Referat elmi rəhbər: Əminə Məmmədova Tələbə: Allahverdiyev İdrak, Ağayeva Nigar Bakı-2023 plan



Yüklə 72,11 Kb.
səhifə4/4
tarix28.11.2023
ölçüsü72,11 Kb.
#134586
növüReferat
1   2   3   4
Allahverdiyev İdrak, Ağayeva Nigar. 823, Sosial işə giriş

5. Məzun evləri
Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi fəaliyyət göstərir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib.
Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər göstərilir.
Müəssisənin Nizamnaməsinə əsasən, burada yaşayan gənclərin ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları var. Müəssisə yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventarlarla təchiz edilib. 
“Məzun evi”nə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 ay müddətində müəssisə tərəfindən ödənilir. Müəssisənin nəzdindəki ictimai iaşə obyektlərində binada yaşayanların özlərinin işləməsi nəzərdə tutulub. Bundan əlavə, müəssisənin nəzdində xalça və tikiş sexləri yaradılıb ki, həmin sexlərdə, habelə müəssisənin kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar, internet zalları, camaşırxana və s. kimi ictimai iaşə obyektlərində məzunlar işlə təmin edilib.
Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır.
Müəssisə - milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir. Bu müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Xidmətin vahid sisteminə daxildir.
Müəssisə öz fəaliyyətində ölkə Konstitusiyasını, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununu, ölkə baççısının fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ƏƏSMN-nin əsasnaməsini və qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Xidmətin əmrlərini, həmçinin bu Nizamnaməni rəhbər tutur. Bu Müəssisə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə yaradılıbdır. Qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir. 
Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır. Müəssisənin əsas vəzifələrinə gəldikdə, bura nizamnaməyə uyğun olaraq məzunları qəbul etmək, valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları yaşayış sahəsi ilə təmin etmək, yaşayış sahələrini məişət avadanlıqları və inventarlarla təmin etmək, yaşayış sahələrinin su, qaz, istilik və elektrik təchizatı sistemlərinin normal işləməsini təmin etmək, daxili intizam qaydalarına riayət olunmasını təmin etmək, məzunların şəxsi və ailə həyatına dair məlumatların konfidensiallığını təmin etmək, sanitariya-gigiyena və əks-epidemik norma və qaydalarına riayət olunmasını təmin etmək daxildir. Həmçinin müəssisədə yanğından mühafizə, əməyin mühafizəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işləri həyata keçirmək, ödənişli məişət və ictimai iaşə xidmətləri göstərilməsi də bu qaydalara daxildir. 


NƏTİCƏ
Beləliklə, aparılan araşdırmaların nəticələri uşaqların ailələri ilə olan münasibətlərinin inkişaf etdirilməsinin önəmini ortaya qoymaqdadır. Belə ki, himayə mərkəzlərində qalan uşaqların valideynləri ilə olan münasibətləri artdıqca, yaşadıqları psixoloji problemlərin səviyyəsində anlamlı şəkildə azaldığı müşahidə olunur. Bu səbəblə, uşaqların ailə əlaqələrini inkişaf etdirmələri üçün bu əlaqənin qurulmasına maneə törədən faktorlar açıq şəkildə ortaya qoyulmalı və bu faktorları aradan qaldırmaq üçün tədbirlər həyata keçirilməlidir.

ƏDƏBİYYAT
1. Hüseynli A. “Sosial iş”.Bakı-2013
2. Məmmədova Rəna. “Sosial işə giriş”. Bakı-2019
3. Bayramov Ə. S., Əlizadə Ə. Ə. Psixologiya dərslik. Bakı-2009.
4. Tahirqızı Ü. “Atılmış uşaqların reabilitasiyası problemi”. Xalq Cəbhəsi. 2013.
5. www.sosial.gov.az
Yüklə 72,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə