Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə17/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   13   14   15   16   17   18   19   20   ...   119

Zehin və Məntiq 

4.

 



Hüsuli idrakda "obyekt * məlum", hüzuri idrakda isə "obyekt 

= məlum" bərabərliyi ödənilir. 

5.

 

Hüsuli idrak vasitəli, hüzuri idrak isə vasitəsizdir. 



6.

 

Hüsuli  idrak  obyektin  mahiyyətinə,  hüzuri  idrak  isə  onun 



varlığma, özünə olan elmdir. 

7.

 



Hər hüsuli idrakm özü bir hüzuri idrakdır, çünki hüsuli idrak 

sayəsində  yaranan  biliyin  özü  də  rnsamn  varhğmda  yer  alır  və 

insan həmin biliyin özünü hüzuri idrakla dərk edir. 

8.

 



Hüzuri idrak şəxsi, yaxud fərdi, hüsuli idrak isə ümumidir. 

9.

 



Hər  iki  idrakda  idrakm  subyekti  insandır.  Hüsuli  idrakda 

idrakm  obyekti  ilə  məlum  (yaxud  bilik)  fərqlənir,  amma  hüzuri 

idrakda  idrakm  obyekti  ilə  məlum  (bilik)  eynidir.  Başqa  sözlə, 

hüsuli  idrakla  zehində  əks  olımaraq  dərk  olunan  xarici  aləmdəki 

obyekt  zehindəki  məlum  (bilik)  vasitəsi  ilə,  amma  hüzuri  idrakla 

dərk olıman obyekt isə elə məlumun özü olub birbaşa dərk olimur. 

(Diqqət). 

10.


 

Hüzuri idrak "fərdi", hüsuli isə "ümumi"drr^°. Yəni hüzuri 

idrak sayəsində yaranan biliyin xarici aləmdəki nümunəsi vahiddir 

və  elə  həmin  dərk  olunan  obyektin  özüdür,  amma  hüsuli  idrakm 

xarici  aləmdəki  nümunəsi  vahiddən  çoxdur.  Əlbəttə,  bu  haqda 

diqqətli bölgü aparmaq tələb olimur. Məsələn, aşağıda gələcək hissi 

idrak hüsuli olsa da, omm da xarici aləmdəki nümunəsi vahiddir. 

Hər  halda,  bu  haqda  diqqəth  olmaq  tələb  olunur  və  burada  qeyd 

olımanlar hüzuri idrakla, hüsuli idrakm fərqinin açıqlanması üçün 

qısa məlumatlardır. İdraklarm hər birinin tərifi ilə  tamş olduqdan 

sonra 

hansmm 


hüzuri, 

hansırun 

hüsuli 

olduğunu 



da 

aydınlaşdırmaq daha dəqiq olar. 



“ Bax: IV fəsil, II dərs 

59 



Məntiq ____________________________________________________________  

Hissi, xəyali, təxəyyül, vəhmi və əqli idrak 

İnsana,  digər  canlılardan  fərqli  olaraq.  Yaradan  tərəfindən 

onun yoluna işıq saçan bir nemət - təfəkkür verilib. İndi isə görək 

digər canlılar düşünən varlıq oLmamasma baxmaya- raq^V insanla 

hansı xüsusiyyətlərdə müştərəkdir, hansmda isə müştərək deyil? 

Yuxarıdakı  idraklar  öz  növbəsində  İbn  Sinanm  nəzərincə 

(İşarat əsərində dediklərinə əsasən), zehnin malik olduğu "duyğu", 

"xəyal",  "vahimə",  "ağıl"  və  "hafizə"  qüvvələri  sayəsində  meydana 

gəlir.  Qeyd  edək  ki,  yuxarıda  göstərilən  qüvvələr  sayəsində 

zehində  yaranan  biliklər,  məlumatlar  hafizə  qüvvəsinin  vasitəsilə 

qorunub saxlanılır. 

Bu  məlumatlar  hüsuli  idrakm  ardıcıllıq  baxrmmdan 

mərhələləridir və aşağıdakılardan ibarətdir: 

1. Hissi, 2. Xəyali, 3. Təxəyyüli, 4. Vəhmi, 5. Əqli 



Hissi idrak: 

Dünyaya yeni gələn insarun məlumatları tədricən əmələ gəlir. 

Yəni  onım  yuxarıda  qeyd  etdiyimiz  əqli  idrakı  oknur.  Məsələn, 

körpə  uşaqdan  "Ana  nədir?"  soruşulsa,  o  öz  anasmı  göstərəcək. 

Yəni uşaq "analığı", yalmz hissi idrakm sayəsində qavrayır. "Ana" 

dedikdə,  yalnız  öz  anasmı  dərk  edə  bilir.  Əqli  idrakm 

"mücərrədləşdirmə", yərd məfhum yaratma qabiliyyə- 

Qeyd  edək  ki,  burada,  heyvanın  düşünən  varlıq  olmayaraq  qeyd  olunması,  insanın 

təfəkkürünü  öyrənmək  üçündür.  Yəni  heyvanı  düşünməyən  varlıq  kimi  götürmək,  onun 

məhz  insan  kimi  düşünən  varlıq  olmadığını  vurğulamaq  üçündür.  Digər  elmlərdə  isə 

heyvan düşünən varlıq kimi qəbul olunur. Məsələn, irfanda bütün məxluqatın öz həddində 

şüurlu  olduğu  deyilir.  Buna  görə  də  burada  heyvanın  şüursuz,  yaxud  düşünən  varlıq 

olmaması deyildikdə, onun məhz insan kimi, gələcək dərslərdəki, qruplaşdıraraq təfəkkür 

edə  bilmədiyi  başa  düşülür.  Onu  da  qeyd  edək  ki,  bunlar  çox  qısa  məlumatlardır  və  ola 

bilər ki, heyvan haqqında həqiqət tamamilə başqa cür olsun. Bu deyilənlər, yalnız və yalnız 

təfəkkürü müəyyənləşdirmək üçündür. 

60 



Zehin və Məntiq 

ti  uşaqda  olmadığından,“^  o,  yalnız  öz  anasını  dərk  edə  bilir. 

Bununla  yanaşı,  dünyaya  yenicə  göz  açmış  körpə  qısa  zaman 

müddətində, artıq nələrinsə yaxşı və pis olduğımu hiss edir. Gözəl 

qoxular  xoşuna  gəlir,  nələrdənsə  qorxur,  anasınm  mehriban 

laylasma  xumarlamr,  dadlı  şirin  şeyləri  xoşlayır,  kənardan 

bədəninə  olan  ağır  təsirdən  əziyyət  çəkir.  Bildiyimiz  kimi,  bu 

idraklar, bu məlumatlar beş duyğu üzvlərinin nəticəsidir: 

1. Görmə 2. Eşitmə 3. Dadbilmə 4. İybiknə 5. Lamisə. 

BeləUklə,  hissi  idrak  beş  duyğu  üzvünün  insanda  yaratdığı 

idrakdan  ibarətdir.  İnsanm  idrakı  birinci  növbədə,  həmin  bu  hissi 

idraklar  vasitəsilə  inkişaf  etməyə  başlayaraq  dərin  əqli  və  fəlsəfi 

mövzulara yetişir. Buna görə də hər kəs bu beş hissi idrakdan birinə 

malik olmasa, həmin hissi idrakla bağlı başqa idraklardan məhrum 

olur. Məsələn: anadangəlmə görmə qabiliyyətinə malik olmayan bir 

şəxs,  sonradan  rəng  haqqmda  fizi-  kanm  kəşf  etdiyini  anlaya 

bilməz.  O,  necə  anlasm  ki,  rəngin  görünməsi 

"cisimlər,  yeddi  rəngi 

özündə cəmləmiş ağ işıq üzərlərinə düşən zaman yeddi rəngdən altısını udaraq 

birini əks etdirir"

 

qanunu ilə həyata keçir və s. 



Bildiyiniz  kimi,  heyvanlar  hissi  idrakda  insanla  müştərəkdir. 

Hətta bəzi heyvanlarda bu beş hiss daha güclü olur. 

Onu da qeyd edək ki, hissi idrakm özü iki  - duyğu (zahiri) və 

hüzuri  (batini)  idraka  ayrılır.  Yəni  hüzuri  idrak  da  hissi  idrakdır. 

Məsələn:  biz  özümüzü,  öz  daxili,  nəfsi  istedadlarımızı, 

qüvvələrimizi də hiss edirik (Diqqət). 



Xəyali idrak: 

Hissi idrak, insanm beş duyğu üzvündən biri ilə  xarici aləmlə 

əlaqə yaratdığı zaman onda davam edən həmin hissiy- 

^  Bu  haqda  aşağıda  "əqli  idrak"  başlığında,  gələcəkdə  "məfhum"  və  "tərif"  bəhslərində 

danışılacaq.  Oxuculardan,  yuxarıdakı  cümlə  haqqında  diqqətlə  fikirləşmələrini  istəyirik. 

Belə  ki,  bu  cümlənin  həqiqətən  də  belə  olmasını  onlar  özləri  kəşf  edərək  düzgün  dərk 

etsələr çox faydalı olardı. 

61 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə