Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

23 


İmam Hüseyn (ə) atasının şəhadəti günündən başlayaraq həmin gün üçün mücahidlər hazırlayırdı. O Bədr və 

Ühüd səhabələrindən, atası Əlinin (ə) tərəfdarlarından fədakar fərdlər tərbiyə edə bilmişdi. Bu iki gecədə qeyd 

olunduğu  kimi,  bəşər  tarixi  Kərbəla  hadisəsinədək  bir  bu  qədər  fədakarlıq  göstərən  din  yardımçıları  tanımır. 

Hadisədən sonra da bu yolda addımlayanlar özlərini həmin şəxslərə oxşatdılar, onlardan öyüd götürdülər.  

Həmin  şəxsiyyətlərdən  biri  qılıncını  əlində  oynadaraq,  gülümsəyir,  zarafat  edirdi.  Yoldaşı  ondan  soruşdu: 

“Sənə nə olub? Axı zarafat vaxtı deyil!” O cavab verdi ki, ömrümdə belə xoş gün olmayıb. Bir saat qılınc və 

nizələrlə  oynayacağıq,  ardınca  Allah  və  Onun  peyğəmbəri  (s)  ilə  görüş  nəsibimiz  olacaq.”  Həmin  72  nəfərdə 

belə  bir  kamal  vardı.  Onlardan  neçəsini  tanıyırıq?  Bəlkə  də  onlardan  bəzilərinin  adını  bir  dəfə  olsun 

eşitməmişik. Onlardan birinin adı Yəzid ibn Əbu-Məhasir idi. Onun künyəsi Əbül-Şəsa idi. O, imam Hüseynin 

yanına  gəlib  dedi:  “İcazə  verin,  sizin  qarşınızda  döyüşüm.”  O  Kufənin  ən  yaxşı  oxatanı  idi.  Bu  şəxs  diz  üstə 

oturub, imam Hüseynin (ə) hüzurunda 100 ox atdı. Rəvayətçi nəql edir ki, and olsun Allaha, onun oxlarından 

yalnız beşi hədəfə dəymədi! O ox atdığı vaxt imam Hüseyn (ə) dua edirdi: “Pərvərdigara! Onun oxunu hədəfə 

çatdır.”1  Oxu qurtardıqdan sonra bu mücahid qılınca əl atdı. Rəcəz oxuya-oxuya qızmış şir tək özünü düşmən 

cərgəsinə vurdu. Kafirlər onun qılıncı qarşısında qaçırdılar. O mömincəsinə vuruşdu və şəhid oldu.  

 

Kərbəla şəhidlərinin məqamı 

 

Soruşula bilər ki, imam Hüseynin səhabələri şəhadət məqamı baxımından hansı dərəcədə olublar? İynə ucu 

qədər şübhə etməməliyik ki, Kərbəla şəhidləri ən  uca şəhadət məqamında olublar.  İmam Hüseyn özü şəhidlər 

ağası olan şəhidlər zümrəsinin seyyididir. Bu şəhidlər şəhadət məqamı baxımından şəhidliyin zirvəsindədirlər. 

Hətta aşura sübhünə qədər düşmən qoşununun komandanlarından olan, bir ömür Bəni-Üməyyəyə xidmət etmiş 

Hürr şəhidlik məqamı baxımından o birilərlə eynidir. Amma şücaət baxımından şəhidlərin biri o birindən üstün 

ola bilər. 

 

Müsibət zikri 



 

İlahi hidayət və vilayət Hürrün qəlbini işıqlandırmışdı. O özü ilə danışır, özünü behiştlə cəhənnəm, küfrlə 

iman  arasında  görürdü.  Qəfildən  təhlükəli  bir  qərara  gəldi.  İmam  Hüseyn  gördü  ki,  bir  şəxs  ona  doğru  gəlir. 

Kimliyini  soruşdu.  Səhabələr  dedilər  ki,  Hürdür,  amma  savaş  halında  deyil.  Hürr  başı  aşağı  yaxınlaşıb,  səs 

çatacaq  bir  yaxınlıqda  dayandı.  İmam  “başını  yuxarı  qaldır,  kimsən”  deyə  soruşdu.  Hürr  peşiman  olub, tövbə 

qıldığını bildirdi və tövbəsinin qəbul olub-olmaması barədə soruşdu. İmam buyurdu: “Allah sənin tövbəni qəbul 

etdi. Gəl, atdan düş.” Hürr dedi: “İcazə ver süvari qalım. Olsun ki, süvari qalmağım sizin üçün daha yaxşı ola.” 

Zənnimcə, Hürr əhli-beytdən xəcalət çəkdiyi üçün hərəmə yaxınlaşmaq istəmirdi. O Zəhra övladlarını qorxuya 

salmış  birinci  şəxs  idi.  Hürr  meydana  getdi.  O,  qarşı  tərəfə  moizə-nəsihətdən  sonra  rəcəz  oxudu  və  savaşa 

başladı.  Bir  dəstəni  öldürdü  və  nəhayət  onu  mühasirəyə  aldılar.  Yerə  yıxıldığı  vaxt  imam  Hüseynə  (ə)  salam 

verdi. İmam Hüseyn (ə) sürətlə ona yaxınlaşdı və buyurdu: “Anan sənə yaxşı ad qoyub, sən həqiqətən, dünya və 

axirətdə Hürr-azadsan.”2  

Mərhum  Mühəddis  Qummi  “Nəfsul-məhmum”  kitabında  nəql  edir  ki,  şah  İsmayıl  Xətai  Kərbəlaya  çatdığı 

vaxt ona dedilər: “Bilinmir ki, Hürrün tövbəsi qəbul olunub, yoxsa yox!” Şah İsmayıl göstəriş verdi ki, Hürrün 

qəbrini açsınlar və vəziyyətin nə  yerdə olduğunu görsünlər. Qəbri açdılar və Hürrün şəhadət vaxtı basdırıldığı 

halda  qaldığını  gördülər.  Onun  alnında  dəsmal  vardı.  O  sanki  torpağın  qoynunda  yatmışdı.  Şah  İsmayıl  dedi: 

“Bu  dəsmal  nədir?”  Alimlərdən  biri  dedi:  “Bu  dəsmalı  qan  gözünə  tökülməsin  deyə  imam  Hüseyn  (ə)  onun 

yarasına bağlayıb. Şah dedi: “Bu dəsmal bizim üçün qələbə rəmzi ola bilər, onu açın.” Dəsmalı açdıqları vaxt 

yaradan qan gəlməyə başladı. Dəsmalı bağladılar, qan dayandı. Başqa bir dəsmal gətirdilər ki, imam Hüseynin 

(ə) dəsmalını götürə bilsinlər. Amma gətirilən dəsmal qanı saxlamadı. Şah İsmayıl dedi: “Bəli, imamın dəsmalı 

                                                 

1

 “Məqtəlil-Hüsəyni-müqərrəm”, s. 243 



2

 Həmin mənbə 




 

24 


onun  alnında  qalmalıdır.  (Rəvayətə  görə  şəhidlərin  cəsədi  çürümür.  Şah  İsmayıl  Hürrün  cənazəsinin  hansı 

vəziyyətdə qaldığını bilmək və onun yüksək məqama nail olduğunu sübut etmək üçün qəbri açdırmışdı).  

İmam Hüseynin (ə)  yoldaşlarından hansı şəhid olurdusa, imam onun  yanına  gəlirdi. Qardaşı Əbül-Fəzl də 

yerə yıxılanda imam onun yanında idi. Yalnız bir şəhidin başı üstündə dayanan olmadı. O da imam Hüseyn (ə) 

özü idi. Bəzi rəvayətlərdə nəql olunur ki, babası Peyğəmbər (s) onun başı üzərində dayanmışdı. Çox keçmədi 

ki,  imamın  məzlum  bacısı  Ömər  Sədin  dayanıb  tamaşa  etdiyini  gördü.  Ona  xitabən  dedi:  “Ey  Səd  oğlu, 

qardaşımın necə öldürülməsinəmi baxırsan?” İbn Səd üzünü çevirdi. Zeynəb kimsənin yardım etmədiyini görüb 

əllərini başına qaldıraraq fəryad çəkdi: “Ey insanlar, sizin aranızda bir müsəlman yoxdurmu?!”1  

 

Altıncı məclis 

 

Batil  cəbhəsinin  (Bəni-Üməyyə  və  əhdi  pozanlar)  haqq  sahiblərinə  qarşı  qurğuları  nəhayət  onlar  üçün  yol 



açdı  və  istəklərinə  çatdılar.  Müsəlmanlara  hakimiyyət,  onların  mal  və  canının  ixtiyarı  batil  cəbhəsinin  əlinə 

düşdü. Birinci plan bu idi ki, hakim olsunlar. Bu plan həyata keçdi. İkinci plan bu idi ki, Bəni-Haşimin ərsəyə 

gətirdiyini məhv etsinlər. Bəni-Üməyyə öz hakimiyyətini davam etdirmək üçün Quran, peyğəmbər sünnəsi və 

əhli-beyt göstərişləri əsasında etiqad və rəhbərliyi aradan götürməli idi.  

Əlbəttə ki, onlar tədricən hərəkət etməli idi. Çünki, onların dinlə düşmənçiliyinə qarşı çıxan etiqadlı insanlar 

vardı. Baxmayaraq ki, xalqın əksəri dünyaya qul idi və Müaviyə də bu nöqtəyə diqqət yetirirdi. İmam Sadiqin 

(ə) hüzurunda ağıldan söhbət düşərkən həzrət buyurdu: “Ağıl odur ki, onun vasitəsi ilə Allaha bəndəlik edilsin, 

Allahın  mərhəmət  dolu  məqamı  əldə  olunsun.”  Rəvayətçi  soruşur  ki,  bəs  Müaviyədə  olan  nə  idi?”  Həzrət 

buyurur: “O şeytənət və hiyləgərlik idi. Adi camaat bu sayaq zirəkliyi ağıl sayır!”2  

Müaviyə  bəşər  tarixində  şeytənət  baxımından  misilsiz  olmuşdur.  Belə  ki,  o  zahirən  Əlini  (ə)  meydandan 

uzaqlaşdıra  bilmişdir.  O,  İslamın  bünövrəsini  sarsıtmaq  üçün  planlar  hazırlamışdır.  Bu  proqram  uzun  bir 

müddətə  gerçəkləşməli  idi.  Müaviyə  dinin  əsasını  sarsıda  bilməsə  də,  xalqın  etiqadını  süstləşdirdi.  Zahirdə 

Quran qiraəti, məscid, minbər və moizə qalsa da, xalqa təlqin olunmuşdu ki, bu məsələlərə ciddi yanaşmasınlar. 

Şərabxorluq  və  qumarbazlıq  üçün  maneə  yox  idi,  zinaya  yol  vermək  qorxulu  sayılmırdı.  Müaviyə  ilahi 

hökmlərə  etinasızlığın  təlqininə  öz  ətrafından  başladı.  Yəni  öncə  saray  adamları,  hakimlər  və  məclis  rəisləri 

şərab və zinaya aludə oldu. Onların bu münasibəti uyğun məsələlərə başqalarının da baxışını dəyişdi.  

 

İdeoloji (mədəniyyət) hücumlar 

 

Artıq bir neçə ildir ki, bu mövzuda söhbət gedir. Amma ideoloji (mədəniyyət) hücum yeni bir mövzu deyil, 

Müaviyənin  dövründən  həyata  keçirilir.  Dinin  bünövrəsini  sarsıtmaq  məqsədi  ilə  Müaviyənin  ətrafı,  saray 

mollaları,  Bəni-Üməyyənin  muzdur  natiqləri  fəaliyyət  göstərirdi.  Onlar  xalqı  Qurana  bağlılıqdan 

uzaqlaşdırmaq,  onları  vəsiqə  müsəlmanı  etmək  istəyində  idilər.  Təbii  ki,  bu  ruhiyyə  xalqın  dini  prinsiplərə 

biganəliyi  ilə  nəticələnir.  (İngilislər  quldur  Rza  xanı  İrana  hakim  etmək  üçün  onu  din  yolu  ilə  meydana 

çıxardılar.  O,  başına  torpaq  tökür,  boynuna  qara  şal  bağlayır,  ayaqyalın  vəziyyətdə  əzadarların  qabağına 

düşürdü.  Amma  zaman  ötdükcə  proqramlar  dəyişdi.  Elə  ki,  Rza  xan  taxta  oturdu,  Qacarı  güc  meydanından, 

alimləri  məclisdən  uzaqlaşdırdı.  Ayətullah  Müdərris  sürgün  olundu.  Din  adı  ilə  meydana  atılan  bu  şəxs  çox 

keçməmiş arvadı və qızını hicabsız vəziyyətdə milli şura məclisinə  gətirdi və dedi: “Biz bu ləkəni, qadınların 

qarğa görkəmini azadlıq və hürriyyətə çevirmək istəyirik. Bu səbəbdən də öncə öz arvadımı və qızımı hicabsız 

gətirmişəm. Siz də sabahdan bu işi görməlisiniz!” Bəli, bu sayaq hücumlara tarix şahiddir.) Müaviyə və onun 

ətrafının planı İslamı aradan götürmək idi.  

 

                                                 



1

 “Məqtəlil-Hüsəyni-müqərrəm”, s. 284 

2

 “Kafi”, c. 1, s. 11 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə