Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə28/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   24   25   26   27   28   29   30   31   ...   119

Zehin və Məntiq 

Anselmin  nəzərincə,  bu  dəlil  ən  kamil  dəlildir.  O  özünün  bu 

dəlilini  "Varlıq  sübutu"  adlandırmışdır.  Ondan  sonra  Dekart  bu 

dəlili başqa formada ifadə etmişdir. Bu dəlili, həmçinin Spinoza və 

Leybnits  kimi  bəzi  filosoflar  da  qəbul  etmişlər.  Amma  belə 

düşünülür  ki,  bu  dəlil  səhvdir.  İsbat  zamam  incə  məntiqsizlik, 

sofizmS'*  baş  vermişdir.  Emmanuel  Kant  bu  dəlilin  məntiqsiz 

olduğunu  göstərə  bilmişdir.  Bunun  həllini  isə  "soflzm"  bəhsi  ilə 

tamş olduqdan sonra oxucularm öhdəsinə buraxırıq. 

Yanlış  nəticələr  verən  yuxarıdakı  kimi  hallar  bəzən  bilmədən, 

bəzən isə bilərəkdən olur. Bəli, insanm həqiqəti qəbul və  ya inkar 

etməsini bu müxtəlif nəticələrin zehnin məhsulu olduğunu, zehnin 

bu  əsrarəngizliyini,  düzgün  və  yanlış  nəticələrini  və  məntiqin 

zehinə özünəməxsus bu hərəkətə köməyini nəzərə alsaq, bu zaman 

məntiq  elminin  əhəmiyyəti  məlum  olur.  Bundan  əlavə,  məntiqin 

özü  ilə  birbaşa  münasibətdə  onun  əhəmiyyəti  özünü  daha  aydm 

şəkildə göstərir ki, bu da yalnız, bu kitabı sona kimi oxuyub davam 

etdirməyə bağlıdır. Yəni kitabm bu hissəsinə qədər məntiq və onun 

faydası  bizə  aydm  olsa  da,  bu  sadəcə  bir  "təsəvvür"dür,  amma 

gələcək  bəhsləri  izləyərkən  "təsdiq"  edəcəyik  ki,  bu  ekn  insan 

ağlirun və zehninin yol göstərənidir. AğIm və zehnin bu vacib yol 

göstərəni olmadıqca, onun gözəlliyində nöqsan yaramr. 

SUALLAR: 

1.

 



Məntiq bizə nəyi öyrədir və onun predmeti nədir? 

2.

 



Məntiq sözü nədən alınmışdır? 

3.

 



Məntiqin əhəmiyyəti nədən ibarətdir? 

4.

 



Zahiri və batini nitqin əlaqəsini izah edin. 

5.

 



"Allah  gözə  görünməzdir",  "Gözə  görünməz  şeylər  həqiqətdə 

yoxdur" müqəddimələrindən alınan "Deməli, Allah da yoxdur" nəticəsi 

nə üçün səhvdir? 

6.

 



Nəticəsi səhv olan bir neçə misal göstərin. 

Bax: III hissə, III fəsil 

95 



2-

 

CI DƏRS 

MƏNTİQİN TƏRİFİ 

Məntiqə  eyni  məna  ifadə  edən  bir  neçə  tərif  vermək  olar. 

Məsələn:  "Məntiq  düzgün  düşünmə  qammudur",  "Məntiq  insana 

düzgün  fikirləşməyi  öyrədir"  və  s.  Amma  məntiqin  məşhur  tərifi 

aşağıdakı kimidir: 

Məntiq - zehnin təfəkkür zamanı yanlışlıqdan qorunması 

üçün  tətbiq  etdiyi  fitri  və  öz-özlüyündə  ümumi  qaydalar 

toplusuna deyilir. 

Beş mühüm məqam 

Bu tərifdə beş mühüm məqam var. 

1.

 

Məntiq vasitədir. "Ümumi qaydalar" ifadəsindən anlaşılır ki, 



məntiq  bir  vasitədir.  Məntiq  özü  bir  elm  olmaqla  yanaşı,  başqa 

elmlərə  köməkçi  ekn  kimi  xidmət  edir.  Çünki  hər  bir  el-  mm  öz 

predmeti  var  və  bu  predmet  ətrafmda  müəyyən  əqli  proseslər 

aparır.  Amma düzgün  düşünmədikdə,  səhvlər  özünü  göstərir.  Bu 

səhvlər məntiqin köməyi ilə aradan qaldırılır. 

Başqa sözlə desək, elmlər insana xidmət cəhətindən iki hissəyə 

ayrılır: 

əsas 

və 


vasitəçi 

elmlər. Əsas elmləri öyrənməkdə məqsəd, 

məhz  həmm  elmlərin  özüdür.  Məsələn:  fəlsəfə  varlığı  öyrənir  və 

fəlsəfəni öyrənməklə varlıq öyrənilmiş olur. Amma vasitəçi elmlər 

bir  ekn  kimi  formalaşdırılıb,  sonradan  başqa  elmlərin  xidmətinə 

verilmişdir. Yəni onlar xüsusi olaraq başqa 

97 



Məntiq ^  __________________________________________________________  

elmlərin  inkişcifı  üçün  yaradılmışdır.  Məsələn:  riyaziyyat  elmi 

ayrıca elm olsa da, fizikanm inkişafı üçün çox önəmlidir. Məntiq də 

bu  elmlərin  sırasına  daxildir  -  özü  də  ilk  olaraq.  Çünki  fəlsəfə, 

riyaziyyat,  fizika,  tibb  və  s.  kimi  elmlər  olmasa  idi,  məntiqi 

öyrənməyə ehtiyac olmazdı. Ümumiyyətlə, harada təfəkkür varsa, 

orada məntiqə ehtiyac var. Çünki ağıl, düşüncə və fikir olan yerdə 

xəta  ehtimalı  var.  Buna  görə  də  məntiq,  məntiq  qaydaları  istifadə 

olunan elmlərə nisbətən vasitəçi, müqəddimə xarakterli və köməkçi 

elm sayılır. 

2.

 

Öz-özlüyündə.  Yenidən  qeyd  edək  ki,  bu  qaydalar  şəxsən 



kiminsə  tərəfindən  hazırlanmayıb.  Dediyimiz  kimi,  Aristotel 

tərəfindən  hazırlanıb,  amma  insan  zehnindən,  onun  ünsiyyətdə 

olduğu,  düşündüyü  zaman  kor-koranə  şəkildə  istifadə  etdiyi  əqli 

qanunlardan kənara çıxmamaq şərti ilə. Yəni bu qaydalar Aristotel 

tərəfindən  və  məhz  onun  təyin  etdiyinə  görə  deyil,  əksinə, 

öz-özlüyündə təfəkkür qanunları olduğuna görə zehni yanlışlıqdan 

qoruyur.  Bütün  əqli  elmlər  sonradan  bu  şəkildə  hazırlanmışdır. 

Riyaziyyat  barəsində  də  demək  olar  ki,  hələ  topleıma-çıxma 

qanunları  alimlər  tərəfindən  riyaziyyat  elmi  adlandırılmamışdan 

əvvəl,  insanlar  ticarət  işlərində  riyazi  qanunlardan  istifadə 

edirdilər. 

Öz-özlüyündə insandan asılı olmayan bütün qanunlar, alimlər 

tərəfindən  insanlarm  bu  qanunları  daha  da  mükəmməl  qavrayıb 

istifadə  etməsi  üçün  hazırlanmışdır.  Öz-özlüyündə  qanunlar 

dedikdə,  qanunları  alimlər  tərəfindən  şərti  təyin  edilən  elmlər'’-'’ 

müqabilində duran elmlər başa düşülür. O cümlədən məntiq də bu 

elmlərin sırasma daxil edilir. 

3.

 



Fitri. Tərifdə "fitri" ifadəsinin işlənməsi öz-özlüyündə ümumi 

qaydaların,  əslində,  insan  fitrəti  ilə  uyğun  olduğunu  göstərmək 

üçündür.  Yuxarıda  da  qeyd  etdik  ki,  bu  qanunlar  əslində  var  idi, 

sadəcə olaraq alimlər bunu ehni şəklə salaraq 

^ Məsələn, ədəbi elm olan "əruz" elmi kimi. 

98 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə