Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   23   24   25   26   27   28   29   30   ...   119

Məntiq ____________________________________________________________  

onun ünsiyyət vasitəsi olan danışıqdakı nitqi olsa da, əsimdə, əsas 

fərqləndirici  cəhəti  batini  nitq,  yəni  təfəkkürdür.  İnsan  bu 

təfəkkürün sayəsində ibtidai mərhələləri qət edərək, müasir dövrdə 

öz rahatlığı üçün nələr ixtira etməmişdir?! 

Əgər biz qarışqanm və ya armm nizamlı həyatma diqqət etsək, 

görərik  ki,  milyon  illər  keçməsinə  baxmayaraq,  onlarm  həyatmda 

heç  bir  dəyişiklik  baş  verməmişdir.  Çünki  insandan  başqa  digər 

canlılarda  kəşf və  ixtira  etmək  qabiliyyəti yoxdur. Heyvan,  yalnız 

irsi instinktlərlə həyat sürür. İnsan isə onun üçün bö}dik nemət olan 

təfəkkür  vasitəsilə  məchulları  həU  edərək,  öz  həyatmı 

rövnəqləndirmişdir.  Bu  rövnəqləndirmə  həm  maddi,  həm  də 

mənəvi  həyatı  əhatə  edir.  Yərd  təfəkkür  həm  maddi  həyatm 

təminatma, 

həm 

də 


mənəviyyatı 

təşkil 


edən 

əqidənin 

formalaşmasma səbəb olur. 

İnsan,  onu  əhatə  edən  dünya  və  xoşbəxtliyə  çatmaqla  bağlı 

düşüncələrindən  çox  nadir  hallarda  uzaq  olur.  Varlığm  başlanğıc 

və  sonu,  aləmin  şüurlu  və  ya  süursuz  olması,  xoşbəxtliyin  tərifi, 

ona çatma yolları və  s. ilə  bağlı suallara cavab tapmaq istəyi tarix 

boyu insanla bərabər yaşamış, onun zehnini hərəkətə gətirmişdir. 

Doğrudur, təfəkkür olan yerdə fikir müxtəlifliyi də olur. Buna 

görə də insanlar müxtəlif düşüncə qabiliyyətlərinə uyğun, bir sıra 

suallar  və  məsələlər  barəsində  müxtəlif  fikirlər  irəli  sürmüşlər. 

Zehinlərin müxtəlifliyi müxtəlif düşüncələrə səbəb olmuş, nəticədə, 

müxtəlif fikri cərəyanlar yaranmışdır. Bu fikir müxtəlifliyi zehnin, 

həqiqətlərin  kəşfi  və  müxtəlif  yol-  larm  seçimi  zamam  bəzi 

nəticələri düzgün, bəzilərini isə səhv seçməsinə gətirib çıxarmışdır. 

Nəticələrin yanlış olduğunu ay- dmlaşdırmaq bəzən o qədər çətin 

olmuşdur  ki,  yanlış  nəticələr  əsrlər  boyu  doğru  olaraq  qəbul 

edilmiş və böyük "elmi nəzə- riyyə'dərə çevrilmişdir. 

Misal  üçün,  zehnin,  təfəkkür  forması  olan  əqli  nəticə  prosesi 

zamam əldə etdiyi aşağıdakı nəticələrə nəzər salaq: 

92 



Zehin və Məntiq 

-

 



Sokrat  insandır.  Hər  bir  insan  elmlidir.  Deməli,  Sokrat  da 

elmlidir. 

-

 

Mühəndislər  plan  hazırlayırlar.  Başqasmm  hazırladığı  plana 



etimad  etmək  ohnaz.  Elə  isə  mühəndislərin  hazırladığı  plana  da 

etimad etmək olmaz. 

-

 

Aristotel  yunamstanlıdır.  Yunanıstanlılar  filosof  olurlar. 



Deməli, Aristotel də filosof olmalıdır. 

-

 



Allah  nurdur.  Hər  bir  nur  hiss  edilir.  Elə  isə  Allah  da  hiss 

edilir. 


-

 

Allah gözə görünməzdir. Gözə görünməz varlıqlar həqiqətdə 



yoxdur. Elə isə Allah da yoxdur. 

Bu  misallar  haqqmda  azacıq  düşünməklə,  verilən  izahlara 

əsasən, alman nəticələrin yanlış olduğu aydm görünür. 

Maddi  görüşlü  materialist  bir  filosof  deyir:  "Mən  mikro  və 

makro aləmi nə qədər araşdırdımsa, heç bir Allah tapmadım, yaxud 

laboratoriyada  heç  bir mücərrəd varlığa rast gəlmədim. Mücərrəd 

varlıqlar üzərində təcrübə aparmaq mümkün deyil. Deməli, Allah 

da yoxdur". 

Diqqət etsək, görərik ki, bu maddi düşüncəli filosof hansısa bir 

varlığm  mövcudluğuna  dəlil  tapmamasını  həmin  varlığm 

yoxluğuna  dəlil  gətirmişdir.  Lakin  ımutmuşdur  ki,  nəyisə  tapa 

bilməmək  onun  yoxluğu  demək  deyil.  Həmçinin  o,  aləmi 

maddiyyatla,  məkanla  məhdudlaşdıraraq  hökm  irəli  sürmüşdür. 

Halbuki aləm iki yerə ayrılır: maddi və mücərrəd aləm. 

Başqa bir misal: Kamil, dünyaya ya Bakıda, ya da Gəncədə göz 

açıb. Sonra məlum olur ki. Kamil dünyaya Bakıda göz açıb. Nəticə 

alırıq  ki.  Kamil  Gəncədə  doğulmayıb.  Bu  misalda  nəticə  sadə 

baxışla  tamamilə  doğrudur.  Amma  nəticə  doğru  olsa  da,  dəlil 

olaraq gətirilən qayda səhvdir. Əgər nəticə üçün gətirilən bu qayda 

düzgün, yaxud ümumi qaydadırsa, onda başqa hallarda da doğru 

nəticə  alınmalıdır.  Aşağıdakı  əvəzlə-  məyə  baxaq:  Kamil=5  ədədi, 

Bakı=sadə, Gəncə=tək. Onda bu əvəzləməyə uyğun dəlil, aşağıdakı 

kimi olar: 5 ədədi ya sadə, 

93 



Məntiq ____________________________________________________________  

ya da təkdir. Məlumdur ki, 5 sadədir. Elə isə tək deyil. Göründüyü 

kimi,  nəticə  səhvdir.  Bu  misalı  gətirməkdə  məqsədimiz,  xüsusini 

ümumi  olaraq  işlətməyin  səhv  olmasmı  göstərmək  idi.  Bunu  da 

aydm etmək  yuxarıdakı misal kimi hər  zaman asan olmur.  Bəzən 

xüsusi  bir  şey  bütün  hallarda  ödənilir,  yalnız  bir  halda 

ödənilmədiyindən  onun  ümumi  olması  hər  kəs  tərəfindən  qəti 

olaraq  qəbul  edilir.  Həmin  xüsusi  halı  tapmaq  isə  çox  çətin 

olduğundan,  bir  çox  nəticələr  yanlış  olduğu  halda  düzgün  kimi 

qələmə verilir. 

İndi  isə  səhv  olmasmm  yuxarıdakı  misallara  nisbətən  ay- 

dmlaşdırılması  çətin  olan  bir  misala  baxaq.  Bu  misal  "Mütləq 

varlığ"m,  yəni  Allahm  varlığım  isbat  etmək  üçün  bir  dəlildən 

ibarətdir.  Allahm  varlığmı  isbat  etmək  üçün  filosoflar  "nizam- 

intizam", "sonradan yaraınma", "vacibəl-vücud" (vacibəl-vü-  cud  - 

varlığı zəruri olan, heç bir şeyə söykənməyən qeyri- məhdud varlıq 

deməkdir) kimi dəlillər gətirmişlər. Bu dəlil isə teist filosof, məsihi 

Anselm  (XI  əsr)  tərəfindən  verilmişdir.  O  özünün  bu  dəlilini 

Allahm  isbatı  üçün  gətirilən  başqa  dəlillərlə  müqayisədə  daha 

kamil  hesab  etmişdir.  Anselmin  nəzərincə,  qalan  dəlillər  zehnin 

yaranmışdan  Yaradana  tərəf  hərəkətinin  nəticəsidir.  Yəni  bu 

dəlillər  nəticədən  səbəbə  doğru  hərəkətdən  ibarətdir.  Anselm  öz 

dəlilini belə ifadə edir: 



"Mövzu fdisdfi olduğundan, biz Allahı "mütbq kamil varlıq" kimi isbat 



edocoyik.  Beb  ki,  mütbq  kamil  varlıq  dedikdə,  ən  kamil,  ən  üstün,  ən  böyük 

varlıq başa düşülür və hər bir kəs mütbq kamil varlığı təsəvvür edə bilir, yəni 

hər bir kəsin zehnində beb bir təsəvvür vardır. Bu təsəvvür olunan mütbq kamil 

varlıq, həmçinin xarici aləmdə, gerçəklik aləmində də mövcud olmalıdır. Çünki 

əgər mövcud olmasa, xarici aləmdə mövcud olan və zehində təsəvvür olunan 

ikinci mütbq kamil varlıq xarici aləmdə var olduğundan, ondan daha böyük, 

daha üstün olar. Bu isə mütbq kamil varlıq fərziyyəsinə ziddir. Çünki əvvəldə 

fərz  etdik  ki,  mütbq  kamil  varlıq  dedikdə,  ondan  üstün  varlığın  olmamasını 

nəzərdə tutmuşduq." 

94 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə