Redaktor: Korrektor: Cildin


bu hökmü verməsi ağıl qüvvəsinin dördüncü təfəkkür forması



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə19/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   15   16   17   18   19   20   21   22   ...   119

Zehin və Məntiq 

bu hökmü verməsi ağıl qüvvəsinin dördüncü təfəkkür forması 

olan  "əqli-nəticə"nin  sayəsindədir.  Təfəkkürün  bu  dörd 

formaları  haqqında  kitabın  ikinci  hissəsində  geniş  şəkildə 

bəhs ediləcək. 

İnsan  bu  idrakla  heyvandan  fərqlənir  və  bu  onun  kamilliyini 

göstərir.  Əqli  idrak  zehni  təhliUər  sayəsində  yaranır.  Məsələn, 

insan  və  heyvan  hissi  idrakda  müştərəkdir,  yəni  ətraf  aləmi 

müşahidə edən insan və heyvanda hissi təsəvvürlər əmələ gəlir və 

heyvan  bu  təsəvvürləri  məfhum  halma  sahb  qruplaşdıra 

(mücərrədləşdirə) bilmədiyindən omm üçün əqli idrak hasil olmur. 

Amma insan hiss etdiyi şeylərdən (hissi idrak) ümumi məfhumlar 

alaraq  (mücərrədləşdirmə)  onları  mənalandıra  (tərif)  bildiyindən, 

hissələrə  ayırdığmdan  (bölgü),  onlar  arasmda  bağlılıq  qurmağa 

(əqli-nəticə) qadir olduğundan, əqli məlumatlara da malik ola bilir. 

Heyvan  isə  ətraf  aləmdəki  varlıqları,  yalnız  həmin  varlıq  olaraq 

dərk  edə  bilir.  Dediyimiz  kimi  insan  isə  heyvanm  bu  idrakmdan 

əlavə  həmin  varlıqlar  arasmdakı  əlaqələri  də  dərk  edə  bilir. 

Məsələn, insan kimi heyvan da Günəşi müşahidə edir. Heyvan hər 

dəfə Günəşi müşahidə etdikdə təkcə Günəşin özünü müşahidə edir. 

Omm  Yerlə  əlaqəsini  dərk  edə  bilmir.  İnsan  isə  Günəşi  müşahidə 

etdikdən  soma  onun  Yerlə  əlaqəsini,  yəni  Yerin  Günəş  ətrafmda 

fırlan-  dığmı  da  dərk  edir.  Yaxud,  şiri  görən  maral,  şiri  müəyyən 

formalı rənglərin cəmi olaraq qorxulu bir şey kimi dərk edir. Yəni 

maral,  şirin  öz-özlüyündə  bir  canlı  olduğunu  və  şirin  rənglərinin 

şirdən fərqli olduğunu dərk edə bilmir. İnsan isə şirin mahiyyətinin 

yalmz  vəhşi  bir  canlı,  rənginin  də  şirin  özündən  fərqli  olduğunu 

dərk edir. Bundan soma isə, məsələn, şirə qır- mızı-boz rəngi hökm 

edərək, "şir qırmızı-boz rəngli vəhşi heyvandır" nəticəsini alır. Yəni 

maral  şiri,  yalnız  şirin  rəngi  ilə  görür,  insan  isə  şiri  xaricdə  iki 

şeydən (şirin mahiyyəti və rəngindən) təşkil olmuş bir obyekt kimi 

dərk  edə  bilir.  Elə  bu  səbəbdən  də,  maral  və  digər  heyvanlar  şiri 

hərəkətsiz halda gör 

65 



Məntiq ____________________________________________________________  

dükdə təhlükə hiss etmirlər. Şir onlara tərəf hərəkətə başladıqda isə 

bu  zərif  he

3

rvanlar  şirdən  qaçmağa  başlayırlar.  Amma  insan  şirin 



vəhşi  olduğunu  ümumi  məfhum  olaraq  dərk  etdiyindən,  hər 

zaman ondan kənar gəzir. 

Beləliklə, məntiq elmi zehnin yuxarıdakı qüvvələrindən yal- mz 

ağıl qüvvəsi sayəsində zehnin hərəkətini (təfəkkürü) öyrənir və bu 

hərəkətin  (təfəkkürün)  dörd  forması  olan  "mücərrədləşdirmə", 

"tərif", "bölgü" və "əqli-nəticə"dən damşır.^ Əqli biliklər zehnin ağıl 

qüvvəsinin  sayəsində  təfəkkürün  bu  dörd  -  "mücərrədləşdirmə", 

"tərif",  "bölgü"  və  "əqli-nəticə"  formaları  ilə  yaramr.  Məntiqin  də 

mövzusu, yaxud predmeti təfəkkürün elə bu dörd formasıdır. 

Ağıl qüvvəsinin xüsusiyyətləri 

a)

 



Əqli idrak üçün digər idraklarla müqayisədə hədd yoxdur və 

insarun, bu əqli idrakı inkişaf etdirmə imkanı var. 

b)

 

Ağıl  qüvvəsi  hissi,  xəyali  və  vəhmi  elmlərin  yanhşlarmm 



qarşısım almaqda insana kömək edir. 

c)

 



Ağıl  vasitəsilə  insan digər  idraklardan istifadə edərək onlar 

üçün ümumi məfhumlar yaradır (mücərrədləşdirmə). 

d)

 

Ağıl vasitəsilə şeylərin əsl mahiyyətinə varıhr (tərif). 



e)

 

Ağıl  vasitəsilə  məfhumlarm  xarici  nümunələri  qisimlərə 



bölünür (bölgü). 

f)

 



Ağıl  vasitəsilə  verilənlər  qruplaşdırılaraq  yeni  nəticələr 

almır, ümumi qanunlar kəşf edilir (əqli nəticə). 

Min  illər  bundan  öncə  çətinliklər  içərisində  yaşayan  insana, 

bugünkü  müasir  texnikanı  bağışlayaraq  ontm  rahatlığım  təmin 

edən də məhz ağıldır. Hissi, xəyali və vəhmi elmlərin xə- talarrmn, 

onlarm  vasitəsilə  yanlışlığa  səbəb  olan  məlumatlarm  qarşısım 

alaraq ağla istiqamət verən yeganə ehn isə məntiq elmidir. 

Bax: II hissə 

66

 




Zehin və Məntiq 

Rəssamdakı zehni qüvvələr 

Tutaq  ki,  rəssam  tablo  üzərində  bir  əsər  yaratmaq  istəyir.  Bu 

zaman,  rəssamm  yuxarıda  adlarım  çəkdiyimiz  zehni  qüvvələrdən 

necə istifadə edərək əsər yaratmasma nəzər salaq. 

Məlumdur  ki,  rəssam  duyğu  üzvləri  vasitəsilə  ətraf  aləmi 

müşahidə  etdikdən  sonra  əsər  yarada  bilər.  Çünki  o,  əvvəlcə, 

əşyaları müşahidə etməlidir ki, onlarm şəklini tablo üzərmə köçürə 

bilsin.  Deməli,  əvvəlcə,  rəssamm  duyğuları,  hissi  dərk  etmə 

qüvvələri  işləməlidir.  Bundan  sonra  tablo  ilə  üz-üzə  duran 

rəssamm  qalan  üç  -  xəyal,  vahimə  və  ağıl  qüvvələrinin  işə 

düşməsinə baxaq. 

Tutaq ki, rəssam hər hansı bir təbiət mənzərəsini tablo üzərində 

təsvir  etmək  istəyir.  Dedik  ki, buna  görə  o,  əvvəlcə,  təbiəti  duyğu 

üzvləri  vasitəsilə  müşahidə  etməlidir.  Əvvəlcə  çay  şəkli  çəkmək 

istəyən rəssam,  ağıl  qüvvəsinin  sayəsində  dərk  edir  ki,  çaym  axm 

istiqamətini  yuxarıdan  aşağıya  doğru  çəkməlidir.  Amma  çaym, 

tablonun  hansı  tərəfində  çəkiiməsinə  isə,  artıq  rəssamm  təxəyyül 

qüvvəsi qarışır. Yəni rəssamm zövqünə uyğun olaraq çay tablomm 

ya sağmda, ya da solunda verilə bilər. Məlumdur ki, bu zaman ağıl 

işləmir.  Ümumiyyətlə,  rəsm  əsərində  əşyalarm  qarşılıqlı 

münasibətinin  gözəl  təzahürü  rəssamm  təxəyyülündən  asılı  olur. 

Bu təxəyyül sayəsində də rəssamlar bir-birindən fərqlənirlər. 

Daha  sonra  rəssam,  əsərə  gözəUik  vermək  üçün  çaym  kəna- 

rmda  müxtəlif  heyvan  şəkilləri  çəkmək  istəyir.  Tutaq  ki,  şir  ilə 

maralı çaym kənarmda birgə göstərmək istəyir. Məlumdur ki, şir ilə 

maral bir yerə cəm olası heyvanlar deyil. Yəni əgər rəssam istəsə ki, 

tabloda  şir  ilə maralı bir-birinə yaxm məsafədə  versin, mütləq şiri 

maralm arxası Uə  sürətlə  qaçan halda  çəkməlidir. Bu  da rəssamm 

vahimə qüvvəsinin sayəsindədir. Çünki maralm şirdən qaçmasmm 

səbəbi vahimə qüvvəsinin sayəsində dərk edilir. 

67 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə