Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə38/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   34   35   36   37   38   39   40   41   ...   119

Məntiq_________________________________________________________  

nalara  ayrı-ayrılıqda  eyni  dərəcədə  dəlalət  edir;  belə  sözlərə 



omonim deyilir (məsələn: kök), ya da hər bir mənaya dəlalət etməsi 

biri-digərindən  sonradır.  Bu  zaman  ya  birinin  digərindən  sonra 

gəlməsində  bağlılıq  var;  belə  sözlərə  daşınan  (məsələn,  maşm 

sözünün  ərəb  dilindəki  ilk  mənası  "yeriyən"  olsa  da,  sonradan 

mexaniki cihazlara aid edilərkən də ilk mənası qüvvədə qalmışdır), 

ya  da  bağlılıq  yoxdur;  belə  sözlərə  isə  daşınmaz  sözlər  deyilir 

(məsələn,  "Ədalət"  sözünün  ilk  mənası  "zülmün  əksi"  olsa  da, 

sonradan bir şəxsə ad qoyulduqda birinci mənası qüvvədən düşür). 



Praktiki əhəmiyyəti: İstər tərif, istər bölgü, istərsə də əqli nəticə 

və  dəlilgətirmə  zamam  məcazi  mənalı,  omonim,  daşınan  və 

daşmmaz  mənalı  sözlərdən  istifadə  edilməməlidir.  Çünki  belə 

sözlər  müxtəlifmənalıdır.  Bıma  görə  də  sözün  digər  mənalara 

dəlalət  etməsi  "ifadəetmə  forması"ndan  asıb  olduğundan,  belə 

sözlərin  nəzərdə  tutulan  mənaya  dəlalət  etməsinin  aydm  olması 

üçün mütləq "ifadəetmə forması" verUməli- dir. İfadəetmə forması 

dedikdə, hər növ ifadəetmə başa düşülür. Məsələn, sözün mimika 

ilə  ifadə olunması, başqa sözlə bərabər işlənməsi və  s. buna misal 

ola bilər. 



2.

 

İki sözün məna etibarilə müqayisəsi 

İki söz bir-biri Uə müqayisədə eyni məna verərsə, belə sözlərə 



sinonim  sözlər  deyilir  (məsələn  "Allahm  Rəsulu  (s)"  -  "həzrət 

Məhəmməd  (s)",  "insan"  -  "bəşər"),  əks  halda  isə  müxtəlif  mənalı 

sözlər deyilir. 

Müxtəlif mənalı sözlərin növləri 

Müxalif - Eyni cəhət, zaman və məkanda cəm oknası mümkün 

olan iki sözdən ibarətdir. Məsələn: qənddə "ağlıq" və "şirinlik" cəm 

olur. 

134 



Zehin və Məntiq 

Müqabil  (inkar  edən) 

-  Bir-birini  inkar  edən,  yaxud  eyni 

cəhət,  zaman  və  məkanda  cəm  olması  qeyri-mümkün  olan  iki 

sözdən ibarətdir. 



Müqabil sözlərin qisimləri 

Zidd 

-  Biri  müəyyən  bir  mənaya,  o  biri  isə  həmin  mənadan 

qeyrisinə, həmin mənanm yoxluğuna dəlalət edən iki sözdən ibarət 

olub,  eyni  zaman,  eyni  məkan,  eyni  şərait  və  s.-də  həm  cəm 

olmaları,  həm  də  dəf  edilmələri  mümkün  olmayan  sözlərə  zidd 

sözlər  deyilir.  Məsələn;  "İnsan"  və  "qeyri-insan".  Bir  şeyin  eyni 

zamanda həm insan, həm də qeyri-insan olması və nə insan, nə də 

qeyri-insan  olmaması  qeyri-mümkündür.  Hər  iki  halda  (cəm  və 

dəf) mütləq ikisindən biri olmalıdır. 

Əks 

-  Eyni  zaman,  eyni  məkan  və  s.-də  yalnız  cəm  oknalan 

qeyri-mümkün olan iki mövcuda dəlalət edən iki sözdən ibarətdir. 

Yəni  cəm  oknalcirı  qeyri-mümkün,  amma  dəf  edilmələri  isə 

mümkündür. Məsələn, "ağ" və "qara". Bir şey həm ağ, həm də qara 

ola  bilməz,  amma  eyni  anda  nə  ağ,  nə  də  qara  olmaması 

mümkündür.  Bu  mümkünlük  iki  əks  sözə  üçüncü  əks  sözün 

olmasmdan asılıdır. Yəni əks sözlər eyni cinsə malik olmalıdır. Yəni 

ağ  və  qara  sözlərinin  hər  ikisi  rəngdir  və  rəng  məfhumu  ağ  və 

qararun  cinsidir  (cins  bəhsi  növbəti  dərslərdə  gələcək)  bu  cinsin, 

bir-birinə əks olan "qırmızı", "yaşıl" kimi başqa növləri də var. Əgər 

digər əks söz olmasa, onlar "zidd" sözlər olur. 



Nisbi 

-  Birinin  anlaşılması  digərinə  bağlı  və  cəm  oknalan 

qeyri-mümkün  olan  iki  sözdən  ibarətdir.  Məsələn,  "sağ-sol", 

"ata-oğul" və s. 



3.

 

Sözün mütləq növləri 

Sözün ya mənasmm hissələri yoxdur, ya da vardır. Aydm- dır 

ki, mənasmm hissələri olmayan sözün hissələrinin, mənası- 

135 



Məntiq ____________________________________________________________  

nm  hissələrinə  dəlalətindən  danışmaq  oknaz.  Amma  mənası-  nm 

hissələri olan sözün hissələri ya mənanm hissələrinə dəlalət etmir, 

ya da dəlalət edir. 



Sadə 

- Bu növdə olan sözlər aşağıdakı qruplara bölünür: 

1.

 

Dəlalət  etdiyi  mənasmm  hissəsi  olmayan  (məsələn,  "eşq", 



"ruh"), 2. Dəlalət etdiyi mənasmm hissəsi olub, amma sözün hissəsi 

dəlalət etdiyi mənanm hissəsinə dəlalət etməyən (məsələn, "Kamil", 

"maşm"),  3.  Hissəsi  mənasmm  hissəsinə  dəlalət  edən  (məsələn 

"Allahqulu"). 



Açıqlama; 

Eşq və ruhun hissəsinin olmaması məlumdur. Bunu 

hər  bir  insan  hüzuri,  yaxud  fitri  idrakı ilə  qəbul  edə  bilər.  Amma 

qəbul etməyənlərə  isə  fəlsəfi dəlillər göstərmək  olar.  Məsələn, İbn 

Sina  "İşarat"  kitabmda  ruhun  hissəsi  okna-  dığmı  isbat  edir.  Hər 

halda  burada  məqsəd  sözün  növlərini  bəyan  etmək  olduğundan, 

misalda münaqişə etmək lazım deyil. 

Kamil  sözü  "k",  "a",  "m",  "i",  "1"  hissələrindən  təşkil  olunub, 

amma  bu  hissələrin  heç  biri  Kamilin  hissələri  olan  onun  əlinə, 

ayağma və s.-yə dəlalət etmir. 

Allahqulu  sözü  "Allah"  və  "qul"  hissələrindən  təşkil  olunub. 

Həmçinin mənasmm da hissələri "Allah" və "qulluq"dur. Belə olan 

halda,  bu  sözün  hissələri  hər  hansı  insanm  məhz  adı  olaraq 

mənasmm hissələrinə dəlalət etmir. Bu sözlər, mənası- nm hissələri 

olmayan sözlər kimi nəzərdə tutulur. 

Mürəkkəb 

Hissələri 



olub 

mənasmm 


hissələrinə 

məqsədyönlü  şəkildə  dəlalət  edən  və  ya  "sadə"  sözün  yuxarıdakı 

xüsusiyyətlərinə  malik  olmayan  sözlərə  deyilir.  Məsələn;  "kitab 

rəfi". 


Mürəkkəb sözün qisimləri: 

Mürəkkəb söz ya "naqis", ya da 



"tam" dır. 

Naqis 

-  Bitmiş  fikiri  bildirməyən  mürəkkəb  sözə  deyilir. 

Məsələn:  "yaşü  bayraq",  "böyük  mütəfəkkir  İbn  Sina  və  Nəsi- 

rəddin Tusi". 

136 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə