Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə19/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   15   16   17   18   19   20   21   22   ...   146

56 

 

Milli Qəhrəmanlar Zirvəsi 



7  Fevral  –  Azərbaycanın  Milli  Qəhrəmanı  İbrahimov  Mübariz  Ağakərim 

oğlunun 30 illliyi, (1988-2010) 

 

        Mübariz  İbrahimov  1988-ci  il  fevralın  7-də Biləsuvar 

rayonunun Əliabad kəndində anadan olub.  1994-cü il şəhid 

M.  Piriyev  adına  Əliabad  kənd  orta  məktəbinə  daxil 

olmuşdur. 2005-ci  ildə  orta  təhsilini  başa  vurub,  hərbi 

xidmətə  çağrılmışdır.  Hərbi    xidmətini    Daxili  Qoşunların 

"N" 

saylı 


hərbi 

hissəsinin  

Xüsusi 

Təyinatlı 



Bölüyündə keçirib. Hərbi  xidmətini 2007-ci  ildə  çavuş 

rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-

də mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında 

yenidən  gizir  rütbəsində  hərbi  xidmətdə  çalışmağa 

başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində 

xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir 

Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni 

keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci 

həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat 

onlarla  təkbətək  döyüşür.  Azərbaycan  döyüşçüsü  səhər  saatlarında  qeyri-bərabər 

döyüşdə  qəhrəmancasına  şəhid  olur.  Həmin  ildə  Azərbaycan  Prezidenti   İlham 

Əliyev İbrahimov  Mübarizə  "Azərbaycanın  Milli  Qəhrəmanı"  adının  (ölümündən 

sonra)  verilməsi  barədə  sərəncam  imzalamışdır.   Biləsuvar  şəhərində  lisey-məktəb 

kompleksi və küçə onun adını daşıyır. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye 

Universitetində heykəli ucaldılmışdır.  

Filmoqrafiya:  2010-cu  ildə  rejissor  Etibar  Məmmədov  Mübariz  İbrahimova  həsr 

edilən "Müqəddəs zirvə" adlı film çəkmişdir.  



Kitablar:  Fəxrəddin  Mustafayev  "Mübarizlər  yolu",  Maarif  Köçkün "Mübariz 

cəsarəti", Zaur Ustac "Oriyentir Ulduzu",  Elxan Elatlı "Qisas gecəsi" romanı, Balayar 

Sadiq  "Hünər  simfoniyası"  romanı,  Asif  Rüstəmli  "Turan  Mübarizi",    Baxşeyiş 

Abbasoğlu “Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi” romanı, Mustafa Çəmənli 

"Mübariz" romanı, Çingiz Qacar “Turan bahaduru” və s.

 

 



İnternetdə: 

www.books.google.com 

 

 

 


57 

 

24 Fevral – Azərbaycanın  Milli  Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlunun 



55 illiyi, (1963-1992) 

      Mayor  Əfqan  Qaraxan  oğlu  Hüseynov 24  fevral 1963-cü 

ildə Bakı  şəhərində  keçmiş  "Tələbələr"  indiki  "Çobanzadə" 

küçəsi  46  saylı  evdə  fəhlə  ailəsində  anadan  olmuşdur. 1970-ci 

ildə 109  saylı  orta  məktəbə  getmiş, 1980-cı  ildə C.Naxçıvanski 

adına  hərbi  təmayüllü  orta  internat  məktəbində  təhsilini  başa 

vurmuş,  sonra   Bakı Ümumqoşun  Komandirləri  Məktəbinə 

qəbul 


olmuş  və  tağım  komandirinin  müavini  təyin 

edilmişdir. 1984-cü  il  tarixdə SSRİ Müdafiə  Nazirinin  əmrinə 

əsasən  leytenant  hərbi  rütbəsi  verilmişdir.  11  oktyabr 1985-ci 

ildən 25  iyun 1987-ci  ilə  kimi Əfqanıstan Demokratik  Respubllikasında  gedən 

döyüşlərdə  fəal  iştirak  etmiş  və  ağır  yaralanmışdır.  Onun  döyüş  xidməti  yüksək 

qiymətləndirilmiş,  "Qırmızı  ulduz" ordeni ilə  təltif  edilmişdir. 1986-cı  ildə  ona  baş 

leytenant rütbəsi verilmişdir. Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə 

qaldırmışdır.  Lakin  özü 1  noyabr 1992-ci  ildə  alayın  düşmən  üzərinə  yeni  hücumu 

zamanı başına dəyən düşmən gülləsindən əbədi olaraq gözlərini yummuşdur. Mayor 

Hüseynov Əfqan Qaraxan oğlunun bu igidliyi Milli Qvardiyanın zabit və əsgərlərini 

heç  də  məyus  etməmiş  sonrakı  döyüşlərdə  onun  intiqamını  almaq  arzusu  ilə  ağır 

döyüşlərə  girmiş,  belə  döyüşlərdə  itkilər  versələr  də,  döyüşdən  şərəflə  çıxmışdılar. 

Xüsusi  Dövlət  Mühafizə  Xidməti  rəisinin 9  mart 1995-ci  il  tarixli  63  saylı  əmri  ilə 

Azərbaycanın  Milli  Qəhrəmanı  mayor  Hüseynov  Əfqan  Qaraxan  oğlu  əbədi  olaraq 

Milli  Qvardiyanın  şəxsi  heyətinin  siyahısına  salınmışdır.  Bakı  şəhərinin Şəhidlər 

xiyabanında dəfn edilmişdir. C.Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə 

Xidməti  Milli  Qvardiyada  onun  büstləri  qoyulmuşdur.

 

Bakı  şəhərinin Şəhidlər 



xiyabanında dəfn edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin 15  yanvar 1995-ci  il  tarixli  262  saylı 

fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 


58 

 

26 Fevral – Azərbaycanın Milli Qəhrəmanı Rzayev Canpolad Yaqub oğlunun 50 



illiyi, (1968-1992) 

Canpolad  5  sentyabr  1969-cu  ildə  Ağdam  rayonunun 

Çuxurmərhələ kəndində anadan olmuş, 1985-ci ildə Əhmədavar 

kənd  orta  məktəbini  bitirmişdir.  Daha  sonra  Sovet  Ordusu 

sıralarında hərbi xidmətdə olmuşdur. Erməni qəsbkarları növbəti 

dəfə  torpaq  iddiası  ilə  təcavüzə  başlayarkən,  Vətənin  ağır 

günündə  ilk  özünmüdafiə  dəstəsi  yaradanlardan  biri,  sonralar 

“Qatır Məmməd” ləqəbi ilə məşhurlaşmış Yaqub Ələsgər oğlu 

Rzayev oldu. 1988-ci  ildə  hərbi  xidmətə  çağırılan  Canpolad  

raket  qoşunlarında  xidmət  edirdi  və  leytenant  rütbəsi 

almışdı.   Qarabağ  müharibəsi   başlayanda  o,  könüllü  olaraq   Vətənə  döndü. 

Xramort,   Xanabad,   Əsgəran,   Qarakənd   uğrunda  gedən  döyüşlərdə  rəşadətlə 

vuruşmuşdu. 26 fevral  1992-ci il  Xocalıdan  gələn xəbər ona yaman təsir etmişdi... 

erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə 

dinc  sakinləri  vəhşicəsinə  öldürür,  uşaqların,  körpələrin  başlarını  kəsir,  evləri 

yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. 

Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc 

sakinin  mühasirədən  çıxmasına  şərait  yaratdı.  Hər  tərəfdən  atəşə  məruz  qalan 

Canpolad  döyüş  meydanında  qəhrəmancasına  həlak  oldu.  Ağdam  şəhərinin şəhidlər 

xiyabanında dəfn olunub. 



Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı 

ilə  Rzayev  Canpolad  Yaqub  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 

Qəhrəmanı" adı verilmişdir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə