Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə59/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   55   56   57   58   59   60   61   62   ...   323

130 

Birinci halda: 

müsbət fərq 

223.2

 

saylı “Bank hesablaşma hesablan” hesabının debeti 801 

saylı “Ümumi mənfəət (zərər)” hesabının krediti 

mənfi fərq 

801 saylı “Ümumi mənfəət (zərər)” hesabının debeti 

223.2

 

saylı “Bank hesablaşma hesablan” hesabının krediti 

İkinci halda:

 

müsbət fərq 

223.2

 

saylı “Bank hesablaşma hesabları” hesabının debeti 332 

saylı "Məzənnə fərqləri üzrə öhdəlik" hesabının krediti 

mənfi fərq 

332 saylı "Məzənnə fərqləri üzrə öhdəlik" hesabının debeti 

223.2

 

saylı “Bank hesablaşma hesabları” hesabının krediti 

İkinci halda məzənnə fərqinin qalığı ilin axırında 332 saylı "Məzənnə fərqləri 

üzrə  öhdəlik"  hesabından  801  saylı  “Ümumi  mənfəət  (zərər)”  hesabına  silinir  və 

ona aşağıdakı mühasibat yazılışı tərtib olunur: 

332 saylı "Məzənnə fərqləri üzrə öhdəlik" hesabının debeti 801 saylı 

“Ümumi mənfəət (zərər)” hesabının krediti, yaxud 801 saylı “Ümumi mənfəət 

(zərər)” hesabının debeti 332 saylı "Məzənnə fərqləri üzrə öhdəlik" hesabının 

krediti Bu əməliyyatın yeni bir qaydasını (şərtini) mütəxəssislərin nəzərinə 

çatdıraq: məzənnə fərqi digər növ gəlir və xərclərdən ayrı "Məzənnə fərqi" analitik 

hesabında uçota alma bilər. 

Yoxlama anında müvəkkil bank hər şeydən əvvəl mütləq satılmayan valyuta 

daxilolmalarından əldə edilən məbləği təşkilatın cari valyuta hesabına köçürür. Bu 

cür  köçürmələrə  daxili  valyuta  bazarından  alınmış  valyuta,  ezamiyyə  xərci  üçün 

əvvəlcədən cari  valyuta  hesabından  götürülmüş, lakin  istifadə  olunmadığına  görə 

müvəkkil banka təhvil verilmiş nağd xarici valyuta, ezamiyyə xərclərinin ödənilməsi 

üçün satışdan müvəkkil banka verilmiş xarici valyuta daxildir. 

'  Respublika  təşkilatının  vasitəçi  təşkilat  vasitəsilə  öz  məhsulunu  ixrac  etməsi 

hallarında  sözügedən  əməliyyatdan  olan  gəlirin  bir  hissəsi  vasitəçi  təşkilat 

tərəfindən  onu  ixrac  edənin  -  malgöndərən  təşkilatın  cari  valyuta  hesabına 

köçürülməlidir. 

Mütləq  satışdan  daxil  olan  məbləğlər  həmin  satış  aparılana  qədər  tranzit 

valyuta hesabında saxlanılır. Valyuta daxilolmalarının 


131 

mütləq  satışı  aparılan  kimi  yerdə  qalan  məbləğ  223.2  saylı  "Bank  hesablaşma 

hesabları" hesabına köçürülür. 

Müştərinin  tapşırığına  əsasən,  tranzit  valyuta  hesabından  mütləq  satılan 

artıq xarici valyuta manata satıla bilər. 

Mütləq satış aparılana qədər tranzit valyuta hesabından yükün daşınmasına, 

sığortalanmasına,  ekspedisiyasına  görə  qeyri-rezidentlə-  rə,  həmçinin  göstərilən 

əməliyyatlar  xarici  dövlətlərin  ərazisində,  eləcə  də  beynəlxalq  tranzit 

yükdaşımasında  həyata  keçirilən  hallarda  rezidentlərə  də  ödənilə  bilər.  Bu  cür 

proses ixrac kömrük rüsumları və gömrük əməliyyatları, həmçinin müvəkkil bankın 

xeyrinə komisyon haqları üzrə də yerinə yetirilə bilər. 

Təşkilatın  223.2  saylı  "Bank  hesablaşma  hesablan"  hesabına  tranzit 

hesabdan mədaxil olunan və bilavasitə cari hesaba köçürülən məbləğlər daxil olur. 

Qüvvədə olan qanunvericiliyə və respublika Mərkəzi Bankının təyin etdiyi qaydaya 

uyğun,  həmçinin  valyutanın  könüllü  satışı  hallarında  əmələ  gələn  bütün 

hesablaşmalar cari valyuta hesabından aparıla bilər. 

Nağd  xarici  valyuta  ancaq  xarici  ölkələrə ezamiyyə  üçün  verilir. Müstəsna 

hallarda Mərkəzi Bankın icazəsi ilə digər məqsədlərə də xarici valyuta verilə bilər. 

Mərkəzi  Bankın  icazəsi  ilə  təşkilat  rezident  üçün  müəyyən  məqsədlər, 

xüsusilə:  nümayəndəliyin  saxlanması,  təsərrüfat  fəaliyyətinin  həyata  keçirilməsi, 

tikinti obyektləri üzrə işlərin aparılması üçün xaricdə də valyuta hesabı açıla bilər. 

Bu cür vəsaitlərin uçotunu aparmaq üçün 223.2 saylı "Bank hesablaşma hesabları" 

hesabından istifadə edilir. 

Təyin  olunmuş  smeta  dairəsində  hüquqi  şəxsin-rezidentin  cari  valyuta 

hesabından xaricdəki valyuta hesabına vəsait köçürülə bilər. 

Pul vəsaitinin qeyri-rezidentin bankında saxlanılmasına görə faiz kimi, eləcə 

də  əvvəllərdə  götürülmüş  və  səhv  silinmiş  vəsaitlər  də  xaricdəki  valyuta  hesabına 

daxil ola bilər. 

Xaricdəki  valyuta  hesabından  vəsaitin  silinməsinə  də  məhdudiyyət 

qoyulmuşdur. Bu hesabdan əsasən respublikada yerləşən cari valyuta hesabına pul 

köçürməsi, nümayəndəliyin saxlanması üzrə xərclərin ödənilməsi (binanın  icarəsi, 

kommunal  ödənişləri  və  i.a.),  bank  hesabının  aparılması  üzrə  bankın 

qeyri-rezidentə  göstərdiyi  xidmətin  ödənilməsi,  kontragentə  səhv  köçürülmüş 

məbləğin qaytarılması aparıla bilər. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə