Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə22/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   18   19   20   21   22   23   24   25   ...   119

Məntiq ____________________________________________________________  

düşüncəyə  ehtiyac  duyur.  Çünki  zəruri  məlumatlar  da  nəfsin 

diqqətinə  ehtiyaclıdır.  Nəfsin  diqqətinin  isə  amilləri  var  və  bu 

zərurilər  barəsində  nəfsin  diqqətinin  həmin  amilləri  yoxdur  deyə, 

insan zəruri məlumata qarşı cahil olur. 

Qeyd  edək  ki,  insanm  bütün  zəruriləri  bilməsi  vacib  deyil. 

Həmçinin  insanm  zəruri  təsdiqi  dərk  etməməsi,  həmin  zərurinin 

zəruri oknasma xələl gətirmir. Çünki zəruri, fikrə ehtiyacı olmayan 

bir məlumatdır, insanm bilməli olduğu bir məlumat deyil. 

Əlbəttə, məlumdur ki, hər bir məlumat nəzəri ola bilməz. Yəni 

hər  bir  məlumatm  dəlilə  ehtiyacı  yoxdur.  Heç  olmasa,  bir  zəruri 

təsdiq olmalıdır. Çünki hər bir təsdiq nəzəri olsa, bu zaman heç bir 

məlumata  yəqinimiz  oknaz.  Belə  olan  halda  sonsuz  silsilə  və  ya 

dairəvilik yaramr. 



Açıqlama; 

əgər hər bir təsdiq nəzəri olsa, ya "dairəvilik" ya da 

"sonsuz  silsilə"əmələ  gəlir  ki,  bunlarm  da  hər  ikisi  yanlışdır. 

Məsələn,  "Kainat  sonradan  yaranmışdır"  -  təsdiqinə  baxaq.  Bu 

təsdiq  zəruridir,  yoxsa  nəzəri?  Əgər  qəbul  edilsə  ki,  zəruridir,  bu 

zaman  istədiyimiz  isbat  olur.  Amma  əgər  cavabda  "nəzəridir" 

deyUsə, bu zaman qarşıya belə bir sual çıxır: bu məlumat necə kəşf 

olundu,  haradan  əmələ  gəldi?  Cavab:  iki  -  "Hər  bir  dəyişənin, 

hərəkətin  başlanğıa  var"  və  "Kainat  dəyişməkdə  və  hərəkətdədir" 

təsdiqlərinin  cəmindən  əmələ  gəlib.  Bu  zaman  növbəti  sual 

meydana çıxır - "Bu iki təsdiqin özü nəzəridir, yoxsa zəruri?". Əgər 

cavab olaraq "zəruridir" deyilsə, istədiyimiz isbat edilmiş olur. Yox, 

əgər  "nəzəridir"  deyilsə,  yenidən  bu  nəzəri  təsdiqin  necə  kəşf 

olunduğu sualı qarşıya çıxır. Əgər cavab olaraq deyilsə ki, "Aləmin 

sonradan 

Dairəvilik - biri-birinə qayıtma. Fəlsəfədə isbat edilmişdir ki, iki varlığın eyni şəraitdə 

bir-birini yaratması mümkün deyil. Alimlər bunu elmi yolla isbat etsələr də, bu, "zəruri 

təsdiq" hesab olunur. 

^’Yenə  də  fəlsəfədə  isbat  edilir  ki,  sonsuz  səbəblər  silsiləsi  qeyri-mümkündür.  Yəni 

bir-birini yaradan, bir-birinə söykənən sonsuz silsilənin varlığı mümkün deyil. 

74 



 ----------------------------------------------------------------------  -  ----- Zehin və Məntiq 

yaranmasından  bu  nəticəyə  gəlinib",  bu  da  "dairəvilik"dir.  Yəni 

əvvəldə  "Aləmin  sonradan  yaranması"  nəzəri  qəbul  olunmuşdu, 

amma  sonda  zəruri  kimi  qələmə  verilir.  Yox,  əgər  süsüəvi  olaraq 

hər bir elmi iki nəzəri elmdən almış olsaq, heç vaxt zəruri təsdiqə 

çatmırıq  ki,  bu  da  "sonsuz  silsilə"dir  və  bu  zaman  heç  bir  nəticə 

hasil  olmur,  heç  bir  təsdiqə  yetişə  bilmirik.  Buna  görə  də  heç 

olmasa, bir zəruri təsdiq oknahdır. 



Nəfsin diqqət amilləri 

Ayıqlıq: 

İnsanm  ən  zəruri  təsdiqi  belə,  diqqətsizlik  üzündən 

dərk  etməməsi  mümkündür;  bütün  işlərini  Günəş  enerjisinin 

sayəsində  görən,  amma  Günəşdən  xəbərsiz,  diqqətsiz  olan  insan 

kimi.  Bu  diqqətsizlik  bütün  zəruri  və  yəqini®“  təsdiqlərdə 

mümkündür. Xəbərdar olmayan insanm heç bir zəruri təsdiqə ebni 

olmur, yalnız kiminsə kənardan onu məlumatlandırması ilə bilgiyə 

yiyələnir. 



Sağlam zehin: 

Ən zəruri təsdiqi dərk etmək üçün sağlam zehin 

gərəkdir. Buna görə də zəif zehinli və beyni zədələnmiş insanlarm 

ən zəruri təsdiqi inkar etmələri, dərk edə bilməmələri mümkündür. 

Bu zehni problemin bir neçə mənşəyi var: 

a)

 



Təbii  nöqsan:  Bəzi  uşaqlar  anadangəlmə  zehni  naqisliklə 

doğulur. 

b)

 

Yaranan  nöqsan:  Bəziləri  dünyaya  sağlam  gəlsələr  də, 



sonradan beynin aldığı zədə nəticəsində sağlam zehindən məhrum 

olurlar. 

c)

 

Pis tərbiyə: Düzgün tərbiyə olunmayan uşaqlar sağlam zehni 



itirirlər.  Vəhşicəsinə  tərbiyə  olunan  uşaq,  böyüdükdə,  məsələn: 

insan öldürməyin pis iş olduğunu dərk edə bilmir, ya da çətinliklə 

dərk edir və asanlıqla cinayət törədir. 

Duyğu üzvlərinin sağlamlığı: 

Bəzi məlumatlar, əvvəldə qeyd 

etdİ

3

dmiz kimi, hissi olduğundan, duyğu üzvləri zəif olan 



^ Bax: III hissə 

75 



Məntiq  ___________________________________________________________  

insan,  əlbəttə  ki,  aşkar  olan  bir  şeyi  qəbul  etməyə  bilər.  Məsələn: 

gözü  zəif  olan  insan,  100  metrlik  məsafədə,  çarx  ətrafmda  sürətlə 

fırlanan  işıq  lampasım  sükunət  halmda  olan  çevrə  kimi  dərk  edə 

bilər və s. 

Şübhələr: Əsası olmayan məlumatlar başqalarmm sözlərindən 

təsirlənərək  əsaslı  kimi  qəbul  oluna  bilər.  Məsələn:  Ermənistanm 

Azərbaycan  torpaqlarmı  işğal  etdiyi  halda,  elə  dövlətlər  var  ki, 

ermənilərin ortaya atdığı əsassız dəlillərə söykənərək bu tarixi faktı 

qəbul etmirlər. 

Zəruri təsdiqin dərk edilməsinin həll yolu 

Nəfsin diqqət amillərinin pozulması üzündən zəruri təsdiqləri 

qəbul etməyən şəxslərə dəlil gətirmək münasib sayılmır. Alimlərin 

nəzərincə, belə insanlara zəruri təsdiqi agah etməyin yolu, bu zəruri 

təsdiqin  inkarma  gətirən  səbəbi  aradan  qaldırmaqdır.  Belə  ki, 

yuxarıda  diqqət  amillərinin  bir  neçəsi  qeyd  olunan  nəfs  elə  bir 

varlıqdır  ki,  bəzən  o,  insarun  bütün  vücuduna  nüfuz  edir,  hətta 

ağla  belə  təsü  göstərir.  Yəni  ağIm  ən  sadə  məlumatı  qəbul  edə 

biləcəyi  halda,  insarun  nəfsi  onun  bu  sadə  məlumatı  qəbul 

etməyinin qarşısmı ala büər. Bu zaman həmin insana filosofun elmi, 

məntiqi, fəlsəfi dəlili yox, həkimin dərmam daha münasibdir. Yəni 

nəfsdə  baş  verən  problemlərə  görə,  zəruri  təsdiqlərin  inkarım 

aradan  qaldırmaq  üçün  mütləq,  nəfs  və  nəfsə  təsir  edən  bədən 

həkim  və  psixoloq  tərəfindən  müayinə  və  müalicə  edilməlidir. 

Çünki məlumdur ki, ağıl, nəfs və bədənin bir-birinə qarşıhqlı təsiri 

var.  Buna  görə  də  bəzən  ağIm  müalicəsi  nəfsin,  yaxud  bədənin 

müalicəsinə bağlıdu. 

Gələn  dərsdə  və  növbəti  fəslin  ikinci  dərsində  nəfslə  ağIm 

qarşılıqlı təsirinə işarə ediləcək. Burada isə bədənin anatomiyası ilə 

nəfsin və ağIm təsirinə qısa nəzər salaq: 

Məlumdur  ki,  insarun  qidalanması  onun  əqli  inkişafmda  çox 

önəmli rol oynayır. Yaxud Allah tərəfindən İslam maari 

76 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə