Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi


QÜQ qalınlığı CQ qanadda 38-40m arasında, ŞmŞ qanadda isə 35m-dək dəyişir. Qumluluq CQ qanadda 16-28% arasında, ŞmŞ qanadda isə 12% -dək dəyişir. QD



Yüklə 8,83 Mb.
səhifə16/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   9   10   11   12   13   14   15   16   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

QÜQ qalınlığı CQ qanadda 38-40m arasında, ŞmŞ qanadda isə 35m-dək dəyişir. Qumluluq CQ qanadda 16-28% arasında, ŞmŞ qanadda isə 12% -dək dəyişir.
QD qalınlığı CQ qanadda 272-276 m arasında, ŞmŞ qanadda isə 271 m-dək dəyişir. Qumluluq CQ qanadda 8-13% arasında, ŞmŞ qanadda isə 8% -dək dəyişir.
QA qalınlığı CQ qanadda 108-117m arasında, ŞmŞq qanadda isə 127 m-dək dəyişir. Qumluluq isə CQ qanadda 35-55% arasında, ŞmŞ qanadda isə 7% -dək dəyişir.
QaLD CQ qanadda açılmış qalınlığı 394-455 m arasında, ŞmŞq qanadda isə 385 m-dək dəyişir. Qumluluq isə CQ qanadda 27-39% arasında, ŞmŞq qanadda isə 29% -dək dəyişir.
Cədvəl 3.2

Quyu
№-si

QÜQ

QD

QA

QaLD

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalınlıq, m

Qumlu-
luq, %

1132

38

16

276

8

117

35

Açılmış 394

27

1340

40

28

272

13

108

55

Açılmış 455

39

1277

35

12

271

8

127

7

Açılmış 385

29




a)



b)
Şəkil 3.2 Palçıq Pilpiləsi yatağı. a) Qalınlıq (m) və b) qumluluğun (%) lay dəstələri üzrə dəyişmə qrafiki


Sahələr üzrə regional korrelyasiya sxemləri: QÜG tavanına görə Pirallahı sahəsi üzrə (713, 150, 900, 410 saylı quyularda), Gürgan–dəniz sahəsi üzrə (80, 801, 35, 95, 6 saylı quyularda), Cənub sahəsi üzrə (15,12 saylı quyularda) və Cənub-2 sahəsi üzrə (3 saylı quyuda) tağa yaxın hissədən keçən ŞmŞ – CQ istiqamətdə korrelyasiya sxeminə əsasən qeyd olunan quyularda QÜQ qalınlığı Cilov sahəsi üzrə 26-45m arasında, H.Aslanov sahəsi üzrə 38m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 28-38m arasında, Neft Daşları sahəsi üzrə 26-30m arasında, Oğuz sahəsi üzrə 49m-dək dəyişir. QÜQ qumluluğu Cilov sahəsi üzrə 16-50% arasında, H.Aslanov sahəsi üzrə 24%, Palçıq Pilpiləsi sahəsi üzrə 16-29% arasında, Neft Daşları sahəsi üzrə 23-75% arasında, Oğuz sahəsi üzrə 55%-dir.
QD qalınlığı Cilov sahəsi üzrə 223-504m arasında, H.Aslanov sahəsi üzrə 364 m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 276-372m arasında, Neft Daşları sahəsi üzrə 280-379m arasında, Oğuz sahəsi üzrə 258m-dək dəyişir. QD qumluluğu Cilov sahəsi üzrə 4-20% arasında, H.Aslanov sahəsi üzrə 3%, Palçıq Pilpiləsi sahəsi üzrə 3-8% arasında, Neft Daşları sahəsi üzrə 2-3% arasında, Oğuz sahəsi üzrə 2%-dək dəyişir.
QA qalınlığı Cilov sahəsi üzrə 93-114m arasında, H.Aslanov sahəsi üzrə 92m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 80-117m arasında, Neft Daşları sahəsi üzrə 35-89m arasında, Oğuz sahəsi üzrə 116m-dək dəyişir. QA qumluluğu Cilov sahəsi üzrə 24-27% arasında, H.Aslanov sahəsi üzrə 35%, Palçıq Pilpiləsi sahəsi üzrə 25-39% arasında, Neft Daşları sahəsi üzrə 34-53% arasında, Oğuz sahəsi üzrə 94%-dir.
Cədvəl 3.3

Quyu
№-si

QÜQ

QD

QA

QaLD

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalınlıq, m

Qumlu
luq, %

Cilov 22

45

16

504

4

114

27

Açılmış 498

16

Cilov 10

26

50

223

20

111

24

Açılmış 421

8

Cilov 28

35

43

260

13

93

25

Açılmış 187

10

H.Aslanov 1

38

24

364

3

92

35

606

29

Pal.Pil.488

28

29

317

4

113

39

Açılmış 448

21

Pal.Pil 1132

38

16

276

8

117

35

Açılmış 394

27

Pal.Pil 319

37

27

372

3

80

25

Açılmış 588

10

Neft Daş 60

30

23

379

2

Açılmış 35

34

-

-

Neft Daş.122

26

27

280

3

89

53

Açılmış 70

10

Neft Daş.27

28

75

277

3

-

-

-

-

Oğuz 2

49

55

258

2

116

94

Açılmış 588

47



QaLD açılmış qalınlığı Cilov sahəsi üzrə 187-498m arasında, H.Aslanov sahəsi üzrə 606 m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 394-588m arasında, Neft Daşları sahəsi üzrə 70 m-dək, Oğuz sahəsi üzrə 588m-dək dəyişir. QaLD qumluluğu Cilov sahəsi üzrə 8-16% arasında, H.Aslanov sahəsi üzrə 29%, Palçıq
Pilpiləsi sahəsi üzrə 10-27% arasında, Neft Daşları sahəsi üzrə 10%, Oğuz sahəsi üzrə 47%-dək dəyişir.
QÜG tavanına görə Xali sahəsi üzrə (15 saylı quyuda), Cilov adası sahəsi üzrə (123, 80, 12 saylı quyularda), Həzi Aslanov sahəsi üzrə (5saylı quyuda), Palçıq Pilpiləsi sahəsi üzrə (790, 1277,1010 saylı quyularda), Neft Daşları sahəsi üzrə (500, 488, 2006a saylı quyuda) ŞmŞq qanadı istiqamətdə korrelyasiya sxeminə əsasən qeyd olunan quyularda
QÜQ qalınlığı Xali sahəsi üzrə 38m-dək, Cilov sahəsi üzrə 26-38m arasında, H.Aslanov sahəsi üzrə 29m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 27-39m arasında, Neft Daşları sahəsi üzrə 25-46m arasında dəyişir. QÜQ qumluluğu Xali sahəsi üzrə 42%, Cilov sahəsi üzrə 27-42% arasında, H.Aslanov sahəsi üzrə 83%, Palçıq Pilpiləsi sahəsi üzrə 12-22% arasında, Neft Daşları sahəsi üzrə 88-100%-dir.
QD qalınlığı Xali sahəsi üzrə 274m-dək, Cilov sahəsi üzrə 325-351m arasında, H.Aslanov sahəsi üzrə 329m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 271-357m arasında, Neft Daşları sahəsi üzrə 250-372m arasında dəyişir. QD qumluluğu Xali sahəsi üzrə 24%, Cilov sahəsi üzrə 2-8% arasında, H.Aslanov sahəsi üzrə 22%, Palçıq Pilpiləsi sahəsi üzrə 2-13% arasında, Neft Daşları sahəsi üzrə 2-3%-ir.
QA qalınlığı Xali sahəsi üzrə 72m-dək, Cilov sahəsi üzrə 112-131m arasında, H.Aslanov sahəsi üzrə 72 m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 78-133m arasında, Neft Daşları sahəsi üzrə 69-99m arasında dəyişir. QA qumluluğu Xali sahəsi üzrə 69%, Cilov sahəsi üzrə 19-55% arasında, H.Aslanov sahəsi üzrə 50%, Palçıq Pilpiləsi sahəsi üzrə 7-13% arasında, Neft Daşları sahəsi üzrə 33-56%-dir.
Cədvəl 3.4

Quyu
№-si

QÜQ

QD

QA

QaLD

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu-
luq, %

Qalın-
lıq, m

Qumlu
luq, %

Xali 15

38

42

274

24

71

69

Açılmış 369

7

Cilov 123

38

42

351

4

131

19

Açılmış 365

12

Cilov 80

26

-

325

2

115

55

Açılmış 445

13

Cilov 12

33

27

325

8

112

23

Açılmış 282

15

H.Aslanov 5

29

83

329

22

72

50

652

33

Pal.Pil.790

27

22

273

13

133

13

Açılmış 329

27

Pal.Pil 1277

35

12

271

8

127

7

Açılmış 385

29

Pal.Pil 1010

39

-

357

2

78

-

Açılmış 470

13

Neft Daş.500

28

100

372

-

99

-

Açılmış 134

-

Neft Daş. 480

25

88

271

3

72

56

Açılmış 192

15

Neft Daş.2006a

46

94

250

2

69

33

185

28




a)



b)
Şəkil 3.3 Xali-Neft Daşları antiklinal xətti üzrə a) qalınlıq və b) qumluluğun sahə və kəsiliş üzrə dəyişmə qrafiki
QaLD açılmış qalınlığı Xali sahəsi üzrə 369m-dək, Cilov sahəsi üzrə 282-445m arasında, H.Aslanov sahəsi üzrə 652m-dək, Palçıq Pilpiləsi sahəsi üzrə 329-470m arasında, Neft Daşları sahəsi üzrə 134-192m arasında dəyişir. QaLD qumluluğu Xali sahəsi üzrə 7%, Cilov sahəsi üzrə 12-15% arasında, H.Aslanov sahəsi üzrə 33%, Palçıq Pilpiləsi üzrə 13-29%, Neft Daşları sahəsi üzrə 15-28%-dir.

3.2 Xali-Palçıq Pilpiləsi antiklinal xəttinin lokal qalxımlarının inkişaf xüsusiyyətləri ilə əlaqədar neft-qaz perspektivliyi


Çilov və Palçıq pilpiləsi qalxımları, diapir növ strukturlara aiddirlər və eyni zamanda neft və qazlılıq perspektivliyinin bir göstəricisi kimi palçıq vulkanları ilə mürəkkəbləşmişdirlər. Çilov və Palçıq pilpiləsi qalxımların əmələgəlmə vaxtını və sonrakı inkişaf xüsusiyyətlərini öyrənmək məqsədi ilə alt və üst MQ yarıməsrlərinin və gec Pliosenin sonuna paleoprofillər tərtib edilib təhlil olunmuşdur. MQ-ın alt yarıməsrinin sonuna qurulmuş paleoprofildə Çilov strukturunun Pliosendən gec olmayaraq əmələgəlməsini və sonralıqca iki uzununa qırılma ilə mürəkkəbləşməsini görmək mümkündür. Ərazinin göstərdiyimiz geoloji zamandan daha tez əmələ gəlməsi halı da istisna olunmur. MQ-ın alt şöbəsinin qalınlığının qalxımın tağına doğru azalması, qırışığın bu geoloji zaman kəsimində çöküntütoplanma ilə eyni vaxtda və ondan daha kiçik sürətlə inkişaf etməsini söyləməyə imkan verir. Üst MQ yarıməsrinin sonuna qurulmuş paleoprofildən göründüyü kimi, bu zaman qırışığın inkişafı əvvəlki yarıməsr ilə müqayisədə zəif olmuşdur. Lakin, bu dövrdə struktur əlavə iki qırılma ilə mürəkkəbləşmişdir. Abşeron əsrinin sonuna qurulmuş paleoprofillərdə isə, üst Pliosendə qırışığın inkişaf prosesinin intensivliyi MQ-ın üst yarıməsri ilə müqaisədə nisbətən zəif olması müşahidə edilir. Bütün bunları nəzərə alaraq, qeyd edə bilərik ki, Çilov qalxımı nüvəsi gildən ibarət diapir növ qırışıq kimi konsidementasion inkişafa malik olub. Dördüncü dövr Çilov qalxımının çox intensiv inkişafı ilə səciyyələnir (Şəkil 3.4).

Şəkil 3.4 Çilov qalxımının inkişafını səciyyələndirən paleoprofillər və qırışığın inkişafının sürətinin qrafiki


Alt MQ yarıməsrinin sonuna qurulmuş paleoprofildən görünür ki, Palçıq Pilpiləsi qalxımının pliosendən gec olmayaraq əmələgəlməyə başlamış və sonralıqca qırılma ilə mürəkkəbləşmişdir. Bu qırılma çox ehtimal ki, alt MQ yarıməsrində cavanlaşma dövrünü keçmişdir. Bu da Palçıq Pilpiləsi strukturunun pliosendən qabaq əmələ gəlməsini ehtimal etməyə əsas verir. Bu qırılmanın alt MQ yarıməsrində cavanlaşması qırışığın çöküntütoplanma ilə eyni vaxtda inkişaf etməsinə dəlalət edir. Lakin üst MQ yarıməsrində qırışığın inkişafı əvvəlki yarıməsrə nisbətən bir qədər az sürətlə getmişdir. Abşeron əsrinin sonuna qurulmuş paleoprofildən görünür ki, qırışığın inkişafı üst MQ yarıməsrindən bir qədər yüksək olmuşdur.
Gec Pliosendə çöküntütoplanmanın sürəti əvvəlki yarıməsrlərdə olduğu kimi, qırışığın inkişaf sürətindən yüksək olmuşdur.
Qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, Palçıq pilpiləsi qalxımı diapir növ struktur kimi, baxılan geoloji zaman intervalında konsedimentasion inkişafa malik olmuşdur. Dördüncü dövr qalxımın ən intensiv inkişaf etməsi ilə səciyyələnir. Beləki, əgər Dördüncü dövrə kimi qırışığın hündürlüyü 1050 m çatmışdırsa, təkcə Dördüncü dövr ərzində qalxımın hündürlüyü 1300 m artmışdır. Bu da onun əlavə tektonik qırımlarla mürəkkəbləşməsinə və tağ hissəsinin nisbətən dərin yuyulmasına səbəb olmuşdur. Qırışığın inkişafının intensivlik qrafikindən görünür ki, Palçıq pilpiləsi qalxımının inkişaf sürəti zaman keçdikcə artırdı və Dördüncü dövrdə qırışıq ən intensiv inkişaf mərhələsini keçmişdir (Şəkil 3.5).

Şəkil 3.5 Palçıq Pilpiləsi qalxımının inkişafını səciyyələndirən paleoprofil



Şimali-Abşeron arxipelaqının Çilov və Palçıq pilpiləsi qalxımları Pirallahı – Kəlkor çökəkliyinin cənub yamacında, Xali –Neft Daşları – Kəpəz tektonik xətti üzərində yerləşmişlər. Pliosenin əvvəlindən gec olmayaraq qırışıqların formalaşmağa başlaması erkən MQ yarıməsrinin sonuna tərtib edilmiş paleoprofildən aydın görünür. Lakin müəyyən əlamətlərə görə çox ehtimal ki, onlar Miosendə inkişafa başlamışlar. Cənubi Xəzər çökəkliyinin Kaynozoy yaşlı çöküntülərində diapir növ strukturəmələgətirən reoloji fəal kütləyə Oliqosen –Miosen yaşlı tam sıxlaşmamış gil kütlələrinin aid olmaları bunu deməyə əsas verir.
Aparılan təhlildən belə nəticəyə gəlmək olar ki, baxılan geoloji zaman kəsimində müxtəlif inkişaf sürətinə malik olan Çilov və Palçıq pilpiləsi qalxımları diapir qırışıqlar kimi konsedimentasion inkişaf rejimi ilə səciyyələnirlər. Məlum olduğu kimi, sedimentasiya hövzəsində karbohidrogenlərin miqrasiyasının əsas mərhələsi o vaxt başlayır ki, potensial neftana qatları neftəmələgəlmənin baş zonasına (NBZ) düşərək, nefttörədən qata çevrilsinlər. Xali-Palçıq Pilpiləsi antiklinal zonasının çökmə qatının kəsilişində iştirak edən Pliosen-IV Dövr çöküntüləri onlarda üzvi maddələrin toplanıb saxlanması üçün əlverişli şəraitə malikdir. Burada paleotemperatur rejimi ilə əlaqədar karbohidrogenlərin bir neçə baş miqrasiya mərhələsini ayırmaq olar. Məsələnin həlli üçün müasir seysmogeoloji profil əsasında Alt MQ, Üst MQ və Abşeron əsrlərinin sonuna paleoprofillər qurulmuşdur. Həmçinin qeyd olunan stratiqrafik vahidlərin sonuna paleotemperatur şəraitləri müəyyən edilmişdir. ( Ş.Mehdiyevə görə).
Paleorekonstruksiyalara əsasən demək olar ki, Alt MQ yarıməsrinin sonuna qurulmuş paleoprofilə və paleoizoterm xəttinə əsasən onu demək olar ki, Alt MQ çöküntüləri Protokatagenez zonasındadır. Üst MQ yarıməsrinin sonuna qurulmuş profilə və paleoizotermlərə əsasən Alt MQ çöküntülərinin çox hissəsi 2000-3000 m dərinlik intervalında neftəmələgəlmənin baş zonasına enməsi müşahidə olunur. Abşeron əsrinin sonuna qurulmuş paleoprofilə və paleoizoterm xətlərinə görə Alt MQ bütövlükdə və Üst MQ çöküntülərinin az hissəsi 2000-4000 m dərinlik intervalında neftəmələgəlmənin baş zonasına enmişdir.
Xali-Çilov-Palçıq Pilpiləsi qalxımlarının geoizotermlərinin müasir vəziyyəti Xali sahəsinin 60, 65 saylı, Çilov sahəsinin 375, 691 saylı quyularında ölçülmüş temperatur qiymətləri əsasında müəyyən edilmişdir. Həmçinin bir sıra tədqiqatçıların tədqiqat işlərinə əsaslanan hesabat yolu ilə müəyyən edilmişdir. Müasir seysmogeoloji profillərə görə qurulan paleoprofillər geniş stratiqrafik yaş intervalını əhatə etmədiyindən Xali-Çilov-Palçıq Pilpiləsi antiklinal zonasının yerləşdiyi Pirallahı –Kelkor çökəkliyində N.Nərimanovun apardığı tədqiqatlardan istifadə edilmişdir.
Tədqiq olunan ərazidə çöküntü qatı Alt Təbaşirə qədər öyrənilməsi dərin quyu məlumatları əsasında müəyyən olunmuşdur. Kəsilişin daha alt hissəsi isə ( Alt Təbaşir və Yura çöküntüləri) qonşu ərazilərin məlumatları əsasında səciyyələndirilmişdir.
Tədqiqatlar göstərir ki, hövzədə təxminən 17 km qalınlığa malik çöküntü qatı formalaşmışdır. Onun 6000m-dən çoxu terrigen mənşəli Kaynozoy çöküntülərinə aiddir. Kəsilişin Paleogen-Üst Pliosen hissəsi əsasən gillərdən ibarət olub, Alt Pliosenin kəsilişində qumluluq artır. Məhsuldar qat (MQ) ( Alt Pliosen) çöküntüləri əsasən gil, argillit layların qum, qumdaşı, alevrit araqatları ilə növbələşməsindən ibarətdir. Üst Pliosen də əsasən gil və nisbətən seyrək qumdaşı araqatılarının növbələşməsindən ibarətdir. Yalnız Abşeron çöküntülərinin üst hissəsində nisbətən az miqdarda əhəngdaşı araqatılarına təsadüf edilir.
Dördüncü Dövr çöküntüləri qum, gil və əhəngdaşıların növbələşməsindən ibarətdir. Gillər kəsilişdə üstünlük təşkil edir. Qumlar kəsilişdə üstünlük təşkil edir. Mezozoy çöküntüləri ümumi qalınlığı 10-11 km olan Yura və Təbaşir yaşlı süxur kompleksləri ilə təmsil olunur. Alt və Orta Yura orta qalınlığı 4500m-ə qədər olan qumdaşı, gil, alevrolitlərin növbələşməsindən ibarətdir. Üst Yura çöküntüləri litoloji tərkibcə altda və üstdə yatan süxur komplekslərindən kəskin fərqlənir. Litoloji tərkibcə az miqdarda gillərlə növbələşən əsasən əhəngdaşı və dolomitlərdən ibarətdir.
Məlum olduğu kimi, baxılan ərazidə Erkən Yuradan müasir dövrə kimi geoloji zaman intervalında çöküntütoplanma müxtəlif dərinliyə malik su hövzəsi şəraitində baş vermişdir.
Tədqiq olunan ərazi formalaşdığı zaman çöküntülərlə bərabər üzvi maddənin toplanıb saxlanması üçün litofasial şəraitin kifayət qədər əlverişli olması çöküntü qatının litofasial xüsusiyyətlərindən görünür. Bu səbəbdən də hər bir litofasial kompleksə ya potensial neft ana layı, yaxud ona malik bir qat kimi baxmaq olar.
Hövzədə Yuradan Gec Təbaşirə kimi çöküntütoplanmanın orta sürəti 124 m/mln il olmuşdur (Şəkil 3.6). Çöküntütoplanmanın belə sürəti yüksək fəallığa malik neftli-qazlı hövzələrə məxsusdur. Belə ki, 130 m/mln il sürətlə toplanan çöküntülərdə 2%-ə qədər üzvi karbon toplana bilər [Sokolov ].
Yuxarıda qeyd etdiyimiz kimi, Üst Təbaşirdən Alt Pliosenə kimi olan stratiqrafik intervalda çöküntütoplanmanın orta sürəti 30 m/mln il olmuşdur. Həmin yaşa malik çöküntü qatlarında mövcud paleocoğrafi şəraitdə cəmi 0,3 %-ə qədər üzvi maddələrin toplanıb saxlanması mümkündür [Sokolov ]. Bu səbəbdən də həmin stratiqrafik intervalda neft ana qatlarının mövcudluğunu ehtimal etmək çətindir.
Alt Pliosen-Dördüncü Dövr ərzində çöküntütoplanmanın orta sürəti 770 m/mln il olmuşdur, yəni bu zaman üzvi maddənin toplanması üçün əlverişli şərait yaranmışdır. Məlumdur ki başqa amillərin də müsbət olduğu halda, çöküntütoplanmanın sürəti 660 m/mln ildən artıq olan hövzələrin çöküntü qatında 11-18% -ə qədər üzvi karbon toplana bilər [Sokolov].
Aparılan təhlildən belə nəticəyə gəlmək olar ki, çöküntütoplanma hövzəsində Yura –Erkən Təbaşir və Alt Pliosen –Dördüncü Dövr zaman intervalları ərzində çöküntütoplanma sürətlərinə görə üzvi maddənin toplanıb saxlanması üçün daha əlverişli şərait yaranmışdır (Şəkil 3.6).

Şəkil 3.6 Piralları-Kəlkör çökəkliyində çöküntütoplanmanın sürət qrafiki

Hövzənin geotermik şəraitini öyrənməklə, kəsiliş üzrə neft və qazın əmələgəlməsinin əsas zonalarına uyğun gələn temperatur intervallarının [N.R.N ] hansı dərinlikdə yerləşmələrini təyin edib, hər bir potensial neft ana qatının hansı zonada yerləşdiyini aşkar etmək mümkündür.


Bu məsələnin həlli üçün Pirallahı-Kelkor çökəkliyinin uzanmasına perpendikulyar keçən seysmogeoloji profil əsasında Yuranın, Erkən Təbaşirin, Miosenin və Pliosenin sonuna paleotektonik profillər qurulmuşdur. Həmçinin subhövzənin paleotemperatur şəraiti qeyd olunan stratiqrafik vahidlərin sonuna müəyyən edilmişdir (Şəkil 3.7).
Yuranın sonuna qurulmuş paleoprofilə əsasən kristallik bünövrənin 6000 m dərinlikdə yatıma malik olması və Yura çöküntülərinin 1000 m –dən 4000 m -ə qədər NBZ-na enməsi müşahidə olunur. Erkən Təbaşirin sonunda Yuranın üst hissəsi və Alt Təbaşirin çox hissəsi NBZ –də yerləşir. Bu zaman Yura çöküntülərinin əsas kütləsi artıq qazəmələgəlmənin baş zonasına (QBZ) daxil olmuşdur. Miosenin

Şəkil 3.7 Pirallahı-Kelkor çökəkliyinin uzanmasına perpendikulyar keçən seysmogeoloji profil əsasında qurulan paleotektonik profil


sonunda NBZ-yə Təbaşir çöküntülərinin əsas kütləsi, QBZ-yə Yura çöküntülərinin çox yarısı və Təbaşirin aşağı hissəsi daxil olmuşdur. Pliosenin sonunda Yura çöküntülərinin ikinci yarısı və Alt Təbaşir çöküntülərinin çox hissəsi QBZ –yə daxil olmuş, Alt Təbaşir çöküntülərinin üst hissəsi və Pliosen çöküntüləri isə NBZ-yə keçmişlər.
Pirallahı-Kelkor çökəkliyi çoxocaqlı subhövzə olduğundan, inkişafı prosesində KH bir neçə baş miqrasiya mərhələlərinə malik olmuşdur. Bu miqrasiya mərhələləri müxtəlif vaxtlarda yaranmasına baxmayaraq bir-birini örtmüşdür (basdırmışdı).
Məsələn, Erkən Təbaşirin sonunda Alt Təbaşir çöküntülərinin çox yarısı Yura çöküntülərinin üzərinə çökmüşdür lakin Yura çöküntüləri NBZ-dan çıxmamışdır. Bu da onu deməyə əsas verir ki, Erkən Təbaşirin sonunda miqrasiyanın baş mərhələsi Yura və həmçinin Alt Təbaşir çöküntülərinin birinci yarısını olmuşdur. Miosenin sonunda Üst Təbaşir və Paleogen çöküntüləri NBZ-na düşmüş və lazımi qədər üzvi maddəyə malikdirlər. Bu da onu göstərir ki, Miosenin sonunda miqrasiyanın baş mərhələsi Alt Təbaşir, Üst Təbaşir və Paleogenin birinci yarısını əhatə etmişdir. Pliosenin sonunda Alt Təbaşirin ikinci yarısı və Alt Pliosenin ikinci yarısına qədər NBZ –da yerləşir və KH –in baş miqrasiya mərhələsində Alt Təbaşir və Alt Pliosen çöküntüləridir. Nəhayət ,hal-hazırda NBZ –da Alt Təbaşirin üst hissəsindən Üst Pliosenin aşağı hissəsinə qədər olan çöküntülər yerləşir. Göründüyü kimi, miqrasiyanın baş mərhələsi Alt Təbaşir və Alt Pliosen çöküntülərini əhatə edir.
N.Y.Xəlilov və başqalarına görə hazırki dövrdə neftəmələgəlmənin baş zonasının sərhəd izotermləri, 50-600C-dən, 130-1500C qədər temperatur intervalı və 2700 m-dən 9000 m-ə qədər olan dərinlik intervallarında yerləşir. Öz növbəsində qazəmələgəlmənin baş zonası 9,2 km-dən 15,6 km-ə qədər olan dərinlik intervallarını
əhatə edir (Şəkil 3.8).

Şəkil 3.8 Neftəmələgəlmə zonaları və neftqazana çöküntülərinin dəyişmə mərhələləri. (B.A.Sokolova görə)

Seysmoloji məlumatlar əsasında belə nəticəyə gəlmək olar ki, Çilov və Palçıq Pilpiləsi qalxımları formalaşmağa başladığı dövrə kimi Yuranın və Təbaşirin aşağı hissəsinin neftana süxurları Miosenin sonundan gec olmayaraq, yaxud erkən Pliosenin əvvəlindən neftəmələgəlmənin baş zonasını keçərək, artıq qazəmələgəlmənin baş zonasına daxil olmuşlar. Bu zaman, neft əmələgəlmənin baş zonasına Maykop seriyası daha gec daxil olacaqdır və bu hal baxılan lokal qalxımların artıq mövcud olduqları zamana uyğun gəlir. Beləliklə, qeyd edə bilərik



Şəkil 3.9 Pirallahı-Kəlkör çökəkliyində ÜM-in paylanması
ki, Maykop seriyasının əmələgətirdiyi karbohidrogenlərin miqrasiyasının baş mərhələsi, lokal qalxımların formalaşmasından sonra baş vermişdir ki, bu da onların neft və qazlılıq perspektivliyinin yüksək olmasını deməyə əsas verir.
Beləliklə, baxılan lokal qalxımların Miosendən gec olmayaraq hətta daha tez formalaşmağa başlamasını nəzərə alsaq, onların təbii rezervuarları Təbaşir, Paleogen, alt Pliosen çöküntülərindən hasil olunan karbohidrogenlərlə doydurula bilər. Həm də IV Dövrə qədər qırışıqların inkişaf intensivliyi çöküntütoplanmanın sürətindən geri qaldığı üçün, bu hal tələləri dolduran KH –in saxlanmasına əlverişli şərait yaradır.
Qeyd etmək lazımdır ki, MQ çöküntülərində ÜM-nin miqdarı Alt Təbaşir çöküntülərinə nisbətən bir neçə dəfə artıqdır [Atlas] (Şəkil 3.9 ).
Lakin MQ çöküntüləri hələlik NBZ –yə tam daxil olmayıb və öz neftəmələgətirmə potensialını tam realizə etməyiblər. Yəni, MQ çöküntüləri hələ tam gücü ilə nefttörətmə prosesində iştirak etmirlər. Onlar yalnız qismən NBZ-yə daxil olmuşlar.
Beləliklə həm Xali-palçıq Pilpiləsi həm də Pirallahı-Kelkor çökəkliyinin digər tədqiq olunan neft-qaz yataqlarına aid belə b ir fikir söyləmək olar ki, onlarda toplanan müxtəlif fazalı karbohidrogenlər əsasən Yura, Erkən Təbaşir və Paleogenin neftqazəmələgətirmə potensialları hesabına formalaşmışlar.

NƏTİCƏ
Xali-Çilov-Həzi-Aslaov-Palçıq Pilpiləsi antiklinal xətti üzrə geoloji-geofiziki məlumatlar əsasında geoloji inkişaf tarixinin öyrənilməsi və paleotemperatur, petrofiziki modelləşmə nəticəsində aparılmış təhlillər aşağıdakı nəticələrə gəlməyə əsas verir.
1.Çilov və Palçıq Pilpiləsi lokal qalxımları Miosendən gec olmayaraq formalaşmağa başlamış, konsedimentasion mənşəlidirlər və IV Dövrə qədər inkişafları çöküntütoplanmanın sürətindən az olub. Lokal qalxımların inkişafı IV Dövrdə əhəmiyyətli dərəcədə artmış, bu da onların tağ hissələrinin yuyulmasına və karbohidrogen yığımlarının qismən dağılmasına və yenidən formalaşmasına səbəb olmuşdur.
2.Çilov və Palçıq Pilpiləsi qalxımları formalaşmağa başladığı dövrə kimi Yuranın və Təbaşirin aşağı hissəsinin neftana süxurları Miosenin sonundan gec olmayaraq, yaxud erkən Pliosenin əvvəlindən neftəmələgəlmənin baş zonasını keçərək, artıq qazəmələgəlmənin baş zonasına daxil olmuşlar. Neft əmələgəlmənin baş zonasına Maykop seriyası daha gec daxil olmuşdur və bu hal baxılan lokal qalxımların artıq mövcud olduqları zamana uyğun gəlir. Maykop seriyasının əmələgətirdiyi karbohidrogenlərin miqrasiyasının baş mərhələsi, lokal qalxımların formalaşmasından sonra baş vermişdir və bu vəziyyət onların neft və qazlılıq perspektivliyinin yüksək olmasını deməyə əsas verir.
3.Xali - Çilov adası – Həzi Aslanov – Palçıq Pilpiləsi – Neft Daşları – Oğuz sahələrinin regional korrelyasiya sxemi qurulmuş aparılan təhlil nəticəsində müəyyən edilmişdir ki, Xali-Kəpəz antiklinal xəttində qumluluq Xali sahəsindən CŞ istiqamətə doğru artaraq, Günəşli-Çıraq-Azəri sahələrində maksimum həddə çatır və Kəpəz sahəsinə doğru nisbətən azalır.


Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə