Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə54/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   50   51   52   53   54   55   56   57   ...   323

120 

e)

 

uşaq müəssisələrində uşaqların saxlanmasına görə valideynlərin haqları: 

221 saylı «Kassa» hesabının debeti 

544 saylı «Qısamüddətli məqsədli maliyyələşmələr və daxilol- malar» 

hesabının krediti; 

ə)  kreditə  alınmış  mallara  görə  borcların  ödənilməsi  qaydasında  kassaya 

ödəmələr: 

221 saylı «Kassa» hesabının debeti 

213 saylı «Əsas idarəetmə heyətin qısamüddətli debitor borclar » hesabının 

krediti; 

221  saylı  «Kassa»  hesabının  krediti  isə  aşağıdakı  hesabların  debetləri  ilə 

müxabirləşir: 

a)

 

nağd verilmiş əmək haqqı, mükafat; 

533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borcları » hesabının debeti 

221 saylı «Kassa» hesabının krediti; 

b)

 

təhtəlhesab verilmiş avanslar: 

244 saylı «Təhtəlhesab məbləğlər» hesabının debeti 

221 saylı «Kassa» hesabının krediti 

v) icra vərəqələri üzrə nağd ödəmələr, deponent məbləğ: 

217 «Digər qısamüddətli debitor borcları » hesabının debeti 221 

saylı «Kassa» hesabının krediti; ç) birdəfəlik mükafatların 

verilməsi: 

343 saylı «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (örtülməmiş 

zərər)» hesabının debeti 

221 saylı «Kassa» hesabının krediti; 

d)

 

aparılmış inzibati-təsərrüfat xərcləri: 

721 saylı «İnzibati xərclər» hesabının debeti 221 

saylı «Kassa» hesabının krediti; 

e)

 

sosial müdafiə fondundan ödəmələr: 

522 saylı «Sosial sığorta və təminat üzrə öhdəliklər» hesabının debeti 

221 saylı «Kassa» hesabının krediti; ə) 

banka verilmiş nağd pul: 

223 saylı« Bank hesablaşma hesabları» hesabının debeti 221 saylı 

«Kassa» hesabının krediti 

«1  saylı  jurnal-order»  və  «1  saylı  cədvəldə»  aparılan  cari  yazılışlar  başqa 

jurnal-orderlərdə  olduğu  kimi,  ayrı-ayrı  hesablar  üzrə  debet  və  kredit 

dövriyyələrinin özlərinə aid jurnal-order və cədvəl 


121 

lərdə analitik uçotunu təmin etmək üçün əlavə açma vərəqələrinin tərtib olunmasım 

tələb edir. 

Kassa  əməliyyatlarının  mühasibat  uçotunun  ən  mühüm  xüsusiyyətlərindən 

biri təşkilatın kassasında olan nağd pul vəsaitinin uçot və həqiqi məlumatlarının hər 

ay  qarşılıqlı  üzləşdirilməsi  (inventarlaşma)  hesab  edilir.  Bu  baxımdan  təşkilat 

rəhbəri  özünün  kassa  mərkəzinin  düzgün  və  etibarlı  təşkil  edilməsinə  diqqət 

yetirməli, kassir isə pul vəsaitinin düzgün və vaxth-vaxtında mədaxil edilməsinə və 

verilməsinə, yəni tam mühafizə olunmasına maddi məsuliyyət daşımalıdır. 

Kassada  olan  nağd  pul  vəsaitinin  inventarlaşması  (təftişi)  respublika 

Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş kassa əməliyyatlarının aparılması haqda 

əsasnaməyə  əsasən  (ayda  bir  dəfədən  az  olmayaraq)  aparılır.  Təşkilat  rəhbərinin 

əmri  ilə  təyin  edilən  komissiya  kassirin  iştirakı  ilə  kassada  qəflətən  təftiş 

aparmalıdır.  Bu  zaman  kassada  olan  bütün  nağd  pullar,  pul  sənədləri,  qiymətli 

kağızlar, eiddi hesabat blanklan başdan-başa cəlb edilir. 

Kassa məxaric orderi ilə rəsmiyyətə salınmadan qəbzlə verilmiş nağd məbləğ 

kassa  qalığına  daxil  edilmir.  Təşkilata  məxsus  olmayan  pul  vəsaitlərinin  kassada 

saxlanılmasına  icazə  verilmir  və  onlar  müəyyən  edilən  zaman  artıq  gəlmə  hesab 

edilir. İnventarlaşmanm nəticəsi aktla rəsmiyyətə salınır (15 inv. saylı forma). 

Maddi  məsul  şəxs  tərtib  olunmuş  aktın  arxa  tərəfində  inventarlaşma 

komissiyasının müəyyən etdiyi  artıq,  yaxud  əskikgəlmənin  səbəbləri  haqda  izahat 

yazır,  təşkilat  rəhbəri  isə  inventarlaşmanm  nəticəsi  üzrə  müəyyən  edilən  artıq, 

yaxud əskikgəlmənin silinməsi haqda qərar qəbul edir. 

Kassa mədaxil orderləri ilə təsdiq edilməyən, eləcə də komissiya tərəfindən 

artıq  kimi  müəyyən  edilən  nağd  pullar  kassada  artıq  hesab  olunur  və  onlar 

sonradan təşkilatın gəlirinə mədaxil edilir. Bu zaman həm 8 saylı jurnal-orderdə, 

həm  də  1  saylı  cədvəldə  221  saylı  «Kassa»  hesabının  debeti  və  801  saylı  «Ümumi 

mənfəət (zərər) » hesabının krediti üzrə mühasibat köçürməsi verilir. 

Əskikgəlmə müəyyən edilən hallarda onların məbləği maddi məsul şəxsdən 

(kassirdən)  tələb  edilməlidir.  Bu  zaman  ilk  dəfə  həmin  məbləğə  1  saylı 

jurnal-orderdə 221 saylı «Kassa» hesabının krediti və 217 saylı «Digər qısamüddətli 

debitor  borcları  »  hesabının  debeti  üzrə  mühasibat  yazılışı  verilir.  Əskikgəlmə 

məbləğinin  günahkardan  tutulması  haqqında  qərar  qəbul  edildikdən  sonra  tələb 

ediləsi məbləğ 545 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə