Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  xərclərini  uçota  alan  hesabların  -  202  saylı  «İstehsalat  məsrəfləri»,  721  saylı



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə62/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   58   59   60   61   62   63   64   65   ...   323

136 

xərclərini  uçota  alan  hesabların  -  202  saylı  «İstehsalat  məsrəfləri»,  721  saylı 

«İnzibati  xərclər»,  711  saylı  "Kommersiya  xərcləri"  hesablarının  debetinə 

yazılmaqla əks etdirilir. 

Yeni  hesablar  planının  225-ci  hesabında  3  ay  və  daha  az  müddətə  pula 

çevrilən sənədlər “pul vəsaitlərinin ekvavalentləri” sayılır. 

Pul vəsaitlərinin ekvavalentləri investisiya və digər məqsədlərdən daha çox 

qısamüddətli pul öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edilirlər. Hər hansı 

investisiya  məbləğinin  pul  vəsaitlərinin  əvvəlcədən  məlum  olan  məbləğinə  asan 

çevrilə  bilən  və  dəyərinin  dəyişməsi  riskinə  ciddi  məruz  qalan  yüksək  likvidli 

qoyuluşlar  olmalıdır.  Buna  görə  də  qısa  ödəniş  müddətinə,  yəni,  əldə  olunduğu 

tarixdən  3  ay  və  ya  daha  az  ödəniş  müddətinə  malik  olan  qoyuluşlar  pul 

vəsaitlərinin  ekvivalentləri  kimi  tanınırlar.  Səhm  qoyuluşları  pul  vəsaitləri 

ekvivalentlərindən  ayrılmalıdırlar.  Pul  vəsaitlərinin  ekvivalentləri  kimi 

təsnifləşdirilən qısamüddətli qoyuluşlar aşağıdakı meyarlara cavab verməlidir: 

a)

 

qısa ödəniş müddətinə, əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş 

müddətinə malik olmalıdır; 

b)

 

pul  vəsaitlərinin  əvvəlcədən  məlum  olan  məbləğinə  asan  çevrilə 

bilməlidir; 

c)

 

dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalmalıdır. 

Pul  vəsaitlərinin  ekvivalentlərinə,  adətən  qısamüddətli  depozitlər,  depozit 

sertifikatları,  həmçinin  dövlət  və  kommersiya  təşkilatlannın  qiymətli  kağızları 

aiddir. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda, xalis “Pul vəsaitləri 

və onların ekvivalentlərinə” əlavə edilən hər hansı bank overdraftı da daxildir. 

Bank  overdraftı  -  kommersiya  təşkilatı  ilə  kredit  təşkilatı  arasında  xüsusi 

müqavilənin mövcud olduğu halda təşkilatın bu kredit təşkilatı qarşısında yaranan 

qısamüddətli öhdəliyidir. Bu müqaviləyə əsasən: 

a)

 

müəyyən vaxt anında təşkilatın cari hesabında 3-cü tərəf qarşısında olan 

öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər pul vəsaitinin mövcud olmadığı 

halda bu öhdəliklər kredir təşkilatının vəsaiti hesabına ödənilir

b)

 

alınmış  kreditlər  və  kreditlərə  hesablanmış  faiz  məbləğləri  üzrə 

kommersiya  təşkilatının  kredit  təşkilatı  qarşısında  yaranmış  öhdəlikləri  bu 

təşkilatın  cari  hesabına  mədaxil  edilmiş  hər  hansı  pul  vəsaitlərinin  müəyyən 

olunmuş qaydada ödənilməsi ilə həyata keçirilir. 

Təşkilatın  məhsul  satışından  əldə  etdiyi  və  banka,  rabitə  şöbəsinə,  yaxud 

bankın  inkassatorlarma  təhvil  verilmiş  satış  pulu  bir  qayda  olaraq  həmin  gün, 

yaxud növbəti gün hesablaşma hesabına köçürü 


T37 

lür.  Bununla  əlaqodar  olaraq  pul  vəsaitinin  kassadan  silinməsi  ilə  hesablaşma 

hesabına köçürüldüyü gün arasında fərq (bir, yaxud bir neçə gün) əmələ gəlir. Bu 

cür  halda  baş  vermiş  əməliyyatın  mühasibat  uçotunda  əks  etdirilməsinin 

fasiləsizliyini təmin etmək üçün hesablar planına 222 saylı «Yolda olan köçürmələr» 

hesabı  daxil  edilmişdir.  Bu  hesabda  pulun  yuxarıda  adı  çəkilən  təşkilatlara 

verilməsi  və  onun  hesablaşma  hesabına  köçürülməsi  nəticəsində  bağlanması  əks 

etdirilir. Daha doğrusu, pulun kassadan yuxarıda adı çəkilən təşkilatlara verilməsi 

222 saylı «Yolda olan köçürmələr» hesabının debetinə, 221 saylı «Kassa» hesabının 

kreditinə, pul hesablaşma hesabına daxil olduqda isə 223 saylı «Bank hesablaşma 

hesablan»  hesabının  debetinə  222  saylı  «Yolda  olan  köçürmələr»  hesabının 

kreditinə  yazılış  verilir.  Satış  pulunun  əks  etdirilməsi  üzrə  əməliyyatları  əks 

etdirmək üçün əsas sənəd bankın, rabitə şöbəsinin qəbzi, yaxud onun inkassatorlara 

təhvil verilməsini təsdiq edən müşayiətedici cədvəl hesab edilir. 

Xarici  valyutada  pul  köçürmələrinin  oxşar  hərəkətinin  uçotu  ayrıca  yolda 

olan köçürmələr analitik hesabında aparılır. 

2.7

 

Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu 

Kommersiya təşkilatlarının fəaliyyətində köçürmə yolu ilə  yerinə  yetirmək 

mümkün  olmayan  bir  sıra  xərclər  baş  verir  ki,  təcrübədə  belə  xərclərə  xırda 

təsərrüfat xərcləri və ezamiyyə xərcləri deyilir. Sözügedən xərclər bir qayda olaraq 

təhtəlhesab  şəxslər  tərəfindən  yerinə  yetirilir  və  həmin  xərclər  üçün  verilmiş 

pul-məbləğləri  təhtəlhesab  məbləğlər  adlanır.  Pulun  təhtəlhesab  məbləğ  kimi 

verilməsi  onun  miqdarı  və  müddəti,  kassa  əməliyyatlarının  aparılma  qaydasına 

müvafiq təyin edilir. 

Nağd  pulun  təhtəlhesab verilməsi işçinin  ərizəsinə,  rəhbərin  əmrinə  əsasən 

kassa məxaric orderi ilə rəsmiləşdirilir. 

Təhtəlhesab  olaraq  pul  ancaq  təşkilatın  işçilərinə  inzibati-təsər-  rüfat  və 

əməliyyat xərclərinə və xidməti ezamiyyət üzrə xərclərə verilir. Daimi təhtəlhesab 

olaraq avans alanların siyahısı təşkilat üzrə əmrlə hər il elan edilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə