Rentgen şüalanmanın hansı xüsusiyyəti onun bioloji təsirini müəyyən edir?


Zollinger - Ellison sindromu nədir ?



Yüklə 354,73 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix03.05.2018
ölçüsü354,73 Kb.
#41163
1   ...   6   7   8   9   10   11   12   13   14

198

Zollinger - Ellison sindromu nədir ?

A) Əsasən mədəaltı vəzin adacıq aparatının adenoması - 

ulserogen qastrinoması olub, 85% halda mədəaltı vəzin 

başında və quyruğunda yerləşir. 15% halda mədədə, 

qalxanvari və hipofiz vəzilərində yerləşə bilirlər. Mədə şirəsini 

artırmaqla və pankreatik lipazanı inaktivləşdirməklə 12-

barmaq bağırsaq və mədədə peptiki yaralar əmələ gətirir və 

davamlı diareyalar olur

B) 12-barmaq bağırsaq xoraları və pankreatit

C) Mədə xorası və pankreatit

D) Pankreatit və xolesistit

E) Cavabların heç biri düzgün deyil.

199

Hipofiz adenomasının ən dəqiq rentgenoloji əlaməti 

hansıdır?

A) Əsas cibin pnevmatizasiyasının azalması

B) Türk yəhəri diafraqmasının kirəcləşməsi

C) Əsas cibinb pnevmatizasiyasının artması

D) Türk yəhəri hissələrinin osteoporozu

E) Türk yəhəri ölçülərinin böyüməsi

200

Dişin aktiv müalicəsi zamanı rentgenoloji üsulun tez-tez 

istifadə edilməsinə səbəb nəfir?

A) Radikulyar sist tapılması

B) Dişin çıxığı

C) Çənə sümüyündə destruktiv dəyişiklik axtarılması

D) Çənə osteomielitinin istisna edilməsi

E) Kanalın keçiriciliyinin müəyyənləşdirilməsi

201

Hansı hallarda KT müayinəsi məsləhət deyil ?

A) Uşaqlar və hamilə qadınlar

B) İnsult keçirmiş xəstələr

C) Yaşı 60-dan yuxarı xəstələr

D) Baş beyin şişi olan xəstələr

E) Kəllə-beyin travması almış xəstələr

202

Qalxanvari vəzi xərçəngində, bir qayda olaraq, hansı 

radiofarm preparatı istifadə olunur?

A) SE 75 (selenmetionin)

B) İ 131 (yod)

C) Tİ 201 (tallium)

D) Tc 99m (teknesium)

E) P32 (fosfor)

203

"Pankost xərçəngi" termini  hansı şişlərə aid olunur?

A) Ağciyərin kortiko-plevral xərçəngi

B) Ağciyər xoşxassəli şişi

C) Divaraaralığı orqanların şişi

D) Plevranın bədxassəli şişi

E) Mərkəzi ağciyər xərçəngi

204

Ölmüş exinokokkun rentgenoqrammada xarakterik 

əlaməti hansıdır?

A) Kapsulanın kirəcləşməsi

B) Ölçülərin kiçilməsi

C) Ölçülərin böyüməsi

D) Formanın və ölçülərin kiçilməsi

E) Formasının dəyişməsi




205

Qida borusunun distal hissəsinin şaquli vəziyyətdə 

öyrənilməsinin optimal rentgenoloji proyeksiyası hansıdır?

A) İkinci çəp proyeksiya

B) Birinci çəp proyeksiya

C) Hamısı doğrudur

D) Düz proyeksiya

E) Yan proyeksiya

206

Çənbər bağırsağın rentgenoloji müayinəsinin əsas 

metodikası nədir?

A) Sulu imalə

B) Şarijye metodikası

C) İrriqoskopiya

D) Peroral dolması

E) Yüksək voltlu rentgenoqrafiya

207

İlleosekal qapağın funksiyaları hansıdır?

A) Yoğun bağırsağın florasının nazik bağırsağa düşməsi

B) Qidanın daha yaxşı qarışdırılması üçün

C) Həzm olunmadan qidanın nazik bağırsaqdan kor bağırsağa 

düşməsi

D) Həzm olunmadan maddənin nazik bağırsaqdan kor 



bağırsağa düşməməsi və yoğun bağırsağın florasının nazik 

bağırsağa keçməməsi

E) Heç biri düzgün deyil

208


Kontrast maddənin traxeyaya aspirasiyası və udlağın 

funksiyasının pozulması hansı xəstələrdə müşahidə 

olunur?

A) Qida borusunun divertikulu

B) Udlağın iflicində

C) Qida borusunun yanığı

D) Qida borusunun diafraqma dəliyinin yırtığı

E) Ezofagit

209

Qida borusunun kimyəvi yanıqlarından sonra daralmış 

çapıqlar adətən harada yerləşir ?

A) Distal 1/3

B) Yuxarı 1/3

C) Orta 1/3

D) Fizioloji daralma yerlərində

E) Abdominal

210

Mədənin endofit (infiltrativ) xərçənginin əsas əlamətləri 

hansılardır ?

A) Mədə qaz qovuqcuğunun ölçülərinin kiçilməsi, 

peristaltikanın olmaması, mədə evakuasiyasının pozulması

B) Mədənin ektaziyası

C) Mərkəzi dolma defekti, relyefdə defekt, mədənin qaz 

qovuqcuğu fonunda əlavə kölgə

D) Kənari dolma defekti, atipik relyef, peristaltikanın 

pozulması

E) Mədənin kiçik əyriliyin qısalması, divarların rigid olması, 

büküşlərin silinməsi, mikroqastriya 




211

Diafraqmanın tam relaksasiyası adətən harada müşahidə 

olunur?

A) Solda 

B) Mərkəzi hissədə

C) Heç olmur

D) İkitərəfli ola bilər

E) Sağ tərəfdə

212

Mexaniki bağırsaq keçməməzliyinin bütün növləri üçün 

ümumi rentgenoloji əlamətlər hansıdır?

A) Qarın nahiyəsində sərbəst maye simptomları

B) Meteorizm əlamətləri

C) Mədə-bağırsaq traktının topoqrafiyasının pozulması 

simptomları

D) Qarın nahiyəsində sərbəst qaz əlamətləri

E) Bağırsaqda mayenin üfüqi səviyyələri və qübbələr (arkalar)

213


Hansı proyeksiyalı rentgenoqramda sağ mədəciyin 

konturları kənara çıxmır?

A) Düz


B) Sol yan

C) Sağ yan

D) Sağ çəp

E) Sol çəp

214

"Ağciyər ürəyi" hansı xəstəlyin kəskinləşməsidir?

A) Hipertoniya xəstəliyi

B) Xroniki pnevmoniya

C) Ürək qüsurları

D) Hipertireoz

E) Miokardit

215

Osteoblastik metastazlar hansı üzvün xərçəngi üçün 

xarakterikdir?

A) Prostat vəzi

B) Ağciyər

C) Qalxanvari vəzin

D) Böyrək

E) Mədə


216

Pnevmotoraks nədir və hansı növləri vardır?

A) Pnevmotoraks plevra boşluğuna sərbəst havanın dolmasıdır 

və travmatik, cərrahi, süni (müalicəvi və diaqnostik), spontan,

açıq və qapalı olur

B) Pnevmotoraks döş boşluğuna sərbəst havanın dolmasıdır və 

spontan olur

C) Pnevmotoraks qarın boşluğuna sərbəst mayenin 

toplanmasıdır

E) Pnevmotoraks plevra boşluğuna sərbəst hava və mayenin 

dolmasıdır, açıq və qapalı olur




Yüklə 354,73 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə