buna  əsasən,  düzgün  "tərif" 

etmək  və  düzgün  "əqli  nəticə"  almaq  üçün  lazım  olan  zəruri 

təsəvvür  və  təsdiqlərin  seçilməsi  "maddi  məntiq"  (məzmunlu 

məntiq), qruplaşdırıiması isə "formal məntiq" adlanır. Bıma görə də 

məntiq iki hissəyə ayrılır: 

f 1. Formal 

Məntiq ( 

[2. Maddi 

Maddi  məntiq  zəruri  təsəvvür  və  təsdiqlərin  növlərindən,  bu 

növlər  əsasmda  alman  nəticələrdən,  formal  məntiq  isə  onlarm 

qruplaşdırılmasmdan,  yəni  "tərif",  "bölgü"  və  "əqli  nəticə"  dən 

danışır.  Beləliklə,  zəruri  şərtlər  olan  "maddə"  və  "forma"  düzgün 

olmadıqda,  nəticə  düzgün  olmayacaqdır.  Aşağıdakı  kimi 

ümumiləşdirək: 

 

106 




Zehin və Məntiq 

Yuxarıdakılardan  sonra  məntiqin  insan  zehninin  ayrılmaz  bir 

hissəsi  olduğu  aydm  görünür.  Belə  ki,  insan yaşamağa,  yaşadıqca 

məchullarla  üzləşməyə  və  bu  məchulları  məluma  çevirməyə 

məcburdur.  Bu  məchulları  məluma  çevirmək  isə  yalnız  zehnin 

öhdəsindədir.  Amma  zehin  məntiqi  öyrənmədən  belə,  sərbəst 

surətdə məchulları məluma çevirməyə qadirdir. Necə ki, damşdığı 

dilin qrammatikasmı bilməyən şəxs, bu dildən, öz ana dili olduğu 

üçün,  (kiçik  səhvlər  olsa  da)  rahatca  istifadə  edə  bilir.  Dil 

alimlərinin tərtib etdiyi qrammatika isə in- sanm ünsiyyət vasitəsi 

olan öz ana dilinin daha dəqiq, elmi şəklindən başqa bir şey deyil. 

Ana  dilinin  qrammatikasmı  nəzərə  almadan  nitqdə  səhvlərlə 

keçinmək insana bir o qədər zərər vermir. Amma təfəkkürü məntiq 

ilə ölçmədən səhvlərə yol vermək insanı uçuruma aparır. Necə ki, 

tarix boyu zehni heç bir şeylə ölçmədən təfəkkürlə uçuruma doğru 

irəliləyib  qurban  gedən  insanlar  çox  olmuşdur.  Bu  qurbanlar  ya 

həqiqi, ya da məcazi mənada öz nümunələrini tarixə həkk etmişlər. 

Həqiqi  qurbanlardan,  robot  kimi  istifadə  edilən  insanları,  məcazi 

qurbanlardan  isə  keçmiş  zamanlarda  düzgün  nəzəriyyə,  sağlam 

əqidə  kimi  hesab  edilsə  də,  müasir  həyatda,  artıq  yanlış  olduğu 

sübuta  yetən  bu  nəzəriyyə  və  əqidələrin  nümayəndələrini 

göstərmək olar. 

Məntiqin əhəmiyyətini göstərən bu qədər dəlillərə baxmayaraq, 

elə  alimlər  olmuşdur  ki,  məntiqi  əhəmiyyətsiz  hesab  etmiş  və  ya 

yanlış  qaydalar  kimi  qələmə  vermişlər.  Onlar  məntiqin  dəyərsiz, 

yanlış qaydalar olduğunu göstərmək üçün bir neçə yola əl atmışlar. 

Amma belə alimlər unutmuşlar ki, onlar öz əsərlərində, demək olar, 

hər  addımda,  özlərindən  asılı  olmayaraq,  məntiqi  qaydalardan 

istifadə etmişlər. Bunu isə məntiq qaydalarma agah olandan sonra 

çox aydm surətdə görmək olur. Oxucular sözümüzün doğruluğunu 

bu kitabın sonrakı fəsillərində təsdiqləyəcəklər. 

107 



Məntiq ____________________________________________________________  

Onların  gətirdikləri  dəlil  bundan  ibarətdir:  "Məntiqi  fiqurlar 



dörd  şəkildən  ibarətdir.  Qalan  üç  şəklin  bütün  formaları  "birinci 

şəkil"  ə  qayıdır.  Belə  olan  halda,  bütün  fiqurlar  dairəvi  şəkildə 

bir-biri- nə qayıdır. Elə isə, bu fiqurlar yanlışdır" 

İslam  dirıinin  XX  əsr  dühası,  böyük  filosof  Mürtəza  Mütəh- 

həri  onlarm  zəif  düşüncəsini  belə  açıqlayır:  "Biz  onlarm  bu 

sözlərinə etiraz etmirik. Amma onlar bu dəlili gətirməklə yanlışlığa 

düşərək  öz  sözlərini  inkar  etmiş  və  nəinki  məntiqə  heç  bir  zərər 

vura bilməmiş, əksinə, onu daha da ucaltmışlar. Məntiqi fiqurlarm 

dairəvi və səhv olduğunu qəbul etsək, elə isə, onlarm bu dəlili də 

səhvdir,  çünki  onlarm  gətirdiyi  dəlilin  özü,  məntiqi  fiqurlarm 

birinci  şəkli  əsasmdadır.  Yəni  onlar  məntiqi  fiqurlardan  istifadə 

edərək  məntiqə  zərbə  vurmaq  istəmişlər.  Hər  bir  dəlil  barəsində 

həmin  dəlildən  istifadə  edilərək  omm  əsassız  olduğu  sübuta 

yetirilsə,  gətirilən  belə  dəlil  öz-özlüyün-  də  yanlış  olur.  Çünki  bu 

zaman,  dəlil  həmin  yanlış  olan  hissəyə  daxil  olaraq  xüsusi  halda 

yanlış olur". 

Başqa  sözlə,  belə  alimlərə  cavab  olaraq  deyirik  ki,  bütün  əqli 

elmlər aksiomlar üzərində qurulmuşdur: Bütün nəzəri məlumatlar 



zəruri məlumatlar üzərində qurulur, yoxsa heç bir zaman bilik əldə 

etmək olmaz. "Zəruri və nəzəri biliklər" dərsində göstərdik ki, hər 

bir  nəzəri  bilik  zəruriyə  söykənməlidir.  Hətta  bu,  riyaziyyat 

elmində  də  belədir.  Belə  ki,  bütün  riyazi  qanunlar  "aksiom"lar 

(isbata ehtiyacı olmayan teoremlər) üzərində qurulmuşdur. 

Məntiqdə də məntiqi fiqurlarm birincisi zəruridir. Yəni bunun 

isbatma  ehtiyac  yoxdur.  Məntiqi  fiqurlarm  birinci  şəkli  məntiqin 

"aksiomu" adlamr və gələcəkdə bununla ətraflı tamş olacaqsmız. 



Gələcəkdə geniş şəkildə izah ediləcək. Amma məntiqi fiqurlarm birinci şəkli belədir: "A 

B-dir, B də C-dir, elə isə A C-dir". Burada "A"-nın "C" olmasını isbat etməyə ehtiyac yoxdur. 

Çünki  burada  alman  nəticə  zəruri  bilikdir.  Zəruri  biliyin  nə  olduğu  isə  artıq  keçən 

dərslərdən məlumdur. Qalan üç şəkil isə bu birinci şəklin əsasında isbat edilir (II hissə, V 

fəsil, III dərs). 

108 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə