Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  baş mühasibin dəyişməsi baş verəcək hallarda təşkilat sözügedən dəyişikliyi təsdiq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə56/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   52   53   54   55   56   57   58   59   ...   323

124 

baş mühasibin dəyişməsi baş verəcək hallarda təşkilat sözügedən dəyişikliyi təsdiq 

edən sənədləri banka təqdim edir. 

Təşkilatın  ölkənin  başqa  bölgəsində  filialı,  yaxud  nümayəndəliyi  olan 

hallarda  birincilər  sonuncuların  adına  onların  yerləşdiyi  ərazidə  subhesablaşma, 

yaxud  cari  hesab  aça  bilərlər.  Bunun  üçün  təşkilat  banka  subhesab,  yaxud  cari 

hesab  açmaq  haqda  baş  verən  əməliyyatın  xarakteri  və  hesab  üzərində  sərəncam 

vermək hüququna malik olan şəxs göstərilməklə xahişnamə təqdim edir. Xahişnamə 

təşkilatın rəhbəri və baş mühasibi tərəfindən imza edilir və möhürlə təsdiqlənir. 

Hesablaşma  hesabına  alıcılara  satılmış  hazır  məhsula  (işlərə,  xidmətlərə), 

mallara, materiallara, torpaq, tikili və avadanlıq obyektlərinə və digər dəyərlilərə 

görə  ödənilən  satış  pulu,  eləcə  də  deponentləş-  dirilmiş  əmək  haqqı  daxil  olur. 

Hesabdan,  təşkilatın  aldığı  dəyərlilərə  görə  malgöndərənlərə,  ssudalar  üzrə 

banklara  və  digər  hüquqi  şəxslərə  olan  borclar  köçürülür,  büdcə  qarşısındakı 

öhdəliklər ödənilir, əmək haqqını, ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinə 

və digər məqsədlərə pul vermək üçün nağd pul kötürülür. 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  müştərinin  bankda-  kı 

hesabından vəsaitin silinməsi üçün aşağıdakı qaydalar təyin etmişdir: 

-

 

pul  vəsaitinin  kredit  təşkilatı tərəfindən silinməsi müştərinin sərəncamına 

əsasən yerinə yetirilir

-

 

hesabda  olan  pul  vəsaitinin  müştərinin  sərəncamı  olmadan  si-  linməsinə 

ancaq məhkəmənin qərarına, eləcə də təyin olunmuş qanunvericiliyə uyğun hallarda 

icazə verilir. 

Hesaba təqdim olunan bütün tələbləri ödəmək üçün müştərinin hesablaşma 

və  cari  hesabından  pul  vəsaitinin  kifayət  qədər  mövcudluğu  şəraitində  onların 

hesabdan silinməsi qanunvericilikdə başqa bir hal nəzərdə tutulmayıbsa silinməyə 

dair hesab sahibinin sərəncamı və digər sənədlər daxil olduqca yerinə yetirilir. 

Hesaba  təqdim  olunan  bütün  tələbləri  təmin  etmək  üçün  ondakı  pul 

vəsaitinin  çatışmaması  hallarında  vəsaitin  silinməsi  aşağıdakı  ardıcıllıqla  yerinə 

yetirilir:  birinci  növbədə  həyat  şəraitinin  və  səhhətin  pozulmasına  görə  dəymiş 

ziyanın,  həmçinin,  alimentin  tutulması  ilə  əlaqədar  məsələnin  ödənilməsi  haqda 

tələbatın təmin edilməsi üçün icra sənədi ilə hesabdan köçürülməsi, yaxud verilməsi 

nəzərdə tutulan silinmələr yerinə yetirilir (I qrup); ikinci növbədə, əmək müqaviləsi, 

o cümlədən kontraktla işləyən şəxslərə əməyin ödənilməsi və birdəfəlik müavinatın 

verilməsi, həmçinin müəlliflik müqaviləsi ilə mükafatın 


125 

ödənilməsi  üzrə  hesablaşmaların  aparılması  üçün  pul  vəsaitinin  köçürülməsini, 

yaxud  ödənilməsini  nəzərdə  tutan  icra  sənədlərinin  silinməsi  aparılır  (II  qrup); 

üçüncü növbədə büdcə və qeyri-büdcə fondlarına ödənişlərin aparılmasını nəzərdə 

tutan ödəmə sənədləri silinir (III qrup); dördüncü növbədə digər pul tələbatlarının 

ödənilməsini  nəzərdə  tutan  icra  sənədlərinin  silinməsi  həyata  keçirilir  (IV  qrup); 

beşinci  növbədə  təqvim  növbəliliyi  qaydasında  digər  ödəniş  sənədləri  silinir  (V 

qrup). 

İlk tələb olunan kimi vəsaitin silinməsi sənədlərin daxil olması, yaxud ödəniş 

vaxtının çatması anında yerinə yetirilir. 

Vəsaitin  köçürülməsi  üzrə  ödəmə  sənədləri  (ödəmə  tapşırıqları)  kredit 

təşkilatlarına təqdim edilən zaman müştəri onun sağ tərəfininin xüsusi sütununda 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə təyin olunmuş növbəliliyə müvafiq 

olaraq ödənişin növbəsi haqda qeydiyyat aparır. 

Ödəmə  sənədləri  doldurulan  zaman  uçota  götürülmə  anında  vergi 

orqanlarının onlara verdiyi identifikasiya nömrəsi də göstərilməlidir. 

Bank,  hesablaşma  hesabı  üzrə  baş  vermiş  əməliyyatlar  üzərində  nəzarət 

aparır,  xüsusilə:  təşkilatın  təsis  sənədlərində  nəzərdə  tutulan  xarakterinə  uyğun 

olmayan  əməliyyatların  aparılıb-aparılmamasmı,  vəsaitin  istifadəsinin  təyin 

olunmuş  qaydasının  pozulub-pozulmama-  sını  hərtərəfli  yoxlayır  və  müəyyən 

edilmiş nöqsanların aradan qaldırılmasına dair müvafiq göstərişlər verir. 

Təşkilatın  hesablaşma  hesabında  vəsaitin  çalışmaması,  yaxud  tamamilə 

olmaması  hallarında  bank  qəbul  etdiyi  ödəmə  sənədlərini  2-ci  kartoteykada 

yerləşdirir.  2-ci  kartoteykaya  yerləşdirilən  sənəd  bank  tərəfindən  təşkilatın 

hesablaşma  hesabına  vəsait  daxil  olduqca  Mərkəzi  Bankın  təyin  etdiyi  növbəlik 

prinsipinə uyğun olaraq ödənilir. 

Hesablaşma hesabı üzrə əməliyyatlar təyin olunmuş formaya müvafiq həyata 

keçirilir. Məsələn, təşkilat özünə lazım olan nağd pulu pul çeki vasitəsi ilə alır. Pul 

çeki onda göstərilən məbləğin hesablaşma hesabından verilməsi üçün banka verilən 

sərəncam  hesab  edilir.  Nağd  pul  əmək  haqqı,  xəstəlik  vərəqəsinə  görə  müavinat, 

mükafat, ezamiyyət xərcləri və digər məqsədlər üçün alınır. Pul çeki onda göstərilən 

məbləğin hesablaşma hesabından verilməsi üçün təşkilatın banka olan sərəncamını 

özündə  əks  etdirir.  Çekin  arxa  tərəfində  alınmış  pulun  məqsədli  təyinatı  (əməyin 

ödənişi,  təsərrüfat,  ezamiyyə  və  digər  xərclər)  göstərilməlidir.  Çek  mürəkkəb, 

diyircəkli  qələmlə,  əl  ilə  yazılır.  Çeklə  pulun  verilməsi  ancaq  çekin  yazıldığı  gün 

yerinə yetiri 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə