Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə24/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   20   21   22   23   24   25   26   27   ...   119

5-

 

CI DƏRS 



CƏHL VƏ ONUN 

NÖVLƏRİ 

İmam Sadiqin (ə) kəlamında cəhalətin tərifi 

Necə ki, idrak, elm və bilik məna və məfhum baxımmdan çox 

aşkcirdır,  eləcə  də  onlar  müqabilində  duran  cəhalət  də  hər  kəsə 

məlumdur.  İdrak,  yaxud  ekn  bitmək,  cəhalət  isə  bilmə-  məkdir. 

Əlbəttə,  cəhalət  sözünü, ancaq  idrak potensialı  olana  şamil  etmək 

olar. Yəni cansız cisimlərə cahildir demək olmaz. 

Alimlə  cahili  bir-birindən  fərqləndirmək  üçün  cəhl  və  onun 

növlərini  aydınlaşdırmaq  lazımdır.  İmam  Sadiq  (ə)  kəlamları-  nm 

birində  (həmçinin  həzrət  Əlinin  (ə)  çoxsaylı  hədislərindən  alman 

nəticəyə görə) buyurur; 



"İnsan var ki, bilir, bildiyini də bilir, belələri alimdir; onlara itaət edin. 

İnsan var ki, bilir, amma bildiyini bilmir, belələri yatmış və qəflətdədir; onları 

oyadın.  İnsan  var  ki,  bilmir,  amma  "bilmədiyi"ni  bilir,  belə  insan  cahildir; 

onlara  öyrədin.  İnsan  da  var  ki,  bilmir,  bilmədiyini  də  bilmir,  belələri  isə 

zəlalətdədir, mürəkkəb cahildir; bunları da hidayət edin".^^ 

İmam Sadiqin (ə) yuxarıdakı kəlamma əsasən, cəhalət iki yerə 

bölünür: sadə və mürəkkəb. 

51 Biharül-ənvar, c. 1, səh. 195 

81 



Məntiq ____________________________________________________________  

Sadə  cəhalətdə  bir  cəhl,  mürəkkəb  cəhalətdə  isə  iki  cəhl  olur. 

Sadə  cəhalət,  insarun  bir  şeyi  bilməməsi  və  ya  məlumatı-  nm  az 

olması, eyni  zamanda bundan xəbərdar  olmasıdır.  Məsələn: insan 

hansısa  bir  sualm  cavabım  bilmir  və  eyni  zamanda  bilir  ki, 

0

  bu 



sualm cavabım bilmir. Amma mürəkkəb cəhl isə budur ki, insan bir 

şeyi  bilmir  və  bilmədiyindən  də  xəbəri  yoxdur.  Məsələn: 

3

mxarıdakı misal kimi, insan sualm cavabım bilməyərək səhv cavab 



verir və elə güman edir ki, düz cavablandırır. Bu cəhldə həm sualı 

bilməyib  səhv  cavablandırmaq,  həm  də  suala  düzgün  cavab 

verdiyini güman etmək küni iki cəhl var. Buna görə də bəzi maddi 

görüşlü  fəlsəfi  məktəblər  mürəkkəb  cahil  sayılır.  Çünki  onlarda, 

aləmi 

maddiyyatla 



məhdudlaşdıraraq, 

metafizik 

aləmin 

oknamasma  və  öz  fikirlərində  israr  etmələrindən  törəyən  öz  səhv 



fikirlərinə qarşı cəhl, bilməməzlik var. 

Mürəkkəb  cahil  də  öz  növbəsində  iki  hissəyə  ayrdır:  zəif  və 



güclü. 

Mürəkkəb  cahilin  zəif  nümunəsinə  onun  cahilliyini 

göstərmək  bəzən  mümkün  olur.  Bu  cür  cahildə  inadkarlıq,  təəs- 

sübkeşük  və  qarşı  tərəfin  fikirlərinə  əsassız  olaraq  etinasız 

yanaşmaq  kimi  xüsusiyyətlər  olmadığmdan,  onun  cəhalətini 

müəyyən  yollarla  izah  edib  qəbul  etdirmək  olur.  Çünki  bu  cür 

cahilin  cəhaləti  mürəkkəb  olsa  da,  onda  həqiqətə,  elmə  meyli 

olduğundan,  asanca  öz  səhvini  etiraf  edə  bilir.  Amma  mürəkkəb 

cəhlin  güclü  forması  insan  üçün  çox  təhlükəlidir.  Çünki  zəif 

nümımənin  əksinə  olaraq,  bu  cür  cahildə  olan,  əvvəlki  dərsdə  də 

qeyd  etdiyimiz  küni,  bəyənilməyən  qəzəb,  təəssübkeşlik, 

etinasızlıq, təkəbbür, hər hansı psixoloji problem və s. kimi nəfsani 

xüsusiyyətlər  ona  öz  cahilliyini  anlamağa  heç  cür  imkan  vermir. 

Belə  cəhalətin  səbəbilə  bu  qəbildən  olan  insanlara  bəzən  öz 

razılıqları ilə psixi təsir göstərilir və onlardan istənilən kimi istifadə 

edilir. 


Burada  belə  bir  sual  yaranır:  Mürəkkəb  cəhldə  iki  cəhl 

olduğundan, birinci cəhl cahilin özü üçün bilik, məlumat hesab 

82 



Zehin və Məntiq 

oltmurmu? Yəni insanm bir şeyi büməyi səhv olsa belə, bilik- dirmi? 

Görəsən,  mürəkkəb  cahilin  bu  biliyi  bilikdir,  ya  yox?  Qısa  bir 

açıqlama ilə bu sualm cavabmı oxucunun öhdəsinə buraxırıq: 

Mürəkkəb cahil obyekt haqqmda bir məlumat əldə edir və onu 

özü üçün doğru məlumat hesab edir, amma onun zehnində təsdiq 

etdiyi  bu  elmin  həqiqətdə  obyektlə  heç  bir  uyğunluğu  yoxdur. 

Məsələn,  müəyyən  dövrə  qədər  alimlər  Yerin  müstəvi  şəklində 

olduğunu qəbul edirdilər. Sonra Yerin kürə şəklində olduğu məlum 

oldu. Deməli, zehni təsəvvür olub bilik olsa belə, mürəkkəb cahilin 

biliyi, həqiqətə uyğun olmadığma görə bilik deyil. 

Cəhl  də  bilik  və  elm  kimi  təsəvvür  və  təsdiqə  bölünür.  Ze- 

hində  "rəng"  və  "qızd"  haqqmda  təsəvvürün  olmaması  və  "qızılm 

sarı ohnasma" dair biliyin olmaması kimi. 



Sokrat və "Mən bircə onu bilirəm ki, heç nə bilmirəm!" 

Bu  məşhur  kəlamm  müəllifi  Sokrat,  ömrünün  axırma  qədər 

cəhalətlə mübarizə apardı. 

Deyilənə  görə,  böyük  Sokrat  aləmin,  həyatm  mənasınm, 

fəlsəfəsinin  və  həyat  haqqmda  bilgilərinin  həyatm  həqiqi  məna- 

smdan  fərqli  olduğunu  dərk  etdikdən  sonra  belə  qərara  gəlir  ki, 

əslində,  o,  heç  nə  bilmir.  Amma  məlumdur  ki,  bu  cür  etiraf 

təvazökarlığm  son  həddini  göstərir.  Çünki  "həyatm  həqiqi  fəl- 

səfəsi"ni dərk etmək insan şüurundan xaricdir. Həyatm əsl mənası, 

yalmz  həyatı  Yaradana,  Onun  elçilərinə  (ə)  və  ixlaslı  bəndələrinə 

aşkardır.  Sokrat da  belə  bəndələrdən  sayıldığı  üçün  demək  olmaz 

ki,  onun  bu  sözü,  yalmz  təvazökarlığa  görə  idi.  Adi  insanlar  isə 

həyatı  öz  qabiliyyətlərinə  uyğun  olaraq  dərk  edə  bilərlər.  Hətta 

bütün zamanlarda müşahidə etdiyimiz küni, hər bir insan, həyata, 

içində olduğu sahəyə uyğun olaraq məna verir, aləmə öz sahəsinin 

gözü ilə baxır, həyat haqqmda 

83 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə