Respublika Uşaq Kitabxanası


 Fevral – Fransız yazıçısı Jül Vernin 190 illiyi, (1828-1905)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə17/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   13   14   15   16   17   18   19   20   ...   146

51 

 

8 Fevral – Fransız yazıçısı Jül Vernin 190 illiyi, (1828-1905) 

Ona  dünya  şöhrəti  gətirmiş  əsərlərindən  “Yerin 

mərkəzinə səyahət” (1864), “Kapitan Qrantın uşaqları” (1867), 

“20  000  lye  su  altında”  (1870),  “80  gün  dünya  ətrafında” 

(1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ 

ixtira  olunmadığı  bir  dövrdə  əsərlərində  bir  qayda 

olaraq kosmosa uçuş,  Yerin  dərinliklərinə  səyahət  və  bu 

səpgili  macəraları  qələmə  almışdır.  Elə  buna  görə  də  Ayın 

yerdən  görünməyən  hissəsindəki kraterlərdən birinə onun adı 

verilib.  Bu  krater Arzular  dənizinin yanında  yerləşir.  O, 

YUNESKO-nun   Index  Translationum   adlı,  bütün  dövrlərin 

ən  çox  tərcümə  edilmiş  müəllifləri  siyahısında  ikinci  yerdə 

qərarlaşıb. Bir çox  əsərlərinin  motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo 

Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının “atası” sayılır. 8 fevral 1828-

ci il də Fransanın Nant şəhərində doğulub. Jul Vern qısa hekayələr və şeirlər yazmağa 

başladığı internat məktəb dövrünün ardından 1846-cı ildə atasının işini davam etdirə 

bilmək  üçün  hüquq  təhsili  almaq  üzrə Parisə getdi. Yazıçılığa yoldaşı  musiqiçi Jean 

Louis Aristide Hignard ilə birlikdə teatr oyunları yazaraq başladı. İlk teatr əsəri 12 İyun 

1850-ci ildə səhnəyə qoyuldu. 1852-1855-ci illərdə Paris teatrlarından birində katiblik 

etdi;  komediyalar,  operettalar  yazdı;  qısa  hekayələr  qələmə  alıb  jurnallarda 

yayınlamağa başladı. Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – “Keşiş 1839-

cu  ildə”,  “Robinzon  dayı”  və  əfsanəvi  “Paris  XX  əsrdə”  ölümündən  sonra  nəşr 

edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və 

sənədli işin müəllifidir. Səfərlərinin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin 

süjet xəttini təşkil  etmişdir  –  “Üzən  şəhər”  (1870),  “Qara  Hindistan”  (1877), “Yaşıl 

şüa”  (1882)  və  s.  Onun  “Klodius  Bombarnak”  əsərində Azərbaycan, Bakı və Xəzər 

dənizi təsvir olunmuşdur.  



Kitabları:  “Yerin  mərkəzinə  səyahət”  (1864),  “Yerdən  Aya”  (1865),  “Kapitan 

Haterasın  səyahət  və  macəraları”  (1865),  “Kapitan  Qrantın  uşaqları”  (1867),  “Ay 

ətrafında” (1869), “80 gün dünya ətrafında”(1872), “Sirli ada” (1874), “On beş yaşlı 

kapitan” (1878) və s.                   



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 


52 

 

İncəsənət 



5 Fevral – Xalq artisti, bəstəkar Qara Qarayevin 100 illiyi (1918-1982) 

        


        Qarayev   Qara  Əbülfəz  oğlu  1918-ci  il   fevralın 

5-də Bakı şəhərində  məşhur    həkim  –  pediatr   Əbülfəz 

Qarayevin v

ə  Sona  xanım  İskəndər  qızının

  ailəsində 

anadan  olmuşdur.   1926-cı  ildə   Azərbaycan  Dövlət 

Konservatoriyası yanında 

musiqi 


məktəbinə 

qəbul 


edilmiş,   1935-ci  ildən  isə  Azərbaycan  Dövlət 

Konservatoriyasında  bəstəkarlıq  və  Azərbaycan  xalq 

musiqisinin  əsasları siniflərinin tələbəsi olmuşdur.  

        1937-ci  ildən   Azərbaycan  Bəstəkarlar  İttifaqına üzv 

qəbul  edilmişdir. 1941-ci  ildə  Müslüm  Maqomayev adına 

Azərbaycan  Dövlət  Filarmoniyasının  bədii  rəhbəri 

vəzifəsini  tutmuşdur.  1946-cı  ildən  Azərbaycan  Dövlət 

Konservatoriyasında  bəstəkarlıq  sinfində  müəllim  kimi  işə  başlamış,  elə  həmin 

il Cövdət Hacıyevlə birlikdə yazılmış "Vətən" operasına görə SSRİ Dövlət mükafatı 

laureatı olmuşdur. 1948-ci ildə "Leyli və Məcnun" simfonik poemasına görə Dövlət 

mükafatı laureatı olmuş və Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət 

İnstitutunun  musiqi  bölməsinə  rəhbərlik  etməyə  başlamışdır. 1949-1953-cü  illərdə 

Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur.  1952-ci ildə Azərbaycan 

Bəstəkarlar  İttifaqı  idarə  heyətinin  sədri  seçilmişdir.  1953-cü  ildə  Leninqrad  Dövlət 

Kiçik  ("Malıy")  opera  teatrında  "Yeddi  gözəl"  baletinin  ilk  tamaşası  qoyulmuşdur. 

1955-ci  ildə  Azərbaycan              SSRİ-nin  əməkdar  incəsənət  xadimi, 1958-ci  ildə 

Azərbaycan  SSR  xalq  artisti  adlarını  almışdır.1959-cu  ildə  SSRİ  xalq  artisti, 

Azərbaycan  Dövlət  Konservatoriyasının  bəstəkarlıq  kafedrasının  professoru, 

Azərbaycan  Elmlər  Akademiyasının  akademiki  seçilmişdir.  1982-ci  il mayın  13-

də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur. 



Operalar: "Vətən" (1945) – Cövdət Hacıyevlə birgə, "Zəriflik" (1972);  

Baletlər: "Yeddi gözəl" (1952), "İldırımlı yollarla" (1958), "Leyli və Məcnun" (1969); 

Orkestr  üçün  əsərləri:  "Azərbaycan  süitası"  (1939),  "Leyli  və  Məcnun" simfonik 

poeması  (1947),  "Yeddi  Gözəl"  simfonik  süita  (1949),  "Don  Kixot"  simfonik 

qravürləri  (1960),  Üç  simfoniya  (1943,  1946,  1965),  "Vyetnam  süitası"; 

Filmoqrafiya:  Xəzər  dənizçiləri  (film,  1944),  Bakının  işıqları  (film,  1950),  Xəzər 

neftçiləri haqqında dastan (film, 1953) Doğma xalqıma (film, 1954), Bir məhəllədən 

iki nəfər (film, 1957),

 

Leyli və Məcnun (film, 1961), İnsan məskən salır (film, 1967) 



və s.                                                       

İnternetdə:

 www.az.wikipedia.orq

 

 




Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə