Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə23/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   19   20   21   22   23   24   25   26   ...   119

Zehin və Məntiq 

fində  bəzi  qidaların  haram  olduğu  buyurulmuşdur.  Sadə  zəruri 

təsdiqlərdən  birinin  inkarmm  səbəbi  olan,  AUahm  haram 

buyurduğu  bir  qidam  yeməklə  bağlı  aşağıdakı  İslam  qanununa 

baxaq: 

Donuz  ətinin  yeyilməsi  və  şərab  içmək  İslamda  haram 



buyurulmuşdur.  Çünki  bu  iki  qida,  insam  zəruri  dərk  edilən  fitri 

hisslərdən çəkindirir. Yəni bu qidalarm mədəyə daxil olaraq insamn 

ətinə  qarışması,  onu  hər  kəsin  dəlilsiz  qəbul  etdiyi,  məsələn,  fitri 

hisslərdən  uzaqlaşdıra  bilər.  Beləliklə,  nəfslə  bağlı  bu  qeyd 

olunanlardan sonra  bəzi zəruri təsdiqlərin inkarmm səbəbi  və  hər 

bir  zəruri  təsdiqin  mkarma  uyğun  müalicə  yolları  daha  da 

aydınlaşır. 

İbn Sina və Fatimilər dövlətinin xəstə şahzadəsi 

İnsanm,  özünü  insan  olaraq  dərk  etməsi  zəruri  təsdiq  sayılır. 

Yəni insan, özünün insan olduğunu dərk etməsi üçün isbata, dəlil 

gətirməyə  ehtiyac  duymur.  Hər  bir  insan  bunu  hüzuri  idrakm 

vasitəsilə dərk edir. 

Burada,  zəruri  təsdiqi  inkar  edən  bir  şəxsin  dahi  bir  həkimlə 

hekayəsini xatırlamaq yaxşı olardı. 

Fatimilər dövlətinin hökmdarmm şahzadə oğlu, qəribə bir ruhi 

xəstəliyə tutulur. Şahzadənin xəstəliyi onun, özünü inək hiss etməsi 

olur.  Yəni  şahzadə  insan  olduğu  halda,  bu  xəstəlik  üzündən,  elə 

güman  edir  ki,  o,  inəkdir  və  inək  kimi  səs  çıxarır,  heç  bir  şey 

etmədən,  yalmz  "Mdn  inəyəm,  məni  kəsin!"  -  deyib  durur. 

Şahzadənin  bu  halmdan  çox  narahat  olan  hökmdar  dövrünün 

həkimlərini, oğlunu sağaltmaq üçün saraya çağırtdırır. Amma heç 

bir  həkim  şahzadənin  xəstəliyini  müalicə  edə  bilmir.  Vəzirlər 

hökmdara bir nəfər həkimin də qaldığım deyir. Şahzadəni müayinə 

etmək  üçün  bu  həkimi  də  saraya  dəvət  etməyi  məsləhət  görürlər. 

Bu  həkim  öz  dövrünün  filosofu  İbn  Sina  idi.  İbn  Sina  hökmdar 

tərəfindən  saraya  dəvət  edUir.  Hökmdar  İbn  Sinaya,  oğlunu 

sağaldacağı təqdirdə, onun hər 



77 


Məntiq ____________________________________________________________  

bir istədiyini yerinə yetirəcəyinə söz verir. Böyük həkim filosof İbn 

Sina  btmun  müqabilində  şəhərin  kitabxanasma  daxil  oknaq 

icazəsini istəyir. 

İbn Sinam xəstə şahzadənin yanma aparırlar. Şahzadə yenə də 

heç  kimi  yaxınlaşmağa  qoymur  və  inək  kimi  hərəkətlər  edir.  İbn 

Sina, kənara çəkilib bir az düşündükdən sonra, ona qəssab paltarı 

və bir də bıçaq gətrnnələrini istəyir.  O, qəssab paltarını geyinərək 

əlində  bıçaq,  şahzadənin  yanma  daxil  olur  və 

"Mdn  qəssabam,  səni 

kəsməyə gəlmişəm" 

- deyərək şahzadəyə yaxınlaşır. Xəstə şahzadə, İbn 

Sinanm  qarşısmda  özünü  inək  kimi  yerə  sərir.  İbn  Sina  bıçağı 

şahzadənin  boğazma  dayayaraq  əlini  onun  qabırğalarma  çəkib 

deyir: 


"Sənin ki, ətin yoxdur, səni belə kəsmək olmaz. Gərək, kökəlib ətlənəsən 

ki,  kəsib  ətindən  istifadə  edək,  buna  görə  də  əvvəlcə  yaxşı-yaxşı  yeməlisən".

 

Şahzadə  xəstəliyinin  şiddəti  üzündən  bunu  qəbul  edir.  İbn  Sina 



saraym  aşpazlarmdan  yaxşı  süfrə  hazırlamalarım  istəyir.  Süfrə 

hazır  olandan  sonra,  İbn  Sina  əvvəlcə  özü  süfrəyə  yaxmiaşıb 

hazırladığı dərmam yeməyə qatır və şahzadəyə yedizdirir. Beləcə, 

əzəməth həkim İbn Sina istədiyinə nail olur. Bir müddətdən sonra 

onun  hazırladığı  dərman  öz  təsirini  göstərir  və  şahzadə  bu  ruhi 

xəstəlikdən azad olaraq sağalır. Bütün saraydakılar İbn Sinanm bu 

işini alqışlayırlar. O, bununla bir daha öz böyüklüyünü, dövrünün 

bütün alimlərindən üstün olduğunu sübut edir. 

İbn  Sina  bu  müalicədən  sonra  hökmdarm  icazəsi  ilə  şəhərin 

böyük kitabxanasma yol tapır. O bu kitabxanadan istifadə etməklə 

özünün bu gün də dünyanm böyük elm mərkəzlərində dərslik kimi 

istifadə edilən əsərlərini yaradır. 



İdrak və omm sayəsində 

yaranan biliyin növlərinin ümumi sxemi 

Beləliklə,  sonda  ümumi  şəkildə,  idrakı  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

78 



си 

с 

П) 


П) 



а; 

м 

 



Məntiq ____________________________________________________________  

Yuxarıda  "vahid"  dedikdə,  yalnız  bir  ünsürün,  "qeyri-vahid" 

dedikdə  isə  bir  neçə  ünsürün  zehində  eyni  zamanda  təsəvvür 

olunması  nəzərdə  tutulur  və  bunu  aşağıdakı  kimi  dörd  halda 

göstərmək olar: 

Qeyri- 


Vahid 

1.

 



Bağlayıcı halında təsəvvür. (Məsələn: Su və hava.) 

2.

 



Yiyəlik halında təsəvvür. (Məsələn: Mənim kitabım.) 

3.

 



Sifətlə bərabər təsəvvür. (Məsələn: İti zehin.) 

4.

 



Qeyri-xəbəri cümlə halında təsəvvür. (II fəsil, III dərs) 

SUALLAR: 

1.

 

İdrakla elmi müqayisə edin. 



2.

 

İnsamn heyvandan fərqini, idrakın növlərinə görə izah edin. 



3.

 

Ağlın daha hansı xüsusiyyətlərini tanıyırsımz? 



4.

 

Təsəvvür və təsdiqi öz sözlərinizlə ifadə edin. 



5.

 

Aşağıdakılardan hansılar təsəvvür, hansılar təsdiqdir? 



Kimyadan xəbəri olmayan bir şəxs üçün "Su, oksigen və hidrogen- 

dən  təşkil  olunub"  -  ifadəsi,  kimyaçı  üçün  yuxarıdakı  ifadə,  rənglərin 

zehində inikası, heyvanların ətraf aləmi müşahidə etməsi və sizin üçün 

məntiq elmi. 

6.

 



Elə misal gətirin ki, həm təsəvvür, həm də təsdiq olsun. 

7.

 



Zəruri və nəzəri məlumatın təsəvvür və təsdiqlə fərqi nədir? 

8.

 



"Ümumiyyətlə,  qalan  üç  növü,  yəni  təsəvvürü  və  təsdiqi,  zəruri 

təsəvvürə çevirmək olar." - cümləsi dərsin mətnindən götürülmüşdür. Bu 

cümləni  izah  edin.  Belə  ki,  "qalan  üç  növ,  yəni  təsəvvür  və  təsdiq" 

ziddiyyətli söz deyilmi? 

9.

 



Elə misal gətirin ki, həm zəruri, həm nəzəri, həm təsəvvür, həm 

də təsdiq olsun. 

80 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə