Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  saylı  «Digər  qısamüddətli  öhdəliklor»  hesabının  debetində  və  217  saylı  «Digər



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə55/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   51   52   53   54   55   56   57   58   ...   323

122 

saylı  «Digər  qısamüddətli  öhdəliklor»  hesabının  debetində  və  217  saylı  «Digər 

qısamüddətli  debitor  borcları  »  hesabının  kreditində  əks  etdirilir.  Yəni  kassada 

əmələ  gələn  əskikgəlmə  məbləğinə  analitik  formada  aşağıdakı  mühasibat  yazılışı 

tərtib edilməlidir: 

1)

 

217 saylı «Digər qısamüddətli debitor borcları” hesabının debeti. 

221 saylı «Kassa» hesabının krediti. 

2)

 

545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının debeti. 

217 saylı «Digər qısamüddətli debitor borcları» hesabının krediti. 

3)

 

Kassir tərəfindən çatışmazlıq nağd pulla ödənilən zaman aşağıdakı yazılış 

tərtib edilir: 

221 saylı «Kassa» hesabının debeti 

545 saylı «Digər qısamüdətli öhdəliklər hesabının krediti. 

4)

 

Əskikgəlmə  kassirin  əmək  haqqından  tutulan  hallarda  aşağıdakı  yazılış 

verilir: 

533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borcları)) hesabının debeti 

545 saylı «Digər qısamüddətli öhdəliklər)) hesabının krediti. 

Təşkilatın  özü  Jərəfmdən  aparılan  inventarlaşma  ilə  yanaşı,  yuxarı 

təşkilatlar  ona  tabe  olan  müəssisədə  sənədli  təftiş  aparan  zaman  kassanı  da 

yoxlayırlar.  Bu  cür  kassa  qaydalarına  riayət  olunmasının  yoxlanılması  bank 

tərəfindən də yerinə yetirilir. 

Nağd  pul  vəsaitlərinin  inventarlaşması  ilə  yanaşı,  kassada  olan  qiymətli 

kağızlar,  ciddi  hesabat  blanklan  və  s.  dəyərlilər  də  inventa-  rlaşdırılır.  Bu  zaman 

onların uçot qalığına uyğunluğuna, ardıcıl nöm- rələnməsinə, mühafizə edilməsinə 

xüsusi diqqət yetirilməlidir. İnventarlaşma prosesində kənarlaşmalar olan hallarda 

onların  səbəbləri  göstərilməklə  xüsusi  formalı  akt  tərtib  olunur  və  təqsirkarlar 

qanuna uyğun cəzalandırılır. 

Təşkilatda valyuta hesabı və başqa dövlətlərin valyuta vəsaitləri olan zaman 

xarici valyutanın nağd istifadə edilməsinin zəruriliyi meydana çıxır. Hüquqi və fiziki 

şəxslərlə  nağd  valyuta  ilə  hesablaşmalar  ARMB  idarə  heyətinin  25  iyul  1997-ci  il 

tarixli  qərarı  ilə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikasında  rezident  və 

qeyri-rezidentlərin Azərbaycan Respublikası müvəkkil banklarmdakı xarici valyuta 

hesablarının rejimi haqqında)) qaydalarla tənzimlənir. Bu vəsaitlərin istifadəsi üçün 

ayrıca hesab nəzərdə tutulmayan hallarda 221 saylı «Kassa)) hesabının 2-ci «Xarici 

valyutada  kassa))  subhesabı  açıb,  sözügedən  vəsaitlərin  uçotunu  aparmaq  olar. 

Kassa kitabında əməliyyatların nəzərdə tutulan həcmindən asılı olaraq bir neçə sətir 

ay- 


123 

rılaraq, əməliyyatların uçotu valyutaların növləri üzrə təşkil olunur. Bank təşkilata 

nağd  xarici  valyutanı  ancaq  müəyyən  məqsədlərə  -  ezamiyyət  xərclərinə  və  ciddi 

məhdud  çərçivədə  nəzərdə  tutulan  məqsədlərə  görə  verir.  Valyutanın  bankdan 

alınması aşağıdakı yazılışla rəsmiyyətə salınır: 

221 saylı «Kassa» hesabının 2-ci «Xarici valyutada kassa» subhesabı 

223 saylı «Bank hesablaşma hesabları» hesabının krediti. 

Təhtəlhesab olaraq verilən zaman belə köçürmə verilir: 

244 saylı «Təhtəlhesab məbləğlər» hesabmmı debeti. 

221  saylı  «Kassa»  hesabının  2-ci  «Xarici  valyutada  kassa»  subhesabının 

krediti. 

Təşkilatda  mövcud  olan  xarici  valyutaya  nisbətən  manatın  kursu  dəyişən 

zaman xarici valyutada mövcud olan kassa qalığı yenidən qiymətləndirilir. Yenidən 

qiymətləndirmənin  nəticəsi  221  saylı  hesabın  2-ci  subhesabının  debet,  yaxud 

kreditində 801 saylı «Ümumi mənfəət (zərərlər)» və ya 442 saylı «Gələcək hesabat 

dövrlərin gəlirləri)) hesabının debet, yaxud kreditində əks etdirilir. 

2.3.

 

Hesablaşma hesabı üzrə əməliyyatların uçotu 

Mülkiyyət  formalarından  asılı  olmayaraq  bütün  hüquqi  şəxslər  öz  pul 

vəsaitlərini (kassaya qoyulmuş nağd pul istisna olmaqla) bankda açılmış hesablaşma 

hesabında  saxlayırlar.  Hesabı  açmaq  üçün  həyata  keçirilən  işlər  ARMB  İdarə 

Heyətinin  1  noyabr  1997-ci  il  tarixli  19  saylı  protokolu  ilə  təsdiq  olunmuş 

«Azərbaycan  Respublikasının  kredit  təşkilatlarında  hesablaşma,  cari  və  digər 

hesablann açılması qaydaları)) ilə tənzimlənir. Hesablaşma hesabı açmaq üçün hər 

bir təşkilat ona xidmət edən banka: hesab açmaq üçün təyin olunmuş formada ərizə; 

təşkilatın  notarial  kontoru  tərəfindən  təsdiq  olunmuş  nizamnaməsinin  və  təsis 

müqaviləsinin  surətlərini;  müəssisənin  notarial  kontoru  tərəfindən  təsdiq  edilmiş 

qeydiyyat  şəhadətnaməsinin  surəti;  təşkilatın  vergi  ödəyicisi  kimi  qeydiyyatdan 

keçməsi haqda vergi orqanının arayışı; ödəyici kimi Azərbaycan Respublikası Sosial 

Müdafiə Fondunda qeydə alınması haqda sənədin surəti, təsdiq olunmuş formada 

təşkilatın rəhbəri, rəhbərin müavini və baş mühasibin imzalarının notarial kontor 

tərəfindən  təsdiq  olunmuş  nümunəsi  və  möhürün  şəkli  olan  kart  və  i.a.  sənədlər 

təqdim edir. Rəhbər, yaxud 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə