Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

19 


minbərə  çıxmaram!”  İmamın  yaxınları  Əbu-Musaya  xəbərdarlıq  etsələr  də,  o  deyilənlərə  məhəl  qoymadı  və 

minbərə  qalxdı.  Əbu-Musa  dedi:  “Ey  xalq!  Biz  oturduq  və  düşündük.  Belə  bir  nəticəyə  gəldik  ki,  İslam 

məmləkəti  üçün  nə  Əli  münasibdir,  nə  də  Müaviyə.  Buna  görə  də  müsəlmanlar  özlərinə  rəhbər  seçməlidir.” 

Əbu-Musa bu sözləri deyib minbərdən düşdü. Həzrət Əlinin (ə) səhabələrinin çöhrəsi tutuldu. Bu nadan insan 

möhkəm  büdrəmişdi.  Sonra  Əmr  As  ayağa  qalxıb  minbərə  çıxdı  və  dedi:  “Xütbələri  Əbu-Musa  oxudu.  Siz 

eşitdiniz  ki,  o  öz  sahibini  xilafətdən  kənar  elan  etdi.  Mən  də  qəbul  edirəm  ki,  Əlidə  xilafət  ləyaqəti  yoxdur. 

Buna  görə  də  əlimdəki  üzüyü  bu  barmağımdan  çıxardığım  kimi  Əlini  xilafətdən  kənarlaşdırıram.  Amma 

Müaviyəni  xilafət  üçün  ən  layiqli  şəxs  sayıram.  Sağ  əlimdən  çıxardığım  üzüyü  sol  əlimə  taxdığım  kimi 

Müaviyəni xəlifə təyin edirəm.”  

Bəni-Üməyyə  səs-küy  salıb  şadlandı.  Əlinin  (ə)  şiələri  Əbu-Musanın  üstünə  töküldülər  və  onu  ciddi 

məzəmmət etdilər. O da Əmr Ası söydü. Əmr ona belə cavab verdi: “Sən kitab yüklənmiş eşşək kimisən.”1  

 

İmam Əlinin (ə) şəhadəti 



 

Əli (ə)  yolunu azmış müqəddəsnümaları nəsihət etdi. Biz də öz dövrümüzdə belələrini görmüşük. Xəvaric 

bir neçə Quran ayəsi oxuyurdu və alınlarında səcdə nişanəsi vardı. Onlar canlı Quran və din olan Əli ibn Əbi-

Talibə  dedilər:  “Sənin  dinin  yoxdur!  Sən  Quranı  anlamırsan!”  Bir  sözlə,  Xəvariclə  savaş  başladı.  Onların  bir 

hissəsi  öldürüldü,  bir  hissəsi  baş  götürüb  qaçdı.  Nəhayət,  mübarək  ramazan  ayının  19-cu  gecəsi  Xəvaricdən 

olan İbn-Mülcəm həzrət Əlini (ə) ibadət mehrabında şəhadətə çatdırdı.  

 

Müsibət zikri 

 

Məhərrəmin dördüncü gecəsidir. Kərbəla və imam Hüseynin (ə) yoldaşları mövzusu o qədər dərindir ki, on-

on iki gecə müddətində onun həqiqətini çatdırmaq olmur. İmam Hüseynin (ə) hər bir səhabəsi haqqında mütaliə 

etdikdə görürük ki, onların əksəri ən üstün hədisçilər, Quran ustadları, xalis abidlər olmuşdur. Onlar təkcə yaxşı 

döyüşçü deyildi.  

Həzrət Əlinin (ə) səhabələrindən olan iki dost – Müslim ibn Ovsəcə və Vəhəb ibn Məzahir öncədən bilirdilər 

ki, imam Hüseynin (ə) haqq uğrunda savaşında şəhid olacaqlar. Onlar illərcə qabaq bütün dostlarına bu barədə 

xəbər  vermişdilər.  Artıq  Kərbəlada  idilər  və  fədakarlıq  məqamı  çatmışdı.  Onlar  hər  ikisi  yaşlı  idi.  Amma 

əzəmətli  ruhları  vardı.  Meydana  öncə  Müslim  çıxdı.  O  şücaətlə  vuruşdu,  küfr  qoşununun  böyüklərindən 

bəzilərini öldürdü, özü də zərbə alıb yerə yıxıldı.  

Gözlərini açıb imam Hüseyn (ə) və Həbibi başı üstündə gördü. Həbib dedi: “Qardaş! Baxmayaraq ki, mən də 

növbəti  saatda  sənə  qovuşacağam,  əgər  vəsiyyətin  varsa,  mənə  de,  əməl  edim.”  O,  gözünün  yanı  ilə  Həbibə 

baxdı və əli ilə imam Hüseyni (ə) işarə edb dedi: “Vəsiyyətim yalnız budur ki, Hüseynə (ə) yardımçı ol!” 2 

Züheyr,  o  böyük  insan  keçmişdə  Osmanın  tərəfdarı  olmuşdu.  İmam  Hüseyn  (ə)  böyük  mübarizə  yolunda 

Züheyrlə rastlaşıb onu öz dəstəsinə dəvət etmişdi. O, imamın xeyməsindən çıxıb yoldaşlarına dedi: “Xeymələri 

Hüseynin  (ə)  xeymələrinin  arxasında  qurun.”  Züheyr  sonra  zövcəsinə  üz  tutub  dedi:  “Get  və  Hüseynin  (ə) 

ailəsinə  qoşul.  Mən  artıq  Hüseynçi  oldum.”3   Aşura  gecəsi  qoşun  başçılarından  bəziləri  deyirdilər:  “Züheyr! 

Biz səni Əli və Hüseyn şiəsi kimi tanımırıq. Məgər sən Osmanın tərəfdarı deyilsən?” Züheyr dedi: “Bəli, mən 

fəxr edirəm ki, bu ailənin və Hüseynin şiəsi olum və bu yolda canımı verim.”  İmam Hüseyn “azadsınız, gedə 

bilərsiniz”  dediyi  vaxt  Züheyr  dedi:  “Burada  bir  ölüm  var.  Ey  kaş  min  dəfə  sənin  yoluna  öldürülüb,  tikə-tikə 

doğranaydım.”4 O, aşura  günü döyüşdə  ətrafındakılara deyirdi:  “Namaz qıldığınız vaxt sizi  qoruyacağam.” O 

Səid ibn Abdullah Hənəfi ilə birlikdə imamın qarşısında dayandı, imam namaz qıldı. Səid ibn Abdullah Hənəfi 

                                                 

1

 “Əl-imamət vəl-siyasət”, c. 1, s. 118 



2

 “Məqtəli-müqərrəm”, s. 241

 

3

 



“Bihar”, c. 4, s. 371,372

 

4



 

“Məqtəlul-Hüseyn”, s. 214 




 

20 


həmin  böyük  insandır  ki,  İmam  Zaman  (ə)  onun  haqqında  buyurur:  “Sən  ilahi  kəramət  əldə  etdin.  Allahdan 

istəyirəm ki, bizi də sizə qovuşdursun.” Bu iki vəfalı yoldaş sinələri ilə oxların qarşısını alıb, imamı qoruyurdu. 

Bəziləri  yazır: “Namaz başa çatdıqda Səid ibn Abdullahın bədənində 70 ox vardı.” Yazırlar ki, imam Hüseyn 

(ə) ona yetişdikdə hələ yarıcan idi. İmama belə dedi: “Mən öz əhdimə vəfa etdimmi?”1  Belə vəfalı yoldaşlarını 

itirib, onların cəsədlərinin tikə-tikə doğrandığını görən kəs, şübhəsiz ki, onlara xitab edər. İmam son saatda öz 

yoldaşları ilə belə vidalaşdı: “Ey haqpərəstlik cəngəlinin şirləri, ey cihad aləminin canından keçənləri, nə üçün 

mənim çağırışıma cavab vermirsiniz? Oyanın bu yuxudan və Allah rəsulunun hörmətini müdafiə edin.”2  

 

Beşinci məclis 



Haqq və batil cəbhələrinin üslubları arasındakı fərq 

 

Bir nöqtəni nəzərdən qaçırmamalıyıq ki, batil əhli haqpərəstlər kimi əməl etmək istəsə, bir an olsun davam 

gətirə bilməz. Allah-təala Quranda buyurur: “Haqq gəldi, batil məhv oldu. Batil məhv olasıdır.”3  

Batil haqqın qarşısında dayanmaq gücündə deyil. Batilin yalnız bir cilvəsi var.4  

Haqqın  qiyamı  ədalət,  iman,  təqva  və  kəramətə  əsaslanır.  Batilin  isə  bu  qəbildən  heç  bir  məqsədi  yoxdur. 

Haqqın  hərəkəti  kamal  və  fəzilətə  doğrudursa,  batilin  hərəkəti  isə  alçaqlıq,  heyvanlıq  və  şeytənətə  doğrudur. 

Əgər  Müaviyə  öz  proqramlarını  Əlinin  (ə)  üslubunda  tənzimləsəydi,  bir  gün  davam  gətirə  bilməzdi.  Əgər 

bəziləri  həzrət  Əlini  qoyub  Müaviyəyə  yaxınlaşırdısa,  bunun  səbəbi  sırf  ədalət  əsasında  rəftar  etməsi  idi. 

Müaviyə üçün isə ədalət adlı bir süzgəc yox idi. Əgər Əli beytül-maldan bircə dirhəmi israf etmirdisə, Müaviyə 

bütün beytül-malı nəfs istəkləri yolunda xərcləməkdən çəkinmirdi. Həzrət Əlinin (ə) ədalətinə qardaşı Əqil də 

dözmədi və Müaviyənin hiyləsinə sığındı. O, Müaviyəyə tikanlı və kobud sözlər dedi. Müaviyə onun sözlərinə 

gülüb bir kisə pul verdi və “Əqil bizi şad etdin” dedi.5  

Müaviyənin  həyat  tarixçəsini  araşdırdıqda  görürük  ki,  onun  proqramları  nəfs  istəkləri  üzərində  qurulub. 

Amma  məsum  imamlar  ilahi  hökmləri  aydınlaşdırıb  həyata  keçirirdilər.  Onların  yeganə  istəyi  Quran 

qanunlarının icrası idi. Müaviyələr üçün əsas məsələ hakimiyyətdir. Haqpərəstlər isə heç vaxt belə bir məqsəd 

izləməmişlər.  Rəyasət  və  qüdrət  onları  maraqlandırmır.  Müaviyə  və  onun  tərəfdarları  hiylə  və  yalan  üzərində 

qurulmuş taktikaları ilə zahirdə də olsa Əli ibn Əbi-Talibi aciz qoydular. Məgər Əli (ə) Müaviyədən aciz idimi? 

Heç vaxt! Həzrət Əli (ə) Müaviyəni dəvət edib buyurdu: “Əsas məsələ mənəm və sənsən. Xalq isə müsəlmandır 

və  namaz  qılır.  Müşkül  hansımızın  hakimiyyətə  layiqli  olmasının  aydınlaşmasındadır.  Çıx  meydana,  söz  və 

qılıncla vuruşaq və kimin zəif olduğunu görək.” Əmr As Müaviyəyə dedi: “Əli (ə) səninlə ədalətli davranır.” 

Müaviyə  dedi:  “Ey  Əmr!  Sən  çox  xəyanətkarsan  və  məni  ölümə  vermək  istəyirsən.  Mən  Əli  (ə)  ilə  meydana 

çıxsam, bu meydandan salamat qurtara bilərəmmi?! Əli ilə döyüşdən sağ çıxan olubmu?!”6  

 Bəs  nə  üçün  həzrət  Əli  (ə)  belə  bir  vəziyyətə  düşdü?  Həzrət  18  ay  məəttəl  qaldı  və  bir  iş  görə  bilmədi. 

Həmin  müddət  ərzində Məkkə  və  Mədinənin  qəbilə və  qoşun  başçıları  Əlinin  (ə)  şücaətli  də  olsa  hərbi  biliyə 

malik  olmadığını  iddia  etdi.  Həzrət  Əli  (ə)  xütbədə  onlara  belə  cavab  verir:  “Allah  onların  atasını  bağışlasın. 

Onlar nə danışır? Mən cavan olduğum vaxt ən üstün cəngavər idim. İndi isə yaşım 60-ı ötüb! Həmin vaxt həzrət 

Əli (ə) bəşər tarixinə həmişəlik bir elan bəyan etdi: “Xalqın itaət etmədiyi rəhbər rəy qazanıb iş görə bilməz.”7  

 

Məzlum imam! 

 

                                                 



1

 “Məqtəli-müqərrəm”, s. 246 

2

 “Kəlamatul-imamul-Huseyn”, s. 442 



3

 “İsra”, 81 

4

 “Ğurərul-hikəm”, h. 1024 



5

 

“Bihar”, c. 34, s. 292 



6

 “Vəqəti-Siffeyn”, s. 274, 275 

7

 “Nəhcül-bəlağə”, x. 27 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə