Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Əmək,  sosial  sığorta  üzrə  müavinət  və  digər  kütləvi  ödənişlər  ödəmə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə53/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   49   50   51   52   53   54   55   56   ...   323

118 

Əmək,  sosial  sığorta  üzrə  müavinət  və  digər  kütləvi  ödənişlər  ödəmə 

(hesablama-ödəmə) cədvəli üzrə aparılmalıdır. Bu cür cədvəllərin titul vərəqəsində 

pulun verilməsi və onun məbləği haqqında qeydiyyat aparılır. 

Əmək haqqının və digər ödənişlərin verilməsi üçün təyin olunmuş müddət 

qurtardıqdan sonra kassir ödəmə cədvəlindəki pulu almayan soyadların qarşısında 

«deponentləşdirilmişdir» 

ştampı, 

yaxud 

xüsusi 

qeydiyyat 

aparır, 

deponentləşdirilmiş  məbləğin  reyestrini  tərtib  edir  və  ödəmə  cədvəlinin  axırında 

ödənilən  və  ödənilməyən  məbləğləri  göstərərək,  bütün  məlumatları  öz  imzası  ilə 

təsdiq edir. Pulun kassir tərəfindən deyil, başqa şəxs tərəfindən verilməsi hallarında 

ödəmə  cədvəlində  əlavə  olaraq  «pul  cədvəl  üzrə  verilmişdir  (imza)»  qeydiyyatı 

(pulun  bir  cədvəllə  həm  kassir,  həm  də  paylayıcı  tərəfindən  verilməsinə  icazə 

verilmir) aparılır. Bundan sonra həqiqi verilmiş 

məbləğlər kassa kitabına yazılaraq « _________ saylı kassa məxaric orderi» 

ştampı vurulur. 

Pulun hesablaşma hesabına verilməsinə dair ərizə tərtib olunur. Pulun qəbul 

edilməsinin  təsdiq  edilməsi  üçün  bank  kassa  məxaric  orderinə  əlavə  edilən  qəbz 

verir. 

Bütün  mədaxil  və  məxaric  kassa  sənədləri  mürəkkəb,  diyircəkli  qələmlə, 

yaxud  makinada  (yazı  və  hesablama)  bu  işə  məsul  olan  şəxs  tərəfindən  dəqiq  və 

aydın  yazılmalıdır.  Bu  sənədlərdə  heç  bir  düzəlişə,  qaralamaya,  pozuntuya  yol 

verilməməlidir. Mədaxil və məxaric sənədlərini pulu verən, yaxud alan şəxsin əlinə 

vermək  qadağandır.  Kassa  orderi  ilə  pulun  qəbul  edilməsi  və  verilməsi  ancaq 

onların tərtibi zamanı yerinə yetirilir. 

Mədaxil və məxaric kassa orderi, yaxud onları əvəz edən sənədlər onlar icra 

edildikdən sonra kassir tərəfindən imzalanır, onlara əlavə edilən sənədlər isə ştamp, 

yaxud  tarix  -  ay  və  il  göstərilməklə  «ödənilmişdir»  qeydiyyatı  aparmaqla 

rəsmiləşdirilir. 

Kassa  orderləri  və  onları  əvəz  edən  sənədlər  kassaya  verilənədək  mühasib 

tərəfindən  mədaxil  və  məxaric  orderlərinin  qeyd  jurnalında  (hər  birinə  müvafiq 

nömrə  verilməklə)  qeydə  alınır.  Əmək  haqqı  və  digər  ona  bərabər  ödənişlərin 

verilməsi  üçün  rəsmiyyətə  salman  ödəmə  (hesablama-ödəmə)  cədvəllərinə  yazılan 

kassa məxaric orderləri onlar icra edildikdən sonra qeydə alınır. 

Pul alınıb, yaxud verildikdən sonra mədaxil və məxaric kassa sənədlərinin 

məlumatları  kassir  tərəfindən  nömrələnmiş,  şunurlanmış,  surğucla  möhürlənmiş 

vərəqələrin sayı təşkilatın rəhbəri və baş mühasibin imzası ilə təsdiq olunmuş kassa 

kitabına yazılmalıdır. Kas- 


119 

sa kitabı 221 saylı «Kassa» hesabının analitik uçot registri hesab edilir. 

Müəssisədə  ancaq  bir  kitab  olmalıdır.  Orada  yazılanlar  sürət-  köçürən 

vasitəsilə iki surətdən ibarət mürəkkəb, yaxud kimyəvi karandaşla kassir tərəfindən 

yerinə yetirilir. Vərəqənin birinci surəti kassa kitabında saxlanılır, ikinci (kəsilmiş) 

surəti isə kassirin hesabatı funksiyasını yerinə yetirir. Vərəqənin hər iki surəti eyni 

nömrə ilə nömrələnir. 

Kassir  hər  iş  gününün  axırında  gündəlik  əməliyyatların  yekununu 

hesablayır, növbəti gün üçün pul qalığını müəyyən edərək kassa kitabının birinci 

surətinə  də  imza  etdirməklə,  əlavə  edilən  sənədlərlə  birlikdə  təşkilatın 

mühasibatlığma hesabat təqdim edir. 

Mühasibathq  tərəfindən  alman  hesabat  və  ona  əlavə  edilən  sənədlər  ciddi 

yoxlamaya cəlb edilir. Hər bir yazılış mahiyyət etibarı ilə yoxlanılır, ilkin sənədlərlə 

üzləşdirilir və bundan sonra 221 saylı «Kas- sa» hesabı ilə müxabirləşən hesablar 

göstərilir. 

Yoxlanılmış və işlənilmiş hesabata əsasən kassa əməliyyatlarının uçotu 221 

saylı  «Kassa»  hesabının  krediti  üzrə  1  saylı  jurnal-orderdə  və  221  saylı  «Kassa» 

hesabının debeti üzrə 1 saylı cədvəldə aparılır. 

221  saylı  «Kassa»  hesabının  debeti  aşağıdakı  hesabların  kreditləri  ilə 

müxabirləşir: 

a)

 

müxtəlif məqsədlər üçün bankdan alınmış məbləğlər: 

221 saylı «Kassa» hesabının debeti 

223 saylı « Bank hesablaşma hesabları» hesabının krediti; 

b)

 

istifadə edilmiş avansların qalığının ləhtəlhesab şəxs tərəfindən kassaya 

təhvil verilməsi: 

221 saylı «Kassa» hesabının debeti 

244sayh «Təhtəlhesab məbləğlər» hesabının krediti; 

c)

 

məhsul və maddi qiymətlilərin satışından kassaya daxil olan nağd pul: 

221 saylı «Kassa» hesabının debeti 

601 saylı« Satış» hesabının krediti; 

ç) debitorlardan daxil olan pul: 

221 saylı «Kassa» hesabının debeti 

217 «Digər qısamüddətli debitor borcları » hesabının krediti; 

d)

 

inventarlaşma nəticəsində kassada aşkar edilən artıq pul: 

221 saylı «Kassa» hesabının debeti 

801 saylı« Ümumi mənfəət (zərər)» hesabının krediti; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə