Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə21/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   17   18   19   20   21   22   23   24   ...   119

Zehin və Məntiq 

vü  olduğundan,  hüsuli  idrakın  əvvəlki  dərsdə  adı  çəkilən  hissi, 

xəyali,  vəhmi  və  əqli  növləri  hökm  qəbul  edib-etməməsinə  görə 

təsəvvür və təsdiqə ayrılacaqlar. 



Hissi təsəvvür. 

Məsələn, qarşmızdakı kitabm zehninizdə olan 

hazırkı surəti. 

Hissi təsdiq. 

Məsələn, çay kənarmda durarkən çaym hərəkəti 

ilə bərabər zehninizdəki surəti. Ümumiyyətlə, hərəkət halında olan 

bir şeyin zehninizdəki surəti. 



Xəyali  təsəvvür. 

Məsələn,  gözünüzü  bağladıqdan  sonra 

qarşımzdakı kitabm zehninizdəki xəyali surəti. 

Xəyali təsdiq. 

Məsələn, sahilindən uzaqlaşdıqdan sonra çaym 

hərəkəti ilə bərabər onun zehninizdəki xəyali surəti. 

Qeyd edək ki, hissi və xəyali idrakm yuxarıdakı kimi təsəvvür 

və təsdiq formalarma bölünməsi iddiası fəlsəfi araşdırma tələb edir. 

Yəni  hissi  və  xəyali  idrakm,  yalmz  təsəvvür  olması  mümkündür, 

amma  burada  belə  verməyimiz  təsəvvür  və  təsdiqin  daha  da 

aydınlaşması üçün idi. 



Əqli təsəvvür və təsdiq. 

Məsələn: əvvəlki dərsdə qeyd olundu 

ki,  əqli  biliklər  zehnin  ağıl  qüvvəsi  sayəsində  təfəkkürün  dörd  - 

"mücərrədləşdirmə",  "tərif",  "bölgü"  və  "əqli  nəticə"  formaları  ilə 

yaranır.  Təfəkkürün  bu  dörd  forması  ilə  yaranan  əqli  biliklər  də 

"əqli  təsəvvür"  (mücərrədləşdirmə  sayəsində  yaranan  "insan" 

məfhumu , yaxud təriflə yaranan "nitq qüvvəsinə malik olan iradəli 

canlı") və "əqli təsdiq"dir (məsələn: əqli nəticə ilə yaranan "məntiq 

bütün elmlərin açarıdır"). 

Zəruri və nəzəri biliklər 

Hüsuli idrak sayəsində yaranan təsəvvür və təsdiq bilikləri ya 

zəruri,  ya  da  nəzəridir.  Bu  iki  növə  ayrılma  isbata  ehtiyach-  lıq 

cəhətindəndir. Zəruri biliklər, təsəvvür və təsdiq edilməsində fikrə, 

mütaliəyə,  diqqətə,  müqəddimələr  hazırlamağa  ehtiyacı  olmayan 

biliklərə deyilir və "nəfsin diqqət amillə 

7 1  



Məntiq ____________________________________________________________  

ri"nin (aşağıda gələcək) birinin sadə diqqəti nəticəsində əmələ gəlir. 



1-1. Zəruri təsəvvür 

"Varlıq"  məfhumunun  xarici  aləmdəki,  gerçək  aləmdəki 

həqiqəti  insana  məchul  olsa  da,  məfhumu  zəruri  və  aşkar  tə- 

səvvürlərdəndir.  Belə  ki,  hər  bir  insan,  hətta  uşaqlar  belə,  bu 

məfhumu  sadə,  açıq  zehinlə  başa  düşürlər.  Həmçinin  yoxluq, 

yaxşıhq,  pislik  də  zəruri  təsəvvürlərdir.  Məlumdur  ki,  bu  cür 

məfhumlarm  qavramimasmda  təfəkkürə  və  dəqiq  tərifə  ehtiyac 

yoxdur. Yəni hamı tərəfindən çox asanlıqla dərk olunur. 



1-

 

2. Zəruri təsdiq 

"Tam hissədən böyükdür". Bu hökm "tam" ilə "hissə"ni düzgün 

təsəvvür  etməklə  təsdiq  edilir.  Bu  cür  təsdiq  ya  duyğu  üzvləri 

vasitəsilə,  ya  da  batini  hissiyyat  ilə  (vicdanla)  təsdiq  olunur  və 

təsdiq olunmasmda düşüncəyə ehtiyac duyulmur. Bu, riyaziyyatda 

"aksiom" adlamr. 



2-

 

1. Nəzəri təsəvvür 

Nəzəri  məlumatlarda  sadə  şəkildə  təsəvvürlə  bərabər, 

düşünməyə,  dəlilə  ehtiyac  duyulur  və  nəzəri  təsəvvür  həmişə  bir 

neçə  zəruri  təsəvvürlə  bərabər  qavramlır.  Hamı  tərəfindən  zəruri 

təsəvvür  kimi  qəbul  edilsə  də,  dəqiq  mənasmı  dərk  etmək  üçün 

"nəfs",  "enerji"  və  s.  kimi  məfhumlarm  təsəvvür  olunması  üçün 

təfəkkürün  üçüncü  forması  olan  "tərif"ə  ehtiyac  duyulur.  Buna 

misal  olaraq, "ada" məfhumunun  "torpaq",  "su",  "dörd  tərəf" və  s. 

məfhumları olmadan təsəvvür edilə biknəməsini göstərmək olar. 

2-2. Nəzəri təsdiq 

"Yer  Günəş  ətrafma  hrlamr",  "Aləm  sonradan  yaramb"  və  s. 

kimi hökmlər də nəzəri təsdiqdir və riyaziyyatda "teorem" ad- 

72 



Zehin və Məntiq 

lanır.  Çünki  bu  iki  məlumat  hal  hazırda  bizim  üçün  zəruri  təsdiq 

olsa  da,  sonradan  alimlər  tərəfindən  kəşf  edilmişdir.  Bu  haqda 

kitabm üçüncü hissəsində bəhs ediləcək. 

Yuxarıdakılara  əsasən,  deyə  bilərik  ki,  nəzəri  təsdiq  təkrar,  ya 

da tez-tez istifadə nəticəsində zəruri təsdiqə (məsələn: "Yer Günəş 

ətrafmda  fırlamr"),  zəruri  təsdiq  adqoyma  ilə  zəruri  təsəvvürə 

(məsələn: "Yer bütün cisimləri cəzb edir" təsdiqinin "cazibə qanunu" 

kimi adlandırılması), nəzəri təsəvvür tərif olunmaqla nəzəri təsdiqə 

(məsələn:  "İnsan  şüurlu  canlıdır")  və  əksinə,  nəzəri  təsəvvür  tərif 

olunma  nəticəsində  zəruri  təsəvvürə^  (məsələn:  rəng  anlayışı  adi 

insanlar tərəfindən zəruri təsəvvür olsa da, fizikada nəzəri təsəvvür 

hesab olunub, tərif olunandan sonra fiziklər üçün zəruri təsəvvürə 

çevrilmişdir) çevrilə bilər. 



Ümumiyydtb, qalan üç növü, ydni təsəvvürü və 

təsdiqi,  zəruri  təsəvvürə  çevirmək  olar.

 

Deməli,  zəruri  və  nəzəri  olan 



təsəvvür  və  təsdiq  nisbidir.  Yəni  müxtəlif  insanlar  üçün  müxtəlif 

hallar ola bilər. 

Bəzən isə zəruri biliklər, insan üçün nəzəri olur, yaxud insan bir 

zəruri məlumata nisbətdə cahil olur. Yəni təfəkkürə. 

Məsələn,  insan  "neçə"  anlayışını  dərk  etmək  üçün  mütləq  əvvəlcə  "ədəd"  anlayışını 

dərk  etməlidir.  Bunu  ibtidai  təhsilə başlayan  şagirdlərə, əvvəlcə  ədədlər  öyrədildikdən 

sonra "Burada neçə qələm var?" sualının verilməsi ilə də başa düşmək olar. Yaxud "ədəd" 

anlayışının  özü  də  varlıqları  çoxluq  halında  dərk  etdikdən  sonra  dərk  edilir.  Çünki 

qarşılaşdığımız  şeylər  çoxluq  təşkil  etməsə,  ədəd  anlayışını  əldə  etmək  olmaz.  Hətta 

"vahid" anlayışını da. Deməli, "neçə" anlayışı nəzəri olub, "ədəd" anlayışı ilə və həmçinin 

"ədəd"  anlayışı  da  nəzəri  olub,  "müxtəlif  varlıqlar"  anlayışı  ilə  tərif  olunmalıdır.  "Ada" 

anlayışında  olduğu  kimi.  Amma  məlumdur  ki,  insan,  zehini  formalaşdıqca,  artıq  belə 

anlayışları başqa anlayışlarla qavramır. Yəni insan "neçə" dedikdə onun zehninə əvvəlcə 

"ədəd" ("ədəd"dən əwəl də başqa şeylər) gəlmir. Birbaşa bu anlayışları zəruri olaraq dərk 

edir. Bu da onu göstərir ki, nəzəri təsəvvürlər zaman keçdikcə zəruri təsəvvürə çevrilə 

bilər. Bu da bəzən təfəkkür dərsində qeyd olunan təfəkkürün beş mərhələsinə ehtiyacın 

olmamasını göstərir. 

Qeyd edək ki, bu çevrilmələrin bəzilərinin mümkünlüyündə fəlsəfi təfəkkürə ehtiyac 

var.  Yəni  daha  dəqiqlik  üçün  geniş  araşdırma  lazımdır.  Amma  biz  deyilənlərlə 

kifayətlənirik. Oxuculardan mətndə qeyd edilən yuxarıdakı cümləni yadda saxlamalarını 

və dərsin sonunda suallarda onunla bağlı sualı cavablandırmalarmı istəyirik. 

73 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə