21
Əmirəlmöminin (ə) buyurur: “Bilin ki, Əli münasib siyasətçi, iqtisadçı və hərbiçidir. Amma onun əlinin
altında olanlar ona tabe olmaq istəmir. Əlinin dərdi budur!”1
Əli (ə) deyir: “Peyğəmbərin (s) ruhu fələklərə pərvaz edən andan məzlum oldum.” Bu məzlumiyyət ibadət
mehrabında İbn-Mülcəmin zərbəsi onun “And olsun Kəbənin Allahına, qurtuldum” deyənədək davam etdi.2
Həzrət Əli (ə) hakim olmasına və ona misilsiz beyət edilməsinə baxmayaraq məzlum idi. İki şeyx (Təlhə və
Zübeyr) Ayişə ilə birlikdə Cəməl qovğası yaratdılar və beyəti pozdular. Bir çoxu da Siffeyn savaşında və ondan
sonra xəyanət etdi.
Şücaətli və müttəqi Əmr ibn Əl-Həməq Xəzai beyət üçün imam Əlinin (ə) yanına gəlib dedi: “Mən sənə
beyət edirəm. Çünki sənin həqiqi canişin və imam olduğunu bilirəm. Sənin hökmünü o qədər vacib sayıram ki,
bu dağı tikə-tikə etməyi, bu dəryanın suyunu qabla daşımağı əmr etsən, bunu özümə vacib bilərəm.” Həzrət Əli
(ə) ona dua edib, Allahdan onun üçün dində sabitqədəmlik və iman istədi. Həzrət sonda belə buyurdu: “Ey kaş,
sənin kimi yüz köməkçim olaydı!”3 Yəni Əlinin (ə) bizim könüllülər kimi yüz yardımçısı yox idi! Yalnız
Malik, Əmmar, Əbül-Heysəm ibn ƏL-Teyhon, Haşim Mirqal kimi bir neçə nəfər imama ixlasla itaət edirdi.
Amma belə yardımçıların sayı yüz nəfərə çatmırdı!
Əgər “Nəhcül-bəlağəni” mütaliə etsəniz, Əlinin (ə) fəryadını eşidərsiniz. O buyurur: “Nə vaxt cihada hazır
olun dedimsə, “hava istidir” dediniz. Başqa vaxt sizi dəvət edəndə “hava soyuqdur” söylədiniz.”4 Bu insanlar
Əlini (ə) o qədər narahat etdilər ki, o buyurdu: “Mən Müaviyə ilə müamilə edib, sizin on nəfərinizin əvəzində
onun yanındakılardan, onun əmrinə tabe olanlardan birini almaq istəyirəm! Onlar öz batil işlərində möhkəm, siz
haqq işinizdə süstsünüz.”5 Təsəvvür etməyin ki, Əli (ə) Müaviyəyə məğlub oldu. Əslində İraqın münafiq
camaatı Allahın vəlisinə təslim olmaq istəmədi. Onlara Əlinin (ə) ədaləti sərf etmirdi, dünyanı daha mühüm
sayırdılar.
Xalqın imam Həsənə (ə) beyəti
Həzrət Əlinin (ə) şəhadətindən sonra xalq onun böyük oğluna beyət etdi. Xalq imam Həsənin (ə) həzrət
Əlinin (ə) canişini, cənnət əhli cavanlarının ağası olduğunu peyğəmbərdən və onun səhabələrindən eşitmişdilər.
İlk hərbi-siyasi məclis quruldu. İmam Həsən (ə) buyurdu: “Müaviyə ilə bizim aramızda söz yalnız qılıncdır.”
İbn-Əsir Cəzri “Üsdül-ğabə” kitabında Peyğəmbər (s) səhabəsi ünvanında imam Həsən Müctəbanın (ə)
əhvalatını nəql etmişdir. İmam buyurur: “Mən vəziyyəti islah etmək üçün savaş və qılıncdan başqa yol
görmürəm. Bəs sizin fikriniz nədir?” Məclisin hər tərəfindən səs ucaldı: “Ey Həsən ibn Əli, biz savaşa hazır
deyilik, yerdə qalanlarımız yaşamaq istəyir!” Amma Müaviyə İraq sərhədinə qoşun yeritdiyindən imam Ədi ibn
Hatəm, ibn Abbas kimi xalis şiələrə göstəriş verdi ki, qoşun hazırlasınlar. Həmin vaxt imam xütbə oxuyub
buyurdu: “Hərbi əməliyyata hazırlığı özüm üçün vəzifə bilirəm. Qərərgahımız xurmalıq olacaq. Hazır olun.”
Uzun hazırlıqdan sonra deyilən qərərgahda 40 min döyüşçü toplandı.
Sonra həzrət əmisi oğlu Übeydullah ibn Abbasa göstəriş verdi ki, Müaviyənin qoşunu ilə üzləşənədək irəli
getsinlər. Qoşun həmin mövqedə imamı gözləməli idi. İmam sərkərdələrə tapşırdı ki, onlara hücum edilərsə,
müdafiə olunsunlar, Übeydullah ibn Abbas öldürülsə, Qeys ibn Səd ibn Übadə qoşuna komandanlığı öz
öhdəsinə götürsün. Qoşun Müaviyənin böyük qərərgahına qədər hərəkət etdi.
İmam isə ardıcıl olaraq xütbələr oxuyur, şiələrinə göstəriş verirdi ki, qüvvə toplayıb cəbhəyə göndərsinlər.
Müaviyənin qoşunu ilə üzbəüz dayanmış dörd min döyüşçü sübh vaxtı namaza dayanıb sərkərdənin pişnamaz
dayanacağını gözləyirdi. Amma nə qədər gözlədilərsə Übeydullah ibn Abbas gəlmədi.
Hava işıqlandı, xeymələrdə İbn Abbası axtarmağa başladılar. Kimsə onu tapa bilmədi. Kimsə bilmirdi ki,
Müaviyənin casusları beş yüz min dirhəm nağd, beş yüz min dirhəm sonradan ödəməklə, vilayətlərdən birinin
əmirliyini vəd etməklə Übeydullah ibn Abbası satın almışlar. İbn Abbas artıq Müaviyənin ordusuna qatılmışdı.
Hansı ki, Abbasın iki oğlu Müaviyənin Yəmənə hücumu zamanı öldürülmüşdü. Amma Müaviyənin pulu iki
1
“Bihar”, c. 29, s. 452
2
“Bihar”, c. 42, s. 239
3
“Bihar”, c. 32, s. 339
4
“Nəhcül-bəlağə”, x. 97
5
“Nəhcül-bəlağə”, x. 97
22
şəhid atasını dizə çökdürdü! Bu çox ağır müsibət idi. Əmioğludan yaxın kimdir?! Qeys ibn Səd ibn Übadə
üzünü qoşuna tutub dedi: “Narahat olmayın! Biz bu ailədən çox şey gözləmirik. Atası da belə idi!” Sonra Qeys
pişnamaz dayandı və qoşun sübh namazını əda etdi. Namazdan sonra cihada hazırlıq görüldü. Amma qoşunun
bir hissəsi deyirdi: “Biz gözləməliyik ki, kömək gəlsin.” Qeys dedi: “Yoxsa döyüşmək istəmirsiniz? Əgər
beləsə hörmətlə geri çəkilin.” Qeys dərhal imama məktub yazdı və vəziyyəti onun nəzərinə çatdırdı. İmam
xəbər tutdu ki, Übeydullah Müaviyəyə qoşulub, qoşun başçılarından bəziləri Müaviyə ilə həmkarlıq üçün ona
məktub yazıb.
İmam Həsən Müctəba xalqı Mədinədə bir yerə topladı. Hansı ki, həmin cəm arasında Müaviyənin adamları
da vardı. İmam xütbə oxuyub buyurdu: “Mənim istəyim sizin xeyriniz və İslamla Quranın yaşamasıdır. Qoşun
başçımız Übeydullah ibn Abbas Müaviyəyə qoşuldu. Nə etməli?” Qəfildən məclisin yan yörəsindən xəvaric və
münafiqlər dedilər: “Bu kişi Allahın dinindən çıxıb, deyir ki, Müaviyəyə təslim olaq!” Onlar fəryad çəkib, hay-
kuy saldılar. Şiələrdən bir dəstəsi imamı əhatəyə alıb etiraz edənləri sakitləşdirməyə çalışdı. Xalqı başa saldılar
ki, imam Müaviyəyə təslim olmağı nəzərdə tutmur. Amma artıq qovğa qopmuşdu. Deyirdilər ki, Həsən (ə) bizi
Müaviyəyə satmaq istəyir. İmamın dostları və şiələr onu həmin məhəldən uzaqlaşdırdılar. Yolda bir nəfər
yaxınlaşıb iti bir əşya ilə imamın (ə) ayağını yaraladı. İmamı müalicə üçün Mədainə apardılar. Orada bəzi
başbilənlər razılığa gəldilər ki, imamı həbs edib Müaviyəyə təslim versinlər. Allah etsin ki, bu xəbər yalan
olsun. Çünki bu təklif hörmətli sayılan bir şəxsə aid edilir. O bu işi görübsə də, nadanlıq üzündən edib və
sonradan tövbə qılıb. Münafiqlər xəbərləri qısa bir müddətdə Müaviyəyə çatdırırdı. Ona xəbər verildi ki, iş başa
çatıb, Həsən (ə) yerində oturdulub, hətta mal-mülkü qarət edilib. İmam Həsənin (ə) əmisi Muxtarın evində
yataqda olduğu Müaviyəyə xəbər verildi. Ona bildirdilər ki, gəlişi üçün heç bir maneə yoxdur.
Hiyləgər Müaviyə imam Həsənə belə bir məktub yazdı: “Bu xalq səni istəmir. Mənə yazırlar ki, səni qolu
bağlı halda mənə təhvil vermək istəyirlər! Amma, nə olur olsun, mən sənin əmin oğluyam və istəmirəm ki,
hörmətdən düşəsən. İşi mənə tapşır. Zahirdə rəhbər mən olum, işi sən idarə et. Dediyinə əməl edəcəyəm!”
Müaviyə imama hətta imzalanmış ağ bir kağız göndərmişdi. O imama təklif edirdi ki, sülh üçün istədiyi mətni
bu kağıza yaza bilər.
İmam Həsənin (ə) qarşısında iki yol vardı:
1. Savaş yolu: Amma Müaviyənin İraq sərhədində yüz iyirmi minlik qoşunu dayanmışdı. İmam Həsənin (ə)
isə eynən imam Hüseyn (ə) kimi bir qrup fədakar yoldaşı vardı. İmam Hüseyn (ə) iyirmi il zəhmət çəkdi və 72
nəfərdən çox tərəfdar tapmadı. İmam Həsənin (ə) ətrafında min nəfər olsaydı da o Müaviyənin yüz iyirmi
minlik qoşunu qarşısında dayana bilməzdi. Mən əminəm ki, həmin vaxt imam Həsənin (ə) ətrafında beş yüz
döyüşçü yox idi. Döyüş olsaydı imamın yaxın ətrafı eynən Kərbəladakı kimi imamdan öncə şəhid olmalıydı.
Məhəmməd ibn Hənəfiyyə, Əbül-Fəzl, imam Hüseyn (ə), Hücr ibn Ədi kimi xalis şiələr əvvəl, sonra isə imam
Həsən şəhadətə çatmalı idi. Əgər imam Həsən (ə) azsaylı ətrafı ilə savaşa çıxsaydı və bütün ətrafı şəhadətə
çatsaydı, Müaviyənin növbəti addımı nə olacaqdı? Görən Müaviyə üzünü xalqa tutub Həsən (ə) və onun ətrafını
dinsizlikdə ittiham edəcəkdi, yoxsa atası kimi dini həqiqətləri danacaqdı? Əlbəttə ki, Müaviyə atası kimi
hərəkət edib deyərdi: “Din və Quranı bir kənara qoyun, yeyin, için, kef edin, istədiyinizi edin, mən də sizin
hakiminizəm. Sağa-sola qoşun çəkək, ölkələr fəth edək!” Bəli, əgər Həsən ibn Əli müharibəyə razılıq versəydi,
İslam məmləkətində bir nəfər olsun İslam müdafiəçisi qalmayacaqdı. Gələcəkdə isə deyəcəkdilər: “İki nəfər
hakimiyyət üstündə bir-biri ilə vuruşdu və ərəblər siyasətcil, güclü və səxavətli Müaviyəni himayə etdi, ikinci
şəxs (Həsən ibn Əli) məhv oldu!
2. Sülh yolu! İmam dindarlıq iddiasında olan hiyləgər Müaviyə ilə sülh bağlaya bilərdi. İmam şərt kəsə
bilərdi ki, hakimiyyəti ona verir, amma o (Müaviyə) Allahın kitabı və peyğəmbər (s) sünnəsi əsasında hərəkət
etməli, ədaləti gözləməli və beytül-malı hifz etməlidir. İmam canişin təyin etmək hüququnu özündə saxlamaqla
öz canını yox, İslam və Quranı qorumaq üçün Müaviyə ilə sülhü qəbul etdi.
Böyük Nəcəf alimlərindən biri tərəfindən yazılmış “İmam Həsənin (ə) sülhü” və kitabın başlanğıcında
mərhum Seyyid Şərəfüddinə məxsus müqəddiməni diqqətlə mütaliə edin. Adı çəkilən kitab inqilabın böyük
rəhbəri tərəfindən tərcümə edilmişdir. Uyğun mütaliələrdən sonra görəcəksiniz ki, dinin qorunmasında imam
Həsənin (ə) sülhü imam Hüseynin (ə) qiyamı qədər təsirli olmuşdur. İmam Hüseyn aşurasını həqiqi mənada əks
etdirən məhz imam Həsənin sülhüdür. Çünki dinin himayədarı adı ilə meydana atılan, peyğəmbərin (s) dilindən
yalan hədislər uyduran Müaviyə məhz həmin cinayətlə rüsvay oldu. Bəni-Üməyyə İslam məmləkətinə hakim
oldu, zülm, cinayət və fəsada rəvac verdi. Tarixin səhifələri Bəni-Üməyyənin cinayətləri ilə doludur. Onlar bir
çox peyğəmbər səhabələrini və Quran qarilərini öldürdülər. Peyğəmbərin (s) və həzrət Əlinin (ə) fədakar
səhabələrindən olan Hucr ibn Ədi öz yoldaşları ilə birlikdə Mərci-Əzrada şəhadətə çatdırıldı. Müaviyə şiələri
beytül-maldan məhrum edir, əqidəsindən zərrəcə şübhələndiyi insanları zindana atır, öldürürdü. Bütün bu
addımlar Allahın dinini qoruyacaq qırmızı inqilab üçün zəmin yaratdı.