Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə20/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   16   17   18   19   20   21   22   23   ...   146

59 

 

Mart



 

Əlamətdar tarixi günlər və bayramlar 

2 Mart – Azərbaycan Respublikasının BMT-nin Üzvlüyünə Qəbul Olunduğu Gün, 

(1992) 

2 Mart – Ümumdünya Ucadan Oxu Günü  

3 Mart – Ümumdünya Yazıçı Günü, (1921) 

3 Mart – Ümumdünya Vəhşi Təbiət Günü, (1973) 

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü, (2005) 

8 Mart – Beynəlxalq Qadınlar Günü, (1910) 

9 Mart – Barbi Gəlinciyinin Yaranma Günü 

10 Mart – Milli Teatr Günü, (1873)  

12 Mart – Daxili Qoşunlar Günü, (1995)  

14 Mart – Ümumdünya Yuxu Günü, (2008) 

20-25 Mart – Novruz bayramı 

20 Mart – Beynəlxalq Xoşbəxtlik Günü, (2012) 

21 Mart – Beynəlxalq Meşə Günü, (2013) 

21 Mart – Beynəlxalq Poeziya Günü, (1999) 

21 Mart – İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə  Günü, 

(1966) 


21 Mart – Beynəlxalq Kuklaçı Günü, (2000) 

22 Mart – Ümumdünya Su Ehtiyatları Günü, (1992) 

23 Mart – Ümumdünya Meteorologiya Günü, (1950) 

25 Mart – “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının təsis edildiyi gün, (1992) 

27 Mart – Beynəlxalq Teatr Günü, (1962)  

31 Mart – Yer Saatı Günü 



Bu tarixi unutmayaq 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, (1918) 



Azərbaycanın tanınmış şəxsiyyətləri 

Biblioqraf  Zöhrab Əliyevin anadan olmasının 85 illiyi, (22.03.1933) 



Yubilyar yazıçı və şairlər 

Şair, dramaturq Miryusif Mirnəsir oğlunun 80 illiyi, (05.03.1938) 

Yazıçı, publisist Əliağa Yasinzadənin 85 illiyi, (09.03.1933-2005) 

Xalq şairi Cabir Novruzun 85 illiyi, (12.03.1933-12.12.2002) 

Şair Adil Qasımovun 80 illiyi, (12.03.1938) 

Xalq yazıçısı Anarın (Rzayev) 80 illiyi, (14.03.1938) 




60 

 

Xalq yazıçısı Mövlud Süleymanlının 75 illiyi, (18.03.1943) 



Şair Mahir Rəfizadənin 80 illiyi, (18.03.1938) 

Şair, publisist Kələntər Kələntərlinin 85 illiyi, (20.03.1933-22.11.2012) 

Şair, publisist Ağacavad Əlizadənin 90 illiyi, (21.03.1928-25.04.1995) 

Yazıçı, ədəbiyyatşünas Mirzə Müştağın 105 illiyi, (22.03.1913-2001) 

Yazıçı Sabir Azərinin 80 illiyi, (22.03.1938-28.01.2010) 

Yazıçı Qəhrəman Qəhrəmanzadənin 105 illiyi, (22.03.1913-1990)  

Dramaturq, yazıçı Məhərrəm Əlizadənin 105 illiyi, (22.03.1913-1983) 

Şair Rüfət Əhmədzadənin 85 illiyi, (25.03.1933-15.12.1988) 

Yazıçı, ədəbiyyatşünas Vaqif Sultanlının 60 illiyi, (26.03.1958) 

Şairə Fəridə Hacıyevanın 65 illiyi, (30.03.1953) 



Folklor 

Aşıq Şəmşirin 125 illiyi, (15.03.1893-10.02.1980) 



Xarici ədəbiyyat 

Rus şairi Sergey Mixalkovun 105 illiyi, (13.03.1913-27.08.2009) 

Rus yazıçısı Maksim Qorkinin 150 illiyi (28.03.1868-18.06.1936) 

Rus yazıçısı Aleksandr Ostrovskinin 195 illiyi, (31.03.1823-14.06.1886) 



İncəsənət 

Xalq artisti, aktyor İsmayıl Talıbzadənin 120 illiyi, (21.03.1898-23.07.1967) 

Xalq artisti, aktyor Əliağa Ağayevin 105 illiyi, (21.03.1913-13.11.1983) 

Xalq artisti, müğənni Rübabə Muradovanın 85 illiyi, (22.03.1933-28.08.1983) 



Milli Qəhrəmanlıq Zirvəsi 

Azərbaycanın   Milli   Qəhrəmanı  Əhədov  Elşad   Saday   oğlunun   50   illiyi, 

(04.03.1968-11.12.1993) 

Azərbaycanın  Milli  Qəhrəmanı  Mürsəlov  Vüqar  Mirəzbər  oğlunun  55  illiyi, 

(10.03.1963-09.06.1992) 

 

 

 

 

 

 

 

 

 



61 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

2 Mart – Azərbaycan Respublikasının BMT Üzvlüyünə Qəbul Olunduğu Gün

(1992) 

      “Azərbaycan  Respublikası  dünya  birliyi  ilə 

tam 

hüquqlu 

inteqrasiyaya 

istiqamət 

götürmüşdür  və  bunun  üçün  bütün  imkanlara 

malikdir”.

 

 

                        Ümummilli lider Heydər Əliyev 

 

                                                                                                    

                                                                              

   


Mühüm  geosiyasi  məkanda  yerləşən  Azərbaycan  Respublikasının  1991-ci  il 

oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi  milli dövlətçilik prinsiplərinə 

uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib 

məsələ  kimi  ön  plana  çəkdi.  Qısa  müddət  ərzində  dünyanın  bir  sıra  dövlətləri 

tərəfindən  rəsmi  surətdə  tanınmış  Azərbaycan  Respublikası  1992-ci  il  martın  2-də 

BMT-nin  üzvlüyünə  qəbul  edildi.  Bu  dövrdə  yeni  formalaşmağa  başlayan 

Azərbaycanın  müstəqil  xarici  siyasəti,  ilk  növbədə,  ölkənin  ərazi  bütövlüyünün  və 

suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə 

faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və 

qlobal  proseslərdə  ölkənin  fəal  iştirakının  təmin  edilməsi,  regionda  sabitliyin  və 

təhlükəsizliyin  gücləndirilməsi,  Avropa  və  Trans-Atlantik  strukturlarına  inteqrasiya 

məsələlərinə və s. yönəldilmişdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa 

etdikdən  sonra  dövlətçiliyini  inkişaf  etdirərək  möhkəmləndirmək  üçün  tarixi  fürsət 

əldə  etmiş  oldu.  Belə  bir  şəraitdə  milli  dövlətçilik  prinsiplərinə  uyğun  olaraq  yeni 

xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi 

qarşıda dururdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona 

yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, 

ölkənin  böyük  bir  hissəsində  tarixi  və  mədəni  irsimizin  ermənilər  tərəfindən 

dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü 

ölkənin təhlükəsizlik  mühitinin əsas təyinedici amili oldu və bu da, öz növbəsində, 

Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynadı.   

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə